  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə99/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   95   96   97   98   99   100   101   102   ...   113

                                                     

 

  



                                                                            

                                                    

375 

nət, ədəbiyyat, elm xadimlərinin heykəlləri, çoxsaylı körpü-



lər,  servisinə,  tikilişinə,  komfortuna  görə  hər  hansı  bir 

mehmanxanalar  ilə  rəqabət  aparacaq  möhtəşəm  mehman-

xanalar,  müasir  tipli  supermarketlər,  yaraşıqlı  metrostansi-

yaları  məni  həddindən  artıq  heyran  etdi.  Demək  olar  ki, 

mən eyni vaxtda özümü həm Tokioda, Şanxayda, İstambul-

da, Parisdə, Madriddə, həm də Romada hiss edərək, həmin 

səfərdən  ayrılmaq  istəmirdim.  Sanki  mən  başqa  bir  aləmə 

düşmüşdüm,  yaradıcı  insanın  dili  ilə  desəm  mən  özümü 

nağıllar aləmində hiss etdim.  

- Sergey Vladimiroviç, siz Bakını elə təsəvvür etdiniz ki, 

sanki  həmin  şəhər  Sankt-Peterburqdan  gözəldir.  –  deyə 

Raisa narazı halda dilləndi. 

-  Onların  bəxti  gətiribdir  ki,  Azərbaycan  neft  və  qazla 

zəngin  olan  bir  ölkədir  və  əldə  olunan  pulları  necə  gəldi 

sağa və sola xərcləyirlər.  – deyə paxıllığını gizlədə bilmə-

yən Eduard təəssüf hissilə dilləndi. – Özləri milyon qazanıb 

firavan  yaşayırlar,  bizi  isə  türklərin  köməyindən  istifadə 

edərək blokadada saxlayırlar. Qaçqın düşmüş soydaşlarımız 

qışda  soyuqdan,  yayda  isə  susuzluqdan  ölürlər.  Blokadada 

olduğumuz  üçün  onlar  ərzaq  tapmaqda  çətinlik  çəkirlər. 

Beynəlxalq  təşkilatlar  isə  belə  bir  haqsızlığa  göz  yumur. 

Bax,  Sergey  Vladimiroviç  bir  alim,  bir  ziyalı  kimi  deyin 




                                                     

 

  



                                                                            

                                                    

376 

görək, belə bir vəziyyətdə biz nə etməliyik? Düşmənlərimiz 



hərtərəfli olaraq bizim milləti məhv etmək istəyirlər.  

- Biz bu problemlər haqqında çoxlu müzakirələr aparmı-

şıq. Axırıncı səfərdən qayıdandan sonra anladım ki, həmin 

münaqişədə  kim  haqlıdır,  kim  yox?  Sən  deyirsən  ki,  azər-

baycanlılar türklərlə birlikdə sizin ölkəni blokadaya alıbdır. 

Sual verilə bilər, bəs onlar nə etməliydilər?  

-  Necə  yəni  nə  etməliydilər?  –  deyə  təəccübdən  çiyin-

lərini  çəkən  Eduard  çaşqınlıq  içərisində  həmsöhbətini  süz-

məyə başladı. – Onlar coğrafi mövqedən istifadə edib belə 

bir alçaq metoda əl atmamalıydılar. Halbuki əsrlər boyu biz 

onlara  hörmət  etmiş  və  dar  vaxtlarında  kömək  əlimizi 

uzatmışıq.  Blokadanı  tətbiq  edəndən  sonra  biz  anladıq  ki, 

onlar hörmət qanan millət deyillər. 

Nizaminin  burada  olmasına  əhəmiyyət  verməyən  kobud 

adam ona ötəri halda tərs nəzər salaraq sir-sifətini turşutdu. 

Sanki o, yox, məhz azərbaycanlı tələbə onu təhqir etmişdi. 

Həmin ifadələri özü üçün təhqir hesab edən Nizami hirsini 

birtəhər daxilində dəf edərək iradə ilə dedi: 

- Xahiş edirəm, ifadələrinizə diqqət yetirəsiniz. Heç kim 

sizə  haqq  verməyibdir  ki,  bizim  milləti  və  türkləri  təhqir 

edəsiniz. Yadda saxlayın ki, biz azərbaycanlılar yaxşı ada-

mı bağlı qapılar arxasında saxlamırıq. Əldə olunan hörməti 

ayaq altına atan millətin kimliyi nəinki burada əyləşənlərə, 



                                                     

 

  



                                                                            

                                                    

377 

hətta  dünyada  yaşayan  bütün  kamil  düşüncəli  insanlara 



bəllidir. Ən azı Sergey Vladimiroviç bizimkilərin xasiyyəti-

nə qismən də olsa bələddir.  

-  Görünür,  Sergey  Vladimiroviç,  sizin  milləti  yaxından 

tanıya  bilməyibdir.  –  deyə  ən  qatı  düşməni  kimi  azərbay-

canlı tələbəni süzən Robert ikrah hissi ilə dilləndi. – Yoxsa, 

o, sənin kimi pantürkisti özü ilə bir masada əyləşdirməzdi. 

Ev sahibi o dəqiqə başa düşdü ki, Robert burada qalma-

qal  yaratmaq  fikirindədir  və  bunun  qarşısı  alnmasa  o, 

istədiyinə  nail  olacaq.  Məhz  buna  görə  də  Sergey  heç  bir 

tərəfkeşlik  etmədən  həmin  qaba  adamı  ram  etməlidir.  O, 

ayağa qalxıb Nizaminin yanına gəldi və sol əlini tələbəsinin 

sağ çiyninə qoyub Robertə ciddi halda dedi: 

-  Robert,  sənə  xəbərdarlıq  etmək  məcburiyyətindəyəm. 

Nizami, çox mərifətli və qanacaqlı oğlandır və hamı bilsin 

ki, o, mənim evimin qonağıdır. Məlumatınız olsun ki, şəxsi 

dəvətimlə o, mənim evimə qədəm qoyubdur. 

-  Niyə  əsəbləşirsiniz?  Sadəcə  olaraq  onun  bu  evdə 

görünməyi bizim üçün sürpriz oldu. – Elizabet dilləndi. 

Elizabet ev sahibinə yaltaqlanmaq istəsə də, o biri ermə-

nilər kompromissə getmək fikirində deyildilər. Xüsusən də 

Raisa onu burada biabır etmək üçün özünə bir proqram da 

hazırlamışdı.   




                                                     

 

  



                                                                            

                                                    

378 

- Nizami, daim ruslarla müharibə aparan siz türklərin rus 



torpağında gəzməyə mənəvi haqqınız yoxdur. – arada yara-

nan ixtilafdan istifadə edən Raisa qızışdırıcı mövqe tutaraq 

içəridə olan rusları da azərbaycanlı tələbənin üstünə qaldır-

maq istədi. – Sənin kimiləri Rusiyadan sürgün etmək lazım-

dır.  

- Keçmişdə müharibə yaradanlar layiqincə öz cəzalarına 



çatıblar.  Türklər  qüvvətli  və  güclü  olsalar  da,  daim  sülhü 

hər şeydən üstün tutublar.  

-  Cavan  oğlan,  bu  haqda  fikir  yürütməkdə  sən  hələ 

uşaqsan. – deyə Eduard vacdə gəldi. – Sizin millət özünüz-

dən başqa heç kimi bəyənmir və bir qədər üstün olan kimi 

başlayırsınız  təzyiq  göstərməyə.  Ona  görə  də  hamı  Azər-

baycanı tərk etməli olur. 

Bu  dəfə  Sergey  gözləməli  mövqe  tutmağı  qərara  aldı. 

Ona  görə  ki,  o,  Nizaminin  həm  savadına,  həm  də 

səviyyəsinə  yaxşı  bələd  idi  və  əmin  idi  ki,  azərbaycanlı 

tələbə  tutarlı  dəlillərlə  ətrafındakı  erməniləri  susdurmağa 

müvəffəq olacaq. Bunun əsas səbəbi isə Sergeyin Qarabağ 

problemi  ilə  bir  çox  mətləblərdən  agah  olması  idi.  Lakin 

bütün bunlara baxmayaraq Yelizaveta kənarda sakit oturub, 

istədiyi  oğlanın  təzyiqlər  altında  çapalamasını  seyr  etmək 

istəmirdi.  




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə