00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə47/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   43   44   45   46   47   48   49   50   ...   61

 
155 
 
 
 
Kom
p
ü
ter
 

6. 
 düyməsini çıqqıldadın. Yeni istifadəçi hesabı yaranacaq. 
7. 
İndicə yaratdığınız istifadəçi hesabının simgəsini çıqqıldadın. Change an 
Account dialoq pəncərəsi açılacaq. 
8. 
Create  a  password  istinadını  çıqqıldadın.  Create  Password  dialoq 
pəncərəsi açılacaq. 
9. 
Vermək istədiyiniz parolu New password sahəsinə daxil edin. Bu parolu 
Confirm new password sahəsinə də yazın. 
10. 
Type a password hint sahəsində parol üçün ipucunu göstərin. 
11. 
Parolu yadda saxlamaq üçün 
 düyməsini çıqqıldadın. 
  
 
Təbii ki, bu gün kompüter istifadəçiləri arasında uşaqlar da var. Ancaq kompüter 
uşaqlar üçün nə qədər cəlbedici olsa da, onun təhlükələri də çoxdur. İndi İnternetdə 
çoxlu  sayda  saytlar  var  ki,  onların  məzmunu  uşaqlar  üçün  nəzərdə  tutulmayıb. 
Uşaqları  belə  zərərli  və  bəzən  təhlükəli  saytlardan  qorumaq  üçün  çoxlu  üsullar 
vardır.  Bu  üsullardan  biri  də  Windows  əməliyyat  sisteminin  valideyn  nəzarəti 
funksiyasından istifadə etməkdir.    
 
 
Uşaq istifadəçi hesabının yaradılması
 
1.  İdarəetmə  panelini  açın  və  User  Accounts  and  Family  Safety  kateqoriyasını 
seçin. 
2.  User Accounts bəndinin Add or remove user accounts altbəndini çıqqıldadın. 
Hesabların idarə edilməsi dialoq pəncərəsi açılacaq.  
3.  Create a new account istinadını çıqqıldadın.  
4.  İstifadəçi hesabının adı sahəsinə uşağın istədiyi sözü daxil edin. 
5.  Standard user variantını qeyd edin.  
6. 
 düyməsini çıqqıldadın.
 
Yeni istifadəçi hesabı yaranacaq.
 
 
Uşaqların  kompüterdən  istifadəsinə  nəzarəti  uşaq  istifadəçi  hesabına  müəyyən 
günlər və saatlar üçün məhdudiyyətlər qoymaqla tənzimləmək olar.  
 
 
Uşaq istifadəçi hesabına valideyn nəzarətinin qurulması
 
 
1.  İdarəetmə  panelini  açın  və  User  Accounts  and  Family  Safety  kateqoriyasını 
seçin. 
A D D I M   2  
A D D I M –  
A D D I M   3  
A D D I M –  
  LAYİHƏ


156 
 
 
 
2.  Parental Controls bəndini çıqqıldadın. Valideyn nəzarəti dialoq pəncərəsi açılacaq 
və  orada  kompüterinizdə  yaradılmış  bütün  istifadəçi  hesablarının  siyahısı  görü-
nəcək.  
3.  Nəzarət etmək istədiyiniz istifadəçi hesabının simgəsini çıqqıldadın. User Controls 
pəncərəsi açılacaq. 
  
 
  
4.  Valideyn nəzarəti bölümündə On, enforce current settings variantını qeyd edin.
 
5.  Uşaqların  kompüterə  girişinə  zaman  məhdudiyyəti  qoymaq  üçün  Time  Limits 
istinadını çıqqıldadın. Time Restrictions pəncərəsi açılacaq. 
6.  Qadağan etmək (bloklamaq) istədiyiniz zaman intervallarını seçdirin (bax: növbəti 
səhifədəki şəkil). 
7.  Müəyyən  oyunlara  girişi  məhdudlaşdırmaq  üçün  Games  istinadını  çıqqıldadın. 
Game Controls pəncərəsi açılacaq. 
8.  Ümumiyyətlə, uşağın kompüterdə oyun oynamasına qadağa qoymaq istəyirsinizsə, 
No variantını qeyd edin. Əgər onun müəyyən oyunlara girişini məhdudlaşdırmaq 
istəyirsinizsə, Yes variantını seçin. 
9.  Oyunlara girişi ESRB oyun reytinq sisteminin əsasında məhdudlaşdırmaq üçün Set 
game ratings istinadını çıqqıldadın. Açılan yeni pəncərədə uşaqların hansı reytinqli 
oyunları oynaya biləcəyini qeyd edin. 
10.  Müəyyən  növ  oyunlara  girişi  də  bloklamaq  olar.  Bunun  üçün  Block  or  Allow 
specific games istinadını çıqqıldadın və açılan siyahıda lazım bildiyiniz variantları 
qeyd edin.  
 
 
 
  LAYİHƏ


 
157 
 
 
 
Kom
p
ü
ter
 

11.  OK düyməsini çıqqıldadın və açıq pəncərələri qapadın.  
 
 
 
 
 
ESRB (Entertainment Software Rating Board) ABŞ və Kanadada kompüter oyunları 
və başqa əyləncəli proqram təminatı üçün reytinqlərin qəbul və təyin olunması ilə məşğul 
olan  təşkilatdır.  ESRB  reytinqlərinin  loqotipində  oyunun  tövsiyə 
olunduğu yaş kateqoriyasının adının başlanğıc hərfləri göstərilir. Bu 
təşkilat  haqqında  İnternetdən  məlumat  toplayın.  "Reytinq  nişanı" 
nədir və o nəyi müəyyən edir? Hansı reytinq kateqoriyaları var?  
 
Özünüzü yoxlayın 
1. 
"İstifadəçi hesabı" nədir?
 
2. 
İstifadəçi hesablarının hansı növləri var?
 
3. 
Nə  üçün  administrator  istifadəçi  hesabından  daimi  olaraq  istifadə  edilməsi  məsləhət 
görülmür?
 
4. 
Uşaq istifadəçi hesabı nə üçün yaradılır?
 
5. 
Uşaq istifadəçi hesabına valideyn nəzarətinin hansı formaları var?
 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
  LAYİHƏ


158 
 
 
 
 
K
OMPÜTERİN UZAQDAN İDARƏ EDİLMƏSİ 
 
Ola  bilər,  belə  bir  vəziyyətlə  qarşılaşmışsınız:  uzaqda 
olan  bir  dostunuz  və  ya  qohumunuz  sizə  zəng  edərək 
kompüterdə  nəyisə  etməkdə  ona  yardımçı  olmağınızı 
xahiş edir. Ona kömək etməyə çalışsanız da, kompüteri 
pis  bildiyindən  ya  o  sizin  dediklərinizi  anlamır,  ya  da 
sizə  nəyisə  düzgün  izah  edə  bilmir.  Telefon  danışığı 
uzanır, nəticə isə yoxdur. 
 
 
 
Bu vəziyyətdən çıxış yolunu 
nədə görürsünüz? 
 
Dostunuzun 
(qohumunuzun) evinə 
getmədən onun problemini 
necə həll edə bilərsiniz? 
 
 
 
TeamViewer  proqramını  İnternetdən  endirib  (www.teamviewer.com)  kompüterinizə  və 
qoşulmaq istədiyiniz kompüterə quraşdırın.   
 
Yaranmış problemin ən yaxşı həlli xüsusi proqramlardan – kompüterin uzaqdan 
idarə edilməsi proqramlarından istifadə etməkdir. Bu proqramlar İnternetdən və 
ya lokal şəbəkədən istifadə etməklə başqa kompüteri məsafədən idarə etməyə imkan 
verir. Belə proqramlar bir tərəfdən, yuxarıda təsvir olunmuş hal üçün, yəni təcrübəsiz 
kompüter  istifadəçisinə  onun  yanına  getmədən  və  ya  uzun-uzadı  telefon  danışıq-
larına vaxt itirmədən kömək etmək lazım gəldikdə çox əlverişli olur. Digər tərəfdən 
evdə  oturub  işdəki  kompüterinizdə  işləmək,  yaxud  şəbəkə  administratoru  kimi 
serverləri  və  başqa  kompüterləri  idarə  etmək  zərurəti  yarandıqda  bu  proqramlar 
əvəzsiz olur.  
TeamViewer
 ("tim-vyuə" kimi tələffüz olunur) belə proqramlardan biridir. Bu 
gün oxşar funksiyanı yerinə yetirən sərbəst yayılan və ya ticari məhsul olan çoxlu 
sayda  proqramlar  mövcuddur:  AeroAdmin
LiteManager
Radmin,  RemotePC
Splashtop və s. 
 
   
   
   
 
 
F Ə A L İ Y Y Ə T  
5.5 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə