  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə111/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   105   106   107   108   109   110   111   112   113

                                                     

 

  



                                                                            

                                                    

423 

-  Sergey  Vladimiroviç,  onların  həyasızlığı  nəinki  mənə, 



hətta bütün qəsəbə sakinlərinə bəllidir.  

-  Söhbət  bizim  yardım  etdiyimiz  ermənilərdən  gedirsə, 

onlar elə bil  öz evləri kimi oradan çıxmağı özlərinə böyük 

dərd  hesab  edirlər.  –  deyə  Yelizaveta  atasının  yanında 

dayanaraq, narazı halda dilləndi. 

- Qızım, elə iş ondadır ki, onlar həmin evi özünkü hesab 

edirlər.  –  deyə  fikirli  halda  olan  pedaqoq  qeyri-müəyən 

tərzdə dilləndi və üzünü kapitana tutub, ciddi halda sözünə 

davam  etdi.  –  Eduardın  ilk  dəfə  mənim  qapıma  necə 

gəlməsi,  gözlərimin  önünə  gəlir.  Sanki  o,  dünyanın  ən 

məzlum və yazıq adamı idi. Məhz o, səbəbdən mən həmin 

alçaq  adamın  sözlərinə  inanıb  onun  üçün  torpaq  ayırıb  ev 

tikdirdim. İndi isə Eduard deyir ki, həmin evi o, öz puluna 

tikibdir və sonradan guya qaldığı torpağın da pulunu mənə 

ödəyibdir.  

Ən azı iki il dalbadal mən onları ərzaq və geyimlə təchiz 

etmiş  və  xəstələndikləri  anlarda  müalicə  olunmaları  üçün 

əlmdən  gələni  etmişəm.  Ac  qalmasınlar  deyə,  onların  hər 

bir üzvünü işlə təmin etmişəm.  

- Ata, sənin dediklərini anlamadım? – deyə qız çaşqınlıq 

içərisində soruşdu. 

-  Yelizaveta  Sergeyevna,  atanızın  illər  boyu  hörmət 

etdiyi  həmin  Muradyanlar  ailəsi,  sizin  tərəfdən  onların 



                                                     

 

  



                                                                            

                                                    

424 

hüquqlarının  tapdalanması  ilə  şikayət  ərizəsi  yazıblar. 



Onlar bildirirlər ki, on səkkiz il bundan əvvəl atanızdan iki 

sot torpaq almış və orada tikilən evin də pulunu ödəyiblər. 

Rusiya  Federasiyasının  vətəndaşları  olmadıqlarına  görə 

onlar rəsmi qeydiyyata düşə bilməyiblər.  

Hazırda  isə  Eduard  Muradyan  evi  tərk  edəcəyi  halda, 

sizin atanızdan təzminat tələb edir. Nə vaxt 120 min dollar 

ödənilsə,  onda  onlar  da  yaşadıqları  evin  açarlarını  sizə 

təhvil  verəcəklər.  Əks  təqdirdə  onlar  hüquqlarının  kobud 

şəkildə pozulmasına görə əvvəlcə Rusiyanın Baş prokuror-

luğuna,  ondan  sonra  isə  Avropa  Şurasına  müraciət  qəbul 

edəcəklər. 

Düşüncələr  içərisində  olan  ev  sahibi  hələlik  qəti  fikir 

bildirmək iqtidarında deyildi. Onun demək olar ki, dil-ağzı 

qurumuşdu.  Səbrini  saxlaya  bilməyən  qız  isə  dəhşətə 

gələrək, qəzəbli halda dedi: 

-  Bu  ki,  absuddur.  Onların  həyasızlığı  heç  bir  əndazəyə 

girmir.  Kapitan  Alekseyev,  atam  onlardan  evi  tərk  etməyi 

tələb  edəndən  sonra,  həmin  naşükürlər  belə  bir  iyrənc 

addıma əl atıblar.  

-  Ermənilərin  hansı  hoqqalardan  çıxması  hamıya  bəlli 

olduqları  bir  vaxt,  siz  onlara  sığınacaq  verdiniz.  –  deyə 

kapitan  narazılığını  gizlədə  bilmədi.  –  Muradyanlar  elə 

şikayət ərizəsi yazıblar ki, onları və sizin ailənizi yaxından 



                                                     

 

  



                                                                            

                                                    

425 

tanımayanlar,  ərizədə  yazılanları  həqiqət  olduğunu  zənn 



edərlər. Hər yerdə özlərini məzlum göstərən həmin ailə belə 

bir  şayiə  buraxıblar  ki,  guya  siz  onları  on  ildən  çox  kira-

yədə  saxlamış  və  daim  şantaj  edərək,  qızlarının  namusuna 

təcavüz etmisiniz. 

- İndi mən başa düşdüm ki, ermənilərin üçün ülvi hisslər, 

istiqanlıq  meyarları  mövcud  deyil.  –  deyə  başını  təəssüf 

hissi  ilə  tərpədən  pedaqoq  məyus  halda  dilləndi.  –  Axı, 

ermənilərə necə hörmət etməlisən ki, son anda onlar həmin 

hörməti qansınlar.  

Mən demək olar ki, onları səfalətdən qurtardım. Onların 

yerinə  kim  olsaydı  bəlkə  də  mənim  və  ailəmin  başına 

dönərdi.  Uşaqlarım  ac  olanda  belə  mən  evimə  gətirdiyim 

çörəyi onlarla bölüşdürürdüm.  

-  Sergey  Vladimiroviç,  buna  baxmayaraq  mən  sahə 

müvəkkili  kimi  Muradyanların  şikayət  ərizəsinə  baxmalı-

yam.  –  deyə  daxilində  vicdan  əzabı  çəkən  kapitan  sıxıla-

sıxıla dilləndi.  

- Onda belə çıxır ki, sən təcrübəli polis əməkdaşı həmin 

vərəqdə  yazılanlara  inanırsan?  –  deyə  ev  sahibi  başını 

çəpəki tutaraq həmsöhbətinə sualedici nəzər saldı.  

- Əlbəttə ki,  yox! Sadəcə olaraq həmin ərizəyə reaksiya 

bildirilməlidir,  ona  görə  ki,  Sankt-Peterburqda  fəaliyyət 




                                                     

 

  



                                                                            

                                                    

426 

göstərən  erməni  diasporasının  nümayəndəsi  bura  gəlibdir 



və sizinlə görüşmək niyyətindədir.    

-  Bu  nə  biabırçılıqdır?  –  deyə  pedaqoq  daha  da  vəcdə 

gəldi  və  əsəbidən  əl-qolu  titrəməyə  başladı.  –  Onlar  nə 

haqla  mənim  qapıma  gəliblər?  Lakin  buna  baxmayaraq 

mənim  ermənilərin  mövqeyini  müdafiə  edən  səlahiyyətli 

nümayəndəsinə  iradlarımı  bildirmək  üçün  yaxşı  zəmin 

yaranıbdır. 

Bu sözlərdən sonra kapitan eybəcər sifətli, ortayaşlı, kök 

kişini  içəri  dəvət  edib,  onu  Mesrop  Məlikyan  kimi  ev 

sahibinə təqdim etdi. Sergey ilk öncə onu dinləməyi qərara 

aldı  ki,  sonradan  asudə  şəkildə  ürəyindəki  sözləri  boşalt-

mağa  imkan  tapsın.  Diaspora  nümayəndəsi  süfrə  arxasına 

keçən  kimi  heç  kimdən  icazə  almadan,  kəsilmiş  tort  dili-

mini yeyə-yeyə sözə başladı:   

-  Mən  təəssüf  edirəm  ki,  sizinlə  Eduard  Muradyanın 

arasında belə bir xoşagəlməz ixtilaf baş veribdir. Hörmətli 

pedaqoq,  insan  taleyi  daim  problemlər  əhatəsində  olur  və 

illər boyu həmin problemlərin həll olunması üçün böyük bir 

fiziki və əqli enerji sərf olunur. Lakin siz yaxşı bilirsiniz ki, 

bizim millət əsrlər boyu türklər tərəfindən fiziki məhrumiy-

yətlərə məruz qalıbdır və nakam taleyimizi sağalmaz yara-

lar  basıbdır.  Bildiyiniz  kimi  Eduardın  keçdiyi  keşməkeşli 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə