  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə107/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   103   104   105   106   107   108   109   110   ...   113

                                                     

 

  



                                                                            

                                                    

407 

qalxdıq  və  qismən  də  olsa  buna  nail  olmuşuq.  Əsas  ərazi-



lərimiz Türkiyə və İranda qalıbdır. Gec-tez Qarabağın müs-

təqilliyi  beynəlxalq  ölkələrdən  tərəfindən  tanınacaq  və  biz 

suveren bir ölkə kimi öz fəaliyyətimizi davam etdirəcəyik.  

Torpaqlarımızı  türklərdən  azad  etmək  bizim  milli 

ideologiyamızın əsasını təşkil edir. bu torpaq uğrunda həlak 

olmuş babalarımızın ümumi arzusudur. 

Siz onları yaxşı tanımırsınız, azacıq imkanları olsa onlar 

nəinki  bizim,  hətta  Yer  kürəsində  olan  bütün  xristianların 

qanını  içərlər.  Təəssüvlər  olsun  ki,  xristian  ölkələri  bunu 

dərk etmirlər. 

Elə bu məqamda ev sahibi otaqda olan hər bir erməninin 

gözlərinə nifrət dolu olan baxışlarını yönəldərək, daxilində 

nəyisə götür-qoy etməyə başladı. Sanki o, həyasızlıq nüma-

yiş  etdirən  həmin  ünsürlərə  qarşı  son  həmlə  endirməyə 

hazırlaşırdı.  

 

 



 

 

      XIX fəsil. Yalançıların ifşa olunması 

 

Ermənilər  başa  düşdülər  ki,  ev  sahibi  onların  bütün 



məkrli  planlarını  alt-üst  edir  və  onların  iç  üzünü  öz 


                                                     

 

  



                                                                            

                                                    

408 

övladlarının  yanında  açırdı  ki,  həmin  adamların  kimliyi 



onlara  bəlli  olsun.  Tarixçi  pedaqoqun  belə  bir  münasibəti 

görən  ermənilər  açıq-aşkar  şəkildə  hiddətlənsələr  də, 

Sergey onların hamısını sakitləşdirərək, hökmlə dedi: 

-  Məlumatınız  olsun  ki,  Nizami  mənim  ən  tərbiyəli, 

mədəni, qanacaqlı tələbələrindən biridir. Bakıya getməyənə 

qədər  biz  dəfələrlə  söhbət  etsək  də,  o,  heç  vaxt  qaçqın 

olduğunu vurğulamamışdı. Mənim sözümün canı var, çalı-

şın mənim sözümü kəsməyin. Son zamanlar mən bilmişəm 

ki, o, həqiqi mənada qaçqındır və indiyənə kimi onun ailəsi 

qaçqınlıq  həyatı  yaşayır.  Amma  Edik  Sankt-Peterburqa 

qədəm qoyan gündən hamıya qaçqın olduğunu car çəkirdi. 

Halbuki  məlum  olur  ki,  o,  qaçqın  deyil  öz  soydaşlarını 

aldadaraq doğulduğu yerdən qaçaq düşən bir adamdır.  

Statistik  məlumata  əsasən,  Qarabağ  müharibəsinə  qədər 

Qaradağlı  kəndində  məskunlanşan  əhalinin  əksəriyyəti 

azərbaycanlılar  idi  və  onlar  azlıq  təşkil  edən  ermənilərlə 

qardaş-bacı  kimi  yaşayıblar.  Sonrakı  hadisələr  zamanı 

azərbaycanlıların  bir  çoxu  öldürüldü,  sağ  qalanlar  isə 

qaçqın  kimi  Azərbaycanın  digər  bölgələrinə  səpələndilər. 

Əgər, həmin kənd sırf ermənilərin nəzarəti altındadırsa, bəs 

nəyə  görə  Eduard  həmin  kənddə  qalmaq  istəməmiş  və 

özünü mənə qaçqın kimi təqdim etmişdi?  




                                                     

 

  



                                                                            

                                                    

409 

Mən Robertlə həmin kənddə olanda orada yaşayan yerli 



əhali  Eduardın  kimliyini  açıqlayanda  mən  dəhşətə  gəldim. 

İş  ondadır  ki,  Eduard  o  biri  soydaşları  ilə  birlikdə, 

yaxınlıqda  olan  qəbristanlıqda  azərbaycanlıların  qəbir  üstü 

mərmər daşları qoparıb, Ermənistanın paytaxtında kommer-

santlara satırmış. Belə əməliyyatların birində o həmkəndli-

lərin aldadıb, onların ona etibar etdiyi başdaşları ilə birlikdə 

doğulduğu kəndi birdəfəlik tərk edir. 

- Bütün bunların hamısı yalandır. – deyə stress vəziyyət-

dən sir-sifəti əyilmiş yaşlı erməni səsini qaldırdı. – Qonşu-

larım mənim həyatıma və dolanışığıma həsəd apardıqların-

dan, mənim adımı ləkələməyə çalışıblar. 

-  Eşitdiyim  sözlər  yalan  olsaydı,  yanımda  olan  Robert 

təkzib verərdi. Edik, sən çox yaxşı bilirsən ki, doğulduğun 

yurdda  nə  gözləyir,  ona  görə  də  sən,  hətta  doğmalarının 

hüzrünə ora gedə bilməmisən. Bundan əlavə sən Xankəndi 

həbsxanasında  nəzarətçi  işləmiş  və  ora  düşən  hər  bir 

azərbaycanlını,  hətta  öz  qonşularına  da  işgəncələr  vermi-

sən.  Bu  azmış  kimi  sən  hər  şeydə  azərbaycanlıların  sizin 

ailənizə  xəsarət  yetirdiyini  bəyan  etmisən.  İndi  mənə  deyə 

bilərsən kimdir burada qaçqın, sən, yoxsa Nizami?  

Tarixçi pedaqoqun qığılcıma bənzər ifadələri Eduardı və 

başqa  ailə  üzvlərini  pis  vəziyyətdə  qoymuşdu.  Yaşlı 

erməninin  qızları  bu  biabırçılığa  tab  gətirməyib  ağlaya-



                                                     

 

  



                                                                            

                                                    

410 

ağlaya  kabinetdən  çıxdılar.  Raisa  isə  bunun  nə  ilə 



qurtaracağını  gözləməyi  qərara  aldı.  Əsəblərini  birtəhər 

cilovlayan  Eduardın  dili-ağzı  qurumuşdu.  Yalnız  Robert 

fikir  bildirmək  üçün  ağzını  açmaq  istədi,  lakin  ev  sahibi 

onun sakit olmağa dəvət etdi.  

Övladlarından başqa qarşısındakı adamların nə dərəcədə 

həyasız,  siyapur,  riyakar,  yaltaq,  evyıxan  olduqları  sübuta 

yetiriləndən  sonra  Sergeyin  onlara  olan  hörməti  birdəfəlik 

yoxa  çıxmışdı.  Sanki  qarşısında  olan  ermənilər  insan  yox, 

gör  eşən,  ölü  yeyən  çaqqallar  idi.  Bundan  sonra  ev  sahibi 

kin-küdurətdən,  düşmənçilikdən,  nifrətdən,  başlarını  itir-

miş,  yaxşını  pisdən  ayıra  bilməyən  həmin  adamları 

saxlamaq fikirində deyildi. Lakin son söz deməklə, onların 

son  fikirini  öyrənmək  üçün  pedaqoqlara  xas  olan  tərzdə 

sual verdi: 

- Edik, sənə bir sualım var. Sən Zori Balayanın “Ruhu-

muzun dirilməsi” əsərini oxumusan? Amma düzgün cavab 

ver. 


- Həmin əsəri nəinki mən, hətta ağlı kəsən hər bir erməni 

oxuyubdur.  –  deyə  yaşlı  erməni  dili  topuq  vura-vura 

tərəddüd etmədən cavab verdi.   

-  Elə  mən  də  həmin  əsəri  ən  azı  üç  dəfə  oxumuşam.  – 

deyə emosional tərzdə olan Raisa da bir qədər rahatlaşaraq 

səbirsizliklə dilləndi. 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə