[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə71/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   67   68   69   70   71   72   73   74   ...   282

137 

 

Vətənə qayıtdıqdan sonra Gəncə to xuculuq ko mbinatında mühəndis, 1931-32 illə rdə A zərbaycan SSR Xalq  Yüngül Sənaye 



Ko missarlığında  (XYSK)  mühəndis,  1933  ildən  Gəncə  to xuculuq  ko mbinatının  d irektor  müavini  və  direktoru  işləmişdir. 

Yenidən XYSK-da fəaliyyətə başlayan Aslanov 1939 ilin yazında Moskvadan ezamiyyətdən qayıtdıqdan sonra həbs olunmuş, 

Kotlasda (Arxangels k vilayəti) cə za  çəkmişdir. 1950 ildə  ona Qa za xıstana köç məyə ica zə  verilmiş, Ba lxaş şəhərində dəmir-

beton  mə mulatla rı  ko mb inatının  tikintisinə  rəhbərlik  et mişdir.  1956  ildə  bəraət  almış,  ö mrünün  sonuna  kimi  A zərbaycan 

SSR Xalq Təsərrü fatı Şurası Yüngül Sənaye İdarəsində işlə mişdir. 

AġURBƏYOV  İsa bəy Mehdiqulu oğlu (1878, Bakı -1.10.1938, Bakı) - ictimai-siyasi xad im, xeyriyyəçi, jurnalist, 

naşir. Azərbaycanın tanın mış  milyonçu  xeyriyyəçilərindən olan Mehdiqulu bəy Aşurbəyovun yeganə övladı idi. Aşurbəyov 

gənclik illərində sosial-de mo krat ideyalarına meyl etmişdir. O, 1910 ildə Bakı şəhər dumasının, həmçinin "Nicat" və kimsəsiz 

uşaqları  aclıqdan  və  ölü mdən  xilas  edən  "Bir  damla  süd"  xeyriyyə  cəmiyyətinin,  Birinci  dünya  müharibəsi  (1914-18) 

illərində  isə  "Əsir  düşmüş  türk  əsgərlərinə  yardım  ko mitəsi"nin  üzvü  seçilmişdi.  Mü xtəlif  va xt larda  "Difa i",  "İttihad"  və 

"Hümmət" partiyalarının ü zvü olmuşdur. 

Aşurbəyov  tanınmış  xeyriyyəçi  id i.  O,  Əh məd  bəy  Ağayevin  "İrşad"  qəzetini  maliyyələşdirirdi.  Üzeyir  Hacı-

bəylinin  " Leyli  və  Məcnun"  operasının  ilk  ta maşalarından  biri  Aşurb əyovun  Persidski  (indiki  Murtu za  Mu xtarov) 

küçəsindəki ev ində olmuşdur.  1912 ildə Aşurbəyov Hacı  Zeynalabdin Tağıyevin  "Kaspi" qəzetinin   mətbəəsində fəaliyyət 

göstərmiş, sonradan həmin  mətbəəni  icarəyə götürərək, şəxsi  mü lkünün zirzəmisində yerləşdirmiş, Mirzə Ələkbər  Sabirin  

satirik şeirlərini,  müəllimlər üçün həftəlik "Şəlalə" və " Vodopad", şagirdlər üçün isə "Məktəb" jurnalların ı A zərbaycan və 

rus dillə rində nəşr etdirmişdir. 

1918  ildə  mart  soyqırımı  za manı  Aşurbəyov şəxsi  ə laqələrindən  istifadə  edərək,  türk  qoşunlarının  Bakıya  da xil 

olmasına fəal kö mək göstərmişdi. Azərbaycan Xalq Cü mhuriyyəti dövründə Xalq Maarifi Nazirliy inin nəzdindəki nəşriyyata 

rəhbərlik et mişdir.  Sovet hakimiyyəti qurulduqdan sonra yenidən nəşriyyata rəhbərlik et məyə dəvət olunmuş, la kin  keç miş 

fəaliyyətinə  görə  tezliklə  tutduğu  vəzifədən  uzaqlaşdırılmışdır.  Ərəb  və  fars  dillərini  mü kə mməl  b ild iyinə  görə  SSRİ  EA  

Azərbaycan  Filia lına  iş ə  dəvət  edilmiş  və  1937  il  dekabnn  31-dək  (türk  qoşunlarının  Bakıya  dəvət  olunmasında  iştirakına  

görə həbs olunanadək) tərcü məçi kimi fəaliyyət göstərmişdir. 1938 ilin oktyabrında "xarici ölkələrlə casusluq əlaqələrinə və 

millətç i hərə katda iştira kına görə" məhkə mənin qərarı ilə güllələn mişdir. 

AġUROV Ağa Hacı Aslan oğlu (1880,  Bakı - 1936,  Rostov) - ictimai-siyasi və dövlət xadimi.  Bakı gimnaziyasını 

bitirmişdir.  A lmaniyada  mühəndis-texnoloq  ixtisası  üzrə  ali  təhsil  alıb   Bakıya  qayıtmış,  şəhər  bələdiyyə  idarəsində 

işləmişdir.  Bakının  abadlaşdırılması  və  tərəqqisi  üçün  həyata  keçirilən  bir  sıra  tədbirlərə  başçılıq  etmişdir.  1908  ildə 

Aşurovun  rəhbərliyi  ilə  Bakıda  yeni  elektrik  stansiyasının  tikilməsi  barədə  müqavilə  bağlan mışdır.  Bakıya  Şollar  su 

kə mərinin çə kilməsində geniş fəaliyyət göstərmişdir. Aşurov "Nəşri-maa rif‖ cə miyyətinin rəhbərlərindən biri olmuş, şəhər 

dumasının ü zvü seçilmişdir. 

Aşurov  1906  ildə  Əlimərdan  bəy  Topçubaşovun  sədrliyi  ilə  Ümu mrusiya  müsəlmanların ın  Nijn i-Novqorodda 

keçirilən  3-cü  qurultayında  iştirak  etmiş  və  qurultayın  rəyasət  heyətinin  tərkibinə  seçilmişdir.  Milli  hərəkatın  fəal  ü zv-

lərindən  olan  Aşurov  Fevral  inqilabından  (1917)  sonra  Müsəlman  M illi  Şurasının  Müvəqqəti  İcra iyyə  Ko mitəsinin  ü zvü 

seçilmiş,  Qafqaz  müsəlmanların ın  Bakı  qurultayında  iştirak  et mişdir.  1918  ilin  mart  qırğın ları  zaman ı  hərbi  əməliyyatları 

dayandırmaq üçün müsəlman nü mayəndə heyətinin tərkib ində İnqilabi Müdafiə Ko mitəsinin, Erməni Milli Şurasın ın üzv ləri 

və İranın Ba kıda kı konsulu Həbibulla xanla danışıq lar aparmışdır.  

Azərbaycan  Xalq  Cü mhuriyyətinin  ikinci  Höku mətində  bitərəf  Aşurov  ticarət  və  sənaye  naziri  işlə miş,  eyni 

zamanda,  1918  il  o ktyabrın  6-dək  Ərzaq  Nazirliyinə  rəhbərlik  etmişdir.  Cü mhuriyyətin  mövcudluğunun  ilk  mərhələsində 

dövlətin ticarət-sənaye və ərzaq siyasətini, əsasən, Aşurov müəyyən etmişdir.  İqtisadi böhranla  mübarizədə Aşurov xüsusi 

rol oynamış, iqtisadiyyata dövlət nəzarəti sisteminin yarad ılması yönündə əzmlə çalış mış, möhtəkirliklə, fəaliyyətləri dövlət 

maraqlarına zidd olan xüsusi mü lkiyyətçilərlə mübarizədə qətiyyətli və sərt tədbirlərin tərəfdarı olmuşdur. 

Aşurov  dövlətin  müstəqil  iqtisadi  xəttin in  prinsipial  müdafiəçisi  id i.  1918  il  oktyabrın  6-da  Hö ku mətdə  bəzi 

dəyişikliklə rlə   ə laqədar  poçt  və  teleqra f  na ziri  təyin   olun muşdur.  Aşurov  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parla mentinin  

üzvü  seçilmiş,  "Müsavat"  və  bitərəflər  fraksiyasında  təmsil  olunmuşdur.  1918  il  dekabrın   ortalarında  bütün  Hökumət 

kabinəsi  ilə  birlikdə  istefaya  çıxmışdır.  O,  Cü mhuriyyət  dövründə  Bakıda  həyata  keçirilən  bir  sıra  mədəni-maa rif 

tədbirlərinin də təşkilatçılarından olmuşdur. 

Aşurov 1920  il aprelin 27-də bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən yeganə parlament 

üzvü idi.  Buna görə də ertəsi gün hakimiyyətə gələn bolşeviklər onun həbs edilməsi barədə göstəriş versələr də, ələ  keçirə 

bilmə mişdilər.  Aşurov  Türkiyəyə  mühacirət  et məyə  cəhd  göstərmiş,  bu  baş  tutmadıqda,  Rostov  ş əhərinə  köçüb,  orada 

ixtisası üzrə mühəndis-texnoloq işləmişdir. Rostovun tatar qəbiristanlığında dəfn olun muşdur. 

"  ATAMALIBƏ YOV  Abbas  Seyfulla   bəy  oğlu  (26.2.1895,  Tiflis  -  1971,  ABŞ,  Klivlend)  -  A zərbaycan  Xa lq  

Cü mhuriyyəti Parlamentinin  xüsusi qərarına  (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında qərar) 

əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, A zərbaycan siyasi mühacirətin in tanın mış 

nümayəndəsi. İlk təhsilini Şamaxıda, Tiflisdə almışdır. Topçu zabit olmaq  istəyən Atamalıbəyovun görmə qabiliyyəti  zəif 

olduğundan onu hərbi məktəbə qəbul etməmişdilər.  1914 ildə Peterburq Poli- 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə