  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə104/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   100   101   102   103   104   105   106   107   ...   113

                                                     

 

  



                                                                            

                                                    

395 

qaldırmalı oldu. – Onlar bizi nüfuzdan salmaq üçün bu cür 



yalanlara əl atırlar. 

-  Edik,  səsini  aşağı  salsan  yaxşı  olar.  –  Sergey  soyuq-

qanlı tərzdə dilləndi. – İş ondadır ki, belə bir sənəd bir çox 

beynəlxalq  təşkilatların  ofisində  çap  olunubdur.  Onlar  isə 

Xocalıda  baş  verən  soyqırımın  miqyasını  anlayaraq,  belə 

bir faktları nəzərə almaq məcburiyyətində qalıblar. 

 

 

 



 

 

        



 XIII fəsil.

 

Güllə yarasından da acı olan  



                         həqiqət

 

 



Elə bu vaxt kabinetin qapısı döyüldü və nitqini kəsən ev 

sahibi  kimin  olduğunu  soruşdu.  Raisa  qapını  açıb  onları 

süfrəyə  dəvət  etmək  istədi,  lakin  fürsəti  əldən  verməyən 

pedaqoq  qızı  görən  kimi  ona  bildirdi  ki,  Aleksandrı, 

Yelizavetanı  və  Roberti  çağırıb,  onlarla  birlikdə  kabinetə 

gəlsin.  Bir  az  keçən  kimi  adları  çəkilənlər  dəvət  olunan 

yerə gəldilər. Aleksandr Eduarddan kənarda divanda əyləş-

sə  də,  Raisa  da  onun  yanında  özünə  yer  tutdu  və  əlini 




                                                     

 

  



                                                                            

                                                    

396 

oğlanın  dizinə  qoydu.  Robert  artıq  kefli  idi  və  içəyiyə 



damağında siqaretlə gəlmişdi.   

Sergey içkili olsa da hərəkətlərini nəzarət altında saxlaya 

bilirdi  və  sırtıq  ermənini  belə  bir  görkəmdə  gördükdə  öz 

iradını  bildirdi.  Robert  də  pencərə  ağzında  əyləşərək 

əlindəki  siqareti  bayıra  tulladı.  Ev  sahibi  başladığı  söhbəti 

başa  çatdırmaq  üçün  son  hücuma  keçdi.  O,  söylədiyi 

ifadələrə  görə  məsuliyyət  daşıyırdı  və  istəyirdi  ki,  həmin 

sözləri  uşaqlar  da  eşitsin.  O,  əli  ilə  Raisa  ilə  Aleksandrı 

göstərib, üzünü yaşlı erməniyə tutdu və iradə ilə dedi: 

-  Edik,  istərdim  ki,  qısa  müddət  ərzində  jurnalist  fakül-

təsini  bitirəcək  bu  tələbələr  də  bizim  diskussiyanın  şahidi 

olsunlar  ki,  gələcəkdə  obyektiv  olmaqda  onlara  yardımçı 

olsun. 

Xocalıda  baş  verən  soyqırımdan  iki  gün  sonra,  yəni, 



fevralın 28-də tərkibində yerli jurnalistlərin də olduğu qrup 

2  vertolyotla  azərbaycanlıların  həlak  olduqları  yerə  çata 

bilmişdilər.  Gördükləri  mənzərə  hamını  dəhşətə  gətirdi  – 

düzənlik  cəsədlərlə  dolu  idi.  İkinci  vertolyotun  havadan 

mühafizəsinə  baxmayaraq,  ermənilərin  güclü  atəşi  altında 

ancaq  4  meyidi  götürmək  mümkün  olmuşdu.  Martın  1-də 

yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha 

da  dəhşətli  vəziyyət  müşahidə  olunmuşdur.  Meyidlərin 

skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının 



                                                     

 

  



                                                                            

                                                    

397 

kəsilməsi,  gözlərin  çıxardılması,  çoxsaylı  bıçaq  və  güllə 



yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar 

edilmişdir.  

Edik, sənə sual verirəm, özünə insan deyən bir kəs belə 

bir ağlasığmaz soyqırımı törədə bilər, ya yox? 

Bu  sözlərdən  vəcdə  gələn  Raisa  əlini  oğlanın  dizindən 

çəkdi  və  qormuş  halda  dayısına  nəzər  saldı.  Eduard  isə 

qəzəb  içərisində  təkzib  verməyə  tutarlı  faktlar  söyləməkdə 

aciz qalsa da, lakin son anda bu ittihamları rədd etmək üçün 

əsəbi halda dedi: 

-  Sergey  Vladimiroviç,  bunların  hamısı  türklərin  uydur-

duğu cəfəngiyyatdır. Öz cinayətlərini başqalarının boynuna 

yıxmaq  istəyirlər.  Sizə  neçə  dəfə  deyim  axı,  müsəlmanlar 

xristianların düşmənidir.  

-  Ola  bilsin  eşitdiyim  hadisələr  olsaydı,  mən  inanmaz-

dım. – deyə ev sahibi videoya tərəf gedib Bakıdan gətirdiyi 

diski aparata saldı və televizorun düyməsini basdı. – Lakin 

əhalinin kütləvi surətdə qırılması ilə bağlı, bu sənədli filmə 

nə demək olar? Bu da yalandır? 

Ondan  sonra  ekranda  Azərbaycanın  Milli  Qəhramanı 

Çingiz  Mustafayevin  çəkdiyi  Xocalıdan  qaçan  sakinlərin 

eybəcər  hala  salınan  meyidlərin  görüntüləri  ekranda  can-

landı.  



                                                     

 

  



                                                                            

                                                    

398 

Ermənilərə nisbətən Aleksandr həmin faciənin ilk kadr-



larını  görəndə  şok  vəziyyətinə  düşdü.  Gələcəyin  jurnalisti 

içkili olsa da, həmin tükürpədici kadrları görəndə, həmin an 

sanki  yuxudan  ayıldı  və  atasına  baxmadan  seyr  etdiyi 

qətliamın kimlər tərəfindən törədildiyini soruşdu.  

-  Bunu  sən  jurnalist  həmkarından  soruşsan,  daha  müna-

sib olar.- deyə Sergey həqarət içərisində olsa da, bu ifadəni 

istehza ilə söylədi. -  Mənə elə gəlir o, bu kadrlara bir neçə 

dəfə baxıbdır. 

- Birinci dəfədir ki, mən bu kadrları seyr edirəm. – deyə 

özünü bilməməzliyə vuran hiyləgər qız çiyinlərini çəkdi.  

-  Əziz  Saşa,  bu  türklərin  öz  millətinin  başına  gətirdiyi 

müsibətdir və bu cinayəti bizim boynumuza yıxmaq istəyir-

lər.  –  deyə  sir-sifətini  əyən  yaşlı  erməni  bir  daha  həyasız-

lığını nümayiş etdirməkdən çəkinmədi.  

-  Edik,  bəsdir  bu  cavanlara  yalan  söylədin.  -  əsəbləri 

tarıma  çəkilən  ev  sahibi  səsini  yaşlı  erməninin  üstünə  qal-

dırdı. – Demək, bütün bu vəhşiliyi də başqalarının boynuna 

yıxmaq  istəyirsiniz?  Ola  bilsin,  sizlərin  heç  nədən  xəbəri 

yoxdur.  Bəs,  indi  sadaladığım  faktlara  qarşı  hansı  tkzibi 

verəcəksiniz. 

Həmin  dövrdə  erməni  diasporasının  müqavimətinə  bax-

mayaraq, 1992-ci ildə dünyanın nüfuzlu qəzet səhifələrində 

baş verən qətliam barəsində silsilə yazılar dərc olunmuşdu. 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə