  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə95/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   91   92   93   94   95   96   97   98   ...   113

                                                     

 

  



                                                                            

                                                    

359 

Fransada  terror  aktları  törətdiyinə  görə  həbs  edilmiş  ABŞ 



vətəndaşı,  tanınmış  beynəlxalq  terrorçu  Monte  Melkonyan 

azad  olduqdan  sonra  1990-cı  ildə  Ermənistandan  Dağlıq 

Qarabağa  göndərilərək  azərbaycanlıları  öz  torpaqlarından 

məcburi  köçkün  vəziyyətinə  salmış  terrorçu  qruplara 

rəhbərlik etmişdir. 1993-cü ilin yayında Azərbaycan qoşun 

hissələri  tərəfindən  məhv  edilmiş  Monte  Melkonyanın 

İrəvanda  dəfn  mərasimində  prezident  daxil  olmaqla  Ermə-

nistanın dövlət rəsmiləri iştirak etmiş, sonra bu beynəlxalq 

terrorçu Ermənistanın milli qəhrəmanı  elan olunmuş, onun 

adı  ER  Müdafiə  nazirliyinin  diversiya  mərkəzlərindən 

birinə verilmişdir. 

-  Robert  Köçəryan  hakimiyyətə  gəldikdən  sonra  Ermə-

nistanda  terrorçu  qrupların  rəhbərlərinin  reabilitasiyası 

halları daha da artmışdır. – deyə Heydər cəbhəçi yoldaşına 

dəstək  olmaq  üçün  səbirsizliklə  dilləndi.  -  Tanınmış 

terrorçu,  İran  vətəndaşı  Qrant  Markaryan  həbsdən  azad 

edilərək, Azərbaycana qarşı terror aktlarının keçirilməsində 

fəal  iştirakına  görə  1981-ci  ildə  Parisdə  türk  səfirliyinin 

zəbtinin  təşkilatçılarından  biri  Vazgen  Sislyanla  birgə 

Robert Köçəryan tərəfindən Qarabağ müharibəsinin qəhrə-

manı  adına  layiq  görülmüşlər.  Bütün  bunlar  Ermənistan 

rəhbərliyinin Azərbaycana qarşı terror aktlarının təşkilində 

bilavasitə  iştirakını  bir  daha  təsdiq  edir.  Əslində  Ermənis-



                                                     

 

  



                                                                            

                                                    

360 

tanın  hazırkı  rəhbərləri:  Eks-prezident  Robert  Köçəryan, 



keçmiş  müdafiə naziri,  indi isə prezident olan  Serj Sarkis-

yan və Dağlıq Qarabağdakı işğalçı-separatçı rejimin rəhbəri 

Arkadi  Qukasyan  terrorçularla  sıx  əlaqədə  olduqlarını 

gizlətmirlər. 

Maşına  getmək  üçün  vaxtın  çatdığını  görən  Abram 

əlindəki boş stəkanı nəlbəkiyə qoyub ciddi halda dedi:  

-  Əziz  dostum,  Azərbaycan  Respublikasının  işğal 

olunmuş ərazilərinin “sərhəd”i hazırda Ermənistanın silahlı 

qüvvələri  tərəfindən  qorunur,  bu  ölkədən  olan  çağırışçılar 

hərbi  xidmət  keçmək  üçün  həmin  ərazilərdəki  hərbi  hissə-

lərə  göndərilir.  Həmçinin  hazırda  işğal  olunmuş  ərazilərdə 

Ermənistanın silahlı qüvvələri və terrorçu qruplarla yanaşı, 

qeyri-qanuni  silahlı  birləşmələr  də  fəaliyyət  göstərir  və 

bütün  bunlar  terrorizmə  qarşı  mübarizə  üzrə  beynəlxalq 

konvensiyaların  nəzarətindən  kənardadır.  Bu  məsələni 

xüsusilə diqqətdə saxlamaq lazımdır.  

Məhz  bundan  sonra  Sergey  Qarabağ,  erməni  terroru  və 

qaçqınlar problemi ilə bol olan bir çox məlumatlarla təchiz 

olunaraq, sarsılmış vəziyyətdə maşına tərəf yollandı. 

 

 



 

 

 




                                                     

 

  



                                                                            

                                                    

361 

XV fəsil. Həqiqəti dərk edən rus ziyalısı  

           evində ziyafət təşkil edir  

 

Üç  gün  ərzində  Sergey  Azərbaycanı  gəzib  oradan,  ölkə 



və  millət  barəsində  xoş  təəssüratlarla,  acınacaqlı  tale 

yaşayan qaçqınlarla bağlı acı xatirələrlə ayrılmışdı. Yeliza-

veta  isə  Sankt-Peterburq  kimi  gözəl  şəhərdə  yaşamasına 

baxmayaraq  demək  olar  ki,  Bakıya  vurulmuşdu.  Oradakı 

insanların  mehribançılığı  xüsusi  olaraq  hər  iki  qonaqda 

heyrət  hissi  doğurmuşdu.  Lakin  bütün  bu  gözəl  ovqata 

baxmayaraq Sergeyə təsir edən bir amil var idi, o da ki, yüz 

ildən  çox  çiyin-çiyinə  yaşamış  ermənilərlə  azərbaycanlıla-

rın  arasındakı  ədavət.  Onu  bir  sual  düşündürürdü:  həmin 

millətlər  nəyi  öz  aralarında  bölüşdürə  bilmirlər?  Torpaq 

iddiasıdırsa,  nəyə  görə  bu  məsələ  çar  Rusiyası  dövründə 

yox,  məhz  SSRİ  dağılan  kimi  gündəmə  gəldi?  Alimlik 

zirvəsinə  ucalan  Sergey  onun  şahidi  olmuşdu  ki,  hər  şey 

ermənilərin,  xüsusən  də  erməni  diasporasının  dediyi  kimi 

mövcud  deyil.  Onlara  nisbətən  azərbaycanlılar  daha  loyal, 

təmkinli, səbrli, tolerant, sülhpərvər, qonaqpərvər, istiqanlı 

və  düşmənçilik  mövqeyindən  uzaq  olan  bir  millətdir.  Belə 

bir  qonşu  ilə  sülh  və  əminamanlıq  şəraitində  yaşamaq 

olmaz?  Əlbəttə  ki,  olar!  Deməli,  onların  arasında  yaranan 



                                                     

 

  



                                                                            

                                                    

362 

münaqişədə  günahı  elə  ermənilərin  özündə  axtarmaq 



lazımdır.  

Ermənilər  hamıya  car  çəkirdilər  ki,  azərbaycanlılar 

müsəlman və qatı türkçü olduqları üçün erməniləri Qafqaz-

dan  didərgin  salmaq  istəyiblər.  Əgər  elədirsə,  onda  həmin 

müsəlmanlar  xristian  olan  gürcülərlə  necə  sülh  və  əmin-

amanlıq  şəraitində  yaşayırlar?  Sergey  dəqiq  bilirdi  ki, 

Azərbaycanda  yaşayan  gürcülərin  sayı,  azərbaycanlıların 

Gürcüstanda  yaşayan  azərbaycanlıların  sayından  xeyli 

azdır, lakin onların arasında heç bir narazılıq yoxdur.  

Ortayaşlı  pedaqoq  evində  oturub  daim  Eduardın 

azərbaycanlılarla bağlı olan neqativ fikirləri yadına salır və 

artıq dərk etmişdi ki, bütün bunların hamısı qeyri-obyektiv 

fikirlər  kimi  azərbaycanlıları  gözdən  salmaq  xarakteri 

daşıyırdı.  Vaxtilə  kömək  etdiyi  bir  insanın  onu  necə 

aldatması dekana pis təsir göstərmişdi. Məhz buna görə də 

onun həmin insana olan münasibəti kəskin surətdə dəyişdi.  

Sergeyin  səfərdən  qayıtması  ilə  əlaqədar  Eduard  onu 

görmək  üçün  qızları  ilə  birlikdə  dekanın  evinə  qonaq 

getməyə  hazırlaşırdı.  Paralel  olaraq,  Ermənistanda  Rober-

tin,  Azərbaycanda  isə  Nizaminin  valideynlərinin  Sergeyə 

etdiyi  yaxşılığın  əvəzini  çıxmaq  üçün,  o,  evində  ziyafət 

təşkil etmişdi. O, Nizamidən çox erməni qaçqını qarşısında 

“borclu” qalmaq istəmirdi. Səbirsizliyini gizlətməyən ziyalı 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə