  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə108/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   105   106   107   108   109   110   111   112   113

                                                     

 

  



                                                                            

                                                    

411 

-  Həmin  əsəri  oxuyanda,  mən  sanki  dirçəlir  və  kimliyi-



miz  ilə  fəxr  edirəm.  –  deyə  Robert  kinli  halda  dilləndi.  – 

“Ruhumuzun  dirilməsi”  əsəri  bilavasitə  bizim  milli 

ideologiyamıza  xidmət  göstərir  və  cavan  nəsil  demək  olar 

ki,  oradakı  sətirlərlə  milli-mənəvi  dəyərlərə  söykənən 

özünəməxsus  şəkildə  təlim-tərbiyə  alır  və  mentalitetimizin 

möhkəmlənməsində mühüm rol oynayır. 

-  Əsəri  oxuyandan  sonra  heç  birinizdə  vicdan  əzabı 

oyanmadı?  –  deyə  Robertin  fikirindən  sonra  daha  da 

qəzəblənən rus ziyalısı nifrət hissilə soruşdu. 

Bu sual kabinetdəki erməniləri daha da sarsıtdı və onlar 

verilən  sualı  təhqir  olunmaq  kimi  başa  düşərək,  öz 

narazılıqlarını  bildirdilər.  Tarixçi  pedaqoq  onları  birtəhər 

sakitləşdirərək, fikrini tamamlamaq üçün ciddi halda dedi: 

- Həmin əsərdə Xocalının işğalı ilə bağlı bəzi məqamlar 

göstərilibdir.  Zori  Balayanın  13  yaşlı  uşağın  başına  hansı 

müsibətin açdığı yeri oxumusunuz da?  

-  Əlbəttə!  –  deyə  özündən  müştəbeh  halda  razı  olan 

Robert  cəlladlara  xas  olan  tərzdə  dilləndi  və  tarixçi  peda-

qoqun  ifadəsinə  düzəliş  vermək  üçün  əlavə  edir.  –  Sergey 

Vladimiroviç, adi uşağın yox, türk uşağının başına müsibət 

açılıbdır.  Hörmətli  yazıçımız  axşama  qədər  daha  üç  türk 

uşağını həmin üsulla o dünyaya göndərir. 



                                                     

 

  



                                                                            

                                                    

412 

Robertin bu açıqlaması ilk növbədə Aleksandrla Yeliza-



vetada şok effekti yaratdı və onlar sanki təşvişə düşərək, az 

qala  bir-birilərinə  qısılacaqdılar.  Onun  son  ifadələri,  hətta 

Raisanın da xoşuna gəlmədi. Dialoq zamanı etik normaları 

qulaqardına vuran  Robert kefli olduğu üçün ürəyində olan 

hər  bir  sirri  açıqlamağa  hazır  idi.  Bu  səmimiyyəti  ilə  o, 

nəyə qadir olduğunu ətrafdakılara nümayiş etdirdi.  

- Robert, yalnız yırtıcılar o cür vəhşilikləri həyata keçirə 

bilərlər.  –  deyə  dəhşətdən  gözləri  bərələ  qalan  Yelizaveta 

qəzəbini  saxlaya  bilmədi  və  üzünü  qardaşına  tutub  qorxu 

hissi keçirən bir adam kimi sözünə əlavə etdi. – Saşa, mən 

bir-iki dəqiqədə burada qalsam, eşitdiyim dəhşətlərdən dəli 

olaram.  Belə  bir  ekzekusiyalar  ilə  yalnız  heyvani  hisslərlə 

yaşayan  canlılar  öyünə  bilər  və  bundan  da  vicdan  əzabı 

çəkməzlər. 

-  Alfred  Hiçkoka  demək  lazımdır  ki,  qorxulu,  dəhşətli 

filmlər  çəkmək  istəyirsə,  Zori  Balayana,  digər  erməni 

ziyalılarına  və  və  qeyri-insani  əməllərlə  fəxr  edən  bütün 

anormal  ermənilərə  müraciət  etsin.  –  deyə  eşitdiklrindən 

hələ də özünə gələ bilməyən Aleksandr nifrət dolu hisslərlə 

dilləndi və üzünü Raisaya tutub nifrət hissi ilə sözünə əlavə 

etdi.  –  Raya,  normal  adam  bir  dəfə  adı  çəkilən  xəstə 

təxəyyüllü  yazıçının  əsərini  oxusa,  özünü  erkən  əsrlərdə 

Avropanın bir çox şəhərlərində baş verən qətliamlarda hiss 



                                                     

 

  



                                                                            

                                                    

413 

edər  və  bəlkə  də  dəli  olar.  Sən  isə  utanmadan  böyük 



fəxarətlə  deyirsən  ki,  həmin  tükürpədici  əsəri  üç  dəfə 

oxumusan. Belə bir ekzekusiya ilə yalnız yırtıcılar fəxr edə 

bilər. Təəssüflər olsunt ki, mən səni əvvəllər tanımamış və 

səninlə dostluq etdiyimə görə özümbağışlamıram. 

Məhz  belə  bir  təsiredici  sözlərdən  sonra  Aleksandr 

atasından  icazə  almadan,  qeyri-ixtiyari  halda  bacısı  ilə 

buranı tərk etdi. Nəinki Eduard, hətta Raisa da ifşa olunaraq 

hamının gözü qarşısında təhqir olundu. 

Bacı  ilə  qardaşın  belə  bir  davranışı  ondan  xəbər  verirdi 

ki,  Sergeygil  birdəfəlik  olaraq  Eduardın  ailəsindən  üz 

döndərirlər.  Bütün  bunların  hamısının  təqsirkarı  Robertin 

düşünülməmiş hərəkətləri idi.  

Əmisi oğlunun bu cür hərəkətindən sonra ən əsas Eduard 

pis  vəziyyətdə  qaldı.  Çünki  o,  tarixçi  pedaqoqun  həmin 

sualı verməklə nə istədiyini yaxşı bilirdi. Adi söhbət zama-

nı insan xarakterinin nəyə qadir olduğunu müəyyən etmək-

də çətinlik çəkməyən Sergey aldığı cavabla həmsöhbətinin 

iç dünyasını öyrənmək istəyirdi. Müəyyən mənada o, buna 

nail oldu. Halbuki illər boyu Eduard yalan ifadələr vermək-

lə, başqalarını şərləməklə, özünü yazıq görkəmdə nümayiş 

etdirməklə tarixçi pedaqoqu aldatmağa müvəffəq olmuşdu. 

Artıq bu dəfə bütün sirrlər açılmış və yaşlı erməni ailəsi ilə 

birlikdə ev sahibinin yanında ifşa olunmuşdu. 



                                                     

 

  



                                                                            

                                                    

414 

Qarabağ faciəsi ilə bağlı bir çox materialları əldə edən və 



faktlara söykənən  müvafiq məlumatlara  malik olan Sergey 

qəddar  erməninin  etirafından  sonra  əsəbilərini  saxlaya 

bilmədi və o, nifrət dolu baxışlarını həm Eduarda, həm də 

Robertə yönəldərək emosional tərzdə dedi:  

-  Siz  neçə  adamlarsınız?  Belə  bir  ekzekusiya  ilə  necə 

fəxr etmək olar? İnsanlığa sığmayan qəddarlığını, törətdiyi 

qeyri-insani cinayət əməlini ədəbi-publisistik əsərdə nüma-

yiş etdirən bir millətin ziyalısına nə ad vermək olar? Yalnız 

cəllad adı!  

Bir millət ki, Zori Balayana ziyalı deyir və onun əməlləri 

ilə fəxr edirsə, ona millət demək olmaz. Belə bir cinayətləri 

törədən  və  həmin  cinayətlərə  haqq  qazandıran  ünsürlərə, 

humanizm prinsipləri ilə yaşamağı bir məqsəd kimi qarşısı-

na qoyan sivil dünyada yer olmamalıdır. Çünki əlləri qana 

bulaşan, körpələrə, uşaqlara, hamilə qadınlara, qocalara ən 

ağır işgəncələr verib, sonra isə amansız şəkildə edam etmək 

və  bundan  böyük  həzz  alan  həmin  ünsürlərin  ətəklərindən 

qan iyi gəlir.  

-  Xahiş  edirəm,  sözlərinizə  diqqət  yetirəsiniz.  –  deyə 

hərtərəfli  biabır  olan  Eduard  da  qəzəblənərək  coşdu  və 

ayağa  qalxıb  əl-qolu  əsə-əsə  həmin  tərzdə  sözünə  davam 

etdi. – Hər şeyin səbri var, bu qədər dözmək mümkün deyil.  




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə