00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə22/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   18   19   20   21   22   23   24   25   ...   61

72 
 
 
 
Bəs bu printerlərin hansı tətbiq sahələri var? 3D-printerlərdən daha çox aşağıdakı 
sahələrdə istifadə olunur:  
  arxitektura (maketlərin hazırlanması); 
  sənaye  və  maşınqayırma  (gələcək  istehlak  məmulatlarının  və  ya  onların 
ayrı-ayrı  detallarının  prototiplərinin  və  konseptual  modellərinin  yaradıl-
ması);
 
  tibb (protezlərin və bədən üzvlərinin maketlərinin hazırlanması); 
  teatr və kino (dekorasiyalar, mulyajlar). 
 
 
 
 
İnternetdə
n 3D-çap texnologiyasına aid əlavə məlumat toplayın. Belə bir suala cavab 
tapmağa çalışın: 3D-printerdə hansı məhsulları çap etməyə imkan verən informasiyanın 
yayılması ABŞ-da qadağan edilib?
 
 
Özünüzü yoxlayın 
1. 
Üçölçülü kompüter qrafikasının yaradılması prosesi hansı mərhələlərdən ibarətdir?
 
2. 
"Renderinq" nədir?
 
3. 
Üçölçülü qrafikanın vektor qrafikası ilə hansı bənzərliyi var? 
4. 
3D-printerin iş prinsipi necədir? 
5. 
3D-printer hansı sahələrdə tətbiq olunur? 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
  LAYİHƏ


 
73 
 
 
 
Modelləş
d
irm
ə 

ÜMUMİLƏŞDİRİCİ 
SUAL VƏ TAPŞIRIQLA
R
 
1.  Hansı mühakimələr doğrudur? 
a)
 
Modelləşdirilən prosesin riyazi dildə ifadəsinə riyazi model deyilir. 
b)
 Dinamik modeldən fərqli olaraq, statik model müəyyən zaman ərzində sistemdə baş 
verən dəyişiklikləri nəzərə alır. 
c)
 Riyazi modeldən istifadə etməklə sistemin davranışının kompüterdə təqlid edilməsinə 
kompüter modelləşdirməsi deyilir.  
d)
  Eksperimental  qiymətlərin  çərçivəsi  xaricindəki  proqnozlaşdırmaya  interpolyasiya 
deyilir. 
e)
 Determinantlıq əmsalı alınmış reqressiya modelinin nə qədər uğurlu olmasını göstərir.  
f)
 Müəyyən bir hadisənin gələcək inkişafı və nəticəsi haqqında öncədən verilən məlumata 
statistik məlumat deyilir. 
g) 
Statistik  verilənlər  dəqiq  qiymətlərdir,  ancaq  kəmiyyətlərin  asılılıq  xüsusiyyətini 
düzgün əks etdirmir.  
h)
 Protezlərin və bədən üzvlərinin maketlərinin hazırlanmasında 3D-printerlərdən istifadə 
olunur. 
2. Cümlələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun. 
a)
 Riyazi modeldən istifadə etməklə sistemin davranışının kompüterdə təqlid edilməsinə 
___ deyilir.   
b) 
Obyektin ___ modeli onun hər hansı ayrıca zaman anındakı vəziyyətini əks etdirir. 
c) 
Modelləşdirilmiş  sistemin  hərəkətini  (davranışını)  proqnozlaşdırmaq  məqsədilə 
kompüter modelinin köməyi ilə hesablamaların aparılmasına ___ və ya ___ deyilir. 
d) 
___böyük  miqdarda  kəmiyyət  və  keyfiyyət  verilənlərinin  toplanması,  ölçülməsi  və 
təhlili ilə bağlı elm sahəsidir. 
e) 
Reqressiya  modelinin qrafikinə ___deyilir.
 
f) 
Görüntünün ___ olunmasının iki əsas üsulundan biri şüa izləmə adlanır.
 
g) 
___başlıca  məqsədi  arzuedilən  obyektin  vizual  həcmli  obrazının  işlənib-hazır-
lanmasıdır.
 
h)
 3D-printer virtual üçölçülü model əsasında ___ yaradan qurğudur.       
 
3. "Reqressiya modeli" nədir və ondan hansı məqsədlər üçün istifadə olunur? 
 
4. "Trend cizgisi" anlayışının "reqressiya modeli" anlayışı ilə hansı bağlılığı var? 
 
5. Üçölçülü kompüter qrafikasının yaradılması prosesinin hansı mərhələsində işıq 
və kölgə effektindən istifadə olunur?
 
 
 
  LAYİHƏ


74 
 
 
 
 
 
VERİLƏNLƏR BAZASI  
 
3.1. 
 Layihə və onun mərhələləri 
3.2. 
 Verilənlər bazasının layihələndirilməsi 
3.3. 
 "Tələbələr" verilənlər bazası layihəsi  
3.4. 
 "Azərbaycan kinosu" verilənlər bazası 
 
3.5. 
 "Azərbaycan xalçası" verilənlər bazası  
 
  LAYİHƏ


 
75 
 
 
 
Verilənlər bazas
ı 

 
 
 
 
 
 
 
 
 
 
 
 
Vaxtında alınmış, düzgün emal olunmuş və dəqiq təqdim edilmiş informasiya 
çox  zaman  verilən  qərarların  səmərəliliyini  və  deməli,  onların  nəticələrini 
yüksəldir.  Verilənlər  bazasına  əsaslanan  avtomatlaşdırılmış  informasiya  sis-
temləri  ötən  əsrin  60-cı  illərində  öncə hərbi sənaye sahəsində  meydana çıxdı, 
sonra isə çox böyük həcmdə ilkin verilənlərin toplandığı başqa sahələrə keçdi. 
İlk  verilənlər  bazaları  kimya,  nüvə  fizikası,  kosmonavtika  və  informasiya  ilə
işləmək  üçün  sistemli  yanaşmanın  tələb  olunduğu  digər  elm  sahələrində  öz 
tətbiqini tapdı. Kompüterləşmənin sonrakı inkişafı elə bir vəziyyət yaratdı ki, 
verilənlər  bazaları,  demək  olar,  insan  fəaliyyətinin  bütün  sahələrində  tətbiq 
olundu.  Onlardan  kənd  təsərrüfatından  tutmuş  maliyyə  sistemlərinədək  iqti-
sadiyyatın çeşidli sahələrində istifadə edilməyə başlandı.  
 
Verilənlər bazalarının ən böyük tətbiq sahəsi isə, şübhəsiz, İnternetdir. 
 
Verilənlər 
bazası
Tətbiqi 
proqram 
İstifadəçi
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə