[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə18/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   14   15   16   17   18   19   20   21   ...   143

38 
 
gəlmiş və çiçə klən mə dövründə Atlantik okeanından Hindistan və Çinə qədər uzanan 
ərəb  Xilafəti  qoşunlarının  zərbələri  altında  süqut  etdi.  642-ci  ildə  Nihavənd 
yaxınlığındakı  döyüş  bir  sıra  ölkə  və  vilayətlərin  daxil  o lduğu  möhtəşəm  Sasani 
imperiyasının taleyini həll etdi. Bu ölkə və vilayətlərin hakimləri həmin dövrdə o qədər 
müstəqil  id ilə r  ki,  mərkə zi  hakimiyyətə  tabe  olma mağa  başladıla r.  Ayrı-ayrı 
vilayətlərin   hakimlə ri  müqavimətin   faydasız  olduğunu  nəzərə   alıb,  ərəblə rə  itaət 
edərək, onla rla  sülh  müqavilə ləri bağlay ırd ıla r.  Hə min  müqavilə lərdə  istilaç ıla r c izyə 
vermə k şərtilə onların şəhərlərinə, həyatlarına və mü lklərinə to xunma mağı öhdələrinə 
götürürdülər.
7
 
Ərəb  qoşunları  Rey   və  Qəzv ini  tutduqdan  sonra  h.18  (639)-ci  ildə  Cənubi 
Azərbaycanı işğal etdilər.
8
 
Ərəb qoşunlarının b ir h issəsi Azərbaycandan şimal-şərqə doğru irəliləyərək, bir 
neçə vuruşmadan sonra əhalisi ərəblərə cizyə ödəməyi boynuna götürən Muğanı zəbt 
etdilər.
9
 H.21 (642)-c i ildə ərəb qoşunları Bukayr ibn Abdullahın ko mandanlığ ı a ltında 
Xəzə r  dənizinin  sahili  ilə  şimala  doğru  hərəkət  edərə k,  e lə  hə min  il  Bab  əl-Əbvaba 
(Dərbəndə) çatdılar.
10
 
Təbərinin  məlu mat ına  görə  Şirvan  642/43-cü   ildə  sərkə rdə  Sü raqə  ibn  Əmri 
qoşunla  Dərbəndi  tutmağa  göndərmiş  ikinci  xəlifə  Ömər  ibn  əl-Xəttab  (634-644) 
zaman ında  fəth  olunmuşdur.
11
  Süraqə  ibn  Əmir  Şirvana  yollandı.  Ərəb  ordusunun 
Əbdürrəhman  ibn  Rəbiə əl-Bəhilin in  ko mandanlığı altında olan ön dəstələri  Dərbənd 
qalasının divarları yanında  Bukayrın dəstəsi ilə b irləşdi.  Onla r Şirvana yaxın laşdıqda 
bu vilayətin irsi ha kimi, ehtima l ki, Şirvanşah Şəhriyar onlara itaət göstərdi, la kin c izyə 
vermə mək, onu sərhədləri şima ldan gələn köçərilə rin  basqınlarından qoruyan qoşunun 
saxlan masına  sərf  etmək  şərti  ilə  sülh  müqaviləsi  bağlamağı  tələb  etdi.  Süraqə 
Şəhriyarın  tələb ini  nəzərdən  keçirib  bunu  xəlifə  Ömərin   ixtiyarına  buraxd ı.  Ömər 
razılıq  verd i  və  Şirvanın  hakimləri  ərəb  hökmranlığ ı  dövründə  cizyədən  azad 
olundular.
12
  Təbərinin  IX  əsrin   sonu  X  əsrin  əvvəllərində  verdiy i  bu  mə lu mat 
diqqətəlayiqdir,  be lə  ki,  ona  əsasən  ehtima l  et mə k  ola r  ki,  hə min  qayda  Sasanilər 
dövründə  də  mövcud  olmuşdur.  Bu  dövrdə  Dərbənd  keçid i  şimaldan  Qafqaz 
Albaniyasına soxulan türklərin və başqa  xalqların  köçəri ordularının  qarşısında sipər 
olduğundan Sasanilər onun möhkəmləndirilməsinə böyük əhəmiyyət verirdilər. V əsrin 
ikinci  yarısın ın  müəllifi  Yeğişe  yazırdı  ki,  Sasanilər  Dərbənd  keçidin i  hunlardan 
qoruyurdular.  Sasanı  şahı  I  Yəzdigərdin   dövründə,  451  -ci  ildə  "farsların  hun 
vilayətinin   sərhədində  bir  ço x  əsrlər  boyu  böyük  çətinliklə   tikdird iklə ri"  Dərbənd 
istehkamları təməlinədək dağıdıldı.
13
 Belə liklə,  Yeğ işenin  məlu mat ına görə,  Dərbənd 
istehkamları b ir ço x əsrlər boyu mövcud olmuşdur. 
Yu xarıda  göstərdiyimiz  kimi,  arxeoloji  qazıntılar  nəticəsində  V-VI  əsrlərdə 
Sasani hökmdarlarının  və sonralar VII-VIII əsrlərdə ərəblərin  dəfələrlə bərpa etdikləri 
və  tikintisini  başa  çatdırdıqla rı  e.ə.  VIII-VI  əsrlə rə  a id  qədim  divarla r  aşkar 
olunmuşdur. Bu istehkamlar ərəblərə öz şimal sərhədlərin i ərəb mənbələrindən xəzərlər 
adı ilə məlu m olan mü xtəlif türk tayfalarının basqınlarından qorumaq üçün lazım idi. 
Ərəblər  VII  əsrin  birinci  yarısında  Şirvanı  işğal  edərkən  şirvanşah  Şəhriyar 


39 
 
xəlifədən  sərhədləri  şima ldan  gələn  köçərilərin  basqınlarından  qoruyan  qoşunu 
saxlamaq şərtilə, cizyədən azad olun masını xahiş etmişdi. 
Burada  söhbət,  şübhəsiz,  Dərbənddən  gedirdi.  Mənbələrin  məlu matına  görə 
Sasani şahları bu diyara böyük əhəmiyyət verirdilər. On lar  müdafiə sədləri və qala
14
 
tikdirmə klə  Dərbəndi  möhkə mləndirir,  burada  onların   etibar  etdiklə ri  mü xtəlif 
xalq ların  nü mayəndələrindən  ibarət  böyük  qarnizon  saxlayırd ılar;  onların   arasında 
şirvanlılar da var idi. Qarn izon  saxlamaq  üçün daimi vəsait mənbələri lazım idi.
15
 Yaqut 
maraqlı  məlu matlar gətirir: "Bu  adamlara (mühafizəçi  xalq lara) d iyarı  mü xtəlif  kafir 
türk  tayfalarından  və  digər  xalq lardan  müdafiə  etmək  üçün  lazım  bildikləri  hər  şeyi 
tikməyə  ica zə  verilird i  və  onlar  mə rkə zi  hakimiyyətdən  heç  nə  istəmir,  onu  xərcə  
salmırd ılar".
16
 Buradan belə bir nəticə ç ıxa rmaq ola r ki, onla r Dərbənd istehkamla rın ın 
müdafiəsi üçün lazım o lan vəsaiti də hələ ərəb istilasından xey li əvvəl neft mədənlərin in 
istismar edildiyi və yerində yaşayış məskəni, ya xud şəhərcik o lan Bakıdan alırd ıla r.
17
 
Məlu mdur  ki,  türklə r  VI  əsrin  ikinc i  yarısında  ş ərqdə  Çindən  tutmuş,  qərbdə 
Qafqa z,  Bizans  və  İrana  qədər  uzanan  geniş  imperiya  yarat mışdıla r.  VI  əsrin  ikinci 
yarısında  türklər  Qafqaza  lap  yaxın laşaraq,  həmin  vaxtdan  etibarən  Şirvana  daim 
basqınlar etməyə başladılar. Türklər buna qədər Qafqazdan keçən yola bələdid ilər, belə 
ki,  VI əsr  müə llifi Bizanslı Menandrın verdiyi  xəbərə görə, türk  xaqanı  Dizavul  İran, 
sonralar isə  Bizansla  ipək tica rəti apar-maq və t icarət ə laqələ ri yarat maq  məqsədi  ilə  
568-c i  ildə  Altaydan  elç ilik  göndərmiş  və  həmin  e lç ilik  "Qa fqaz  dağlarının  ö zünü" 
aşaraq  Bizansa  gəlmişdi.  Görünür  elçiliy in  yolu  Dərbənd  keçid indən  və  Şirvandan 
keçmişdir.
18
 Şirvan son Sasani şahları və  ilk ə rəb valiləri dövründə köçəri türklə rin  və 
xə zərlərin bir sıra dağıd ıcı basqınlarına məru z qalmışdı.
19
 
Toponimika  ilə  yanaşı, b ir sıra  narrativ və  lap idar mənbələrin öyrənilməsi köçəri 
türklərin Abşerona erkən orta əsrlərdə gəldiy ini göstərir.  V əsrin b irinci yarısı  Bizans 
müəllifi  Panili  Prisk  erkən  orta  əsr  mənbələrin in  türklərlə  eyniləşdirdiy i  hunların 
dəfələrlə  M idiyaya  hücum  etdiklərini  xəbər  verir.  Yo l,  ehtima l  ki,  Böyük  Qa fqaz 
dağlarından  keçird i.  Eramızın   ilk  əsrlərində  belə  basqınların  birində  hunlar  geri 
qayıdarkən düşmənlərin təqibindən qurtarmaq üçün "sualtı qayalardan od qalxan başqa 
yolla gedərək öz ö lkələ rinə qayıt mışdıla r".
20
 
Priskin  Abşeron  sahillərinə  və  onun  yanar  qazlarına  aid  məlu matları 
hun-türklərin  era mızın   ilk  əsrlərində  Abşeronda  olduqların ı,  ehtima l  ki,  burada 
məskunlaşdıqların ı  göstərir.  Abşeron  ərazisindəki  toponimika  burada  e rkən   orta 
əsrlərdən etibarən qismən türkləşmə prosesi getdiyinə dəlalət ed ir.
21
 
Türklərin  Dərbənd  keçidindən  Qafqaz  A lbaniyasına  köçməsi  VI  əsrdən 
başlayaraq  və sonralar,  VIII  əsr  mənbələrində  qeyd  edilir.  Türklər  Abşerona  girərək 
VIII əsrin birinci yarısında Bakını tutdular. Türklə rin bu dövrdə Ba kıya basqınları ə rəb 
və erməni mənbələrində qeyd edilir. Ərəblər VIII əsrin əvvəllərində şimala  - Dərbəndə 
doğru və ondan şimal tərəfdəki ərazilərə işğalçılıq yürüşlərinə başladılar. Burada onlar 
artıq  V əsrdən dəfələrlə A lbaniyaya hücum edərək onların qala və şəhərlərini dağıdan 
xə zərlərin  və  türklərin  saysız-hesabsız  ordusu  ilə  toqquşdular.
22
  729-cu  ildə  xəlifə  
Hişam  (724-743)  Cərrah  ibn  Abdullahı  geri  çağırd ığı  Məsləmə  ibn  Əbdül-məlikin 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə