[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə87/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   83   84   85   86   87   88   89   90   ...   282

158 

 

Əbdüləli bəy Əmircanov və Musa bəy Rəfiyev daxil oldular. 

İclasın sonunda çıxış edən Fətəli  xan Xoyski bildird i ki, onun yaratdığı yeni Hö ku mətin başlıca vəzifəsi A zərbay-

canın azadlığ ı və istiqlaliyyəti uğrunda mübarizə o lacaqdır. 

İyunun  19-da  Fətəli  xan  Xoyskinin  təşkil  etdiyi  ikinci  Hö ku mət  üzvləri  arasında  vəzifələr  aşağıdakı  kimi 

bölüşdürüldü: Fətəli xan Xoyski Nazirlər Şurasının sədri və ədliyyə naziri; Məmməd Həsən  Hacınski -  xarici işlər naziri 

(eyni zamanda, müvəqqəti olaraq  dövlət müfəttişi); Behbud xan Cavanşir daxili işlər naziri; Xudadat bəy Məlik-Aslanov 

yollar naziri (eyni  za manda,  müvəqqəti olaraq poçt və teleqraf na ziri); Əbdüləli  bəy  Əmircanov  -maliyyə naziri; Xosrov 

Paşa bəy Sultanov - əkinçilik naziri; Nəsib bəy Yusifbəyli - xalq maarifi və d ini etiqad naziri; Ağa Aşurov ticarət və sənaye 

naziri (eyni  zamanda,  müvəqqəti olaraq ərzaq naziri); Xudadat bəy Rəfibəyli -səhiyyə və himayədarlıq naziri; Əlimərdan 



bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov və Mıısa bəy Rəfiyev -portfelsiz na zirlər. 

Fətəli  xan  Xoyskinin təşkil etdiyi  ikinc i  Höku mət  Gəncədə çox çətin və  mürə kkəb bir şəraitdə fəa liyyətə başladı. 

Sonralar  Azə rbaycan  Parlamentinin  ilk  iclasında  Fətəli  xan  Xoyski  de mişdi:  "Hökumətimiz  öylə  bir  zamanda  təşkil 

edilmişdi ki,  bir kənddən  o biri  kəndə  getmək qorxulu  idi.  Gecə  yatanda  sabaha  çıxmağa  ümid  yox  idi.  Heç  kəsin  irzi, 

namusu, canı,  malı əmniyyətdə deyildi... Poçt-teleqraf yox idi. Bir kağız yollamaq belə mümkün deyildi. O vaxt idi  ki, 

maliyyatdan  Hökumət  əlində  heç  bir  şey  yox  idi.  Hökumətə 

lazım  olan  idarələrin  hamısı  başdan-başa  dağılmış,  xid-

mətçilər  qaçmışdılar.  İdarələrin  adı  var  idisə  də,  özü  yox  idi. 

Hərə  başına  beş-on  adam  yığıb  bir  Hökumət,  bir  qanun 

düzəltmişdi”. 

Yaran mış çətin və mürəkkəb şəraitdə Fətəli  xan  Xoyski 

Höku mət aparatın ın təşkili işini davam etdirdi. Nazirlər Şurası və 

ayrı-ayrı nazirliklərin  idarə aparatı yarad ıld ı. İyunun 27-də Fətəli 

xan Xoyski Höku məti tərəfindən A zərbaycan dili dövlət d ili elan  

olundu.  Avqustun  28-də  tədris  müəssisələrinin  milliləşdirilməsi 

haqqında  qərar  qəbul  edildi.  Fətəli  xan  Xoyski  Höku mətinin  

Gəncədə  1918  il  iyunun  19-da  qəbul  etdiy i  ilk  qəra r  bütün 

Azərbaycanda hərbi vəziyyətin elan edilməsi oldu. Avqustun 11 

-də ümu mi səfərbərlik e lan edildi. 1894-99  illə rdə anadan olmuş 

kişi cinsindən bütün müsəlman vətəndaşlar orduya çağırıld ı. 

Xoyski  Hö ku mətinin  Gəncə  dövründə  qəbul  etdiyi  ən 

mühü m  qərarlardan  biri  də  1918  il  iyulun  15-də  Fövqəladə 

Təhqiqat  Komissiyasının  yaradılması  idi.  Bu  qəra ra  əsasən 

Birinci  dünya  müharibəsi  (1914-18)  illərində  Cənubi  Qafqaz 

ərazisində  yerli  müsəlman  əhalisinə  qarşı  törədilmiş  vəhşiliklər 

və onların  ə mlaklarına qəsd ilə bağlı  məsələlə r a raşdırılma lı, bu 

işdə  günahkar  olan  şəxslər  aşkar  olunub,  cinayət  məsuliyyətinə 

cəlb edilmə li id ilə r. 

1918  il  sentyabrın  15-də  Azərbaycan  və  türk  hərbi 

qüvvələrindən  ibarət  Qafqaz  İslam  Ordusu  Bakını  azad  etdi. 

Sentyabrın  17-də  isə  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku məti 

Bakıya köçdü. Bakı müstəqil A zərbaycanın paytaxtı elan  olundu. 

Bununla  da  bütün  Şimali  A zərbaycan  ərazisi  Fətəli  xan  

Xoyskinin  başçılıq   etdiyi  Azərbaycan  Xalq   Cü mhuriyyəti 

Höku mətin in hakimiyyəti altına keçd i. 

Azərbaycan Xalq  Cü mhuriyyəti  Höku məti  Bakıya  köçdükdən sonra, 1918  il oktyabrın  6-da  Fətəli  xan  Xoyskinin  

təşkil etdiyi ikinci Hö ku mətdə dəyişikliklər edildi və vəzifə lər aşağıdakı qaydada yenidən bölüşdürüldü. Fətəli xan Xoyski 

Nazirlə r Şurasının sədri; Behbud xan Cavanşir da xili  işlər na ziri və zifəsi  ilə yanaşı ticarət və sənaye naziri və zifəsini də  

icra  edir;  Əlimərdan bəy Topçubaşov - xarici işlər naziri; Mə mməd Həsən Hacınski - maliyyə na ziri;  Nə sib bəy Yusifbəyli 

-  xalq   maarifi naziri; X udadat bəy Məlik-Aslanov - yolla r na ziri; Xosrov Paşa bəy  Sultanov  - ə kinçilik və dövlət ə mlakı 

naziri;  Ağa  Aşurov  -  poçt  və  teleqraf  na ziri;  Xəlil  bəy  Xasməmmədov  -ədliyyə  naziri;  Xudadat  bəy  Rəfibəyli  -  xalq  

səhiyyəsi naziri; M usa bəy Rəfiyev - h imayədarlıq və din i etiqad na ziri; İsmayılxan Ziyadxanov hərbi işlər ü zrə müvəkkil;  

Əbdüləli bəy Əmircanov - dövlət müfəttişi. 

Bakıya  köçdükdən  sonra  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku məti  istər  ictimai-siyasi,  istərsə  də  təsərüfat  və 

mədəni  quruculuq  sahəsində  daha  mühüm  tədbirlər  həyata  keçirməyə  başladı.  Müəssislər  Məclisinin  çağırılması  işinin  

təşkili üçün Na zirlər Şurasının sədri, da xili 




159 

 

işlər  və  xalq  maarifi  nazirlərindən  ibarət  ko missiya  yaradıldı.  1918  il  noyabrın  9-da  Azərbaycan  Höku məti  Fətəli  xan  



Xoyskinin təqdimatı ilə ö lkən in üçrəngli bayrağını təsdiq etdi. 

1918 il iyunun 17-də Gəncədə öz fəa liyyətini dayandırmış Azərbaycan Milli Şurası hə min il noyabrın 16-da Bakıda  

yenidən  fəaliyyətə  başladı.  İlk  ic lasda  çıxış  edən  Fətəli  xan  Xoyski  M illi  Şura  ü zvlərinə  mü raciət  edərə k  bildirdi  ki, 

Höku mətin  Müəssislər  Məclisini  çağırmaq  işinin  təşkilinə  vaxtı  çatmadığ ı  üçün  Milli  Şuradan  bu  işin  icrasını  öz  üzərinə 

götürməsini  xah iş edir.  Bu təkliflə razılaşan Milli Şura ö zünün noyabrın 19-da Məhəmməd  Əmin  Rəsulzadənin sədrliy i ilə 

keçən  iclasında  120  nəfərdən  ibarət  Parlament  yaratmaq   haqqında  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku məti  tərəfindən 

təqdim  olun muş  qanun  layihəsini  qəbul  etdi.  M illi  Şuran ın  s ədri  tərəfindən  imza lanmış  " Bütün  Azərbaycan  əhalisinə!" 

müraciəti noyabrın 29-da dərc ed ild i.  Həmin qanuna əsasən 1918  il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin  Niko layev 

küçəsindəki  (indiki  İstiqlaliyyət  küçəsi)  qız  mə ktəbinin  (indiki  Əlya zma lar  İnstitutu)  binasında  Azərbaycan  Xalq 

Cü mhuriyyəti  Parlamentinin  ilk  iclası  keçirildi.  İclas  Milli  Şuranın   sədri  Məhəmməd   Əmin   Rəsulzadənin  giriş  nitqi  ilə 

açıld ı.  Parlamentin  rəhbər  orqanları  seçildikdən  sonra  Hökumətin  fəaliyyəti  barədə  məru zə  üçün  söz  Azərbaycan  Xalq 

Cü mhuriyyəti  Höku mətinin  sədri  Fətəli  xan  Xoyskiyə  verildi.  O,  ö z  Hö ku mətin in  ço x  mürəkkəb  tarixi  şəraitdə  gördüyü 

işlər barədə geniş hesabat verdi. Fətəli  xan  Xoyski  məru zəsinin sonunda dedi. "Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ 

çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, Hökumətin nöqsanları ilə bərabər, yol göstərən işıqlı ulduzu 

bu  şüar  olmuşd ur:  Millətin  Hüququ,İstiqlalı,  Hürriyyəti!  Fəaliyyətimizdə  xətalar  işlətmişiksə  də,  həmişə  fikrimiz  bu 

olmuşdur. Hökumət çalışmışdır ki, öz nüfuzunu millətin gözündə itirməsin'''. 

Fətəli xan Xoyski ö z Höku mət inin istefasını qəbul et məyi yeni yaran mış Parla mentdən xah iş etdi. Parla ment ikinc i 

Höku mətin  istefasını qəbul etdi.  Yeni  üçüncü Höku mət  kabinəsinin təşkili və ona rəhbərlik yenə də Fətəli  xan Xoyskiyə 

tapşırıldı. Parlamentin sədr müavin i Həsən bəy Ağayevlə Fətəli xan Xoyskinin arasında gedən yazış malardan da görünür ki, 

Fətəli  xan  Xoyski yeni  Höku mət in təşkilindən imt ina et miş, yalnız  Həsən bəy Ağayevin təkidli  xahişindən sonra o, bu iş ə 

razılıq vermişdir. 

Dekabrın 26-da Fətəli xan Xoyski iiçüncii hökumət kabinəsinin proqramı və tərkibi barədə Parlamentdə çıxış etdi. 

Müzakirələrdən sonra Parlament Fətəli  xan Xoyski  Höku mətinə etimad göstərdi.  Höku mətdə Fətəli  xan  Xoyski  Baş nazir 

portfeli ilə  yanaşı xarici işlər na ziri və zifəsini də  tutdu. Üçüncü Höku mət kab inəsində Xəlil bəy Xasməmmədov - da xili işlər 

naziri;  İ.Protasov maliyyə naziriXudadat bəy Məlik-Aslanov - yollar naziri; Nəsib bəy  Yusifbəyli - maarif və din i et iqad 

naziri; Aslan bəy Səfikürdski - poçt-teleqraf və ə mək naziri; Sə məd bəy Mehmandarov - hərbi na zir; Rüstəm xan Xoyski — 

himayədarlıq  naziri;  Y.Gindes  -  xa lq  səhiyyəsi  naziri;  Mirzə   Əsədullayev  -  t icarət  və  sənaye  naziri;  Məmməd  Hə sən 



Hacınski  -dövlət  nəzarəti  naziri;  K.Lizqar  -  ərzaq  naziri;  Xosrov  Paşa  bəy  Sultanov  -  əkinçilik  və  dövlət  əmlakı  naziri; 

Teymur bəy Makinski ədliyyə naziri və zifə lərini tutdular. 

Fətəli  xan Xoyskin in təşkil etdiyi  Höku mət  kabinəsi ilə əlaqədar ola raq general To mson bəyan etdi ki, "Fətəli  xan  

Xoyski başda olmaq la yeni koalisiyalı Höku mətin təşkili ilə əlaqədar elan edirəm ki, müttəfiqlərin ko mandanlığı bu  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə