  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə96/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   92   93   94   95   96   97   98   99   ...   113

                                                     

 

  



                                                                            

                                                    

363 

ən  əsas  gördüyü  təəssüratlarla  və  əldə  etdiyi  bilgiləri 



bölüşmək  üçün  Eduradla  və  onun  ailəsilə  görüşməyə  can 

atırdı.  Sergey  gördüyü  və  eşitdiyi  həqiqətləri  bəyan  etmək 

üçün  həmin  ünsürlərlə  son  dəfə  görüşmək  istəyirdi.  Çox 

şeylər  vardı  ki,  açılmalı  və  bir  çox  mətləblərə  aydınlıq 

gətirilməli idi. Bu gün o, məkrli erməninin yalanlarını üzü-

nə vuraraq, həmin vicdanı olmayan adamı ifşa etməliydi. 

Dekanın  qızı  Yelizaveta  atasının  işlədiyi  universitetin 

filologiya fakültəsinin dördüncü kursunda təhsil alan yaxın 

rəfiqəsi  İrina  ilə  birlikdə  süfrə  hazırlayaraq  məclisi  bir 

yerdə  keçirmək  fikirində  idilər.  Aleksandrın  Raisa  ilə 

arasında  olan  münasibətlərdə  soyuqluq  yaranandan  sonra 

İrina  hərtərəfli  olaraq  gələcəyin  jurnalisti  ilə  sıx  əlaqlər 

yaratmağa  çalışırdı.  O,  bu  işdə  yaxın  rəfiqəsi  olan 

Yelizavetanın köməyindən də istifadə edirdi. Lakin İrina ilə 

Aleksandr arasında yaranan belə bir münasibətlərə baxma-

yaraq,  Raisanın  oğlandan  əl  çəkmək  fikiri  yox  idi.  Məhz 

buna  görə  də  o,  qonaqlıq  başlamamışdan  əvvəl  dekanın 

evinə gəlib, orada müəyyən işlərlə məşğul olmağa başladı. 

Bakıda  tamtəraqla  keçirilən  “Eurovision”un  finalını, 

aatsı  ilə  birlikdə,  canlı  izləmiş  Yelizaveta  hara  gedirdisə, 



“Baku Crystal Hall”un gözəlliyindən, finalın necə yüksək 

səviyyədə  keçirilməsindən,  oradakı  ab-havadan,  tədbirin 

möhtəşəmliyindən  və  xüsusən  də  azərbaycanlıların  qonaq-



                                                     

 

  



                                                                            

                                                    

364 

pərvərliyindən  danışırdı.  O,  demək  olar  ki,  eyforiya 



içərisində  idi  və  Nizaminin  həddindən  artıq  qabiliyyətli, 

mədəni olmasından heyrətə gələrək, özündən asılı olmadan 

həmin oğlana vurulmuşdu.  

Nizami  əvvəlcədən  söz  vermişdi  ki,  qonaqlıq  başlama-

mışdan  əvvəl  o,  gəlib  süfrənin  hazırlanmasında  iştirak 

edəcək.  İş  ondadır  ki,  Sergey  tələbəsinin  necə  dadlı  kabab 

bişirməsinə  bələd  idi  və  istəyirdi  ki,  başqa  nemətlərlə 

yanaşı sügrəyə həm lülə, həm də tikə kabablar da qoyulsun. 

Bu işdə Nizami yardımçı funksiyasını yerinə yetirməliydi. 

Süfrənin  bəzədilməsilə  bağlı  cavanların  hərəsi  bir  işlə 

məşğul  idi.  Nizami  həyətdə  meyvə  ağaclarının  arasında 

quraşdırılmış manqalda kababları hazırlayıb masanın üzəri-

nə  düzmüşdü.  O,  müəllimini  və  onun  ailəsini  daha  da 

heyrətləndirmək  üçün  badımcan,  pomidor,  istiot  və  kartof 

kababları  da  bişirmişdi.  Havanın  soyuq  olmasına  baxma-

yaraq kababın iyi evdəkilərin hamısını həyətə çıxarmışdı.  

Nəzərdə  tutulan  təamlar  tam  hazır  olana  qədər  Yeliza-

veta  istədiyi  oğlandan  ayrılmadı.  Qız  rusların  xarakterinə 

uyğun  olaraq  müəyyən  qədər  sərbəst  olsa  da  o,  atasının 

evdə  olduğunu  nəzərə  alıb,  Nizamiyə  sarılmağı  özünə  ar 

bilirdi.   

Süfrə hazırlanmasında xüsusi canfəşanlıq göstərən azər-

baycanlı tələbə çoban salatı, duzlu kələmi, xiyarı, pomidoru 



                                                     

 

  



                                                                            

                                                    

365 

və göy-göyərtini kababın ətrafına düzüb, hamını masa arxa-



sına dəvət etdi. Ən əsas isə o, Sergeyin Bakıda xoşuna gəl-

diyi bir salatı hazırlamışdı - nar suyuna soğan doğranması. 

Lakin  Sergey  Eduardın  ailəsi  ilə  birlikdə  qonaq  gələnə 

qədər,  cavanların  əyləncəsinə  mane  olmamaq  üçün  öz 

kabinetində  qalmağı  qərara  almışdı.  Cavanlar  isə  heç  kimi 

gözləmədən  süfrəyə  daraşıb,  ortaya  qoyulan  təamlardan 

dadmağa başladılar. 

Adəti  üzrə  Aleksandr  həmişə  ağzına  bir  tikə  qoymadan 

ən azı badə araq içərdi. Lakin bu dəfə o, kababın məstedici 

iyinin qarşısında tab gətirməyib, ac qarnına həm tikə, həm 

də lülə kabab yeməyə başladı. O, bu təamın həddindən artıq 

ləzzətli olduğunu gizlətməyib, ağızdolusu Nizamini təriflə-

məyə  başladı.  Müəyyən  mənada  bu  tərif  Raisanın  qəlbinə 

toxundu  və  o,  da  öz  xislətinə  uyğun  olaraq  hamıya  bəyan 

etdi ki, kabab erməni xalqının milli  mətbəxinin nümunəsi-

dir. Ən dadlı kabab erməni aşbazlarının əlindən çıxır. Qızın 

həyasızlığına  tab  gətirməyən  Nizami  başını  təəssüf  hissilə 

tərpədərək aludəliklə dedi:  

-  Raisa,  bizdə  kababı  aşbazlar  yox,  hər  bir  azərbaycanlı 

hazırlaya bilir. Əvvəlki dövrləri demirəm, XIX əsrin sonun-

da  Nobel  qardaşları  Bakıda  neft  sənayesində  çalışdıqları 

zaman,  bizim  milli  mətbəxlə  tanış  olmuş  və  həmişə  də 

kabab yeməkdən böyük həzz almışdılar. Hətta öz ölkələrinə 



                                                     

 

  



                                                                            

                                                    

366 

qayıdandan  sonra  bir  çox  aşbazlarına  kabab  hazırlatsalar 



da, etiraf edirdilər ki, heç kim kababın öhdəsindən azərbay-

canlılar kimi gələ bilmir.  

-  Bizimkilər  Osmanlı  Türkiyəsi  ilə  müharibələr  aparan-

dan bəri cəbhə bölgələrində kabab bişirməklə məşğul olub-

lar  və  bu  sirri  başqa  millətlərin  nümayəndələrinə  açıblar. 

Azərbaycanlılar  da  kabab  bişirməyi  daim  bizimkilərdən 

öyrəniblər. 

-  Raisa,  incimə  məndən,  ermənilər  kabab  bişirməyi 

Qafqaza  gələndən  qat-qat  sonra  öyrəniblər.  Elə  indi  də 

onlar  kababı  bizimkilər  kimi  hazırlaya  bilmirlər.  Adi  bir 

nümunə:  görkəmli  dramaturqumuz  Mirzə  Fətəli  Axundo-

vun  “Müsyö  Jordan  və  dərviş  Parisi  partladır”  adlı  bir 

komediyasını  yazıbdır  və  həmin  əsər  bədii  film  şəkilində 

dəfələrlə  televiziya  ekranlarda  nümayiş  etdirilibdir.  XIX 

ərsrin  ortalarında  baş  verən  həmin  hadisələrdə  yazıçı 

kababın  necə  bişirilməsini  və  süfrəyə  gətiriləndə  fransız 

aliminin  həmin  kababın  dadından  necə  məst  olduğu  və 

barmaqlarını  necə  yalaması  xüsusilə  göstərilibdir.  Bildir-

mək  istəyirəm  ki,  həmin  obrazı  ekranda  SSRİ  xalq  artisti 

Sergey  Yurski  canlandırıbdır.  Əslinə  isə  baxanda  kababın 

tarixçəsi  dəqiq  məlum  deyil,  lakin  o  da  bəllidir  ki,  kabab 

qadimdən Qafqazda yaşayan xalqlarının nemətidir.  




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə