00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə33/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   29   30   31   32   33   34   35   36   ...   61

 
109 
 
 
 
Şəbəkə te
xn
ologiyala

 

 Ş
ƏBƏKƏDƏ KOMPÜTERLƏRİN "ÜNSİYYƏTİ"
 
 
İnsanlar ünsiyyət üçün çox zaman şifahi nitqdən istifadə edirlər. 
Ancaq  belə  birbaşa  ünsiyyət  yalnız  həmsöhbətlər  bir  yerdə 
olduqda  mümkündür.  İndi  tutaq  ki,  başqa  bir  yerdə  (şəhərdə, 
ölkədə)  yaşayan  tanışınıza  hansısa  məlumatı  çatdırmaq  istə-
yirsiniz.  
Bu halda müəyyən hərəkətlərsiz keçinmək mümkün deyil: mətni 
kağız vərəqinə yazmaq, onu imzalamaq, zərfə qoymaq, zərfin üzə-
rində  göndərən  və  alanın  ünvanlarını  göstərmək,  marka  yapış-
dırmaq və poçtalyona vermək (yaxud poçt qutusuna atmaq) lazım-
dır.  
Bu  məktubun  sonrakı  taleyi 
artıq sizdən deyil, poçt xidmə-
tindən  asılıdır.  Məktub  qatar, 
gəmi, təyyarə və ya başqa yol-
la tanışınızın yaşadığı ölkəyə, 
şəhərə  çatır,  sonra  isə  onun 
yaşadığı  ərazinin  poçt  şöbə-
sinə çatdırılır və nəhayət, onun 
poçt  qutusuna  düşür.  Yalnız 
bundan  sonra  tanışınız  zərfi 
aça  və  yazdığınız  məlumatla 
tanış ola bilər.  
 
Hansı halda 
məktub 
tanışınıza 
yetişməyə bilər?     
 
 
 
Şəkildə  elektron  poçtun  da-
şınması sxemi təsvir olunub. 
Bu  sxemi  ənənəvi  poçtun 
daşınması  sxemi  ilə  müqa-
yisə edin.  
– Elektron poçtda ənənəvi 
poçt şöbələri rolunu nə 
oynayır?  
– Sizcə, spamaqarşı süzgəc 
hansı funksiyanı yerinə 
yetirir? 
 
Şəbəkədə  ünsiyyət  zamanı  kompüterlər  də 
eyni  qaydada  hərəkət  edir.  Onların  birbaşa 
ünsiyyət üsulu yoxdur – kompüterlər bir-biri ilə 
"danışmağı"  hələ  ki  öyrənməyib.  Ona  görə  də 
ünsiyyət  qurmaq  üçün  onlar  ardıcıl  yerinə 
yetirilən  və  şəbəkə  protokolları  adlandırılan 
bir  sıra  prosedurlardan  istifadə  etməli  olur. 
F Ə A L İ Y Y Ə T  
4.1 

Protokol 

OSI modeli 

OSI modelinin 7 səviyyəsi 

Paket 

Kadr 

Şəbəkə seansı
 

AR

zl
ə
r
Göndərənin 
"Göndərilənlər 
qutusu" 
Göndərənin 
"Poçt 
serveri" 
Alanın 
"Poçt 
serveri 
Alanın  
"Gələnlər 
qutusu" 
İNTERNET 
Spamaqarşı  
süzgəc 
  LAYİHƏ


110 
 
 
 
Protokolların  etibarlı  və  uzlaşdırılmış  şəkildə  işləməsi  üçün  onların  hər  bir 
əməliyyatı  ciddi  qaydaya  salınır.  Müxtəlif  istehsalçıların  proqram  və  avadanlıq-
larının  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olması  üçünsə  protokollar  müəyyən  sənaye 
standartlarına uyğun olmalıdır.  
Protokol  şəbəkədəki  kompüterlərin  qarşılıqlı  əlaqə  ardıcıllığını  tənzimləyən 
qaydalar və prosedurlar toplusudur. 
Kompüter şəbəkələrinin mövcud olduğu uzun illər ərzində istər açıq (ödənişsiz 
istifadə üçün dərc edilən), istərsə də qapalı (kommersiya şirkətləri tərəfindən yara-
dılmış və istifadə üçün lisenziya tələb edən) olmaqla çoxlu sayda müxtəlif protokol-
lar yaradılmışdır. 1984-cü ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (International 
Organization for Standardization, ISO) kompüterlər arasında bağlantının qurulma-
sını və informasiya mübadiləsinin minimal xətalarla aparılmasını nizamlayan qay-
dalar və ya standartlar toplusunu – OSI modelini (Open Systems Interconnection)
 
təsdiq etdi. Bu model ISO/OSI modeli kimi də tanınır. 
 
Diqqət! 
OSI nəzəri modeldir. Bu modelin praktikada necə həyata keçirilməsi haqda növbəti 
dərslərin birində danışılacaq.  
 
OSI ("o-es-ay" kimi oxunur) modeli hər birinin öz funksiyası olan 7 səviyyəli 
şaquli  struktura  malikdir.  Hər  bir  səviyyəyə  ciddi  müəyyən  olunmuş  əməliyyat, 
avadanlıq və protokol uyğundur. Səviyyələr arasında gerçək qarşılıqlı əlaqə, yəni bir 
kompüterin daxilində informasiyanın ötürülməsi yalnız şaquli istiqamətdə və yalnız 
qonşu səviyyələrə (bir səviyyə aşağı və ya yuxarı) mümkündür.   
 
OSI modelinin 7 səviyyəsi
 
 
Göndərən
 
Alan
 
Verilənlər
7. Tətbiqi proqram (Application)
6. Təqdimat (Presentation)
5. Seans (Session)
4. Nəqliyyat (Transport)
3. Şəbəkə (Network)
2. Kanal (Data-link)
1. Fiziki (Physical)
Verilənlər
7. Tətbiqi proqram (Application)
 
6. Təqdimat (Presentation)
5. Seans (Session)
4. Nəqliyyat (Transport)
3. Şəbəkə (Network)
2. Kanal (Data-link)
1. Fiziki (Physical)
Fiziki bağlantı
  LAYİHƏ


 
111 
 
 
 
Şəbəkə te
xn
ologiyala

 

Daha  aşağı  səviyyənin  vəzifəsi  verilənləri  qəbul  etmək,  öz  informasiyasını 
(məsələn: başqa kompüterdəki uyğun səviyyə ilə düzgün qarşılıqlı əlaqədə olmaq 
üçün formatlama və ya ünvan) əlavə etmək və verilənləri sonrakı səviyyəyə ötürmək-
dir.  İnformasiya  yalnız  şəbəkə  modelinin  ən  aşağı  səviyyəsinə  –  fiziki  səviyyəyə 
çatdıqdan sonra ötürmə mühitinə düşür və alan kompüterə çatır. İnformasiya gön-
dərildiyi  səviyyəyə  alan  kompüterdə  çatanadək  onun  bütün  səviyyələrini  əks 
ardıcıllıqla keçir. 
Göründüyü  kimi,  şəbəkədə  proqramların  "ünsiyyəti"  sizin  tanışınızla  poçt 
vasitəsilə  ünsiyyətinizə  çox  bənzəyir.  Mətni  yazdığınız  kağız  vərəqi  yuxarı 
səviyyədən bir sıra zəruri mərhələni keçərək aşağıya ötürülür. Bu zaman o, xidməti 
informasiya (müəyyən növ zərf, zərfin üzərində ünvan, poçt indeksi) ilə "örtülür" və 
müəyyən  emala  məruz  qalır  (poçt  şöbəsindəki  poçtalyon  məktubu  götürür,  zərfin 
üzərinə markalar yapışdırır, ştempel vurulur, çeşidləmədən sonra isə məktub başqa 
şəhərə göndərilmək üçün poçt konteynerinə düşür). Bu qayda ilə sizin informasiya 
ən  aşağı  səviyyəyə  –  poçt  nəqliyyatına  çatır  ki,  oradan  da  təyinat  məntəqəsinə 
daşınır. Orada əks proses baş verir: konteyner açılır, məktub çıxarılır, ünvan oxunur 
və  poçtalyon  məktubu  tanışınıza  çatdırır.  Sonra  isə  tanışınız  zərfi  açıb  məktubu 
çıxarır və mətni oxuyaraq sizin ona vermək istədiyiniz ilkin informasiyanı alır.  
İndi gəlin OSI modelinin səviyyələri ilə yaxından tanış olaq.  
  1-ci  səviyyə  –  Fiziki  (Physical).  Burada  2-ci  səviyyədən  (kanal  səviyyə-
sindən) alınan strukturlaşdırılmamış verilənlər axınının fiziki mühitlə (elektrik 
və  ya  işıq  siqnalları  şəklində)  ötürülməsi  həyata  keçirilir.  Fiziki  səviyyə 
bağlantını  (link)  dəstəkləməyə  cavabdehdir  və  elektrik,  optik,  mexaniki  və 
funksional interfeysləri ətraflı (məsələn: gərginliyi, tezliyi, dalğa uzunluğunu, 
bağlayıcıların növlərini, siqnalların kodlaşdırılma sxemini və s.) təsvir edir.
  
  2-ci səviyyə – Kanal (Data-link). Özündən yuxarıdakı şəbəkə səviyyəsindən 
(3-cü  səviyyədən)  aldığı  verilənlərin  1-ci  səviyyəyə  xətasız  ötürülməsini 
təmin edir. Çünki  fiziki səviyyə özü xətaların yoxluğuna zəmanət vermir və 
verilənləri təhrif  edə bilər.  İnformasiya bu  səviyyədə kadrlara  (frame)  yer-
ləşdirilir:  kadrın  başlanğıcında  alanın  və  göndərənin  ünvanları,  idarəedici 
informasiya,  sonunda  isə  ötürülmə  zamanı  yaranan  xətaları  aşkarlamağa 
imkan verən yoxlama cəmi (checksum) olur. 
  3-cü  səviyyə  –  Şəbəkə  (Network).  Şəbəkənin  istənilən  (hətta  dünyanın 
müxtəlif  yerlərindəki)  nöqtələri  arasında  rabitənin  təmin  edilməsinə  cavab-
dehdir. Şəbəkə çoxlu sayda rabitə xətləri ilə birləşdirilmiş ayrı-ayrı şəbəkə-
lərdən ibarət ola bilər. İnformasiya göndərəndən alana həmişə birbaşa marş-
rutla ötürülmür, yolda o, bir səbəkədən başqasına yönələ bilər və ya bir ad-
resata  müxtəlif  marşrutlarla  göndərilə  bilər.  Bu  səviyyənin  məqsədi  infor-
masiyanın verilməsi üçün marşrutu qurmaq, dəstəkləmək və açıq saxlamaqdır. 
 
4-cü səviyyə – Nəqliyyat (Transport). İnformasiyanın bir kompüterdən baş-
qasına çatdırılmasına zəmanət verir. Bu səviyyədə göndərən kompüterdə bö-
yük verilənlər blokları daha kiçik paketlərə bölünür və lazım olan ardıcıllıqla 
alan kompüterə göndərilir. Alan kompüterdə paketlər yenidən ilkin verilənlər 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə