 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   ...   21   22   23   24   25   26   27   28   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 72 

1886-cı  ildə  237  ailədə  1317  nəfər;  1926’da  404  ailədə  1888 

nəfər;  1977-ci  ildə  4993  nəfər;  2002’də  7124  nəfər.  İnşaat 

daşı  karxanası  səhmdar  cəmiyəti  fəaliyətdədir.  Yerli  məktəb 

Borçalı mahalında dünyəvi məktəblərin ilkinidir, o, 1877-ci ildə 

açılıb.  Nəriman  Nərimanov  1890-cı  ildə  bu  məktəbdə  müəl-

limlik  fəaliyətinə  başlayıb.  N.  Nərimanov  Qızılhacılıyı  nəzərdə 

tutaraq belə  demişdi: «Bəşəriyətin geri qalmış hissəsinə qüv-

vəm  çatdığı  qədər  kömək  etmək  fikiri  məndə  ilk  dəfə  həmin 

kənddə  doğmuşdu».  İndi  orta  məktəb  (2005’də  605  şagird, 

47  müəllim),  təməl  məktəb  (185  şagird,  20  müəllim) 

fəaliyətdədirlər.  Məşhurları:  el  igidləri  Halay  bəy  Mursaqulov, 

Cöyrüoğlu Qara, İsmayıl ağa, Astan ağa, ağsaqqallar Hümbət 

Nəzərəlioğlu, veteran müəllimlər gimnazist Səttar Mursaqulov, 

Həsən  Mursaqulov,  Tbilisi  Dövlət  Pedaqoji  İnsititutunda 

müəllim  işləmiş  Əziz  Mursaqulov,  İmran  Kərimov,  əməkdar 

müəllim  İsgəndər  Mursaqulov,  Mahmud  Kərimov,  Sədrəddin 

Muradov,  Mehdi  Hüseynov,  Murtuz  Məmmədov,  Təhməz 

Pirverdiyev,  Şakir  Babakişiyev,  Həsrət  Gəncəyev,  Fərhad 

Gəncəyev,  Xəlil  Hüseynov,  "Şərəf"  ordenlilər  Məhəmməd 

Piriyev,  Ramiz  Mursaqulov,  Yaqub  Bayramov,  profesorlar 

Aydın Kərimov, İsmayıl Mursaqulov, Həmid Əliyev, İlqar Gən-

cəyev,  xeyriyəçi,  ictimaiyətçilər  Hacı  Zakir  Zeynalov, 

Gürcüstan  Parlamentinin  üzvü  olmuş  Zümrüd  Qurbanlı,  din 

xadimi  Məşədi  Axund  Əli  Əliyev,  Qurbanəli  Əliyev,  Firuz 

Xəlilov,  Arif  Orucov,  Fərizxan  Məmişov,  İsrafil  Bayramov, 

Fərizxan  Aslanov,  Zakir  Qurbanov,  Zöhrab  Muradov,  Rövşən 

Babakişiyev,  Borçalı  məktəbləri  tarixinin  tədqiqçisi  dosent 

Gülnarə Qocayeva-Məmmədova, jurnalist Bahəddin Oruclu vb. 

 

  QULLAR  kəndi  –  Xram  çayının  sahilində,  rayon 

mərkəzindən  22 km cənub-şərqdə, dəniz  səviyəsindən 325 m 

yüksəklikdə.  Bulqarların  qıpçaq  tirəsi  kolların,  alban  tayfası 

kellərin,  qıpçaq-qarapapaqlar  içindəki  Kul  tayfasının  (mənbə-




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 73 

lərdə:  Kulobiçi,  yəni  Kul  oba  içi)  adını  əks  etdirdiyini 

düşünmək  mümkündür.  İki  kənddir:  Yuxarı  Qullar  və  Aşağı 

Qullar.  Əhalisi:  1870’də  55  ailədə  369  nəfər;  1926’da  Yuxarı 

Qullarda  1704  nəfər,  Aşağı  Qullarda  628  nəfər;  2002’də 

Yuxarı  Qullarda  təxminən  180  ailədə  800  nəfər,  Aşağı  Qul-

larda  40  ailədə  180  nəfər.  Aşağı  Qulların  və  Yuxarı  Qulların 

hərəsində  bir  təməl  məktəb  var.  Məşhurları:  aşıq  İbrahim, 

profesör  Nizami  Nəbiyev,  Azərbaycanın  milli  qəhrəmanı  Vəzir 

Sədiyev, hərbi diktor, müğənni Şəmistan Əlizamanlı vb. 



 

 QUŞÇU kəndi – Dəvə-

döy  çayının  sağ  sahilində, 

rayon mərkəzindən 20 km 

güneydə,  avtomobil  yolu-

nun  kənarında,  dəniz  sə-

viyyəsindən  320  m  yük-

səklikdə. Qara hunlar tirə-

si  Quşan  tayfasının,  qə-

dim  Quşçu  türk  tayfasının 

adını  əks  etdirdiyi  gümanlana  bilər.  Məşhur  Ağcaqala  (Quşçu 

qalası)  bu  kənd  yaxınlığında,  Dəbəd–Borçalı  çayının  aşağı 

axarı  boyundadır.  Ağcaqala  yerindəki  qala  Qurdbasar  qalası 

da  adlanıb.  Ağcaqalayı  1488-ci  ildə  Yaqubun  tapşırığıyla  Xəlil 

bəy tikdirmişdi. Xəlil bəy Ağcaqalayı özünə  iqamətgah, dayaq 

nöqtəsi  seçmiş,  buradan  bütün  Borçalıya,  Kartliyə,  Tiflisə 

nəzarət  etmişdi.  1522-ci  ildə  Şah  İsmayıl  Xətai  Ağcaqalayı 

təzədən quraraq, onu özünə dayaq nöqtəsi seçmişdi. Müxtəlif 

vaxtlarda gürcü valisi  Konstantine,  Osmanlı  sərdarları  Əhməd 

paşa,  Fərhad  paşa,  Təbriz–Van  valisi  Cəfər  paşa,  Səfəvi 

sülaləsindən  I  Şah  Abbas,  Gəncə–Qarabağ  bəylərbəyi 

Ziyadoğlu  Uğurlu  xan  və  başqaları  bu  qalada  istehkamlar 

qurmuşdular. 

Tarixdə 

Ağcaqalanın 

idarəçisi 

Mustafa 


Sultanoğlu Əlibəy Səədli xatırlanır. 18-ci əsrdə Nadir şahın da 

 

Quşçu qalası - Ağcaqala 


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 74 

duracaq  yeri  Ağcaqala  olub.  Əhalisi:  1870’də  8  ailədə  54 

nəfər;  1926’da  29  ailədə  90  nəfər;  2002’də  130  ailədə  452 

nəfər (215 kişi, 237 qadın). İlk məktəb 1930-cu ildə yaradılıb, 

təməl  məktəb  var.  Məşhurları:  məşhur  Şenliklə  deyişmiş  şair 

Abbas Əli, şair Ağacan, aşıqlar İbrahim, İsmayıl, Məhəmməd, 

Oruc,  yüksək  vəzifələr  tutmuş  Sabit  Abbasəliyev,  Kamal 

Məmmədov, ictimaiyətçi Qasım Abbasəli vb. 



 

  LECBƏDİN  kəndi  –  Xram  çayının  sol  sahilində,  rayon 

mərkəzindən  20  km  gündoğarda,  dəniz  səviyəsindən  325  m 

yüksəklikdə. Gündoğarda Damğaçı düzündə qədim məzarlıqda 

günbəzlər,  türbələr,  hərimlər  var.  Əhalisi:  1870’də  60  ailədə 

422  nəfər;  1918’də  378  nəfər;  1926’da  95  ailədə  546  nəfər; 

2002’də  1538  nəfər  (720  kişi,  818  qadın).  Məktəbin  tarixi 

1921-ci  ildən  başlanır,  hazırda  Əliyar  Qarabağlı  adına  orta 

məktəb  (2005’də  199  şagird,  24  müəllim)  fəaliyətdədir. 

Məşhurları:  el  şairləri  Xəstə  Namaz,  Əhməd  Xançallıoğlu,  el 

ağbirçəyi  Başxanım,  profesorlar  Əliyar  Qarabağlı,  Ömər  Os-

manlı, Vəli Osmanlı,  alim Aysəba  Əlizadə, din xadimləri Molla 

Sirac  Yaqubov,  Molla  Abdulla  Qədiroğlu,  şair  İbrahimxəlil, 

Azərbaycanın  milli  qəhrəmanı  Cəlil  Səfərov,  ictimaiyətçilər 

Mahir Dərziyev, Rəhim Rəhimov, Əhməd Əhmədov vb. 



 

  MAMAY  kəndi  –  Dəvədöy  çayının  sol  sahilində,  rayon 

mərkəzindən  16  km,  Sadaxlıdan  6  km  güneydə,  dəniz  səviy-

yəsindən  410  m  yüksəkdə.  Kirovka  da  deyilir.  Yaxınlıqda 

Yaşıltəpədəki  eneolit  dövrünə  aid  arxeoloji  məskəndə  zəngin 

bəzəkli,  açıqca  süjet  qurumlu  xəttlər  diqqəti  çəkir.  Əhalisi: 

1870-cı  ildə  13  ailədə  87  nəfər;  1926’da  52  ailədə  96  nəfər; 

2002’də  180  ailədə  706  nəfər  (359  kişi,  347  qadın).  Təməl 

məktəb  fəaliyətdədir.  Məşhurları:  veteran  müəllimlər  Xozeyin 

Musayev,  Elman  Mirzəyev,  ictimaiyətçi  Vahid  Musazadə, 

xeyriyəçi Əli Rəfi oğlu vb. 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə