 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   ...   21   22   23   24   25   26   27   28   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 75 

 

  MOLLAOĞLU  kəndi  –  Lök-Ləlvər  sıra  dağlarının  quzey 

yamacında,  Bənövşəsu  çayının  hər  iki  sahilində,  rayon 

mərkəzindən  35 km, Sadaxlı  kəndindən  5 km güneydə, dəniz 

səviyəsindən  560  m  yüksəklikdə.  Əvvəlki  adı  Palıdlı  olub. 

Əhalisi: 1926’da 45 ailədə 192 nəfər; 1979-cu ildə 855 nəfər; 

1989-cu  ildə  1000  nəfər;  2002’də  298  ailədə  1180  nəfər. 

Məktəb  1936-cı  ildə  açılıb,  orta  məktəb  (2005’də  235  şagird, 

25  müəllim)  var.  Məşhurları:  ağsaqqal  Məmməd  Daşdəmirli, 

Nağı  Adıgözəl oğlu,  Əsgər Daşdəmirli, ustad aşıq Məhəmməd 

Sadaxlı,  aşıq  Nadir,  aşıq  Əlyar,  şair  Qasım  Məftuni,  alimlər 

Mehralı Yusifov, Tapdıq Osmanov, ictimaiyətçilər Vaqif Musta-

fayev,  Nəsib  Cəfərov,  xeyriyəçi  İsmayıl  İmanov,  şairlər  Lətif 

Kamil, Yazıq Mehman vb. 

 

  NÖRGÜĞ  kəndi  – Bəylər səmtdə kiçik kənd. 2002’də 567 

nəfər (22 % – 124 nəfər azərbaycanlı).  



 

  SABİRKƏND  kəndi  –  Görarxı  elatına  aiddir.  Borçalı 

çökəyində,  Alget  çayının  sahilində,  rayon  mərkəzindən  5  km 

cənub-şərqdə, dəniz səviyəsindən 355 m yüksəklikdə. Adı əzəl 

qaynaqlarda  Mamgəli  (Məmgəlli)  xatırlınır.  Əhalisi:  1926’da 

155  ailədə  914  nəfər;  2002’də  756  ailədə  3713  nəfər  (1912 

kişi,  1801  qadın).  Məktəbin  tarixi  1927-ci  ildəndir,  indi  orta 

məktəb  (2005’də  319  şagird,  26  müəllim)  və  təməl  məktəb 

(133  şagird,  17  müəllim)  var.  Məşhurları:  ağsaqqallar  Carçı 

Usub,  Məhəmməd  Hacıyev,  aşıq  Almaz,  din  xadimləri  Hacı 

Faiq Nəbiyev, Məşədi Əziz Nəbiyev, Almaz vb. 



 

  SADAXLI  kəndi  –  Dəvədöy  və  Bənövşəsu  (Çaxrax)  çay-

larının  qovuşuğunda,  Sop  dağının  ətəyində,  dəniz  səviyyə-

sindən  460  metr  hündürdə,  Gürcüstanın  Ermənistanla  sər-

hədində,  dəmiryolunun  kənarında,  rayon  mərkəzindən  30  km 




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 76 

güneydə.  Toponim  qədim  bulqarların  tirəsi  Sodaq  tayfasının 

vəya Satak türk tayfasının adını  əks etdirdiyini düşünürük. Bir 

tərəfi  Ləlvər  dağlarından  aşağılarda  meşələrə  söykənib.  Yax-

ındakı  arxeoloji  məskən  erkən  tunc  dövrünə  aiddir  və  günəş, 

şüa  rəmzli  bəzək  ünsürləri  maraq  doğurur.  18-ci  əsrdən 

məscid  var.  1885-ci  ildə  Hacı  Bayram  və  Hacı  Hüseynalı 

tərəfindən başqa məscid tikilib.  Ərazisi:  4552 hektar.  Əhalisi: 

1870’də  191  ailədə  1280  nəfər;  1926’da  445  ailədə  2033 

nəfər;  1979-cu  ildə  6144  nəfər;  1989-cu  ildə  7180  nəfər; 

2000-ci  ildə  2500  ailədə  9486  nəfər.  İndi  əhalisinin  sayı 

etibarilə  nəinki  Borçalı  ellərinin,  eləcə  də  bütövlükdə 

Gürcüstanın  ən  iri  kəndidir.  Dəmiryol  vağzalı,  sərhədyanı 

ticarət  mərkəzi  var.  Dünyəvi  məktəb  1903-cü  ildə  yaradılıb, 

indi Yusif Heydərov  adına 1  saylı  orta məktəb və  2  saylı orta 

məktəb  (2005’də  müvafiq  olaraq  821  şagird,  57  müəllim  və 

902  şagird,  63  müəllim)  fəaliyətdədirlər.  Toponimlərindən: 

Nəsil  adlarından:  Bayramqullu,  Adıgözəlli,  Bedilli,  Duşdurrar, 

Əzvəli,  Xudullar,Nazaröyü,  Nayfıllı,  Qaramannar,  Qaraballı. 

Məşhurları: el ağsaqqalları Boz Alı, Nağı Adıgözəloğlu, Əhməd 

Eminoğlu, İmran Kərimov, Hüseynalı Bayramov, Qori semina-

riyasının  məzunu  Mustafa  Məmmədov,  müharibə  qəhrəmanı 

Cəfər  Əliyev,  Ayvaz  İsmayılov,  Musa  Nəbi  oğlu,  əmək  qəhrə-

manları  İsa  Xəlilov,  Hacı  Osman,  Gülyaz  Xəlilova,  ustad  aşıq-

lar  Məhəmməd  Sadaxlı,  Əhməd  Sadaxlı,  Məsim,  alimlər  pro-

fessör Pənah Xəlilov, Mustafa Vəliyev, Aydın Məmmədov, Akif 

Naibov,  Əhməd  İmanov,  Ramiz  Bayramov,  Elvin  Əzizbəyov, 

Fazil  Rüstəmov,  İlqar  Mədəniyev,  jurnalistlər  Həmid  Vəliyev, 

İlyas  Adıgözəlli,  cərrah  Ramiz  Poluxov,  veteran  müəllimlər 

Musa  Ayvazov,  Sevda  Mustafayeva,  İslam  Əhmədov,  İsrafil 

Məmmədov, Yusif Heydərov,  "Şərəf" ordenli  Adil Şərifov,  icti-

maiyətçilər Polux Poluxov, Abdulla Bayramov, Ziyəddin Bayra-

mov, Lətif Bayramov, Abbas Heydarov, Bəkir Dəmirçalov, Mə-

həmməd  Alməmmədov,  Elxan  Poluxov,  Etibar  Daşdəmirov, 




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 77 

şairlər  Yetim  Mahmud,  Gülməmməd,  İsmixan  Cəfərov,  Şölə 

Cəlilli,  Bəsti  Bedilli,  müğənni  Fərman  Cəfərov,  aşıq  Mehman 

vb.    İlyas  Adıgözəllinin  "Elim-obam  Sadaxlı",  Adil  Şərifovun 

"Keçmişimiz – bugünümüz" kitabları bu kənd haqqındadır. 

 

  SARAL  kəndi  –  Dəvədöy  çayının  sol  sahilində,  rayon 

mərkəzindən  21  km  güneydə,  dəmiryolunun,  avtomobil 

yolunun kənarında, dəniz səviyəsindən 400 m yüksəklikdə. İki 

qismdən  ibarətdir:  Yuxarı  Saral  və  Aşağı  Saral.  Yaxında  orta 

tunc dövrünə  aid arxeoloji düşərgə,  Qorqud  qaya,  Qız qalası, 

tarixdə  adı  keçən  Surdaş  (Sürüdaş)  qayası  var.  Nəsil 

adlarından:  Hətəmlər,  Ənsərlilər,  Seyidlər,  Arxallılar  vb. 

Məscid 1794-cü ildə inşa edilib. 19-cu əsrin əvvəllərində Saral 

oymağından  xeyli  ailə  İranın  Sulduz  mahalına  köç  etmişlər. 

Əhalisi:  1870’də  Aşağı  Saralda  71  ailədə  476  nəfər,  Yuxarı 

Saralda 27 ailədə 181 nəfər; 1926’da Aşağı Saralda 81 ailədə 

320 nəfər, Yuxarı Saralda 61 ailədə 267 nəfər; 2002’də Aşağı 

Saralda 1745 nəfər; Yuxarı Saralda 1135 nəfər. Aşağı Saralda 

dünyəvi  məktəb  1919-cu  ildən,  Yuxarı  Saralda  1935-ci  ildən 

fəaliyət  göstərir;  indi  Yuxarı  Saralda  (2005’də  207  şagird,  29 

müəllim)  və  Aşağı  Saralda  (213  şagird,  24  müəllim)  orta 

məktəblər  var.  Yuxarı  Saral  məktəbi  Musa  Abbasovun  adını 

daşıyır.  Məşhurları:  kəramət  sahibləri  el  ağsaqqalları 

Məhəmməd Ağa, Seyid Mir Qasım, Hacı Mir Həşim Ağa, Seyid 

Hüseyn,  Muxtar  Cəlilov  Seyid  Qulam,  Seyid  Cavad,  Məşədi 

Balı,  Əsəd  kişi,  Məşədi  Axund,  Seyid  Qulamhüseyn,  Zilli 

Məmmədov, 1918-ci il qəhrəmanı Çopur Əli və Vəli qardaşları, 

müharibə qəhrəmanı baş  leytenant Vəli  Əfəndiyev, təsərrüfat 

təşkilatçıları  Əli  Rəhimov,  Əli  Qocayev,  Kazım  Bayramov, 

Gürcüstan  Parlamentinin  üzvü  olmuş  "Şərəf"  ordenli  Hidayət 

Hüseynov, profesör Mürsəl Həkimov, veteran müəllimlər Musa 

Abbasov,  əməkdar  müəllim  Abbas  Qocayev,  Rza  Abbasov, 

Ziyəddin Qaracayev, aktyor, Azərbaycanın xalq artisti Zülfüqar 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə