00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə55/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   51   52   53   54   55   56   57   58   ...   61

184 
 
 
 
həqiqiliyini müəyyənləşdirmək üçün başqa resursları, məsələn, oxşar informasiyanın 
olduğu kitab və jurnalları da yoxlayın. İstifadə olunmuş yazı üslubu və dili də saytın 
keyfiyyəti haqqında məlumat verə bilər. Əgər üslub özündənrazı və subyektivdirsə, 
siz ondan istifadəni ikincidərəcəli hesab edə bilərsiniz.  
Veb-saytdakı informasiyanı qiymətləndirərkən ən vacib məsələlərdən biri infor-
masiyanın nə vaxt saytda yerləşdirilməsi və onun yenilənmə tezliyidir. Bəzi saytların 
başqalarına nisbətən daha tez-tez yenilənməsi lazımdır. Tibbi, yaxud texnoloji məlu-
matlar  tarixi  məlumatlarla  müqayisədə  daha  tez-tez  yenilənməlidir.  Vaxtı  ötmüş 
informasiya  sizə  tələb  olunan  nəticəni  verməyə  bilər.  Saytda  ölü  istinadlar,  yəni 
uzun  müddət  aktiv  (işlək)  olmayan  istinadlar  varmı?  Ölü  istinadların  olması  veb-
saytdakı informasiyanın yenilənmədiyinə dəlalət edə bilər.
      
İstinadlar vasitəsilə veb-saytda sürətlə gəzişmək effektli saytın çox önəmli ele-
mentlərindəndir. Veb-saytın birinci səhifəsi saytın necə təşkil olunduğunu və müm-
kün seçim variantlarını göstərməlidir. 
Saytda hərəkət etmək üçün səhifədəki istinadlardan istifadə olunur. Bəzi səhifə-
lərdə çoxlu sayda istinad olur, digərlərində bir neçə ola bilər. Buna baxmayaraq ist-
inadlar  asan  tanınmalı,  məntiqi  qruplaşdırılmalı  və  istinad  etdiyi  səhifənin  möv-
zusuna uyğun gəlməlidir.  
 
 
Tez-tez  istifadə  etdiyiniz  sayta  daxil  olun  və  aşağıdakı  sualları  cavablandırmaqla    onu 
qiymətləndirin:  
 
Saytın müəllifinin kimliyini müəyyənləşdirə bilirsinizmi?  
 
E-poçt ünvanı verilibmi? Saytın açılmasına sərf olunan zaman məqbuldurmu?  
 
Ekranda mətn aydın oxunurmu?  
 
Komandalar və göstərişlər icra üçün asandırmı?  
 
İnformasiya cari zamana uyğundurmu?  
 
Axtarış apararkən gözlədiyinizimi əldə edirsiniz?  
 
İnformasiya müntəzəm yenilənirmi? 
 
Özünüzü yoxlayın 
1. 
Saytı İnternetdə nəşr etməyin hansı yolları var?  
2. 
"Domen adı" nədir? 
3. 
Domen adına görə saytın İnternetdə gerçək ünvanı necə müəyyən olunur? 
4. 
Hostinq xidməti nə üçün lazımdır? 
5. 
Saytda ölü istinadların olması nəyin göstəricisidir?  
 
 
ö y r ə n ə k 
A R A Ş D I R A Q  –
  LAYİHƏ


 
 
185 
 
 
 
Veb-layi

 

ÜMUMİLƏŞDİRİCİ 
SUAL VƏ TAPŞIRIQLA
R
 
1.  Hansı mühakimələr doğrudur? 
a)
 Sadə veb-səhifələr yaratmaq və ya mövcud sənədi veb-formata çevirmək üçün 
Microsoft Word proqramından istifadə etmək olar. 
b)
 Saytın mövzusunu, məqsəd və vəzifələrini müəyyənləşdirməzdən öncə onun dizaynını, 
yəni səhifələrin tərtibat üslubunu işləyib-hazırlamaq lazımdır. 
c)
 Veb-sayt layihəsinin son mərhələsi saytın şəbəkədə yerləşdirilməsi (nəşri) və testlən-
məsidir. 
 
d)
 Veb-sayt mütləq provayderin veb-serverində yerləşdirilməlidir.  
e)
  Saytın  yerləşdirildiyi  kompüter  daim  işlək  vəziyyətdə  qalmalı  və  İnternetə  bağlı 
olmalıdır.  
f
)
 Bir veb-serverdə yalnız bir sayt yerləşdirmək olar. 
g)
 Hostinq xidmətinə görə sayt sahibindən heç bir ödəniş tələb olunmur.  
h
)
  İstər  orijinal  olsun,  istərsə  də  başqa  mənbədən  götürülsün,  saytdakı  informasiyanın 
mənbəyi aydın göstərilməlidir.  
2.  Cümlələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun. 
a)
 Veb-sayt layihəsinin işlənib-hazırlanmasına onun ___ modelinin qurulmasından baş-
lanılır.   
b)
 Word proqramında hazırlanmış sənədi veb-səhifə kimi saxladıqda həmin sənəd ___ 
çevrilir. 
c)
 
___ brauzerində açılmış veb-səhifədən cədvəllər Excel-ə daha yaxşı idxal olunur.
  
d)
 PowerPoint təqdimatının hər bir ___ ayrıca veb-səhifə kimi saxlanıla bilər. 
e)
 Sayt yaradıldıqdan sonra onu veb-serverdə ___ lazımdır. 
f)
 Veb-serverin administratoru ___ adlandırılan kompüterdə eyniadlı proqramı başladır 
və kökləyir. Sonra saytını serverdə nəşr etdirmək istəyən istifadəçinin sorğusu əsasında 
bu sayt üçün ___ yaradır. İstifadəçi ___ adlandırılan xüsusi proqram vasitəsilə FTP-
serverə qoşulur və yeni yaradılmış kök qovluğa öz saytının fayllarını göndərir. 
g)
 ___ olması veb-saytdakı informasiyanın yenilənmədiyinə dəlalət edir.
 
h)
 Saytda hərəkət etmək üçün səhifədəki ___ istifadə olunur.       
3. "Ölü istinad" nədir və saytda onun olması nəyin göstəricisidir? 
4. "Tam domen adı" ilə  "domen adı" arasında fərq varmı? 
5. Domen adlarının IP-ünvanlara çevrilməsi harada baş verir?
 
 
  LAYİHƏ


186 
 
 
 
LAYİHƏLƏR ÜÇÜN YARDIMÇI 
MATERİALLAR  
Hesablama texnikasının tarixi 
 Kompüterlərin nəsilləri 
 Məntiqi əməllər 
Kompüterin məntiqi əsasları 
 Məntiqi məsələlərin həlli 
 
  LAYİHƏ


 
 
187 
 
 
 
Layihəl
ər üç
ün 
yardımçı 
ma
teri
alla
r
 
 
H
ESABLAMA TEXNİKASININ TARİXİ
 
 
İlk  hesablama  alətləri,  çox  güman  ki,  bu  gün  də  bir  çox  məktəblərin  ibtidai 
siniflərində  istifadə  olunan  sayma çubuqları  (çöpləri)  olub.  Bu  alətlər  getdikcə 
inkişaf  etdirilərək  daha  mürəkkəbləşib;  məsələn,  Finikiyada  istifadə  olunan  gil 
fiqurlar da sayılan əşyaların miqdarını əyani göstərmək üçün nəzərdə tutulmuşdu. 
Bu alətlərdən, yəqin ki, o dövrün tacirləri və hesabdarları istifadə edirdilər. 
 Hesablamaların  həcmi  artdıqca  və  böyük  ədədlərlə  işləmək  üçün  tədricən  bu 
sadə alətlərdən daha mürəkkəb qurğular yaranmağa başladı.   
Təxminən e.ə. 1200-cü ildə Çində hesablamalar aparmaq üçün rəngli kürəciklərin 
simə düzülməsi üsulundan istifadə edilirdi. Kürəciklər taxta çərçivəyə bərkidilmiş 
simlərə  düzülürdü.  Birinci  simdəki  kürəciklər  təklikləri,  ikincidəkilər  onluqları, 
üçüncüdəkilər  yüzlükləri  göstərirdi.  Kürəcikləri  simlər  boyunca  sola-sağa  hərəkət 
etdirməklə ədədləri toplamaq və çıxmaq olurdu. Belə qurğu suanpan və ya abak 
(abacus) adlanırdı. 
XX  əsrin  ortalarına  qədər  istifadədə  olan  çötkələr,  demək  olar  ki,  abakdan 
yaranmışdı. Lakin böyük ədədləri toplamaq, çıxmaq üçün çox vaxt tələb olunurdu. 
 
 
Roma abakı 
 
Suanpan 
 
Çötkə
 
 
XVII əsrin əvvəllərində təbiət elmlərində riyaziyyat aparıcı rol oynamağa başladı. 
Bu  zaman  fizik  və  astronomlar  çox  uzun  və  mürəkkəb  riyazi  hesablamaların 
aparılması zərurəti ilə üzləşdilər. Bu cür hesablamaları qısa vaxt ərzində aparmaq 
üçün  daha  mükəmməl  alətlər  tələb  olunurdu.  Abakın,  yaxud  çötkənin  başlıca 
çatışmazlığı mərtəbə dolarkən vahidlərin yüksək mərtəbəyə əllə keçirilməsi idi. Bu 
prosesi daşlar üzərində mexanikləşdirmək mümkün olmadı. Bunun üçün rəqəmlərin 
sayı qədər, yəni 10 dayanıqlı vəziyyətə malik olan mexanizm ixtira etmək lazım idi. 
Bu işi dahi fransız riyaziyyatçısı Blez Paskal 19 yaşında ikən həyata keçirdi. Uzun 
axtarışlardan sonra Paskal o dövr üçün kifayət qədər mürəkkəb olan 10-dişli çarx 
ixtira  etdi.  Hər  bir  çarxın  üzərində  onun  dişlərinə  uyğun  olaraq  0-dan  9-a  qədər 
rəqəmlər  yazılır.  Çarxın  bir  diş  qədər  fırlanması  həmin  mərtəbənin  bir  vahid 
artmasına uyğundur. Birinci çarx bir dövr fırlanıb 9 rəqəminə çatanda xüsusi mexa-
nizm  ikinci  çarxı  avtomatik  olaraq  bir  diş  qədər  hərəkət  etdirir.  İkinci  çarx  9  rə-
qəminə çatanda üçüncü çarx avtomatik olaraq bir diş qədər fırlanır və s. İndiki sözlə 
A 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə