00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə24/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   20   21   22   23   24   25   26   27   ...   61

 
79 
 
 
 
Verilənlər bazas
ı 

3. İcraetmə. Layihənin icrası dedikdə qurulmuş 
planın  gerçəkləşdirilməsi  prosesi  başa  düşülür. 
Nəzərdə  tutulmuş  planın  vaxtında  yerinə  yetiril-
məsi  üçün  işə  cəlb  olunmuş  insanların  və  başqa 
resursların  uzlaşdırılması  çox  vacibdir.  Nəzərdə 
tutulmuş plandan sapmaları aşkarlamaq və onların 
layihəyə  təsirini  qiymətləndirmək  üçün  layihənin 
icrası  müntəzəm  olaraq  ölçülməli  və  təhlil  olun-
malıdır.  
 
4.  Nəzarət.  Layihənin  icrasına  nəzarət  etmək 
üçün seçilmiş mərhələlərdə nəticələr müəyyən olunur və sonra onlar planla tutuş-
durulur. Əgər müqayisə nəticəsində fərqlər aşkarlanarsa, onların aradan qaldırılması 
üçün  tədbirlər  planlaşdırılır;  məsələn,  belə  tədbirlər  kimi  əlavə  resursların  cəlb 
olunması,  yaxud  bəzi  işlərin  bitmə  tarixlərində  dəyişikliklər  edilməsi  təklif  oluna 
bilər.       
Layihəyə  nəzarət  dönəmli  olaraq  həyata  keçirilməlidir.  Faktiki  və  plan  göstə-
riciləri  arasındakı  fərqlərin  vaxtında  aradan  qaldırılması  çox  önəmlidir.  Bundan 
başqa,  dönəmli  nəzarət  nəticəsində  layihənin  yerinə  yetirilməsinin  real  müddətini 
daha dəqiq proqnozlaşdırmaq mümkündür. Aparılmış nəzarət və təhlillərin nəticələri 
haqqında layihəyə cavabdeh şəxslər məlumatlandırılmalıdır.  
5. Bitirmə. Hər bir layihə tez-gec sona çatır. Layihənin sona çatmasının ən geniş 
yayılmış  şərti,  sadəcə,  layihənin  yerinə  yetirilməsidir.  Bəzən  layihənin  gerçəkləş-
dirilməsi prosesində onun miqyasında, dəyərində və müddətində müəyyən dəyişik-
liklər edilməsinə zərurət yaransa da, layihələrin əksəriyyəti nəzərdə tutulduğu vaxtda 
sona çatır.
 
 
 
İnternetdə  axtarış  aparmaqla  "Manhetten  layihəsi"  ("Manhattan  Engineering  District 
Project") və sovet atom bombasının yaradılması layihəsi haqqında məlumat toplayın. Bu 
layihələr haqqında ayrıca hesabatlar hazırlayın. Hesabatlara hər iki layihədə iştirak etmiş 
dünya şöhrətli fiziklər barədə də məlumatlar daxil edin.  
 
Özünüzü yoxlayın 
1. 
Layihə nə deməkdir?  
2. 
Layihələri necə təsnif etmək olar? 
3. 
Layihələr hansı əsas mərhələlərdən ibarət olur? 
4. 
Layihənin icrasına nəzarət nə üçün lazımdır?  
5. 
Respublikamızda  həyata  keçirilmiş  hansı  irimiqyaslı  yerli  və  beynəlxalq  layihələr 
haqqında məlumatlısınız? 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –

Layihə 

Şəlalə modeli 

Layihənin mərhələləri 

Layihənin ideyası 

Layihənin strukturu 

Planlaşdırma 

İcraetmə 

Nəzarət 

AR
 

zl
ə
r 
  LAYİHƏ


80 
 
 
 
 
V
ERİLƏNLƏR BAZASININ LAYİHƏLƏNDİRİLMƏSİ 
 
Bu, Nyu-York Kütləvi Kitabxanasının (New York 
Public Library) oxu zallarından biridir.  
 
 
Sizə  "Kitabxana"  verilənlər  ba-
zasını yaratmaq tapşırılsa, orada 
hansı cədvəllərin olmasını vacib 
hesab edərsiniz? 
 
 
 
Sxemdə örnək verilənlər bazasının cədvəlləri və onlar arasındakı əlaqələr göstərilmişdir.   
 
 
 
– Verilənlər bazası hansı cədvəllərdən ibarətdir?
  
– Hər bir cədvəldə açar sahələr hansıdır? 
 
Hər bir informasiya sisteminin əsasını verilənlər bazası təşkil edir. Ötən tədris 
ilində Microsoft Office Access 2007 verilənlər bazasının idarəedilməsi sistemi ilə 
tanış olmusunuz. Bu bölümdə müxtəlif mövzularda sadə verilənlər bazaları işləyib- 
hazırlayacaqsınız.
  
Verilənlər  bazası  (database),  sözün  geniş  anlamında,  verilənlərin  hər  hansı 
yığınıdır. Onun əsasını cədvəllər (tables) təşkil edir. Adi və elektron cədvəllər kimi, 
verilənlər  bazasının  cədvəlləri  də  sətir  və  sütunlardan  ibarətdir.  Sadə verilənlər 
F Ə A L İ Y Y Ə T  
3.2 
  LAYİHƏ


 
81 
 
 
 
Verilənlər bazas
ı 

bazası cəmi bir cədvəldən təşkil edilə bilər, ancaq onların əksəriyyətində bir neçə 
cədvəl olur; məsələn, "Kitabxana" verilənlər bazasının bir cədvəlində fondda olan 
kitablar, ikincisində oxucular, üçüncüsündə isə sifarişlər haqqında məlumat saxlanıla 
bilər.  
Verilənlər bazası cədvəlinin hər bir sətri yazı (record), sütunu isə sahə (field
adlandırılır.  Yazılar  ayrı-ayrı  verilənləri  birləşdirməyə  imkan  verir.  Hər  bir  sahə 
ayrıca bir veriləni təmsil edir; məsələn, "Kitablar" cədvəlində hər bir sətir və ya yazı 
bir  kitab  haqqında  məlumatdan  ibarətdir.  Hər  bir  sütunda  və  ya  sahədə  isə  kitab 
haqqında müəyyən verilənlər (məsələn: adı, qiyməti) saxlanılır. 
  
 
 
 
Verilənlər bazasının işlənib-hazırlanması prosesi aşağıdakı addımlardan ibarətdir: 
1.  Verilənlər bazasının yaradılma məqsədinin müəyyənləşdirilməsi. 
Növbəti addımların icrasına hazırlaşmaq üçün bu çox vacibdir. 
2.  Zəruri verilənlərin axtarılması və təşkili. 
Bazada  saxlanılması  zəruri  olan  bütün  verilənləri  (məsələn:  kitabların 
adlarını, sifarişlərin nömrələrini) toplamaq lazımdır. 
3.  Verilənlərin cədvəllər üzrə paylanması. 
Verilənləri qruplar və ya mövzular (məsələn: "Kitablar" və ya "Sifarişlər") 
üzrə paylayın. Hər bir mövzu üçün ayrıca cədvəl yaradılacaq.
 
  
Bu 
m
ar
aql
ıdır
 
Dünyanın ən böyük kitabxanaları 
№ 
Adı 
Yeri 
Fondundakı 
materialların 
miqdarı 
İşçilərin 
sayı 

Konqres Kitabxanası 
ABŞ, Vaşinqton 
164 milyon+ 
3149 

Britaniya Kitabxanası 
Birləşmiş Krallıq, 
London 
150 milyon+ 
1977 

Kanada Kitabxanası və 
Arxivi 
Kanada, Ottava 
54 milyon 
874 

Nyu-York Kütləvi 
Kitabxanası 
ABŞ, Nyu-York 
53.1 milyon 
2937 

Rusiya Dövlət 
Kitabxanası 
Rusiya, Moskva 
44.4 milyon 
1972 
Konqres Kitabxanasının ümumi fondunda 38 milyondan çox kitab və digər çap məh-
sulları,
 
14 milyon fotoşəkil, 5.5 milyon coğrafiya xəritələri, 8.1 milyon not yazısı və
 
70 
milyon  əlyazma  saxlanılır.  Təxmini  hesablamalara  görə,  müxtəlif  fondlardakı  bütün 
materiallar rəqəmsal formata çevrilsə, 20 Tbayt-dan çox olar və bu həcm hər gün artır.  
Konqres Kitabxanasının xüsusi şöbəsi müəlliflik hüquqlarının sənədləşdirilməsi ilə 
məşğul olur. Sənədləşmə işlərini İnternet üzərindən də – kitabxananın saytında zəruri 
blankı doldurmaqla da aparmaq mümkündür.   
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə