00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə23/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   19   20   21   22   23   24   25   26   ...   61

76 
 
 
 
 
 
İlkin yoxlama 
1. 
Bunlardan hansı verilənlər bazasının idarəedilməsi sistemidir? 
a)  Microsoft Outlook 
 
b)  Microsoft Excel 
 
c)  Microsoft Access  
 
d)  JavaScript 
2. 
Verilənlər  bazası  cədvəlindəki  "sahə"  anlayışı  adi  cədvəldəki  hansı  anlayışa 
uyğundur?  
a)  sətir 
 
  
 
b)  sütun  
c)  xana 
 
 
 
d)  başlıq 
3. 
Bunlardan hansı verilənlər bazasının obyekti deyil? 
a)  cədvəl   
  
 
b)  forma 
 
c)  sorğu 
 
 
 
d)  modul 
4. 
Verilənlər bazasının A və B cədvəlləri arasında hansı 
əlaqə növü var? 
a)  1 : 1 
 
  
 
b)  1 : Ç 
 
 
c)  Ç : 1 
 
 
 
d)  Ç : Ç 
5. 
Verilənlər bazasının hansı cədvəlləri arasında "birin birə" əlaqəsi var? 
a)  "Şagirdlər", "Siniflər" 
  
b)  "Ölkələr", "Paytaxtlar"  
c)  "Küçələr", "Evlər" 
 
d)  "Bəstəkarlar", "Mahnılar" 
6. 
Verilənlər bazasında yazıların hər hansı əlamətlərə görə nizamlanması necə adlanır?
 
a)  çeşidləmə 
  
 
b)  arama 
 
c)  süzmə   
 
 
d)  nizamlama 
7. 
Aşağıda bir neçə yazısı göstərilmiş verilənlər bazası cədvəlində "İdmanNövü" sa-
həsi üzrə artma sırası ilə çeşidlənmə aparılarsa, yazıların ardıcıllığı necə olacaq? 
Kodu 
Soyadı 
Təvəllüdü 
İdmanNövü 

Məmmədli 
2004 
karate 

Səmədova 
2003 
tennis 

Axundzadə 
2003 
futbol 

Volkov 
2002 
basketbol  
a) 1, 2, 3, 4               
 
b) 4, 3, 1, 2             
c) 4, 3, 2, 1                 
 
d) 3, 1, 2, 4
  
8. 
"Şagirdlər" cədvəli Soyadı, Adı, AtasınınAdı, Təvəllüdü, ŞəxsiyyətVəsiqəsininNömrə-
si, MəktəbinKodu, Sinfi sahələrindən ibarətdir. Bu sahələrdən hansı başlıca açar ola 
bilər?  
a) MəktəbinKodu        
 
b) Təvəllüdü 
c) Soyadı                  
 
d) ŞəxsiyyətVəsiqəsininNömrəsi
 
9. 
nömrə = "1*" sorğusu nəticəsində hansı yazılar tapılacaq?
 
a) nömrəsi 1-lə başlayan ikirəqəmli ədəd olan   
 
b) nömrəsi 1-lə başlayan üçrəqəmli ədəd olan 
c) nömrəsi 1-lə başlayan istənilən ədəd  olan 
 
d) nömrəsi istənilən ədəd olan
 
 
 
  LAYİHƏ


 
77 
 
 
 
Verilənlər bazas
ı 

 
L
AYİHƏ VƏ ONUN MƏRHƏLƏLƏRİ 
 
Bu  gün  qəzet  və  jurnallarda,  radio  və  televiziya-
ların efirində, veb-saytlarda “alqoritm”, “sistem”, 
“informasiya  texnologiyaları”  kimi  sözlərlə 
yanaşı, “layihə” sözünə də tez-tez rast gəlinir. 
 
 
Sizcə, verilmiş xəritə hansı 
layihəni təsvir edir?  
 
Daha hansı layihələr barədə 
eşitmişsiniz?
 
 
 
 
Kompüterdə məsələ həlli prosesinin mərhələlərini yada salın. ("İnformatika-7" dərsliyində 
"Kompüterdə  məsələlərin  həlli"  mövzusu.  Dərsliyin  elektron  versiyasını  trims.edu.az 
saytından əldə edə bilərsiniz.)  
 
 
– Hansı mərhələlər kompüterdə yerinə yetirilir? 
– Sazlama mərhələsinin mahiyyəti nədən ibarətdir?
 
Layihə (project) məhdud zaman və resurs çərçivəsində bənzərsiz məhsul, yaxud 
xidmət yaratmaq üçün məqsədyönlü fəaliyyətdir. Müxtəlif növ layihələr vardır və 
layihənin  hansı  növə  aid  edilməsi  təsnifatın  nəyə  əsasən  aparılmasından  asılıdır. 
Adətən,  layihələri  insanların  fəaliyyət  sahəsinə,  icra  müddətinə,  mürəkkəbliyinə, 
miqyasına və başqa əlamətlərə görə təsnif edirlər.    
Fəaliyyət  sahəsinə  görə  layihələr  təşkilati,  texniki,  sosial,  iqtisadi  və  başqa 
layihələrə  ayrılır.  Çox  zaman  layihə qarışıq tipli  olur; məsələn,  magistral  yolların 
tikintisi  təkcə  texniki  layihə  deyil,  həm  də  iqtisadi  layihədir,  çünki  regionların 
iqtisadi inkişaf problemlərini həll edir. Televiziya layihəsi məzmun cəhətdən sosial 
ola bilər, kanalın iqtisadi məsələlərini həll etdiyindən onu iqtisadi layihə də hesab 
etmək olar.  
1. Məsələnin 
qoyuluşu 
2. Riyazi modelin 
qurulması 
3. Alqoritmləşdirmə
6. Nəticələrin 
təhlili 
5. Sazlama 
4. Proqramlaşdırma 
F Ə A L İ Y Y Ə T  
3.1 
  LAYİHƏ


78 
 
 
 
İcra müddətinə görə layihələr qısamüddətli (1 ilədək), ortamüddətli (1 ildən 2 
ilədək) və uzunmüddətli (2 ildən artıq) ola bilər; məsələn, Marsın tədqiqi ilə bağlı 
beynəlxalq layihə uzunmüddətlidir və on illərlə davam edəcək. 
Mürəkkəbliyinə və miqyasına görə layihələri sadəorta və mürəkkəb deyə üç 
növə  ayırırlar;  məsələn,  hər  hansı  yolun  çəkilməsi  layihəsi  mürəkkəbliyinə  və 
miqyasına görə Marsın tədqiqi ilə bağlı beynəlxalq layihə ilə müqayisə oluna bilməz. 
Hər  bir  layihənin  işlənib-hazırlanması  bir  neçə  (adətən,  dörd  üstəgəl  bir) 
mərhələdən  keçir:  başlatma,  planlaşdırma,  icraetmə,  bitirmə  və  bir  də  nəzarət
Layihənin mərhələlərə bu cür bölgüsünə çox zaman şəlalə modeli (waterfall model
deyilir. 
 
1. Başlatma. Yeni layihənin hazırlanması yolunda ilk mərhələ hər hansı ideyanın 
əmələ  gəlməsi  və  dərk  edilməsidir.  Layihənin  həyata  keçirilməsinin  uğuru  onun 
ideyasının  nə  qədər  diqqətlə  düşünülməsindən  asılı  olur.  Ona  görə  də  layihəyə 
başlamağı  qərara  alarkən  verilmiş  konkret  mühitdə  ideyanın  reallaşdırılmasının 
mümkün olub-olmamasını aydınlaşdırmaq vacibdir. Cavab müsbət olarsa, layihənin 
hazırlanmasına başlamaq olar.  
2. Planlaşdırma. Mürəkkəbliyindən asılı olmayaraq istənilən işin yerinə yetiril-
məsi  planı  qabaqcadan hazırlanarsa, həmin  işi vaxtında  və uğurla  sona  çatdırmaq 
olar.  Bu  fikir  müxtəlif  çətinlikli  işlərin  cəmindən  ibarət  olan  layihələr  üçün  də 
doğrudur.  Bu  mərhələdə  yaxşı-yaxşı  ölçüb-biçmək  lazımdır:  hansı  işlər  yerinə 
yetiriləcək və bunun üçün hansı resurslar (əmək, maliyyə, maddi) zəruridir. 
Planlaşdırma  mərhələsində  layihənin strukturunu  da  müəyyənləşdirmək  la-
zımdır:  layihə  hansı  elementlərdən  ibarətdir  və  onlar  bir-biri  ilə  necə  əlaqəlidir. 
Nəzərə almaq lazımdır ki, layihənin strukturunun yaradılması iterasiyalı (latın dilin-
dən  tərcümədə  “iteratio”  –  “təkrar”  deməkdir)  prosesdir.  Öncə  təqribi  strukturlar 
hazırlanır,  sonra  layihənin  məqsədləri  və  vəzifələri  dəqiqləşdikcə  bu  strukturlar 
tədricən korrektə olunur. Hətta layihənin başlanması haqqında qərar qəbul edildik-
dən  sonra  da  yaranan  vəziyyətdən  asılı  olaraq  istənilən  strukturun  cari  korrektəsi 
mümkündür. Beləliklə, layihənin icrasının gedişində struktur sxemlər dəfələrlə də-
yişdirilə və təkmilləşdirilə bilər. 
1. 
BAŞLATMA
2. 
PLANLAŞ-
DIRMA 
3. 
İCRAETMƏ
4. 
NƏZARƏT
5. 
BİTİRMƏ 
Layihənin mərhələləri
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə