  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə98/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   94   95   96   97   98   99   100   101   ...   113

                                                     

 

  



                                                                            

                                                    

371 

Süleyman  Ələsgərovun  və  başqa  görkəmli  şəxsiyyətlərin 



doğulduğu  bir  şəhərdir  və  həmin  yaşayış  məskəni,  hətta 

YUNESKO-da  belə,  Azərbaycanın  konservatoriyası  kimi 

tanınır.  Bunu  təkcə  mən  yox,  bizim  ölkədə  olmuş  bütün 

tarixi şəxsiyyətlər dəfələrlə qeyd ediblər. 

-  Məlumatınız  olsun  ki,  Şuşa  Azərbaycanın  yox,  qədim 

Ermənistanın tarixi yaşayış məskənidir.  – deyə Robert tərs 

nəzərlərini  azərbaycanlı  tələbəyə  tərəf  yönəldərək,  hökmlə 

dilləndi.  –  Ümumiyyətlə,  bizim  tariximizdə  Azərbaycan 

adlı bir məmləkət yoxdur. 

-  Dəqiq  bilmək  istəyirsinizsə,  sizə  bir  fakt  söyləyim.  – 

deyə əsəbləri tarıma çəkilən Nizami başını dik tutaraq ciddi 

halda  dilləndi.  –  Nəinki  Şuşa  və  ya  İrəvan,  ümumiyyətlə 

ermənilərin  Qafqazın  cənubunda  məskunlaşdıqları  bütün 

yaşayış  məskənləri  azərbaycanlıların  dədə-baba  torpaqları-

dır. Bu haqda tarixi sənədlər var ki... 

 

 



 

 

       XVI fəsil. Aşıb-daşan səbr kasası 

 

Elə  bu  vaxt  evin  qapısı  döyüldü  və  Nizaminin  sözü 



yarımçıq  qaldı.  Ona  görə  ki,  həmin  məqamda  Raisa  “mən 


                                                     

 

  



                                                                            

                                                    

372 

sənə  heç  vaxt  bu  sözləri  bağışlamayacağam”  ifadəsini 



işlədərək,  vəcdə  gəlmiş  halda  verandaya  çıxdı.  Robert  isə 

qığılcım  saçan  baxışlarını  həmsöhbətinin  gözlərinə  doğru 

yönəldərək, qəzəbli halda erməni dilində bir-iki kəlmə  söz 

işlətdi. 

Onların  arasında  yaranan  narazılıqdan  məyus  olan 

Yelizaveta  hər  ikisini  sakitliyə  dəvət  edərək,  qapıya  tərəf 

getdi.  Özünün  azərbaycanlı  tələbənin  yanında  alçaldığını 

büruzə  vermək  istəməyən  eqoist  erməni  qızı,  sir-sifətini 

səliqə-sahmana  salıb,  getdiyi  yerdən  qayıtdı  və  gələnlərin 

qarşısına çıxdı. 

Gələn qonaqlar Eduardgil idi və onlar salamlaşaraq masa 

arxasına  keçdilər.  İş  elə  gətirdi  ki,  Eduardın  kişik  qızı 

Karmen  Nizaminin  sol  tərəfində  əyləşdi.  Sergey  öz 

kabinetindən çıxıb, qonaqları salamladı və içəridəkiləri bir-

biriləri  ilə  tanış  etdi  və  oğlunun  yanında  mövqe  tutdu. 

Karmen  biləndə  ki,  Nizami  azərbaycanlıdır  o,  tərəddüd 

etmədən  yerini  tərk  etdi  və  Raisa  ilə  vacib  iş  olduğunu 

bəhanə gətirib onun yanına keçdi. 

Sergey birinci badəni evinə dəvət olunmuş bütün qonaq-

ların  sağlığına  qaldırıb  kababa  əl  atdı  və  onu  qıcıqlandır-

maq üçün həvəslə dedi:  

- Edik, mən Qafqazın cənubunda yerləşən hər üç ölkədə 

oldum  və  hər  yerdə  hazırlanan  kababların  dadına  baxdım. 



                                                     

 

  



                                                                            

                                                    

373 

Etiraf etməliyəm ki, Nizaminin bişirdiyi kabab kimi heç bir 



yerdə  ləzzətli  kabab  yemədim.  Buyurun  baxın,  özünüz 

qiymət verin. 

Elmlər  namizədi  həmin  izahatı  verən  zaman  həm 

Eduard,  həm  də  Karmen  əllərindəki  tikə  kababı  yemək 

istəyirdilər.  Lakin  ev  sahibinin  sözlərini  eşidən  kimi  onlar 

həmin  tikələri  yerə  qoyub,  Yelizavetanın  hazırladığı  “pay-

taxt” salatını dadmağa başladılar. Sergey kifayət qədər arif 

adam idi və onların mərifətsiz hərəkətlərindən hiddətləndi. 

O,  ağlına  belə  gətirməzdi  ki,  evinə  gələn  ermənilər  bu 

dərəcədə  azərbaycanlı  tələbəsinə  qarşı  ifrat  düşmənçilik 

hissi bəsləyirlər. Deməli, bu ədavət bir xəstəlik kimi onların 

hamısının  qanına  yeriyibdir.  Bu  məsələnin  üstündən  səti 

keçmək  istəməyən  və  onlar  barəsində  düşündüklərini 

üzlərinə  deməyə  hazırlaşan  pedaqoq  Eduarda  tərs  nəzər 

salaraq maraqla soruşdu: 

-  Edik,  xeyir  ola,  mən  deyəndə  ki,  kababı  Nizami 

hazırlayıb  sən,  sanki  irgənirmiş  kimi  əlindəki  tikəni  yerə 

qoydun?  Mən  biləni  siz  ermənilər  kabab  yeməkdən  böyük 

həzz alırsınız. Bunun səbəbini izah edə bilərsən?  

-  Nədənsə,  mən  Yelizavetanın  əl  məhsulu  olan  salata 

tamah saldım. – deyə Yelizavetanın üzünə yaltaqcasına gü-

lən riyakar qonaq qeyri-müəyyən tərzdə dilləndi. – Kababı 

isə gündə yeyirəm, özü də ki, həmin kababı özüm bişirsəm 



                                                     

 

  



                                                                            

                                                    

374 

və  yaxud  da  hansısa  bir  həmyerlim  bişirəndə.  O  ki,  qaldı 



sizin Bakıda bişirilən kababın tərifləmənizə, mən deyərdim 

ki,  siz  əsl  erməninin  bişirdiyi  kababla  üzləşməmisiniz.  Bu 

sahədə  bizim  mütəxəssislər  o  qədər  məşhurlaşıb  ki,  bütün 

Şimali  Qafqazda  restoranlarda  yalnız  erməni  aşbazları 

çalışırlar.  

-  Bəs,  bizim  evdə  keçirilən  ziyafətlərdə  kababı  kim 

bişirirdi? – deyə Yelizaveta Eduarda təəccüblü nəzər saldı. 

– Edik, dayı elə həmin kababları sizdən və Robertdən başqa 

heç  kim  hazırlamırdı.  Amma  etiraf  edim  ki,  Nizaminin 

bişirdiyi  kabablar  xüsusi  reseptlərlə  hazırladığından,  ətin 

dadı bənzərsiz olubdur. 

- Təəssüflər olsun ki, sən süfrədə olan kababdan dadma-

dın. – ev sahibi Eduardın cavab verməsinə imkan verməyə-

rək  istehza  ilə  dilləndi,  daha  sonra  o,  həmsöhbətini  bir 

qədər diqqətlə süzəndən sonra mövzunu dəyişdi. – Eduard, 

desəm  inanmayacaqsan  və  yaxud  da  kim  mənə  desəydi 

inanmazdım.  Mən  təxminən  30  il  bundan  əvvəl  Bakıda 

olmuşdum və həmin şəhər bir çox sovet şəhərlərindən qəti 

olaraq  seçilmirdi.  İndi  isə  Bakını  Avropanın  bir  çox  gözəl 

şəhərləri  ilə  müqayisə  etmək  olar.  Rəngarəng  arxitektura 

üslubu, köhnə və modern tipli binaların heyranedici fasad-

ları, ekzotik fəvvarələr, çoxsaylı parklar, dəniz qırağındakı 

bənzərsiz  bulvar,  əyləncə  mərkəzləri,  mədəniyyət,  incəsə-



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə