00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə32/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   28   29   30   31   32   33   34   35   ...   61

 
105 
 
 
 
Verilənlər bazas
ı 

ÜMUMİLƏŞDİRİCİ 
SUAL VƏ TAPŞIRIQLA
R
 
1.  Hansı mühakimələr doğrudur?
 
a) 
Qısamüddətli layihələrin icra müddəti 1 ilədəkdir.
 
b) 
Ortamüddətli layihələrin icra müddəti 2 ildən 3 ilədək olur.
 
c) 
Verilənlər bazası cədvəlinin hər bir sətri "sahə", sütunu isə "yazı" adlandırılır.  
d) 
İkinci normal formanın tələblərinə görə, cədvəlin sətir və sütununun kəsişməsindəki hər 
bir xanada yalnız bir qiymət olmalıdır.  
e) 
Üçüncü normal formanın tələblərinə görə, açar olmayan hər hansı sahənin dəyişməsi başqa 
sahələrə təsir etməməlidir. 
f) 
Verilənlər bazasının cədvəllərinə video informasiya yerləşdirmək olmur. 
g) 
Cədvəlin qoşma sahəsinə birdən artıq fayl yerləşdirmək mümkün deyil. 
h) 
verilənlər bazasında verilənlərə müraciət etmək üçün, adətən, sorğulardan istifadə olunur. 
Sorğularla işləmək rahatdır, sürətlidir və onlar təhlükəsizlik baxımından etibarlıdır.
 
 
 
2.  Cümlələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.
 
a) 
Layihə məhdud zaman və resurs çərçivəsində bənzərsiz ___, yaxud ___ yaratmaq üçün 
məqsədyönlü fəaliyyətdir.   
b) 
___ görə layihələr təşkilatitexnikisosialiqtisadi və başqa layihələrə ayrılır.
 
c) 
Hər  bir  layihənin  işlənib-hazırlanması  bir  neçə  mərhələdən  keçir:  başlatma,  ___,  ___, 
bitirmə və bir də ___.  
d) 
Layihənin strukturu ___ mərhələsində müəyyənləşdirilir.
 
e) 
Normallaşdırma qaydaları ___ yoxlamağa imkan verir.
 
f) 
___ normal formada açara daxil olmayan hər bir sahənin açar sahədən bütövlükdə (onun 
bir hissəsindən deyil) asılı olması  tələb edilir.
 
g) 
Cədvəlin yazılarına görüntü, səs, video və ya başqa növ fayllar yerləşdirmək üçün ___ 
verilənlər tipindən istifadə olunur.
 
h)
 Sorğu yaradarkən seçim şərtini ___ xanasına yazmaq lazımdır.       
 
3. "Şəlalə modeli" nədir və sizcə, onun belə adlandırılmasının səbəbi nədir? 
 
4. Verilənlər bazasının normallaşdırılmasının məqsədi nədir? 
 
5.  Verilənlərin  bazaya  daxil  edilməsi  zamanı  hansı  halda  cədvəl,  hansı  halda  forma 
rejimi əlverişli olur?
 
 
 
 
  LAYİHƏ


106 
 
 
 
ŞƏBƏKƏ TEXNOLOGİYALARI 
 
4.1.
  Şəbəkədə kompüterlərin "ünsiyyəti"  
4.2.
  Şəbəkə arxitekturası  
4.3.
  Simsiz şəbəkə texnologiyaları 
4.4.
  TCP/IP modeli 
4.5.
  Mobil rabitə texnologiyaları 
4.6.
  İnternet xidmətləri 
 
  LAYİHƏ


 
107 
 
 
 
Şəbəkə te
xn
ologiyala

 

 
 
Kompüter şəbəkəsi dedikdə bir-biri ilə hansısa qaydada birləşmiş serverlər, işçi 
stansiyalar, noutbuklar, cib kompüterləri, printerlər, şəbəkə saxlancları və başqa 
qurğular  nəzərdə  tutulur.  Birləşmələri  həyata  keçirmək  üçün  müxtəlif  növ 
şəbəkə kabellərindən,  telefon  və  ya  peyk kanallarından  istifadə  edilir,  son 
zamanlar isə simsiz həllər (WLAN, Wi-Fi, Wi-MAX) daha çox yayılır. Kabelli 
bağlantılarda,  adətən,  onların  uclarına  bərkidilən  xüsusi  bağlayıcılardan 
(konnektorlardan) istifadə edilir. Bu kabelin bir ucu kompüterdə quraşdırılmış 
və  onu  şəbəkəyə  qoşmağa  imkan  verən  xüsusi  çap  lövhəsinə  ("genişləndirmə
kartı"na)  –  şəbəkə adapterinə,  o  biri  ucu  isə  hansısa  rabitə qurğusuna  (to-
parlayıcı, körpü, kommutator, yönləndirici, şəbəkə keçidi) taxılır. Əgər simsiz 
şəbəkə adapterindən istifadə edilirsə, onda şəbəkədə qarşılıqlı əlaqə adapter ilə
lokal şəbəkəyə birləşdirilmiş erişim nöqtəsi arasında radiosiqnalların ötürülməsi 
hesabına həyata keçirilir. 
Ancaq  kompüterləri  bir-biri  ilə  birləşdirmək  yetərli  deyil  –  onlar  arasında 
"ünsiyyəti"  də  qurmaq  lazımdır.  Bunun  üçün  eyni  protokollar toplusu,  yaxud
kompüterlərin şəbəkədə danışdığı dilləri dəstəkləyən şəbəkə əməliyyat sistemləri
tələb  olunur.  Yalnız  bundan  sonra  şəbəkə proqramını  başlatmaqla,  məsələn, 
dünyanın o biri başındakı birisi ilə söhbət etmək olar.     
  LAYİHƏ


108 
 
 
 
 
 
İlkin yoxlama 
1. 
Rabitə  vasitələri  ilə  birləşdirilmiş  kompüterlər  və  onlarla  bağlı  qurğular 
qrupuna nə deyilir?
 
a) qraf 
 
 
 
b) tor
 
c) şəbəkə 
 
 
 
d) massiv
 
 
2. 
Bunlardan hansı aktiv şəbəkə avadanlığı deyil? 
a) modem  
 
 
b) yönləndirici 
c) şəbəkə kartı 
 
 
d) RJ-45 bağlayıcısı 
 
3. 
Bunlardan hansı passiv şəbəkə avadanlığı deyil? 
a) şəbəkə kabeli (CAT5) 
 
b) RJ-45 bağlayıcısı 
c) Wi-Fi adapteri   
 
d) montaj şkafı 
 
4. 
Şəbəkədə  paketləri  qəbul  edib  ən  səmərəli  marşrut  üzrə  göndərən  qurğu 
hansıdır?
 
a) şəbəkə keçidi 
 
 
b) körpü 
c) yönləndirici 
 
 
d) toparlayıcı 
 
5. 
Şəbəkəni altşəbəkələrə ayırmaq və ya eynitipli şəbəkələri birləşdirmək üçün 
hansı qurğudan istifadə olunur? 
a) şəbəkə keçidindən 
 
b) körpüdən 
c) yönləndiricidən   
 
d) toparlayıcıdan 
 
6. 
Ayrı-ayrı  rabitə  protokolları  ilə  işləyən  müxtəlif  tipli  şəbəkələr  arasında 
informasiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğu hansıdır?
 
a) şəbəkə keçidi 
 
 
b) körpü 
c) yönləndirici 
 
 
d) hab 
 
7. 
Şəkildə hansı şəbəkə topologiyası təsvir olunub? 
a) ulduz   
 
 
b) halqa 
c) ağac 
 
 
 
d) şin 
 
8. 
Kompüterin simsiz şəbəkəyə qoşula bilməsi üçün hansı qurğu tələb olunur?
 
a) Wi-Fi adapteri 
 
 
b) körpü
 
c)  şəbəkə keçidi
 
 
 
d) yönləndirici
 
 
9. 
Bunlardan hansı İnternet xidməti deyil? 
a) WWW   
 
 
b) FTP 
c) IP-Phone 
 
 
d) Access 
 
10. 
İnternetdə faylı bir kompüterdən başqasına köçürmək üçün hansı xidmətdən 
istifadə olunur? 
a) WWW   
 
 
b) FTP 
c) IP-Phone 
 
 
d) Telnet 
 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə