00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə30/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   26   27   28   29   30   31   32   33   ...   61

 
97 
 
 
 
Verilənlər bazas
ı 

   "
A
ZƏRBAYCAN XALÇASI" VERİLƏNLƏR BAZASI 
 
Şəkildə  gördüyünüz  Təbriz  xalçaçılıq  məktəbinin  şah  əsəri, 
ornamental xalçaların ən gözəl nümunəsi sayılan məşhur "Şeyx Sə-
fi” xalçasıdır. 1539-cu ildə Səfəvi hökmdarı I Təhmasibin sifarişi 
ilə Ərdəbildəki Şeyx Səfi məscidi üçün toxunmuşdur. 1893-cü ildə 
ingilislər  satın  alaraq Londona aparmışlar.  "Viktoriya  və  Albert" 
muzeyində saxlanılan bu xalçanın eni 5.34 m, uzunluğu 10.51 m, 
sahəsi 56.12 m²-dir. 
 
 
Sizcə, hər hansı 
xalçanı təqdim 
etmək üçün onun 
hansı əlamətlərini 
göstərmək daha 
vacibdir?
 
 
 
Mətn  redaktorunda  belə  bir  cədvəl  hazırlayın.
 
Azərbaycan  Xalça  Muzeyinin 
azcarpetmuseum.az saytının Kolleksiya menyusundan istifadə edərək cədvələ bir neçə 
xalça haqqında məlumat (nümunəyə uyğun olaraq) daxil edin. 
 
Azərbaycan xalçaları 
№ 
Adı 
Görüntüsü 
Məkan 
Tarix  
Material 
Texnika 
Ölçü 

Zili 
 
Bakı 
XIX 
əsrin 
sonu 
yun 
xovsuz  
142 

200 
sm 

 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
− Bu cədvəli Access proqramında yaratsa idiniz, sahələrin tiplərini necə təyin edərdiniz? 
– Xalça haqqında daha hansı əlamətlərin cədvələ daxil edilməsini vacib sayırsınız?  
 
Bu  dərsdə  "Azərbaycan  xalçası"  ("Xalılar")  adlı verilənlər  bazası yaradacağıq. 
Bazada  hansı  cədvəllərin  olacağını  və  həmin  cədvəllərin  hansı  sahələrdən  ibarət 
olacağını müəyyənləşdirmək üçün öncə Azərbaycan xalça sənəti haqqında qısa mə-
lumatla tanış olaq.  
1
F Ə A L İ Y Y Ə T  
3.5 
  LAYİHƏ


98 
 
 
 
Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, 
kompozisiya,  rəng  həlli  və  texniki  xüsusiyyətlərinə  görə  şərti  olaraq  7  xalçaçılıq 
məktəbinə bölünür: 
1.  Quba xalçaçılıq məktəbi  
2.  Bakı, yaxud Abşeron xalçaçılıq məktəbi  
3.  Şirvan xalçaçılıq məktəbi  
4.  Gəncə xalçaçılıq məktəbi 
5.  Qazax xalçaçılıq məktəbi  
üç əsas qrupa bölünür: Qazax qrupuBorçalı qrupuGöyçə qrupu 
6.  Qarabağ xalçaçılıq məktəbi 
üç əsas qrupa bölünür: Cəbrayıl qrupuŞuşa qrupuAran qrupu 
7.  Təbriz xalçaçılıq məktəbi 
iki əsas qrupa bölünür: Təbriz qrupuƏrdəbil qrupu
 
 
 
Xalçalarla  bağlı  bu  qısa  məlumatdan  görünür  ki,  yaradacağımız  bazada  ən  azı 
"Xalçalar",  "Xalçaçılıq  məktəbləri",  "Toxunma  texnikası",  "Xalça  növləri"  kimi 
cədvəllərin olması məqsədəuyğundur. 
"Xalçalar" cədvəlinin strukturu 
Açar sahə 
Sahənin adı 
Verilənin tipi 

XalçaKodu 
Adı 
Foto 
Tarixi 
MəktəbKodu 
Qrupu 
TexnikaKodu 
NövKodu 
Eni 
Uzunluğu 
AutoNumber 
Text 
Attachment 
Text 
Number 
Text 
Number 
Number 
Number 
Number 
"Xalçaçılıq məktəbləri" cədvəlinin strukturu 
Açar sahə 
Sahənin adı 
Verilənin tipi 

MəktəbKodu 
Adı 
AutoNumber 
Text 
"Toxunma texnikası" cədvəlinin strukturu 
Açar sahə 
Sahənin adı 
Verilənin tipi 

TexnikaKodu 
Adı 
AutoNumber 
Text 
Azərbaycan  xalçaları  öz  texniki  xüsusiyyətlərinə  görə  xovlu,  xovsuz  olur.  Xovsuz 
xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Xovsuz xalçalar öz toxunma 
üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-
birindən fərqlənən 8 növə bölünür: palazcecimladıkilimşəddəvərnizilisumax. 
Bu maraqlıdı
r 
  LAYİHƏ


 
99 
 
 
 
Verilənlər bazas
ı 

"Xalça növləri" cədvəlinin strukturu 
Açar sahə 
Sahənin adı 
Verilənin tipi 

NövKodu 
Adı 
TexnikaKodu 
AutoNumber 
Text 
Number 
 
Cədvəllərin  strukturundan  göründüyü  kimi,  "Xalçalar"  cədvəli  "Xalçaçılıq 
məktəbləri",  "Toxunma  texnikası"  və  "Xalça  növləri"  cədvəlləri  ilə,  "Xalça  növləri" 
cədvəli isə həm də "Toxunma texnikası" cədvəli ilə əlaqəlidir. İndi Access proqramında 
"Xalılar" verilənlər bazasının cədvəllərini və onlar arasındakı əlaqələri quraq. 
 
 
"Xalılar" verilənlər bazasının yaradılması 
1.  Microsoft Access 2007 proqramını başladın. 
2.  "Xalılar" adlı boş verilənlər bazası faylını yaradın.
  
3.  Ardıcıl olaraq "Xalçalar", "Xalçaçılıq məktəbləri", "Toxunma texnikası" və "Xalça 
növləri"  cədvəllərinin  strukturunu  yaradın.  Mətn  tipli  sahələrin  uzunluğunu  həmin 
sahələrdə yerləşdiriləcək informasiyanın xarakterinə uyğun olaraq təyin edin.  
4.  Cədvəllər  arasında  əlaqələr  yaratmaq  üçün  Relationships  səhifəsini  açın.  
"Xalçalar",  "Xalçaçılıq  məktəbləri",  "Toxunma  texnikası"  və  "Xalça  növləri" 
cədvəllərini ardıcıl seçərək həmin səhifəyə daxil edin.  
5.  "Xalçalar"  cədvəlinin  MəktəbKodu  sahəsini  "Xalçaçılıq  məktəbləri"  cədvəlinin, 
TexnikaKodu sahəsini "Toxunma texnikası" cədvəlinin, NövKodu sahəsini isə "Xalça 
növləri" cədvəlinin uyğun sahələri ilə əlaqələndirin.
 
Eyni qayda ilə "Xalça növləri" 
cədvəlinin TexnikaKodu sahəsini "Toxunma texnikası" cədvəlinin uyğun sahəsi ilə 
əlaqələndirin.
 
6.  Hər şeyi düzgün etdinizsə, aşağıdakı görüntü alınacaq. 
 
 
A D D I M   1  
A D D I M –  
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə