79
Verilənlər bazas
ı
3
3. İcraetmə. Layihənin icrası dedikdə qurulmuş
planın gerçəkləşdirilməsi prosesi başa düşülür.
Nəzərdə tutulmuş planın vaxtında yerinə yetiril-
məsi üçün işə cəlb olunmuş insanların və başqa
resursların uzlaşdırılması çox vacibdir. Nəzərdə
tutulmuş plandan sapmaları aşkarlamaq və onların
layihəyə təsirini qiymətləndirmək üçün layihənin
icrası müntəzəm olaraq ölçülməli və təhlil olun-
malıdır.
4. Nəzarət. Layihənin icrasına nəzarət etmək
üçün seçilmiş mərhələlərdə nəticələr müəyyən olunur və sonra onlar planla tutuş-
durulur. Əgər müqayisə nəticəsində fərqlər aşkarlanarsa, onların aradan qaldırılması
üçün tədbirlər planlaşdırılır; məsələn, belə tədbirlər kimi əlavə resursların cəlb
olunması, yaxud bəzi işlərin bitmə tarixlərində dəyişikliklər edilməsi təklif oluna
bilər.
Layihəyə nəzarət dönəmli olaraq həyata keçirilməlidir. Faktiki və plan göstə-
riciləri arasındakı fərqlərin vaxtında aradan qaldırılması çox önəmlidir. Bundan
başqa, dönəmli nəzarət nəticəsində layihənin yerinə yetirilməsinin real müddətini
daha dəqiq proqnozlaşdırmaq mümkündür. Aparılmış nəzarət və təhlillərin nəticələri
haqqında layihəyə cavabdeh şəxslər məlumatlandırılmalıdır.
5. Bitirmə. Hər bir layihə tez-gec sona çatır. Layihənin sona çatmasının ən geniş
yayılmış şərti, sadəcə, layihənin yerinə yetirilməsidir. Bəzən layihənin gerçəkləş-
dirilməsi prosesində onun miqyasında, dəyərində və müddətində müəyyən dəyişik-
liklər edilməsinə zərurət yaransa da, layihələrin əksəriyyəti nəzərdə tutulduğu vaxtda
sona çatır.
İnternetdə axtarış aparmaqla "Manhetten layihəsi" ("Manhattan Engineering District
Project") və sovet atom bombasının yaradılması layihəsi haqqında məlumat toplayın. Bu
layihələr haqqında ayrıca hesabatlar hazırlayın. Hesabatlara hər iki layihədə iştirak etmiş
dünya şöhrətli fiziklər barədə də məlumatlar daxil edin.
Özünüzü yoxlayın
1.
Layihə nə deməkdir?
2.
Layihələri necə təsnif etmək olar?
3.
Layihələr hansı əsas mərhələlərdən ibarət olur?
4.
Layihənin icrasına nəzarət nə üçün lazımdır?
5.
Respublikamızda həyata keçirilmiş hansı irimiqyaslı yerli və beynəlxalq layihələr
haqqında məlumatlısınız?
ö y r ə n ə k
A R A Ş D I R A Q –
Layihə
Şəlalə modeli
Layihənin
mərhələləri
Layihənin ideyası
Layihənin
strukturu
Planlaşdırma
İcraetmə
Nəzarət
AÇ
AR
sö
zl
ə
r
LAYİHƏ
81
Verilənlər bazas
ı
3
bazası cəmi bir cədvəldən təşkil edilə bilər, ancaq onların əksəriyyətində bir neçə
cədvəl olur; məsələn, "Kitabxana" verilənlər bazasının bir cədvəlində fondda olan
kitablar, ikincisində oxucular, üçüncüsündə isə sifarişlər haqqında məlumat saxlanıla
bilər.
Verilənlər bazası cədvəlinin hər bir sətri
yazı (
record), sütunu isə
sahə (
field)
adlandırılır. Yazılar ayrı-ayrı verilənləri birləşdirməyə imkan verir. Hər bir sahə
ayrıca bir veriləni təmsil edir; məsələn, "Kitablar" cədvəlində hər bir sətir və ya yazı
bir kitab haqqında məlumatdan ibarətdir. Hər bir sütunda və ya sahədə isə kitab
haqqında müəyyən verilənlər (məsələn: adı, qiyməti) saxlanılır.
Verilənlər bazasının işlənib-hazırlanması prosesi aşağıdakı addımlardan ibarətdir:
1. Verilənlər bazasının yaradılma məqsədinin müəyyənləşdirilməsi.
Növbəti addımların icrasına hazırlaşmaq üçün bu çox vacibdir.
2. Zəruri verilənlərin axtarılması və təşkili.
Bazada saxlanılması zəruri olan bütün verilənləri (məsələn: kitabların
adlarını, sifarişlərin nömrələrini) toplamaq lazımdır.
3. Verilənlərin cədvəllər üzrə paylanması.
Verilənləri qruplar və ya mövzular (məsələn: "Kitablar" və ya "Sifarişlər")
üzrə paylayın. Hər bir mövzu üçün ayrıca cədvəl yaradılacaq.
Bu
m
ar
aql
ıdır
Dünyanın ən böyük kitabxanaları
№
Adı
Yeri
Fondundakı
materialların
miqdarı
İşçilərin
sayı
1
Konqres Kitabxanası
ABŞ,
Vaşinqton
164 milyon+
3149
2
Britaniya Kitabxanası
Birləşmiş Krallıq,
London
150 milyon+
1977
3
Kanada Kitabxanası və
Arxivi
Kanada, Ottava
54
milyon
874
4
Nyu-York Kütləvi
Kitabxanası
ABŞ,
Nyu-York
53.1 milyon
2937
5
Rusiya
Dövlət
Kitabxanası
Rusiya,
Moskva
44.4 milyon
1972
Konqres Kitabxanasının ümumi fondunda 38 milyondan çox kitab və digər çap məh-
sulları,
14
milyon fotoşəkil, 5.5 milyon coğrafiya xəritələri, 8.1 milyon not yazısı və
70
milyon əlyazma saxlanılır. Təxmini hesablamalara görə, müxtəlif fondlardakı bütün
materiallar rəqəmsal formata çevrilsə, 20 Tbayt-dan çox olar və bu həcm hər gün artır.
Konqres Kitabxanasının xüsusi şöbəsi müəlliflik hüquqlarının sənədləşdirilməsi ilə
məşğul olur. Sənədləşmə işlərini İnternet üzərindən də – kitabxananın saytında zəruri
blankı doldurmaqla da aparmaq mümkündür.
LAYİHƏ