76
siyasi-ictima i, iqtisadi və mədəni təsisatların ın tarixi mən-
zərəsi bu qəzetdə öz ə ksini tap mışdır. "Azərbaycan"ın ilk 4
sayı Gəncədə çıxmış , sonralar isə Bakıda A zərbaycan və rus
dillərində nəşr olun muşdur. Dörd s əhifəlik qəzetin iki səhifəsi
Azərbaycan, iki səhifəsi isə rus dilində bura xılmışdır. Qə zetin
ilk nö mrəsində Bakının azad edilməsi (1918,15 sentyabr) ilə
bağlı xəbərlər, Məhəmməd Hadinin türk əsgərinin şücaətini
vəsf edən "Türk nəğməsi" şeri də dərc edilmişdir.
"Azərbaycan" qəzetinin sentyabrın 19-da rus dilində
çapdan çıxmış sayında Şəfi bəy Rüstəmbəyli "Düşünmək
vaxtıdır" məqaləsində "Daşnaksutyun" partiyasının Azər-
baycan xalqına qarşı düşmənçilik siyasətini ifşa edir və
ermənilərə xəbərdarlıqla ya zırdı: "...hələ nə qədər ki, gec
deyil, erməni xalqı öz qonşuları ilə səmimi və mehriban
yaşamaq yoluna qədəm qoysun. Başqa yol onlar üçün daim
fəlakətli olacaqdır".
Paris sülh konfransında (1919-20) iştirak etmək üçün
Azərbaycan Cü mhuriyyəti nü mayəndə heyətinin tərkib inə müşavir qis mində "Azərbaycan" qəzetinin redaktoru Ceyhun bəy
Hacıbəyli də daxil edilmişdi.
Azərbaycan Xa lq Cü mhuriyyəti Höku mətin in qərar, sərənca m, fə rman və digər normativ sənədlərinin xüsusi
nəşrlərdə verilməsi "Azərbaycan" qəzetinin səhifə lərində daha çox nə zəri məqalə lərin, A zərbaycana, hə mçin in dünya və
region ölkələrinə aid xəbərlərin, o xucu ları maraqlandıran başqa yazıların dərc edilməsinə imkan yarad ırdı.
Azərbaycan Milli Şurasının, xüsusilə onun A zərbaycan Parla mentin in çağırılması sahəsindəki fəaliyyəti "Azərbay-
can" qəzetinin səhifələrində geniş əks olunmuşdur. Azərbaycan Parla menti 1918 il dekabrın 7-də işə başladıqdan sonra isə
qəzet onun fəaliyyətini daha geniş işıqlandırmış, Parla mentin mühü m ic laslarından stenoqrafik hesabatları "Azərbaycan
Məclisi-Məbusanında" rubrikası alt ında dərc et mişdir. Bundan başqa, qəzetdə "Rəs mi xəbərlə r", "Te leqraf xəbərləri",
"Rusiyada", "Ermən istanda", "Gürcüs tanda", "Türkiyədə", "İrəvan müsəlmanlarının halı", "Teatr və musiqi" və s. kimi
daimi rubrika lar da var idi.
Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hac ıbəyli, Xəlil İbrahim, Fərhad Ağazadə, Hacı İbrahim Qasımov,
Məhəmməd ağa Şahtaxt lı, Adil xan Ziyad xanov, Əlabbas Müznib, Şəfiqə Əfəndizadə, İstanbulda təhsil alan Əmin Abid və
b. "Azərbaycan" qəzetinin səhifə lərində dərc o lunan məqa lələ ri, əsərlə ri A zərbaycan tarixin in, mədəniyyətinin, maarifinin
inkişafına, milli şüurun oyanmasına, milli ö zünüdərkin təşəkkülünə yard ım etmiş, azərbaycançılıq, istiqlalçılıq, türkçülü k,
islamçılıq, müasirlik məfkurəsinin təbliğində mühüm ro l oynamışdır. Qəzet səhifələrində Məhəmməd Hadi, Əh məd Cavad,
Seyid Hüseyn, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmən zəminli və b. vətənpərvər, yurdsevər şair və ədib lərin milli müstəqillik
hissləri aşılayan, "vətən qayğısı və millət duyğusunu hərşeydən üstün tutmağa" çağıran əsərlərinə geniş yer verilird i.
Azərbaycan Xalq Cü mhuriyyəti dövründə milli ideologiyanın təşəkkü lündə və inkişafında Üzey ir bəy Hacıbəylinin böyük
xid mət i o lmuşdur. İct ima i-siyasi həyatda gedən proseslərin fəa l iştira kç ısı olan peş əkar jurnalist kimi, o, dövri mətbuatda
milli mədəniyyətimizin bu və ya digər sahələrinə da ir məqalə lərlə ç ıxış et miş, milli azad lıq və istiqlalç ılıq konsepsiyasını
yaradıcılığ ının başlıca məramı saymışdır.
Ü.Hacıbəyli ö z yazılarında ermən i-daşnak quldurlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımların ın,
Qarabağ ermənilərinin Azərbaycan Höku mətinə tabe olmaq istəməmələrinin siyasi mah iyyətini açır, bütün bunların əsl
səbəbkarı o lan rus-bolşevik-daşnak qüvvələrini ifşa edirdi.
Qəzet Azə rbaycan Xalq Cü mhuriyyətinin dövlət, ict ima i-siyasi, iqtisadi və mədəni həyatını geniş ə ks etdirirdi.
Azərbaycanın 1918-20 illə r tarixin in öyrənilməsində bu qəzetin müstəsna əhəmiyyəti vard ır.
Azərbaycan Höku məti və Parla menti mətbuatın və nəşriyyatların işini dövrün tələbləri səviyyəsində qurmaq üçün
bir sıra qərarlar qəbul etmişdi. Parlamentin 1919 il 30 oktyabr tarixli qərarı ilə qəbul etdiyi "Mətbuat haqqında
nizamnamə"də göstərilirdi ki, "Mətbuat, litoqrafiya və buna bənzər müəssisələrin açılması iiçiin, habelə çap
məhsulunun nəşri və satılması iiçün Hökumət idarələrinin heç bir icazəsi tələb olunmur". Dövri nəşrlərin təsis olunması
üçün ancaq öz məqsədləri barədə mətbuat işləri ü zrə baş müfəttişə ərizə təqdim ed ilməsi kifayət idi. Nizamnaməyə əsasən,
mətbuat orqanı ancaq qüvvədə olan qanunları pozub, cinayət törətdikdə məh kə mənin qərarı ilə məsuliyyətə cəlb edilə
bilərd i. Cü mhuriyyət Höku məti mətbuat azadlığ ını milli şüurun, milli mədəniyyətin in kişafı üçün mühü m ş ərtlərdən biri
hesab edirdi. Mə lu mdur ki, A zərbaycan Xa lq Cü mhuriyyəti yaranana qədər çar Rusiyası tərkibində olan Azə rbaycanda
mətbuat azadlığı yo x idi. Ana dilində yazıb o xu maq böyük maneələrlə qarşılaşır, qə zet və ju rnallar c iddi senzuraya məru z
qalırd ı. Çarizmin Azərbaycan xalqını u zun müddət milli müstəmləkə əsarətində saxlaması milli şüurun, milli mədəniyyətin
inkişafına ağır zərbə vurmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il 9 noyabr tarixli sərəncamı ilə
mətbuat və