00i11az titul(1-7)


Bu mərhələlərin hər birinin mahiyyətini "Opera və balet teatrı layihəsi" üzərində  gözdən keçirək:  1



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə50/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   46   47   48   49   50   51   52   53   ...   61

166 
 
 
 
Bu mərhələlərin hər birinin mahiyyətini "Opera və balet teatrı layihəsi" üzərində 
gözdən keçirək: 
1. Aydındır ki, saytın əsas məqsədi tamaşaçıları teatrın repertuarı ilə tanış etmək, 
oynanılan əsərləri təbliğ etmək və insanları teatrın tamaşalarına cəlb etməkdir.    
2. Layihənin işlənib-hazırlanmasına saytın informasiya modelinin qurulmasından 
başlanılır. Başlanğıc üçün saytın 7 veb-səhifədən ibarət olacağını müəyyənləşdirək. 
Əyanilik üçün saytın strukturunu ağac informasiya modeli şəklində təqdim edək: 
 
 
Sxemin ən yuxarı səviyyəsində, yəni ağacın kökündə saytın başlanğıc səhifəsi 
göstərilib.  Orada  teatr  haqqında  ümumi  informasiya  (onun  tam  adı,  fotoşəkli, 
ünvanı) və hiperistinadlar yerləşdirilir. 
  
Teatrın tam adı
Teatrın fotoşəkli
Teatrın ünvanı
Repertuar
Afişa
Bəstəkarlar
Aktyorlar 
 
Sxemin  ikinci  səviyyəsindəki  veb-səhifələr  siyahı  şəklində  verilir;  məsələn, 
"Afişa"  səhifəsində  mövsüm  ərzində  göstəriləcək  tamaşaların  siyahısı  (tarixlər 
göstərilməklə) verilir. Bu səhifələrin hamısının strukturu təxminən eynidir, yalnız 
bir-birindən məzmuna görə fərqlənir. 
3.  İndi  saytın  dizaynını  müəyyənləşdirək.  Veb-səhifələrin  tərtibatı  üçün  əsas 
struktur elementlər mətn blokları (əsas mətn, başlıqlar, siyahılar, hiperistinadlar) və 
qrafik  obyektlərdir.  Qrafik  obyektlərə  görüntülər  (rəsmlər,  fotoqrafiyalar,  anima-
siyalar),  "divar  kağızları"  (fon  rəsmləri),  qrafik  istinadlar,  ayırıcı  cizgilər  aiddir. 
Elementləri səhifələrin verilmiş yerlərində yerləşdirmək üçün cədvəllərdən istifadə 
edəcəyik. 
Veb-səhifənin  elementlərinin  uyğunluğu 
onun  tərtibatının üslubunu müəyyən edir. Mət-
nin  üslubu  formatlama  parametrləri  vasitəsilə 
verilir.  Formatlama  parametrləri  dedikdə  şrift, 
onun  ölçüsü  və  şəkli,  sətirbaşı  boşluqlar, 
Baş səhifə
Repertuar
Operalar
Baletlər
Afişa
Bəstəkarlar
Aktyorlar

Mətnin üslubu  

Qrafik elementlərin üslubu  

Mövzu  

Saytın nəşri 

AR

zl
ə
r
  LAYİHƏ


 
 
167 
 
 
 
Veb-layi

 

düzləndirmələr, simvollararası və sətirlərarası boşluqlar, habelə başqa parametrlər 
nəzərdə  tutulur.  Qrafik  elementlərin  üslubu  forma  parametrləri  –  ölçü,  rəng, 
faktura, eləcə də kölgə, parıltı, şəffaflıq kimi müxtəlif effektlər vasitəsilə verilir.
 
 
Sənədlərin  üslub  cəhətdən  savadlı  tərtibatı  üçün  hazır  şablonlardan  – 
mövzulardan  istifadə  etmək  lazımdır.  Sənədin  xüsusi  olaraq  işlənib-hazırlanmış 
tərtibat  elementlərinin  və  rəng  sxemlərinin  toplusuna  mövzu  deyilir.  Mövzunun 
köməyi  ilə  istər  ayrıca  səhifənin,  istərsə  də  bütövlükdə  saytın  tərtibat  üslubunu 
vermək  olar.  Mövzular  əsas  mətnin,  başlıqların,  hiperistinadların,  siyahıların 
üslublarını,  fonun  rəngini,  "divar  kağızlarını",  cədvəlin  sərhədlərinin  rəngini  və 
qalınlığını, eləcə də başqa parametrləri müəyyənləşdirməyə imkan verir. Bütün ofis 
proqramlarında mövzular təklif olunur, ancaq onlardan daha çox təqdimatların və 
veb-saytların hazırlanmasında istifadə edilir.        
Eyni  səviyyədə  olan  bütün  səhifələrin  tərtibatının  üslubunun  eyni  olması 
məqsədəuyğundur. 
4.  Saytın  bilavasitə  səhifələrinin  qurulmasına  onun  bütün  elementlərinin 
(mətnlərin, şəkillərin) hazırlanmasından başlamaq lazımdır.  
5. Sonra bu elementləri və onlara uyğun istinadları hazır şablonlara yerləşdirə-
cəyik.  Saytın  bütün  səhifələrinin  fayllarını  bir  qovluqda,  məsələn,  Veb-
səhifələr adlı qovluqda saxlayacağıq. Bu, saytın veb-serverdə yerləşdirilməsini 
asanlaşdırır.  Əgər  səhifələrin  və  ya  görüntülərin  sayı  çox  olarsa,  onların  iç-içə 
qovluqlarda (məsələn: Veb-səhifələr\Foto\) saxlanılması məsləhətdir. Baş 
səhifə faylına, adətən, index.htm və ya main.htm adı verilir. 
Yalnız faylları qovluqlarda yerləşdirdikdən sonra bir səhifədən başqasına keçidi 
təmin  edən  hiperistinadları  yaratmaq  olar.  Baxdığımız  nümunədə  öncə  aşağı 
səviyyəli səhifələri, sonra baş səhifəni hazırlamaq və sonda aşağı səviyyəli səhifələrə 
keçidləri təmin edən hiperistinadları yaratmaq daha yaxşı olar. Bundan sonra oflayn 
rejimdə istinadların işini yoxlamaq lazımdır. 
6. Yalnız diqqətlə yoxladıqdan və yanlışlıqları düzəltdikdən sonra veb-saytı nəşr 
etmək, yəni veb-serverdə yerləşdirmək olar.  
 
 
Veb-layihənin  "Fəaliyyət"  bölümündə  verilmiş  mərhələləri  ilə  "İzahlar"  hissəsində 
verilmiş mərhələlərini bir daha diqqətlə araşdırın.  
Bu iki bölgü arasında ciddi fərq varmı? Sizcə, hansı bölgü daha məqsədəuyğundur? 
 
Özünüzü yoxlayın 
1. 
Veb-saytın işlənib-hazırlanmasını hansı mərhələlərə ayırmaq olar? 
2. 
Veb-səhifənin tərtibat üslubu dedikdə nə nəzərdə tutulur?
 
3. 
Hansı halda saytın fayllarını iç-içə qovluqlarda saxlamaq əlverişlidir?
 
4. 
"Mövzu" nədir və ondan nə üçün istifadə olunur?
 
5. 
"Veb-saytın nəşri" nə deməkdir?
 
ö y r ə n ə k 
A R A Ş D I R A Q  –
  LAYİHƏ


168 
 
 
 
 W
ORD PROQRAMINDA VEB-SƏHİFƏNİN HAZIRLANMASI
 
 
 
 
Ofis proqramları paketinə hansı proqramlar daxildir? 
 
Microsoft Office paketinin hansı proqramı veb-saytların yaradılması üçün 
nəzərdə tutulub?
 
 
 
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəsmi saytı (tob.az) ilə tanış olun. 
Hiperistinadlardan istifadə etməklə saytın səhifələri arasında "gəzişin". 
 
 

 
Teatrın repertuarında hansı opera və balet tamaşaları var? 
– Saytın dizaynı və səhifələrarası gəzişmə rahatlığı necə təmin olunub? 
 
Mürəkkəb veb-saytlar yaratmaq üçün peşəkar veb-proqramçılar xüsusi proqram-
lardan istifadə edirlər. Microsoft Office paketinin tərkibində də belə bir proqram – 
Microsoft SharePoint Designer proqramı var. Ancaq sadə veb-səhifələr yaratmaq 
və ya mövcud sənədi veb formatına çevirmək üçün yaxşı tanıdığınız Word proqramı 
da yetərli imkanlara malikdir. Word proqramı hazırlanmış  sənədi veb-səhifə kimi 
saxlamağa, brauzerdə baxmağa, ona hiperistinadlar əlavə etməyə imkan verir. 
Word  proqramında  hazırlanmış  sənədi  veb-səhifə  kimi  saxladıqda  həmin  sənəd 
HTML-koduna  çevrilir.  Sənədə  səhifənin  brauzer  pəncərəsində  məhz  necə  əks 
olunacağını göstərən xüsusi teqlər əlavə olunur. Word sənədinin veb-səhifəyə çev-
rilməsi zamanı veb-brauzerin dəstəkləmədiyi bəzi parametrlər (məsələn: şəklin mətnlə 
dövrələnməsi) istisna olmaqla formatlama parametrlərinin əksəriyyəti saxlanılır.  
Sənədi  veb-səhifə  kimi  saxlamazdan  öncə  onun  brauzer  pəncərəsində  necə 
görünəcəyinə  baxmaq  olar.  Əgər  görünüş  sizi  qane  edərsə,  onu  veb-səhifə  kimi 
saxlamaq olar. Sənədi veb formatında əks etdirmək üçün Word proqramının status 
zolağındakı 
 Web Layout düyməsindən də yararlanmaq olar. Sənədi veb-səhifə 
kimi saxladıqdan sonra onu Word redaktorunda açıb adi sənəd kimi redaktə etmək 
olar.   
Tutaq ki, cari mövsümdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 
repertuarında olan tamaşalarla bağlı veb-sayt hazırlamalısınız. 
F Ə A L İ Y Y Ə T  
6.2 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə