00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə39/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   35   36   37   38   39   40   41   42   ...   61

128 
 
 
 
Məlumdur  ki,  hər  hansı  ərazini  nəzəri  olaraq 
eyni formalı zonalara bölmək üçün (zonaların kə-
sişməməsi və heç bir boş sahənin qalmaması şərti 
ilə)  üç  düzgün  həndəsi  fiqurdan  istifadə  etmək 
olar: üçbucaq, kvadrat və altıbucaqlı. Bu örtüklə-
rin içərisində ən səmərəli olanı altıbucaqlıdır. Sə-
bəb isə çox sadədir: dairəvi əhatə sahəsi olan baza 
stansiyalarını (antenləri) məhz altıbucaqlıların mərkəzində yerləşdirməklə ərazini, 
demək olar ki, ideal örtmək mümkündür.   
Eyni zamanda çoxlu sayda abonentə xidmət göstərilməsi tələb olunduğu yerlərdə 
daha kiçikölçülü zonalar yaradılır. Bu halda ilkin altıbucaqlı kiçikölçülü yeddi altı-
bucaqlıya (pikohücrələrə) bölünür. Bu zaman şəbəkənin qalan strukturu pozulmur. 
Əlbəttə,  düzgün  həndəsi  formalı  iş  zonalarına  nail  olunması  praktikada  heç  də 
həmişə  mümkün  olmur.  Radiodalğaların  yayılma  məsafəsi  ərazinin  relyefindən  – 
təpələrdən, yarğanlardan, dağlardan, böyük binalardan və başqa maneələrdən asılı-
dır.  Onlar  iş zonalarının  formasını  təhrif  edir və  baza  stansiyalarını  ciddi  həndəsi 
nizamla yerləşdirməyə imkan vermir.  
Hücrəsəl sistemin əsas elementləri bunlardır: abonent avadanlığı (mobil radio-
telefonlar), xidmət ərazisində yerləşdirilmiş baza stansiyaları şəbəkəsi və kommu-
tasiya mərkəzi.  
Hər bir baza stansiyası çoxkanallı qəbuledici-ötürücü qurğudur və hər qurğu öz 
hücrəsinin  hüdudlarındakı  abonentlərə  xidmət  göstərir.  Bütün  baza  stansiyaları 
xüsusi rabitə xətləri (naqilli və ya radio-rele) vasitəsilə kommutasiya mərkəzi ilə bir-
ləşdirilir.  
Kommutasiya mərkəzi şəbəkənin idarəolunmasını təmin edir və, əslində xüsusi 
avtomat telefon stansiyasıdır. Orada hücrəsəl şəbəkənin bütün abonentləri haqqında 
məlumat saxlanılır, abonentlərin erişim hüquqları yoxlanılır və onlar tanınır (kimliyi 
müəyyənləşdirilir), informasiya emal edilir və saxlanılır.  
 
 
Kommutasiya  mərkəzi
Baza stansiyası 
Şəhər telefon stansiyası
  LAYİHƏ


 
129 
 
 
 
Şəbəkə te
xn
ologiyala

 

Onun  başqa  funksiyaları  da  vardır:  mobil  tele-
fonların siqnallarının izlənməsi, telefon bir hüc-
rədən  başqasına  hərəkət  etdikdə  estafetin  başqa 
stansiyaya  ötürülməsi,  küylər  və  ya  nasazlıqlar 
yarandıqda hücrələrdə kanalların kommutasiyası 
və  ən  başlıcası  –  hücrəsəl  şəbəkə  abonentinin 
yığdığı nömrəyə uyğun olaraq başqa abonent ilə 
bağlantı qurulması, yaxud şəhər, şəhərlərarası və ya beynəlxalq telefon şəbəkəsinə 
çıxılması. 
Hücrəsəl  şəbəkənin  elementlərinin  iş  prinsipini  sadə  şəkildə  belə  təsvir  etmək 
olar.  Hər  bir baza  stansiyasında  idarəedici  adlandırılan  xüsusi  kanal  var  və  bütün 
hücrəsəl telefonlar çağırış gözləyərək bu kanaldakı siqnallara "qulaq asır". Abonent 
zəng etmək istədikdə nömrəni yığdıqdan dərhal sonra radiotelefon avtomatik olaraq 
sərbəst  kanal  axtarmağa  başlayır.  Onu  aşkarladıqda  öz  parametrlərini  və  yığılmış 
nömrəni baza stansiyası vasitəsilə hücrəsəl şəbəkə kommutatoruna ötürür. Abonen-
tin parametrlərini yoxladıqdan sonra kommutasiya mərkəzi bağlantını həyata keçirir. 
Əks istiqamətdə – hücrəsəl şəbəkə abonenti çağırıldıqda kommutator belə bir abo-
nentin  olmasını  öz  verilənlər  bazasında  yoxlayır  və  radiotelefonu  hər  bir  hücrədə 
axtarmağa başlayır. Abonentin radiotelefonu bu çağırışı idarəedici kanal vasitəsilə 
qəbul edərək onu təsdiqləyir və beləliklə də özünün hücrəsəl şəbəkədə yerini təyin 
edir. Bundan sonra kommutator verilmiş hücrədə boş danışıq kanalı tapır və bağ-
lantını ona keçirir. 
 Kommutator bağlantını təşkil etməklə yanaşı, radiotelefonların siqnallarını ra-
bitə prosesində də daim izləyir. Əgər avadanlıqlarda nasazlıq yaranarsa və ya küylər 
əmələ gələrsə, kommutator başqa bir boş kanal tapır və danışığı ona keçirir. Bağlantı 
prosesində abonentin öz yerini dəyişməsi siqnalların səviyyəsinin çox aşağı düşmə-
sinə səbəb ola bilər. Onda kommutator bağlantını abonentə daha yaxın olan başqa 
bir baza stansiyasına keçirir. Bu keçirmə o qədər sürətlə baş verir ki, abonent bunu 
hiss etmir.       
 
Diqqət! 
Hazırda hücrəsəl rabitə mobil rabitənin ən geniş yayılmış növü olduğundan mobil 
telefon deyəndə, adətən, məhz hücrəsəl telefon nəzərdə tutulur. Əslində isə hücrəsəl 
telefonlarla yanaşı, peyk telefonları, radiotelefonlar, magistral rabitə aparatları da 
mobil telefonlardır. 
 
 
 
Mobil telefonların əlavə funksiyaları (kalkulyator, təqvim), demək olar ki, həmişə 
olmuşdur.  Ancaq  zaman  keçdikcə  buraxılan  yeni  intellektul  modellər  daha  geniş 
Dünyada ilk mobil telefon Motorola şirkətinin DynaTAC 8000X modeli hesab edilir. Bu 
qurğunun  ilk  nümunəsi  1973-cü  ildə  nümayiş  etdirilsə  də,  satışa  yalnız  1983-cü  ildə 
çıxarılıb. Təxminən 1 kiloqram çəkisi olan DynaTAC akkumulyatorun bir yüklənməsində 
20 dəqiqə  işləyə və 30-dək telefon nömrəsini yadda saxlaya bilirdi. 
Tari
x

Mobil rabitə  

Hücrəsəl rabitə  

Baza stansiyası 

Kommutasiya mərkəzi 

Mobil telefon 

Smartfon 

AR
 

zl
ə
r
  LAYİHƏ


130 
 
 
 
imkanlara malik olmuşdur. Ona görə də belə telefonların artan funksional imkan-
larını  və  hesablama  gücünü  xüsusi  vurğulamaq  üçün  "smartfon"  (ingiliscə: 
smartphone – ağıllı telefon) termini daxil edilmişdir. 
Smartfonlar  adi  mobil  telefonlardan  onlarda  yetərincə  inkişaf  etmiş  əməliyyat 
sisteminin  olması  ilə  fərqlənir.  Smartfonların  əməliyyat  sistemləri  adi  mobil 
telefonların əməliyyat sistemlərindən fərqli olaraq, kənar gəlişdiricilərə (developer) 
açıqdır,  yəni  kənar  gəlişdiricilər  də  smartfonlar  üçün  proqram  təminatı  hazırlaya 
bilər.  Əlavə  tətbiqi  proqramların  quraşdırılması  smartfonların  funksionallığını  adi 
telefonlarla müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Ancaq yeni model mobil 
telefonlarda da artıq sadələşdirilmiş brauzer və elektron poçtla işləmək üçün vasitə-
lər vardır.
  
 
 
 
1.  Ölkəmizdə fəaliyyət göstərən mobil rabitə operatorları haqqında məlumat toplayın. 
Mətn redaktorunda aşağıdakı formada cədvəl hazırlayın və onu doldurun. 
Göstərici 
Operator 
 
 
 
Təsis tarixi 
 
 
 
Ana şirkəti 
 
 
 
Abunəçilərinin sayı 
 
 
 
Baza stansiyalarının sayı 
 
 
 
 
2.  Aşağıdakı  şəkli  diqqətlə  gözdən  keçirin  və  onun  nəyi  ifadə  etməsi  haqqında 
fikirlərinizi söyləyin. 
 
 
 
Özünüzü yoxlayın 
1. 
"Mobil rabitə" dedikdə nə nəzərdə tutulur? 
2. 
"Hücrəsəl rabitə" ifadəsi haradan yaranıb? 
3. 
"Baza stansiyası" nədir və hansı funksiyanı yerinə yetirir? 
4. 
Kommutasiya mərkəzinin funksiyaları nədən ibarətdir? 
5. 
"Smartfon" nədir və onun adi mobil telefondan əsas fərqi nədədir? 
 
 
ö y r ə n ə k 
A R A Ş D I R A Q  –
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə