47
ADY -
yolunda olan tıxac problemini aradan qaldır-
maq üçün bu iki şəhər arasında bir zamanlar
mövcud olan dəmir yolu əlaqəsini yaratmaq
zamanın tələbi idi. Bunun üçün ilk növbədə
dəmir yollarının əsaslı təmirinə ehtiyac var idi.
3 mart 2015-ci il tarixində Bakı-Xırda-
lan-Sumqayıt istiqamətində sərnişin daşınma-
sı sahəsində 63 km uzunluğunda baş yolların
əsaslı təmirinə start verilmiş, sentyabrın 2-də
işlər başa çatdırılmışdır. Layihə çərçivəsin-
də Bakı sərnişin, Keşlə, Xırdalan və Sumqa-
yıt sərnişin stansiyalarında stansiya yolları və
yoldəyişənləri yenilənmiş, Bakı-sərnişin və
Sumqayıt-sərnişin stansiyalarında turniketlər
və post-terminallar quraşdırılmışdır.
Onu da qeyd edək ki, hələ 13 may 2015-ci
il tarixində Bakıda “Stadler Rail Group” şirkə-
tindən 5 ədəd “KISS” markalı ikimərtəbəli
elektrik qatarının alınması üzrə saziş imzala-
mışlar.
21 may 2015-ci il tarixində “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
sədri Cavid Qurbanov “Stadler Rail Group”
şirkətinin “Stadler Minsk” zavodunda olmuş,
Azərbaycan Dəmir Yolu üçün istehsal olunan
“KISS” markalı ikimərtəbəli elektrik qatarına
baxış keçirmişdir.
Azərbaycan Respublikasının Preziden-
ti Zati-aliləri İlham Əliyevin iştirakı ilə sent-
yabr ayının 12-də Bakı sərnişin stansiyasında
Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk
sərnişin qatarının yolasalma mərasimi keçiril-
mişdir.
48
ADY -
“Azərbaycan Dəmir Yolları” Qapalı
Səhmdar Cəmiyyəti müxtəlif beynəlxalq la-
yihələrin fəal iştirakçısı olmaqla yanaşı, onla-
rın həyata keçirilməsinə də ciddi yanaşır. Bu
istiqamətdə XXI əsrin əsas tikintilərindən olan
və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin
onlarla xalq və ölkə arasında körpü rolunu oy-
nayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
reallaşdırılması istiqamətində işlər sürətlə da-
vam edir. “Dəmir İpək yolu” adlandırılan Ba-
kı-Tbilisi-Qars dəmir yolu xəttində işlərin bu
ilin sonuna kimi başa çatdırılması və gələn il
tam istifadəyə verilməsi nəzərdə tutulur.
Azərbaycanın tranzit potensialının ar-
tırılması istiqamətində atılan addımlar daha
təqdirəlayiqdir. Son vaxtlar daha bir marşrut
- Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu
öz fəaliyyətini genişləndirməkdədir. 2015-ci
il avqust ayının 3-də Beynəlxalq Transxəzər
Nəqliyyat Marşrutu üzrə Şixezi (Çin)-Dostık-
Aktau-Ələt limanı istiqamətində hərəkət edən
“Nomand ekspress” ilk sınaq konteyner qatarı
Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çat-
mışdır. Çindən gələn ilk konteyner qatarı Bey-
nəlxalq Transxəzər Nəqliyyat Marşrutunun in-
kişafı üzrə Koordinasiya komitəsinin səyi nə-
ticəsində mümkün olub. Bu komitə Azərbay-
can, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çinin
nəqliyyat və loqistika şirkətlərini, o cümlədən
Bakı, Aktau, Poti və Batumi limanlarını özün-
də birləşdirir. Artıq bu marşrutla üç qatar yola
salınıb.
Daha sonra Ukrayna da Beynəlxalq
Trans xəzər Nəqliyyat Marşrutuna qoşulmuş
və bu marşrut üzrə daha iki qatar yola salın-
mışdır.
“Azərbaycan Dəmir Yolları” QSC-də ge-
dən yeniləşmə prosesinin əsas tərkib hissələ-
rindən biri yolların əsaslı təmiridir. Son vaxt-
lar “Azərbaycan Dəmir Yolları” QSC-də Çexiya
Respublikasının “MORAVIA STEEL” şirkə-
tinin rəhbərliyi ilə ikitərəfli görüş keçirilmiş,
“Azərbaycan Respublikası Dəmir Yollarının
Bakı-Böyük Kəsik sahəsində 600 km hissəsinin
maddi-texniki təchizatı və əsaslı təmiri” barə-
də İxrac müqaviləsinə əlavə Saziş imzalanmış-
dır.
2015-ci ilin oktyabr ayında təmir işlərinin
49
ADY -
növbəti mərhələsinə start verilmiş və bu günə
kimi 130 km-dən artıq dəmir yolu əsaslı surət-
də təmir edilmişdir.
Bakı-Böyük Kəsik istiqamətində elektrik
təchizatı sisteminin 25 kV-luq dəyişən cərə-
yanlı dartqı sisteminə keçirilməsi mərhələlərlə
icra olunacaq. Layihənin birinci mərhələsi Bö-
yük Kəsik-Gəncə, ikinci mərhələsi Gəncə-Ucar,
üçüncü mərhələsi Ucar-Hacıqabul, dördüncü
mərhələsi isə Hacıqabul-Bakı sahələrini əhatə
edir. Bu sahələr üzrə artıq 12 yeni yarımstan-
siya tikilmişdir (hazırda tamamlama işləri gö-
rülür). Eyni zamanda, kontakt şəbəkəsində da-
yaqların quraşdırılması, kontakt naqillərinin
çəkilməsi davam edir.
Dəmir yolunun vaqon və lokomotiv par-
kının yenilənməsi istiqamətində görülən işlər
olduqca təqdirəlayiqdir. Yük daşımalarına
olan tələbatın ödənilməsi, xidmətin səviyyəsi-
nin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb
olunması və daşınan yüklərin mənzil başına
təhlükəsiz şəraitdə çatdırılması üçün texniki va-
sitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu
həm də əlavə valyuta resurslarının Azərbaycan
iqtisadiyyatına yönəldilməsi deməkdir.
2015-ci ilin mart ayında “Azərbaycan Də-
mir Yolları” QSC ilə Rusiya Federasiyasının F.
Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İs-
tehsal Korporasiyası arasında 3100 müxtəlif
təmayüllü yük vaqonunun alınması ilə bağlı
müqavilə imzalanmış, qısa müddət ərzində
yeni yük vaqonları ölkəmizə gətirilmişdir.
İstismar müddətini keçmiş yük vaqonla-
rının əsaslı təmiri davam etdiriləcək.
Son vaxtlar “Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid
Qurbanovun rəhbərliyi altında dəmir yolunun
lokomotiv parkının yenilənməsi istiqamətində
də mühüm addımlar atılır.
Qazaxıstandan 10 ədəd teplovozun alın-
ması haqqında müqavilə imzalanmış, artıq
teplovozlar ölkəmizə gətirilmişdir.
Yük daşımalarında istifadə etmək üçün
sabit cərəyanla işləyən 4 ədəd elektrovoz alın-
mışdır. Həmin elektrovozlar elektron sürətöl-
çən və müasir dartı mühərriki ilə təchiz edil-
mişdir.
“Azərbaycan Dəmir Yolları” QSC ilə
Fransanın “Alstom Transportation S.A.” şirkə-
ti arasında 12 may 2014-cü il tarixdə bağlanmış
Dostları ilə paylaş: |