00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə57/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   53   54   55   56   57   58   59   60   61

 
 
191 
 
 
 
Layihəl
ər üç
ün 
yardımçı 
ma
teri
alla
r
 
Hesablamalar onluq sistemi ilə aparılırdı və 1 saniyədə 300 vurma əməli, yaxud 5000 
toplama əməli yerinə yetirilirdi. Çəkisi 30 ton olan bu maşın təxminən 167 m
2
 sahə 
tuturdu. 
1950-ci ildə Sovet İttifaqında istismara verilmiş МЭСМ (Малая электронная 
счётная  машина  –  kiçik  elektron  hesablama  maşını)  adlanan  maşın  da  bu  nəslin 
nümayəndəsidir. 
İri ölçüləri, yüksək enerji məsrəfi, xidmətin mürəkkəbliyi və etibarlı olmaması 
ilə fərqlənən bu nəsil EHM-lər XX əsrin 60-cı illərinin əvvəlinədək istismarda qaldı. 
Kompüterlərin  ikinci  nəsli.  1947-ci  ildə  Uilyam  Şoklinin  (1910–1989) 
rəhbərliyi altında bir qrup amerikalı fizik tranzistor adlanan yarımkeçirici element 
hazırladı.  Ölçüsünə,  enerji  məsrəfinə  və  etibarlılığına  görə  tranzistorlar  lampalı 
triodlardan dəfələrlə üstün idi.  
Bu tranzistorlar ikinci nəsil kompüterlərin element bazası oldu. Bir tranzistor 40 
elektron lampanı əvəz edir, böyük sürətlə işləyir, ucuz və etibarlı idi. İkinci nəsil 
kompüterlərin istehsalına 1957-ci ildə başlandı və bu iş 60-cı illərin sonunadək da-
vam etdi. 
Kompüterlərin  üçüncü  nəsli.  1959-cu  ildə  ABŞ-in  “Texas  Instruments” 
şirkətinin əməkdaşı Cek Kilbi (1923–2005) bir neçə tranzistoru, kondensatoru və 
rezistoru  bir  yarımkeçirici  mikrosxemdə  birləşdirməyi  təklif  etdi.  Beləliklə,  ilk 
inteqral mikrosxem yarandı. 
1964-cü ildən başlayaraq inteqral mikrosxemlər üçüncü nəsil kompüterlərin baza 
elementləri  oldu.  Qiymətlərinin  aşağı  düşməsi  nəticəsində  bu  nəsil  kompüterləri 
artıq ali və xüsusi təhsil müəssisələri də əldə edə bildi. 
 
 
Radiolampa 
 
 
 
Tranzistor 
 
 
 
İnteqral mikrosxem 
 
 
Kompüterlərin  dördüncü  nəsli.  Mikrosxem-
lərin  istehsal  texnologiyası  inkişaf  etdikcə  onlarda 
yerləşdirilən  elementlərin  sayı  da  durmadan  artırdı. 
1970-ci  ildə  bir  mikrosxemdə  olan  tranzistorların 
sayı 100-dən artıq idi. Bu zamandan başlayaraq kiçik 
inteqral, orta inteqral, böyük inteqral sxemləri fərq-
ləndirməyə başladılar. İndi inteqral mikrosxemlərdə 
milyonlarla element olur. 
1970-ci illərdə böyük inteqral sxemlərdə yığılan kompüterlər meydana çıxanda 
dördüncü  nəsil  haqqında  danışmağa  başladılar.  İnteqrasiyanın  yüksək  səviyyəsi 
nəticəsində kompüterlərin ölçüləri o qədər kiçildi ki, dördüncü nəsil kompüterlərini 
  LAYİHƏ


192 
 
 
 
çox zaman mikrokompüterlər də adlandırırlar. Qiymətləri nisbətən ucuz olduğun-
dan bu nəsil kompüterləri müəssisələrin ayrı-ayrı şöbələri, laboratoriyaları əldə edə 
bildi. 
Çox böyük inteqral sxemlərə keçid kompüterlərin ölçülərini elə kiçiltdi ki, ayrı-
ayrı iş yerlərini onlarla təchiz etmək imkanı yarandı. Həmin vaxtdan yeni termin – 
fərdi kompüter yarandı. 
Ötən dövr ərzində fərdi kompüterlərin özləri də o qədər inkişaf edib ki, onların 
modellərini bir neçə nəslə ayırmaq olar. 
Kompüterlərin  beşinci  nəsli.  Kompüterlərin  beşinci  nəsli  gələcəyin  kompü-
terləridir. Onlar süni intellektə malik olacaqdır. Bu kompüterlər insanların təbii dilini 
başa  düşəcək,  informasiyanı  əlyazmalardan  və  ya  çap  olunmuş  mətnlərdən  qəbul 
edib  emal  edəcək,  istifadəçini  onun  səsindən  tanıyacaqdır.  Beşinci  nəsil  kompü-
terlərdə verilənlərin emalı əvəzinə biliklərin emalı baş verəcək, yəni süni intellektə 
malik kompüterlər sərbəst surətdə yeni biliklər yaratmağa qadir olacaqdır.  
Dünyanın  ayrı-ayrı  ölkələrində  (Yaponiyada,  ABŞ-da  və  s.)  bu  istiqamətdə 
tədqiqatlar aparılır. Hazırda insanın səsini tanıyan intellektual sistemlər mövcuddur. 
Artıq superkompüterlər  yaradılmışdır. Hesablamaların paralel  aparılmasına  görə 
bu kompüterlərin sürəti adi kompüterlərin sürətindən çox-çox yüksəkdir; məsələn, 
Çində  quraşdırılmış  “Sunway  TaihuLight”  adlanan  superkompüterin  40960 
prosessoru (cəmi 10.7 milyon nüvə) paralel işləyir. 605 m
2
 sahəni tutur. Operativ 
yaddaşının  həcmi  1.31  petabayt  olan  bu  superkompüterdən,  əsasən,  "böyük  veri-
lənlər"in analizində istifadə olunur.  
 
 
Sunway TaihuLight
 
superkompüteri (Çin) 
 
 
 
  LAYİHƏ


 
 
193 
 
 
 
Layihəl
ər üç
ün 
yardımçı 
ma
teri
alla
r
 
 
M
ƏNTİQİ ƏMƏLLƏR
 
 
Müasir  kompüterlərdə  Corc  Bul 
(
1815–1864)  tərəfindən 
yaradılmış məntiq sistemi tətbiq olunur. Kompüterdə verilən-
lərin emalı zamanı prosessor riyazi və məntiqi əməlləri yerinə 
yetirir.  
Məntiq  təfəkkürün  qanunları  və  formaları  haqqında 
elmdir. "Məntiq" termini ərəb dilindən tərcümədə “söyləmə, 
danışma” anlamını verən “nitq” sözündəndir. 
Bul məntiqinin əsas obyekti mülahizədir. Mülahizə doğru, 
yaxud  yalan  ola  bilən  hər  hansı  nəqli  cümlədir.  Mülahizədə 
nəsə ya təsdiq, ya da inkar olunur; məsələn: “a səsi saitdir” doğru mülahizə, “Araz 
çayı Qara dənizə tökülür” isə yalan mülahizədir.  
Yalnız  iki  mümkün  məntiqi  qiymət  vardır:  doğru  və  yalan.  Onları  çox  zaman 
"True"  və  "False"  ingilis  sözləri  ilə  göstərir  və  qısaca    "T"  və  "F"  kimi  yazırlar. 
Məntiqi qiymətləri ikilik hesabın simvolları – sıfır (0) və birlə (1) də ifadə etmək 
olar. Bir (1) olaraq doğru, yaxud yalan götürülməsi o qədər də önəmli deyil. Adətən, 
"doğru" olaraq "1", "yalan" olaraq isə "0" qəbul edilir. 
Mülahizələr məntiqi əməllər vasitəsilə birləşib məntiqi ifadələr əmələ gətirir. 
Mülahizələr üzərində üç əsas əməl yerinə yetirmək olar:  
 inversiya (məntiqi inkar); 
 dizyunksiya (məntiqi toplama); 
 konyuksiya (məntiqi vurma). 
Məntiqi inkar. Məntiqi inkar unar (biryerli) əməldir, çünki onda bir mülahizə 
iştirak edir, başqa sözlə, onun bir arqumenti var. Mülahizələri, adətən,  böyük və ya 
kiçik latın hərfləri ilə işarə edirlər; məsələn: ABCxyz
Məntiqi  inkar  əməlini  "DEYİL"  ədatı  (A  DEYİL),  "¬"  simvolu  (¬A),  yaxud 
mülahizənin  üzərində  xətlə  (Ā)  işarə  edirlər.  İnkar  əməli  nəticəsində  mülahizənin 
məntiqi qiyməti əksinə çevrilir, yəni doğru mülahizə yalan, yalan mülahizə isə doğru 
olur. Bunu aşağıdakı cədvəlin köməyi ilə də göstərmək olar: 
 
Məntiqi inkar əməlinin doğruluq cədvəli 

A 
Doğru 
Yalan 
Yalan 
Doğru 
 
İlkin ifadələrin bütün mümkün qiymətlərindən və əməliyyat nəticəsində alınan 
qiymətlərdən ibarət cədvələ doğruluq cədvəli deyilir. 
Məntiqi toplama (dizyunksiya). Məntiqi toplama binar əməldir, çünki onda iki 
mülahizə iştirak edir, yəni onun iki arqumenti var. Bu əməli "VƏ YA" bağlayıcısı, 
"
"  simvolu,  bəzən  isə  "+"  simvolu  ilə  işarə  edirlər.  Məntiqi  toplama  əməlinin 
nəticəsi o zaman doğru olur ki, ya A, ya B, yaxud A və B eyni zamanda doğrudur. 
Nəticə o zaman yalan olacaq kiA və B eyni zamanda yalan olsun.  
 

  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə