00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə40/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   36   37   38   39   40   41   42   43   ...   61

 
131 
 
 
 
Şəbəkə te
xn
ologiyala

 

 İ
NTERNET XİDMƏTLƏRİ 
 
İnternet xidməti (Internet services) dedikdə İnternet isti-
fadəçilərinə  xidmət  göstərən  müxtəlif  sistemlər  (elektron 
poçt, WWW, telekonfrans və s.) nəzərdə tutulur.  
İnternetin  tarixində  çoxlu  sayda 
müxtəlif xidmətlər (servislər) olmuş-
dur ki, onlardan bəziləri artıq istifa-
dədən çıxmışdır, bəziləri tədricən öz 
populyarlığını itirir, başqa bir hissəsi 
isə  öz  çiçəklənmə  dövrünü  yaşayır. 
Aşağı siniflərdə bu xidmətlərin bəzi-
ləri ilə ümumi şəkildə, bir neçəsi ilə 
daha ətraflı tanış olmusunuz.
  
 
 
Sizcə, ünsiyyət üçün 
insanlar bu gün hansı 
İnternet xidmətindən 
daha çox istifadə edirlər? 
 
 
 
Ümumtəhsil  məktəblərinin  8-ci  sinfi  üçün  "İnformatika"  dərsliyindəki  "İnternet  xid-
mətləri" və 9-cu sinif dərsliyindəki "İnternetdə ünvanlama" mövzularında öyrəndiklərinizi 
yadınıza salın. (Dərsliklərin elektron versiyasını "Tədris resurslarının idarə olunmasının 
məlumat sistemi"dən –  trims.edu.az saytından kompüterinizə yükləyə bilərsiniz.) Mətn 
redaktorunda belə bir cədvəl hazırlayın və onun boş xanalarına hər bir xidmət haqqında 
qısa məlumat yazın. 
 
Xidmətin adı 
Təyinatı 
WWW 
 
Elektron poçt 
 
Telnet 
 
Telekonfrans 
 
FTP 
 
IRC 
 
IP-Phone 
 
DNS 
 
 
– Hansı xidmətlər "onlayn", hansı xidmətlər isə "oflayn" kateqoriyasına aiddir?
   
– Onları "kommunikasiya xidmətləri" və "informasiya xidmətləri" olmaqla necə qruplaş-
dırardınız?
 
Yuxarıda  adları  sadalanan  xidmətlər  standart 
xidmətlər kateqoriyasına aiddir. Bu o deməkdir ki, 
onların müştəri və server proqram təminatının qurul-
ma prinsipləri, eləcə də qarşılıqlı əlaqə protokolları 
beynəlxalq standartlara əsaslanır. Ancaq bu standart 
xidmətlərlə  yanaşı,  istifadəçilərin  özləri  tərəfindən 
F Ə A L İ Y Y Ə T  
4.6 

İnternet xidməti 

Bloq 

Bloqçu 

Veb-forum 

Sosial şəbəkə 

AR

zl
ə
r
  LAYİHƏ


132 
 
 
 
aktiv inkişaf etdirilən və təkmilləşdirilən xidmətlər də vardır: bloqlarveb-forumlar
sosial şəbəkələr və s. 
Bloq  (blog) əsas  məzmunu  müntəzəm  əlavə  olunan  yazılar,  görüntülər,  yaxud 
multimedia  olan  veb-saytdır.
 
Bloq  onun  müəllifinin  şəxsi  saytıdır.  Bloqlar  üçün, 
əsasən, müvəqqəti dəyəri olan və tərs xronoloji ardıcıllıqla çeşidlənmiş (son yazı ən 
yuxarıda) qısa yazılar xarakterikdir. Bloqun ənənəvi gündəlikdən fərqi ondadır ki, 
bloqlar, adətən, açıq olur və özgə oxucuların olmasını nəzərdə tutur. Həmin oxucular 
bloqun müəllifi ilə açıq polemikaya girə bilərlər.
 
 
 
 
Bloq sahibinə bloqçu (blogger) deyilir. Bloqlara yardım edən geniş və çeşidli 
insanlar topluluğunu ifadə etmək üçün bloqosfer (blogosphere) terminindən istifadə 
olunur. Bəzi bloqçular bu topluluq arasında xəbərləri böyük bir sürətlə yayan çox 
nüfuzlu  və  geniş  auditoriyaya  malikdir.  Bu  amili  nəzərə  alan  bir  çox  şirkətlər  öz 
brendlərinin  qorunması  və  dəstəklənməsi  üçün  bloqosferi  izləyir  və  ona  müraciət 
edirlər.  
İnternet forumu, yaxud veb-forum veb-saytın ziyarətçilərinin ünsiyyətini təşkil 
etmək üçün
 
bir İnternet xidmətidir. Forumun işinin mahiyyəti istifadəçilərin (forum 
iştirakçılarının)  müzakirə  etmək  üçün  müəyyən  mövzular  yaratmaları  və  bu 
mövzular  daxilində  məlumat  göndərməklə  müzakirələr  aparmalarından  ibarətdir. 
Ayrıca  götürülmüş  mövzu,  əslində,  tematik  qonaq  kitabıdır.  İstifadəçilər  elan 
olunmuş mövzu haqqında şərhlər, suallar verə və cavablar ala, eləcə də özləri başqa 
istifadəçilərin  suallarını  cavablandıra  və  onlara  məsləhətlər  verə  bilərlər.  Mövzu 
daxilində  sorğular  da  (səsvermə)  keçirilə  bilər.  Suallar  və  cavablar  forumun 
verilənlər bazasında saxlanılır və gələcəkdə həm forum iştirakçıları, həm də istənilən 
İnternet  istifadəçisi  üçün  faydalı  ola  bilər.  Forumların  mövzuları  həyatın  bütün 
sahələrini əhatə etməklə çox rəngarəng ola bilər. 
Son illər çox geniş yayılmış İnternet xidmətlərindən biri də sosial şəbəkələrdir. 
Sosial  şəbəkə  xidməti  (social  networking  service)  İnternetdə  sosial  qarşılıqlı 
münasibətlərin qurulması, əks etdirilməsi və təşkili üçün nəzərdə tutulmuş onlayn-
“Bloq” termininin maraqlı tarixçəsi var. 1997-ci ildə Yorn Barger (Jorn Barger) adlı 
istifadəçi “Robot Wisdom” adlı veb-sayt hazırlayır və orada onu maraqlandıran sayt-
lara istinadlar yerləşdirir. Yorn bu işi müntəzəm davam etdirir və bir müddətdən sonra 
öz saytını “sayt” deyil, “şəbəkə jurnalı” – “Web Log” adlandırmağa başlayır. Sonradan 
bu iki söz sanki öz-özünə birləşərək “weblog” termininə çevrilir. İki ildən sonra şəbəkə 
jurnallarının  daha  bir  həvəskarı  Piter  Merhols  (Peter  Merholz)  artıq  oturuşmuş 
“weblog” ismi ilə “oynayaraq” onu iki hissəyə – “we” əvəzliyinə və kimsənin bilmə-
diyi “blog” feilinə ayırır. Nəticədə “biz bloqlaşırıq”, yaxud “biz bloq yazırıq” anlamını 
verən ifadə alınır. Zarafat hamının elə xoşuna gəlir ki, o vaxtdan “vebloq”ları “bloq” 
adlandırırlar. 
Tari
x
 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə