00i11az titul(1-7)


Məntiqi toplama əməlinin doğruluq cədvəli  A



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə58/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   53   54   55   56   57   58   59   60   61

194 
 
 
 
Məntiqi toplama əməlinin doğruluq cədvəli 



 B
Doğru 
Doğru 
Doğru 
Doğru 
Yalan 
Doğru 
Yalan 
Doğru 
Doğru 
Yalan 
Yalan 
Yalan 
 
Əgər A mülahizəsi “p cüt ədəddir”,  yəni  p = {2, 4, 6, 8, 10, ....}, B mülahizəsi 
p 3-ə bölünür”,  yəni  p = {3, 6, 9, 12, 15, ....} olarsa, onda A 
 B məntiqi əməlinin 
nəticəsi p = {2, 3, 4, 6, 8, 9, 10, ....}, yəni iki çoxluğun birləşməsi olacaq. 
Məntiqi  vurma  (konyuksiya).  Məntiqi  vurma  binar  əməldir,  çünki  onda  iki 
mülahizə iştirak edir. Bu əməli "VƏ" bağlayıcısı, "
" və ya "&" simvolu, bəzən isə 
"
" simvolu ilə işarə edirlər. Məntiqi vurma əməlinin nəticəsi yalnız o zaman doğru 
olur ki, A və B eyni zamanda doğru olsun.  
 
Məntiqi vurma əməlinin doğruluq cədvəli 


A 
 B
Doğru 
Doğru 
Doğru 
Doğru 
Yalan 
Yalan 
Yalan 
Doğru 
Yalan 
Yalan 
Yalan 
Yalan 
 
Əgər A mülahizəsi “p 5-ə bölünür”,  yəni  p = {5, 10, 15, 20, 25, ....}, B mülahizəsi 
p 20-dən kiçikdir”,    yəni    p  =  {1,  2,  3,  4,  5,  ...,19}  olarsa,  onda  A 
 B məntiqi 
əməlinin nəticəsi p = {5, 10, 15}, yəni iki çoxluğun kəsişməsi olacaq. 
 
Məntiqi toplama və məntiqi vurma əməllərinin işarələrini qarışdırmamaq üçün belə bir 
“fakta”  diqqət  edin:  məntiqi  toplama  daha  “üzüyola”dır  (“heç  olmasa,  nəsə  olsun”), 
məntiqi vurma isə “ciddidir” (“ya hər şey, ya da heç nə”).  
 
 
 
Verilmiş AB və C mülahizələri arasında aşağıdakı eynilik doğrudur: 
A 
 (B  C) = (A  B )  (A  C
Məntiq  cəbri  ilə  adi  cəbr  arasında  paralel  mövcuddur,  belə  ki, 
  və   
simvollarının fəaliyyəti adi cəbrdəki 
 və + əməllərinə çox bənzəyir:  
x 
 (y + z) = (x  y) + (x  z). 
Belə bənzərlikdən istisnalar da vardır. 
 
MƏNTİQİ TOPLAMA
 
MƏNTİQİ VURMA 
  LAYİHƏ


 
 
195 
 
 
 
Layihəl
ər üç
ün 
yardımçı 
ma
teri
alla
r
 
Yuxarıda tanış olduğunuz əməllər əsas məntiqi əməllərdir. Başqa məntiqi əməllər 
də mövcuddur, ancaq onlar əsas hesab olunmur, çünki onları üç əsas əməl vasitəsilə 
ifadə etmək mümkündür. Bunlardan ikisi ilə tanış olaq: implikasiya  və  ekvivalentlik
Məntiqi nəticə (implikasiya). Məntiqi nəticə binar əməldir. Bu əməl "ƏGƏR A
ONDA  B"  sözləri  ilə,  yaxud  "
"  simvolu  ilə  işarə  olunur.  İmplikasiya  yalnız  o 
zaman yalan olur ki, A ilkin şərti doğru, B nəticəsi isə yalandır. Qalan hallarda isə o, 
doğru olur. 
 
Məntiqi nəticə (implikasiya) əməlinin doğruluq cədvəli 


A 
 B 
Doğru 
Doğru 
Doğru 
Doğru 
Yalan 
Yalan 
Yalan 
Doğru 
Doğru 
Yalan 
Yalan 
Doğru 
 
Əgər A mülahizəsi “x 9-a bölünür”, B mülahizəsi “x 3-ə bölünür” olarsa, onda A 
 B 
əməli onu bildirir ki, “əgər ədəd 9-a bölünürsə, onda o, 3-ə də bölünür”. 
Ekvivalentlik. Ekvivalentlik məntiqi əməli iki sadə məntiqi ifadənin müqayisəsinin 
nəticəsini müəyyən edir və "
" simvolu ilə işarə olunur. A və B eyni zamanda doğru, 
yaxud eyni zamanda yalan olduqda bu əməlin nəticəsi doğru, əks halda isə yalan olur. 
 
Ekvivalentlik əməlinin doğruluq cədvəli 


A 
 B 
Doğru 
Doğru 
Doğru 
Doğru 
Yalan 
Yalan 
Yalan 
Doğru 
Yalan 
Yalan 
Yalan 
Doğru 
 
Əgər A mülahizəsi “x ədədinin rəqəmlərinin cəmi 3-ə bölünür”, B mülahizəsi “
3-ə bölünür” olarsa, onda A 
 B əməli onu bildirir ki, “ədəd yalnız və yalnız o zaman 
3-ə bölünür ki, onun rəqəmlərinin cəmi 3-ə bölünsün”. 
Bir, yaxud bir-biri ilə məntiqi əməllərlə bağlı olan bir neçə sadə (və ya mürəkkəb) 
məntiqi ifadəyə mürəkkəb məntiqi ifadə deyilir; məsələn, əgər AB və C üç sadə 
məntiqi ifadədirsə, onlardan təşkil edilmiş mürəkkəb məntiqi ifadə belə ola bilər: 
 ( A  B  ). 
Riyazi  əməllərdə  olduğu  kimi,  məntiqi  əməllər  də  üstünlük  dərəcəsinə  görə 
müəyyən ardıcıllıqla yerinə yetirilir. Bu ardıcıllıq aşağıdakı kimidir: 
 
1. inversiya  
 
(
) 
 
4. implikasiya   
(
) 
2. konyuksiya  
 
(
) 
 
5. ekvivalentlik  
(
) 
3. dizyunksiya    
(
) 
Əməllərin  yerinə  yetirilmə  ardıcıllığını  dəyişdirmək  üçün  məntiqi  ifadələrdə 
mötərizələrdən istifadə olunur. 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə