00i11az titul(1-7)


blokları şəklində yığılır. Beləliklə, nəqliyyat səviyyəsi verilənlərin ötürülməsi  prosesini başa çatdırır.     5-ci  səviyyə



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə34/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   30   31   32   33   34   35   36   37   ...   61

112 
 
 
 
blokları şəklində yığılır. Beləliklə, nəqliyyat səviyyəsi verilənlərin ötürülməsi 
prosesini başa çatdırır.
 
 
5-ci  səviyyə  –  Seans  (Session).  Şəbəkənin  müxtəlif  kompüterlərindəki  iki 
şəbəkə proqramı arasında bağlantını qurmağa, saxlamağa və bitirməyə imkan 
verir.  Belə  bağlantıya  şəbəkə seansı  deyilir.  Bu  səviyyə  yarımçıq  kəsilmiş 
rabitə  seanslarının  bərpasına  da  cavabdehdir.  Bundan  başqa,  insanlar  üçün 
əlverişli  olan  kompüter  adlarının  şəbəkə  ünvanlarına  çevrilməsi  (adların 
tanınması) da beşinci səviyyədə yerinə yetirilir. 
 
 
6-cı səviyyə – Təqdimat (Presentation). Kompüterlər arasında ötürülən in-
formasiyanın formatını müəyyənləşdirir. Verilənlərin yenidən kodlaşdırılması 
(informasiyanın  mübadilədə  iştirak  edən  bütün  kompüterlərin  anlayacağı 
şəklə  salınması),  sıxlaşdırılması  və  açılması,  şifrləmə  və  şifrin  açılması, 
şəbəkə fayl sistemlərinin dəstəklənməsi kimi məsələlər burada həll olunur.
 
 
7-ci səviyyə – Tətbiqi proqram  (Application).
 
Şəbəkədəki  kompüterlərdə 
işləyən  tətbiqi  proqramlar  arasında  qarşılıqlı  əlaqə  interfeysini  təmin  edir. 
İstifadəçi  məhz  bu  proqramların  köməyi  ilə  faylların  mübadiləsi,  elektron 
poçtun göndərilməsi, uzaqdan erişim və başqa şəbəkə xidmətlərinə çıxış əldə 
edir. 
 
 
 
 
İnternetdən  OSI  modeli  haqqında  əlavə  məlumat  toplayın.  Cədvəl  qurun  və  hər  bir 
səviyyədə istifadə olunan protokolların adlarını cədvəlin uyğun xanalarına yazın.  
 
 
Özünüzü yoxlayın 
1. 
"Şəbəkə protokolu" termini nəyi bildirir? 
2. 
OSI modelində hansı şəbəkə funksiyaları həyata keçirilir? 
3. 
Verilənlərin ötürülmə marşrutuna hansı səviyyə cavabdehdir? 
4. 
OSI modelinin hansı səviyyəsində verilənlərin ötürülməsi zamanı yaranan xətaların 
aşkarlanmasına nəzarət edilir? 
5. 
Elektron poçtun göndərilməsini təmin edən proqramlar hansı səviyyədə qarşılıqlı 
əlaqədə olur? 
 
 
ö y r ə n ə k 
A R A Ş D I R A Q  –
  LAYİHƏ


 
113 
 
 
 
Şəbəkə te
xn
ologiyala

 

 Ş
ƏBƏKƏ ARXİTEKTURASI
 
 
 
 
Verilmiş sxemlərdə hansı şəbəkə topologiyaları təsvir edilib? 
 
Daha hansı şəbəkə topologiyalarını tanıyırsınız?  
 
 
Tutaq ki, sizə çox da böyük olmayan bir şirkətin kompüter şəbəkəsini qurmaq tapşırılıb. 
Şirkətin ofisinin sxemi aşağıdakı kimidir:   
 
Toplantı otağı 
     
A şöbəsi 
    
 
 
Direktor 
 
 
Şəbəkə inzibatçısı  
 
B şöbəsi 
    
    
 
 
Baş mühasib 
 
– Daha az kabel işlənməsi üçün hansı şəbəkə topologiyasından istifadə edərdiniz? 
– İşin səmərəli təşkili üçün neçə printerə ehtiyac var və onları hansı otaqlarda yerləşdirər-
diniz? 
 
Kompüter şəbəkələrinin qurulmasında ən vacib məsələlərdən biri düzgün şəbəkə 
arxitekturasının seçilməsidir. Şəbəkə arxitekturası dedikdə işlək şəbəkənin qurul-
ması  üçün  zəruri  olan  standartlar,  topologiyalar  və  protokollar  toplusu  nəzərdə 
tutulur.  Şəbəkə  texnologiyalarının  inkişafı  dövründə  çoxlu  sayda  müxtəlif 
arxitekturalar  işlənib-hazırlanmışdır.  Onlardan  bəzisindən  indi  istifadə  olunmur, 
ancaq  Ethernet    kimi  texnologiyalar  nəinki  aktiv  istifadə  olunur,  həm  də  daim 
təkmilləşdirilir.   
"Ethernet"  ("ezernet"  kimi  tələffüz  olunur)  termini  ingilis  dilindəki  "ether
("efir") və "network" ("şəbəkə") sözlərindən olub hərfi tərcüməsi "efir şəbəkəsi" və 
ya  "şəbəkə  mühiti"  deməkdir.  Ethernet  arxitekturası  ilkin  olaraq  1970-ci  illərin 
ortalarında  Xerox  PARC  şirkəti  tərəfindən  yaradılıb.  Intel  və  DEC  şirkətlərinin 
F Ə A L İ Y Y Ə T  
4.2 
  LAYİHƏ


114 
 
 
 
iştirakı  ilə  təkmilləşdirildikdən  sonra  1985-ci  ildə  qəbul  olunmuş  IEEE  802.3 
standartının əsasını təşkil edir. Bu standarta görə, Ethernet arxitekturası aşağıdakı 
parametrlərlə xarakterizə olunur: 
 
Ethernet arxitekturası 
 
№ 
Parametr 
Qiyməti 
1  Topologiya 
şin 
2  Erişim metodu 
CSMA/CD 
3  Ötürülmə sürəti 
 
10 Mbit/san 
4  Ötürülmə mühiti 
koaksial kabel 
5  Sonlandırıcıların (terminatorların) tətbiqi  
hökmən 
6  Şəbəkə seqmentinin maksimal uzunluğu 
500 m-dək 
7  Şəbəkənin maksimal uzunluğu 
2.5 km-dək 
8  Seqmentdəki kompüterlərin maksimal sayı 
100 
9  Şəbəkədəki kompüterlərin maksimal sayı 
1024 
 
Ethernet-in ilkin versiyasında iki növ koaksial kabelin tətbiqi nəzərdə tutulmuş-
du:  "qalın"  (10Base-5  standartı)  və  "incə"  (10Base-2  standartı).  Ancaq  1990-cı 
illərin  başlanğıcında  sarınmış  cütlük  (10Base-
T)  və  fiber-optik  (10Base-FL)  kabelindən 
istifadə  etməklə  Ethernet  şəbəkələrinin  qurul-
ması  üçün  spesifikasiyalar  (specification
meydana  çıxtı.  Sonra,  1995-ci  ildə  ötürməni 
100  Mbit/san-dək  sürətlə  təmin  edən  Fast 
Ethernet  (IEEE 802.3u), 1998-ci ildə Gigabit 
Ethernet (IEEE 802.3z və 802.3ab) standartı, 
2002-ci  ildə  isə  10  Gigabit  Ethernet  (IEEE 
802.3ae) standartı yarandı.   
 
Diqqət! 
IEEE qısaltması ("ay-tripl-e" kimi oxunur) Institute of Electrical and Electronics 
Engineers (Elektrotexnika və Radioelektrotexnika Mühəndisləri İnstitutu) adından 
yaranıb. Bu təşkilat 1963-cü ildə ABŞ-ın IAEE və IRE cəmiyyətlərinin birləşməsi 
nəticəsində  yaranıb.  Texniki  konfranslara,  simpoziumlar  və  seminarlara 
təşkilatçılıq və sponsorluq edir, böyük nəşr və təhsil fəaliyyəti ilə məşğul olur.  
 
Ethernet  arxitekturasının  bir  sıra  üstünlükləri  vardır.  Əvvəla,  bu  texnologiyanı 
gerçəkləşdirmək çox asandır. Ethernet-qurğular (şəbəkə adapterləri, toparlayıcılar, 
kommutatorlar  və  s.)  başqa  şəbəkə  arxitekturalarının  analoji  qurğuları  ilə  müqa-
yisədə önəmli dərəcədə ucuzdur. Ethernet-də praktik olaraq istənilən növ kabeldən 

Şəbəkə arxitekturası 

Ethernet 

10Base-5 

10Base-2  

10Base-T 

10Base-FL 

Fast Ethernet 

Gigabit Ethernet 

10 Gigabit Ethernet 

AR

zl
ə
r
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə