  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə91/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   87   88   89   90   91   92   93   94   ...   113

                                                     

 

  



                                                                            

                                                    

343 

qısa  müddət  ərzində  astronomik  surətdə  yaxşılığa  doğru 



inkişaf  etmiş  və  gözəlliyinə  görə  postsovet  məkanında 

əksər şəhərləri arxada qoymuşdu. Sergey inana bilmirdi ki, 

bu əvvəlki Bakıdır.  

 

 



 

 

 



      XIII fəsil. Müharibə dəhşətlərinin zavallı  

                       şahidləri 

 

“Eurovision”  yarışmasının  finalı  başa  çatan  günün 

səhərisi, Sergey gələcək işlərinə kömək olacaq bir faktı da 

öz gözü ilə görmək üçün, rayonların birində yerləşən çadır 

şəhərçiyinə  getmək  istəyini  bildirdi.  Şəhərdəki  qaçqınların 

günü-güzaranı  ona  bəlli  idi,  lakin  rayonlarda  sığınacaq 

tapan  qaçqınların  həyatının  necə  olması  rus  pedaqoqunu 

bərk  maraqlandırırdı.  Çünki  şəhər  kommunikasiyaları  ilə 

rayondakı şəraitlər bir-birindən kəskin surətdə fərqlənirdi.  

Abram rus dostunun fikrini o dəqiqə başa düşdü. Qaçqın 

statusu almış Mariz ilə İlqar Əvəzin qardaşları idi və onlar 

düşdükləri  acınacaqlı  vəziyyəti  istədikləri  şəkildə  rus 

qonağına  çatdırmaq  üçün  müəyyən  bir  şou  qura  bilərdilər. 



                                                     

 

  



                                                                            

                                                    

344 

Ona  görə  ki,  Sergey  belə  bir  şou  ilə  Eduardın  timsalında 



Sankt-Peterburqda  üzləşmişdi.  Hazırkı  durumda  onu  ucqar 

rayonlarda  və  ya  qəsəbələrdə  yerləşən  qaçqınların  durumu 

maraqlandırdığından  rayonların  birinə  getmək  istədiyini 

bildirdi.  

Bu  dəfə  Sergeyi  bölgəyə  Heydər  ilə  Vahid  Abramın 

maşınında  müşayiət  etməliydilər.  Kamil  ilə  Füzuli  işlərin-

dən ayrıla bilmədikləri üçün nəzərdə tutulan səfərdə iştirak 

edə bilmədilər. 

Seçim qonağın elə öz öhdəsinə verildi. O, hansı rayonu 

istəsə idi, Abram  da  maşını ora  sürməli idi. Sergey Gəncə 

yaxınlığında yerləşən qaçqın şəhərciyini seçdi.  

Təsadüfdən, yoxsa zərurətdənmi həmin yer seçilmişdi. İş 

ondadır  ki,  orada  məskunlaşan  qaçqınlar  əsl  soyqırımı  öz 

üzərlərində  görmüş  və  ermənilərin  Afrikadakı  ölü  cəsədi 

yeyən  kaftarlardan  və  çaqqallardan  da  amansız  yırtıcı 

olduqlarının şahidi olmuşdular. 

Qonaqlar qaçqınların ərazisinə daxil olan kimi onları şə-

hərciyin  komendantı  qarşıladı  və  biləndə  ki,  gələnlər  kim-

lərdir, tanıtım mərasiminə başladılar. Qaçqınların baraklar-

da,  çadırlarda,  fanerlə  düzəldilmiş  komalarda,  köhnəlmiş 

avtobuslarda,  sınıq-salxaq  evlərdə,  divarları  paslanmış 

vaqonlarda yaşamaları Sergeyi şok vəziyyətinə saldı. 




                                                     

 

  



                                                                            

                                                    

345 

Əvəz  Laçın  qaçqınları  ilə  görüşən  zaman  orada  əyani 



surətdə  tanıdığı,  2  il  erməni  əsirliyində  olan  Yeganə  və 

Müşfiq  Əliyevlər  bacı  qardaşı  gördü  və  tərəddüd  etmədən 

qonaqlarla birlikdə onlara yaxınlaşdı. Peşəkar həkim qona-

ğın  kimliyini  qaçqınlara  izah  edən  kimi,  əsirlikdə  onların 

başına gələn müsibətlərin bəzi epizodlarını danışmağı xahiş 

etdi. Xatirələr acı olsa da, yaşı otuzu keçmiş xanım dedi: 

-  Biz,  ermənilərin  işğal  etdikləri  Laçından  Kəlbəcərə 

gələndə  orada  əsir  düşdük.  30  nəfərin  mindiyi  “Kamaz” 

gülləbaran edildi, anamı, atamı və digər qohumlarımı öldür-

dülər. Mən və qardaşlarım isə ağır yarlandıq. Mənə 8 güllə 

dəymişdi. Ermənilər (aralarında bir qadın da var idi) mənim 

və  o  biri  yaralıların  saçından  tutaraq  “KamAZ”dan  yerə 

atdılar. 11 yaşlı balaca qardaşım yaralansa da, hələ sağ idi. 

Onu erməni əsgərləri təpiklə döydülər, sonra da “KamAZ”a 

atıb diri-diri yandırdılar. Digər qardaşım Müşfiq ayağından 

yaralanmışdı. Bizimlə bərabər, Səma adlı bir hamilə qadın 

və onun 2 balaca qızı da yaralı idi. Ermənilər onu qarnından 

gülləylə vurmuşdular. Bir “KamAZ” adamdan cəmi 5 nəfər 

sağ  qalmışdıq.  Bizi  bir maşına  “yığıb”  Ağdərəyə  apardılar 

və orada qarın üstünə yerə atdılar.  

Səmanın  3  yaşlı  qızı  da  ağır  yaralı  idi,  güllə  sinəsinə 

dəymişdi.  Ermənilər  onu  zibil  vedrəsinə  atdılar.  Bizi  ac-

susuz, yaralı halda bir neçə gün saxladılar. Erməni əsgərləri 



                                                     

 

  



                                                                            

                                                    

346 

bizi  döyür,  təhqir  edirdilər.  Bizi  Xankəndinə  apardılar. 



Yolda  meşədə  bir  hərbi  hissədə  çoxlu  rus  gördüm  və 

oradakı  tibb  bacılarının  əksəriyyəti  ruslar  idi.  Xankəndidə 

100-dən  çox  əsir  uşaq  gördüm.  Orada  15  yaşlı  qardaşım 

Müşfiqi tapdım.  

İşgəncələr  zamanı  şikəst  olan  Müşfiq  axsaq  ayağını 

salamat ayağının üstünə qoyub hüznlə dedi:  

-  Ayağımın  yarasından  qan  axırdı.  Qanı  kəsmək  üçün 

buz  kimi  soyuq  suyu  yaramın  üstünə  tökürdülər.  Bizə  tək 

erməni əsgərləri yox, “həkimlər” də işgəncələr verirdi. Bir 

gün yanıma əlində qayçı olan başqa bir “həkim” gəldi. Tibb 

bacıları tərpənməyim deyə, qollarımdan tutdular. Keyidici, 

ağrıkəsici  olmadan  “həkim”  yara  olan  ayağımın  ətini 

doğramağa  başladı.  Ağrıdan  qışqıranda  isə  məni  möhkəm 

döyür  və  nəfəsim  kəsilənədək  boğurdu.  Beləcə  ayağımın 

ətini doğrayıb sümüyümə keçdi. Sümüyümü sındırıb hissə-

hissə  qoparırdı.  İndi  də  ayağımdakı  sümük  5  santimetr 

əskikdir.  –  Müşfiq  sübut  üçün  şalvarının  balağını  qaldırıb 

ayağını qonaqlara göstərdi və həmin an sözünə davam etdi. 

-  Sümüyümü  qoparandan  sonra  iynəylə  ətimi  tikdi.  Yaralı 

vəziyyətdə  ermənilər  gəlib  məni  və  başqa  yaralı  əsirləri 

işlətmək  üçün  aparırdılar.  Yaram  çox  pis  idi,  çirk  verirdi. 

İşləyə  bilməyəndə  döyürdülər,  ona  görə  də  məcbur  qalıb 

odun daşımağa başladım. 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə