292
Parla mentdə Azərbaycanın milli a zlıqlarının, vilayət
nümayəndələrin in də təmsil olunacağı b ildirilir,
"Şurayi-Millini milli bir şəkildən çıxarıb, dövləti bir
şəklə salmaq" və Müəssislər Məclisi çağırılana qədər
Azərbaycanın müqəddəratını həll et mə k, höku məti
təşkil et mə k səlahiyyətlərin in "Bu surətlə yığılacaq
məclisi-məbusan "a - Pa rla mentə mə xsusluğu bəyan
edilird i. Müraciət müttəfiq qoşunların Qafqaza gəlişi
mə ra mını əha lin in nəzərinə çatdıraraq, Azə rbaycan
xalq ının ö z müqəddəratını təyin etmək haqqına mane
olunmayacağına təminat məzmunu daşımaq la yanaşı,
Azərbaycan vətəndaşların ın üzərinə düşən vəzifə lərə
diqqət çəkirdi. Qarşılıqlı ehtirama əsaslanan birgə
yaşayış, ümumvətən mənafeyini uca tutmaq,
ölkədaxili asayişi qorumaq, parlamenti təsis etmək,
hökuməti yenidən təşkil etmək kimi məsələlərin
ümumsülh konqresinədək (Paris sülh konfransı
nəzərdə tutulur — red.) təmin edilməsi nəzərdə
tutulurdu. Müraciətdə şəraitin mürə kkəbliyi, dövrün
əhəmiyyəti, təxirəsalın maz taleyüklü yaxın vəzifələr
diqqətə
çatdırılmaqla yanaşı, başlıca məqsədin
ümu msülh konqresində Azərbaycanın mənafelərin in
uğurlu həllini təmin et-mək olduğu önə çəkilirdi.
Müraciətdə
İstiqlal
bəyannaməsindəki
prinsiplər bir daha vurğulan ırdı: "Bütün Azə rbaycan
vətəndaşları, b ila fərq millət və mə zhəb, bir vətənin
övladlarıd ırlar".
Müraciətdə,
eyni
za manda,
Azərbaycan türklərinin torpağın əsas sahibi olduğu da
nəzərə çatdırılır, bu ba xımdan "ən böyük məsuliyyətin
və ən ağır vəzifə"nin də onların ü zərinə düşdüyü
bildirilird i.
Müraciət, gənc Azərbaycan dövlətinin sınaq
anlarında vətəndaşların dəstəyini almaq, xalqa arxalan maq ənənə-sinin daha bir nümunəsidir. O, eyni zamanda,
hakimiyyətin xa lqa mə xsus olduğu prinsipinə sədaqətin göstəricisi də sayıla bilər.
Müraciət " Yaşasın Azərbaycan məclisi-məbusanı!", " Yaşasın Azərbaycan Cü mhuriyyəti", " Yaşasın cəmiyyəti
əqvam!" şüarları ilə bitirdi.
Əd.:
Aзepбaйджанская Pecnублика. Документы и материалы (1918-192 гг.), Б., ―Элм‖1998; 1998; Paşayev A., Açılmamış səhifələrin
izi ilə, B., 2001.
294
c
CABAQĠYEV Vəssan Gəray (1882, İnquşetiya, Nazran - 1961, Türkiyə) - Şimali Qafqaz siyasi və dövlət xadimi.
Vladiqafqaz g imnaziyasında, Peterburq Universitetində, Riqa Polite xn ik İnstitutunda və Almaniyanın Yena Kənd Təsərrüfatı
Universitetində təhsil almışdır. 1903 ildə Rusiyaya qayıtmış, ə kinçilik və dövlət mü lkiyyətləri na zirliyində mühüm
vəzifələ rdə çalışmışdır.
Fevral inqilabından (1917) sonra dağlı azad lıq hərəkatın ın rəhbərlərindən biri olmuş, inquş milli şurasına s ədrlik
etmişdir. 1917 ilin mayında dağlı xalqlarının 1-ci qurultayında Birləşmiş Şimali Qafqaz Dağ lılar İttifaqı Mərkəzi
Ko mitəsinin ü zvü seçilmiş, ko mitənin işlər idarəsinə rəhbərlik etmişdir. 1918 il mayın 11 -də Şima li Qa fqaz dağlılarının
müstəqilliyi elan edildikdən sonra hökumət üzvü olmuş, maliyyə naziri vəzifəsini icra etmişdir. İstiqlal bəyannaməsinin və ilk
dağlı konstitusiyasının müəlliflərindən biri olmuşdur. Qafqaz dağlıların ın konfederasiyası ideyası ilə çıxış etmişdir.
Dəfə lərlə Ba kıda olmuş, Azə rbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən Dağlılar Respublikasına kö mək məqsədilə
verilən yard ım və kreditlə ri almışdır.
1918 ilin payızında Dağlılar Respublikası parlamentinin sədri seçilmişdir. Sovetlərin Şimali Qafqazda möhkəmlən-
məsindən sonra, əvvəlcə Gü rcüstana, 1922 ildə isə Türkiyəyə mühacirət etmişdir. Burada təşkil olunan Qafqaz Xalqla rın ın
İstiqlaliyyəti Ko mitəsinin əsas təşəbbüsçülərindən idi.
20-ci illə rin sonlarından Po lşaya mühacirət et miş, 1938 ildə Po lşa hökuməti teleqraf aqentliyinin nü mayəndəsi kimi
Türkiyəyə göndərilmişdir. İkinci dünya müharibəsindən (1939-45) sonra Türkiyə vətəndaşlığını qəbul etmiş, publisistika ilə
məşğul olmuşdur.
Əsəri
: Qafqaz-Rus mücadiləsi, İstanbul, 1967.
Əd.:
Göyüşov A., 1917-1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000.
CABBAR QARYAĞDI OĞLU (C a b b a r M ə ş ə d i İ s m a y ı l o ğ l u; 31.3.1861, Şuşa-20.4.1944,Bakı)-
məşhur xanəndə, musiqi xad imi. Azə rbaycan xanəndəlik sənətinin ən görkə mli nü mayəndələrindən biri (ba x Qaryağdı oğlu
Cabbar).
CABB ARLI Cə fər Qafar oğlu (22.3.1899, Xızı k. -31.12.1934, Ba kı) - şair, ya zıçı, d ra maturq. Yo xsul kəndli
ailəsində doğulmuşdur. Bakıda 7-c i rus-tatar (A zərbaycan) məktəbində, Bakı polite xnik (sənaye) məktəbində (1917-20), Ba kı
Dövlət Universitetin in Şərq fakü ltəsində təhsil almışdır. 1915 ildən lirik və satirik şeirlər, sosial ədalətsizliyi tənqid edən
hekayə ("Aslan və Fərhad", "Mənsur və Sitarə" və s.) və pyeslər (" Vəfa lı Sə riyyə, ya xud göz yaşları
içində gülüş", "Solğun çiçəklər") yazmışdır.
Azərbaycan Xalq Cü mhuriyyəti dövründə xüsusilə coşqun ictima i və ədəbi fəaliyyət göstərmiş,
bu dövr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olmuşdur.
Azərbaycan Xalq Cü mhuriyyəti elan ed ilə rkən cə mi 19 yaşı olmasına ba xmayaraq, Cə fər
Cabbarlı Azərbaycan Parlamentinin stenoqrafı və "Müsavat"ın Gənclər təşkilatının rəhbəri o lmuşdur. Bu
dövrdə əsərlərin i "Cəfər Cabbarzadə" imzası ilə yazan ədib 1919 ildə təşkil ed ilmiş " Yaşıl qələm" ədəbi
birliyinin ü zvü olmuş, şair və dramaturq kimi məhsuldar yaradıcılıq fəaliyyəti göstərmişdir.
Müstəqil dövlətin yaranmasını ruh yüksəkliyi ilə qarşılayan şair "Sevdiyim" və "Azərbaycan
bayrağına" adlı iki şerini müstəqil Azərbaycanın milli bayrağına həsr etmişdir. Milli a zadlıq sevincinin
tərənnümünə həsr olunmuş hər iki şeir Cü mhuriyyətin rəsmi orqanı olan "Azərbaycan" qəzetində dərc edilmişdi.
Cəfə r Cabbarlının şeirləri 1918-20 illərdə Azə rbaycan ədəbiyyatında istiqlal rə mzi olan milli bayrağın vəsfinə həsr
olunmuş onlarla silsilə şeirlərin ən uğurlu, ən səciyyəvi nümunələrindən idi. Gənc şair "yaşıl donlu, al yanaqlı, mavi gözlü
sevdiyim" deyərək, eşq elan etdiyi milli bayrağın rəng simvolikasını belə aç ıqlay ırdı:
Bu göy boya gök moğoldan qalmış bir türk
nişanı, bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan inamı,
ürəklərə dolmalı!