[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə101/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   97   98   99   100   101   102   103   104   ...   282

185 

 

Əliyevin  seçilməsi  ilə  respublikada  ictimai-siyasi  vəziyyətin  əsaslı  surətdə  dəyişməsi,  AKP-nin  azərbaycanlılaşdırılması, 



partiya və dövlət orqanlarında azə rbaycanlıların rolunun artırılması dövrü başlandı.  Qısa  müdd ətdə idarəçilik sistemi  xeyli 

möhkəmləndirild i. Heydər  Əliyevin  respublikaya b ilavasitə rəhbərlik etdiyi dövrdə (1969-82)  idarəetmə  mexan izminin və 

metodlarının  təkmilləşdirilməsi, qanunçuluğun norma və qaydalarına ciddi əməl edilməsi, əmək və  ictimai-siyasi fəallığın  

artırılması,  sənayenin  və  kənd  təsərrüfatının  in kişafı  və  b.  sahələrdə  yüksək  göstəricilər  əldə  edilməsilə  yanaşı, 

azərbaycançılıq  mə fkurəsinin,  milli  ruhun, milli ö zünüdərkin yüksəlişi,  xa lqın tarixi yaddaşının özünə qaytarılması üçün də 

çox  böyük  işlər  görüldü.  Nəticədə,  70-ci  illərdə  və  80-ci  illərin  birinci  yarısında  respublikada  ictimai-iqtisadi  və  sosial-

mədəni həyatın bütün sahələrində sürətli yüksəliş baş verdi, müstəqil A zərbaycanın tə məli qoyuldu. 

Heydər Əliyev 1976 ilin ma rtında Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982 ilin noyabrında isə Siyasi 

Büro ü zvü seçildi və eyni  zamanda,  SSRİ  Nazirlər Soveti sədrinin b irinci  müavin i təyin  edildi.  Beləliklə, Heydər Əliyev 

Nəriman  Nərimanovdan  sonra  SSRİ  rəhbərliyində  ən  yüksək  post  tutan  azərbaycanlı  dövlət  xad imi  o ldu.  O,  Mos kvada 

işlədiyi vaxtlarda da həmişə Azərbaycanı düşünmüş, doğma respublikanın yaln ız keçmiş SSRİ  məkan ında deyil, həmçinin  

dünyada tanıdılması üçün əlindən gələni etmişdir. Ermənilərin Dağhq Qarabağa olan əsassız iddialarında SSRİ rəhbərliyinin  

tutduğu  ədalətsiz  mövqeyə  etiraz  əlaməti  olaraq  A zərbaycanda  genişlənən  milli  azadlıq  hərəkatın ı  boğ maq  məqsədilə 

Mərkə z  Bakıya qoşun yeridərək,  1990 il yanvarın 20-də qanlı qırğ ın törətdi. Səhərisi gün Azərbaycanın Moskvadakı daimi 

nümayəndəliyinə  gələrək,  bu  cinayətə  kəskin   siyasi  qiy mət  verən  Heydər  Əliyev  onu  törədən  SSRİ  rəhbərlərin i  "qatil"  

adlandırdı. Heydər Əliyev Dağlıq Qarabağda yaranmış gərgin münaqişəli vəziyyətlə bağlı Mərkəzin riyakar siyasətinə etiraz 

əlaməti olaraq 1991 ilin iyulunda Sovet İttifaqı Ko mmunist Partiyası sıralarını tərk etdi. Naxçıvan MR Ali Məclisinin sədri 

olarkən,  məhz  Heydər  Əliyevin  prinsipia l  və  cəsarətli  mövqeyi  sayəsində  Naxç ıvan  MR  Ali  Məclisinin  qərarı  (1991,  26 

avqust )  ilə   Sov. İKP-nin  tərkib  hissəsi kimi A zərbaycan  KP  Na xç ıvan  Vilayət  Ko mitəsi və onun bütün strukturları  ləğv 

edildi. Bu  zaman artıq qurtuluş mübarizəsinə başlayan Heydər Əliyevin ideyaları, əslində, Azərbaycan  xalq ının  mövqeyini, 

mübarizəsini  əks  etdirirdi.  Çünki  hələ  20  yanvar  faciəsinə  etiraz  əlaməti  o laraq,  Bakıda  və  bütün  Azərbaycanda  xalq  hə-

rəkatı  genişlən mişdi.  Bakıda  Azərbaycan  Ko mmunist  Partiyası  Mərkəzi  Ko mitəsi  binasının  divarlarına  "Rədd  olsun  Sov. 

İKP!" və s. şüarlar yazılmış,  ko mmunist partiyası biletlərindən   tonqallar çatılmışdı.   Azərbaycan   xalqına   qarşı törədilən  

qanlı  əməllərdən  sonra  da  Azərbaycanın  rəhbər  ko mmunistləri  "Sov.  İKP-də  demokratik  platforma"  mövqeyində 

dururdular.  La kin  respublika  ko mmun istləri içə risində Sov.  İKP-də  marksist platforması  mövqeyində dayananlar da vardı. 

Bu  mühafizəkar  ko mmunistlər  1991  il  18-19  avqustda  Moskvada  dövlət  çevrilişinə  cəhd  göstərən  Dövlət  Fövqəladə 

Vəziyyət  Ko mitəsinin  ("QKÇP") təşkilatçılarını  müdafiə etdilər. Azə rbaycanda demokrat ik qüvvələr "QKÇP"-nin qanuna 

zidd  fəaliyyətinə  qarşı  ç ıxsala r  da,  respublika  rəhbərliyi  "QKÇP"-ni  müdafiə  edərə k,  ciddi  siyasi  s əhvə  yol  vermişdi. 

Rusiyada dövlət çevrilişin in qarşısı alındı. Xalqın  rəğbətini qazan mağa çalışan Azərbaycan rəhbərliyin in təşəbbüsü ilə 1991 

il sentyabrın 14-də artıq tam  iflasa uğramış Azərbaycan Ko mmunist Partiyası  XXXIII fövqəladə qurultayını çağırıb ö zünü 

buraxd ı. 

Əd.: Azərbaycan Kommunist Partiyasının tarixi, B., 1958; Azərbaycan tarixi, 3 cilddə. c.3, B., 1973; Azərbaycan Kommunist 

Partiyasının qurultayları, konfransları və MK plenumlarının qətnamə və qərarları, B., 1987; Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; 

M ahmudov  Y.,  Azərbaycan  tarixind ə  Heydər  Əliyev  şəxsiyyəti,  B.,  2002;  Əhmədova  F.,  Nəriman  Nərimanov-ideal  v ə  gerçəklik,  B., 

1998; Qaffarov T., Azərbaycan tarixi (1920-1991), B., 1999; Гулиев Дж. Б., К истории образования второй республики Азербайджана, Б., 

1997. 

"AZƏRBAYCAN"  MARġ I  - Üzey ir  Hacıbəylinin  1919  ildə bəstələdiyi  marş. Uzun illər Azərbaycan xalqına və 

musiqi  ictimaiyyətinə na məlu m qalmış bu ma rşın not yazısı ilk dəfə 1966  ildə, türk  musiqişünası Ete m Üngörün Ankarada 

nəşr etdirdiyi "Türk  marşları" kitabında çap olunmuşdur. Re minor tonallığın da, səsaltı mətnlə birsəsli çap olunan bu marşı 

Etem  Üngörünün  hansı  vasitə  ilə  əldə  etməsi  hələ  məlu m  deyil.  Müəllifin   kitabda  verdiyi  məlu mata  görə,  "Azərbaycan 

istiqlalı  qeyb  etməzdən  (28  aprel  1920  il  nəzərdə  tutulur)  öncəki  illərdə  bu  marş  hər  səhər  hərbi  okullarda  (məktəblərdə, 

hissələrdə)  dərs  başlanmazdan  o xunardı".  "Azərbaycan"  ma rşı  haqda  müasir  A zərbaycan  o xucularına  ilk  məlu mat  

S.Fə rəcovun "Ədəbiyyat və incəsənət" qəzetinin  1989  il  14  iyul tarixli sayında dərc olun muş "Ü.Hacıbəyovun iki  ma rşı" 

məqa ləsində verilmişdir. Marş tezliklə  bəstəkar Aydın  Əzimov  tərəfindən böyük  xor və simfonik orkestr üçün aranje man  

edilərə k lentə ya zıldı və 1989 ilin  payızında ilk dəfə xa lq qarşısında səsləndirild i.1992 ildə "Azərbaycan" ma rşı A zərbaycan 

Respublikasının dövlət himn i kimi qəbul ed ilmişdir (ba x Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri). 



 

Əd.:  Üzeyir Hacıbəyov ensiklopediyası, B., 1996. 

 

AZƏRBAYCAN  MƏCLĠS Ġ-MƏBUS ANININ  TƏSĠS Ġ  HAQQINDA  QANUN  -  Azərbaycan  Xalq  Cü mhu-

riyyəti  Məclisi  -  Məbusanının  (Parla mentinin)  forma laşdırılmasın ı  tə min  edən  mühü m  hüquqi  s ənəd.  Azərbaycan  Milli 

Şurasının  1918  il  19  noyabr  tarixli  iclasında  qəbul  olunmuşdur  (bax  Azərbaycan  Xalq  Cümhuriyyəti  Parlamentinin  Təsis 

Olunması Haqqında Qanun). 

AZƏRBAYCAN  MƏHKƏMƏ  PALATASI  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  müstəqil  məhkəmə  hakimiyyə-

tini  formalaşdırmaq  məqsədilə yaradılmış  mühüm dövlət strukturu, dövlət ədliyyə orqanı. A zərbaycan Xalq  Cü mhuriyyəti 

Höku mətin in qarşıya qoyduğu əsas vəzifələrdən b iri də əvvəlki hərc-mərclik dövründə dağılmış  məhkəmə aparatın ı bərpa 

etmə k  və  müstəqil  dövlət in  ədliyyə  sistemin i  yarat maq  idi.  Bu  ba xımdan,  yeni  ş əraitdə  Cü mhuriyyətin  ayrıca  məhkə mə  

palatasının yaradılmasına ehtiyac vardı. Bu məqsədlə 1918  il noyabrın 14-də  Cü mhuriyyət Höku məti A zərbaycan Məhkəmə 

Palatası haqqında Əsasnaməni təsdiq etdi. 

 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə