Baki avrasiya universiteti Fənnin adı: Öyrənilən əsas dil 4



Yüklə 21,86 Kb.
səhifə1/2
tarix23.05.2022
ölçüsü21,86 Kb.
#87766
  1   2
tehmine ismayilova


BAKI AVRASİYA UNİVERSİTETİ
Fənnin adı: Öyrənilən əsas dil 4
Sərbəst işinin növünün adı: Esse
Mövzusu : Qadına qarşı zorakılıq
Təhsilin səviyyəsi: Bakalavr
Təhsilalan:Əhmədov Fərahim
Qrup: 103
Müəllim: Təhminə İsmayılova, fil.e.n., dos.
Təhvil verilmə tarixi:______________________
Qiymət “___” ______________________

Bakı Avrasiya Universiteti 2022.



Qadına qarşı zorakılıq
Qadına qarşı zorakılıq, qadınların “cinsiyyətləri” səbəbi ilə məruz qaldıqları, fiziki, psixolojik acı verən vəya verə biləcək olan hər əməl ya da bu cür əməllərlə təhdid edilmə, zorlanma vəya istəyərək azadlıqlarından məhrum edilmələridir. Dünyada “Devaw”, “Pekin deklarasiyası” və “İstanbul sözləşməsi” kimi qadına qarşı şiddətin əleyhinə olan müqavilələr var və bir neçə dövlətin konistutiyası tərəfindən də bu hüquqlar dəstəklənir. Lakin, Qafqazda yerləşən heç bir ölkə(həmçinin Türkiyə, yenicə bu sözləşmədən imtina etdilər) “İstanbul sözləşməsi”ni təsdiq etmir. Ermənistan, 2018-ci ildə bu məsələni parlamentə qaldırsa da, parlament tərəfindən təsdiq almadı. Gözdə olan ölkələrlə yanaşı, Afrika qitəsində yerləşən Cənubi Afrika Respublikası, Niger, Mərakeş. Asiya ölkələri : İran, Ərəbistan, Suriya və.s kimi dövlətlər qadına qarşı şiddətdə “hegemon” mövqe tuturlar. Bu məsələdə rəsmi statistikalar, elmi yazılar, hər hansı siyasi görüşlər mənim fikrimcə boş, mənasız və vaxt itkisidir. Sadəcə olaraq insanlar nəyə sahib olduqlarının, qadınların həyatlarının da eyni ilə, hətda ən azı özləri qədər dəyərli olduğunu anlamalıdırlar. Ümumiyyətlə, insanların dünyaya gəldikləri andan etibarən, yaşamları boyunca sahib olduqları şeylərin dəyərini itirmədən öncədən anlamaları həqiqətən çox çətindir. Məsələn, sağlam biri isəniz, əlləriniz olduğu üçün, yeriyə bildiyiniz üçün, görə bildiyiniz, ya da danışa bildiyiniz üçün çox az şükür edərsiniz. Bunların yoxluğunu heç yaşamadığınız üçün sahib olduğumuz nemətlərin qiymətini tam olaraq anlaya bilməzsiniz. Doğulduğumuz andan etibarən həmişə yanımızda bir qadın var. Yoxluğunu heç görmədiyimiz, dəyərini heç anlaya bilmədiyimiz, həyatımızda malik olduğu yerin böyüklüyünün heç bilmədiyimiz bir qadın. Taki, onu itirdiyimiz günə qədər. Onu itirdiyiniz andan etibarən yaşayacağınız peşmançılığın bir həddi yoxdur. Böyük bir peşmanlıq. Onu qırdığınız anlar bir-bir gözünüzün önündən keçəcək, lakin artıq qarşınızda üzr istəyəcəyiniz, əvf diləyəcəyiniz biri olmayacaq. Bu, idarəsi çox çətin bir duyğudur. Toros dağlarını bilirsiniz? Ağdənizdə uzanan sıra dağlar. Böyük, hegemon, heybətli. Havanın açıq olduğu günlərdən Kiprdən belə görünəcək qədər böyük. Antalyada yaşayan birinin ömrü boyunca hər gün gördüyü böyük bir kütlə. Elə ki, hər gün onu gördüyü üçün onun varlığını qəbullanmış, heybətindən və örtdüyü ərazinin böyüklüyündən bixəbər yaşamağına davam edir. Toros dağlarının varlığına o qədər alışıb ki Ağdəniz xalqı, o böyük kütlənin orda olmağının həyatlarına heç bir təsiri olmadığını zənn edirlər. Ağdənizdəki uzun yay sezonu boyunca hərkəs Side, Belek, Alanya kimi ərazilərə istirahətə gedər, mən Toros dağlarına gedəni heç görməmişəm. Toros dağları, gediləcək bir yer deyildir, ancaq orda olması Ağdənizin isti və nəmli havasının iç bölgələrə irəliləməsinə əngəl olması ilə yanaşı, qış vaxtı Anadoludan gələn soyuq və quraq havanın sahilə gəlməsinə də əngəl olur. Dolayısı ilə Toros dağları sadəcə varlığı ilə Ağdəniz sahilinin həm yay, həm də qışda ilıq qalmağında böyük rol oynayır. Varlığında sanki hər şey eyni imiş, sanki hər şey olmalı kimi hiss etdirən bu böyük kütləni bir səhər orada görə bilməzsəniz hər şey dəyişər, iqlim dəyişər, coğrafiya dəyişər, hətda qarderobunuzdakı paltarlar dəyişər, hər şey dəyişər, bütün həyatınız dəyişər. Dolayısı ilə belə tərif edirəm qadınların həyatımızdakı rolunu. Varlığında hər şey olmalı olduğu kimidir, yoxluğunda hər şey dəyişər. O varkən, onun qiymətini anlamaq mümkün deyildir, həyatlarımız, bəlkə çox əyləndiyimiz, dənizə girdiyimiz o sahildir ancaq qadınlar heç getmədiyimiz, sıxıcı Toros dağları. Biz ona getmərik, getsək də çox əylənmərik bəlkə, amma, o uzaqdan, bütün görkəmi ilə bizi seyr edər. Gizlincə, bizim heç xəbərimiz olmadan o çox əyləndiyimiz sahildə, əyləncəli bir tətil eləməyimizi mümkün qılar. Toros dağları, örtdüyü 2000 kilometrlik ərazi ilə o qədər böyükdür və varlığını o qədər qəbullanmışıq ki, yoxluğunun verdiyi boşluğu doldurmağa heç kimin gücü yetməz. Nə zaman istəsək dayağımız olacaq, ucsuz-bucaqsız meşələri ilə bizlərə qucaq açan, böyük ürəkləri ilə bir dağ kimi hər zaman yanımızda dimdik duran, yoxluğunu yaşamadan varlığının qiymətini əsla anlamayacağımız bütün qadınlarımızın varkən qiymətini bilməyi ən içdən diləyirəm.
Mətləbə qayıtsaq, ilk başda qeyd etdiyim “İstanbul sözləşməsi”dəki 81 əsas maddədən bir neçəsi ilə sizi tanış etmək istəyirəm, ;
Maddə 13 – Maarifləndirmə
1.Tərəflər lazım olarsa, milli insan hüquqları təsisatları və bərabərliyin təmin edilməsi ilə məşğul olan orqanlar, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları, xüsusilə qadın təşkilatları ilə əməkdaşlıq da daxil olmaqla geniş ictimaiyyət arasında bu Konvensiyanın əhatə dairəsinə daxil olan bütün zorakılıq formalarının müxtəlif təzahürləri, onların uşaqlara təsirləri və bu cür zorakılığın qarşısını almağın zəruriliyi haqqında məlumatlılığı və onların dərk edilməsini artırmaq məqsədilə müntəzəm surətdə və bütün səviyyələrdə maarifləndirmə kampaniyalarının və ya proqramlarının həyata keçirilməsini təşviq edirlər və ya bu cür kampaniyaları və ya proqramları həyata keçirirlər.
2.Tərəflər bu Konvensiyanın əhatə dairəsinə daxil olan zorakılıq əməllərinin qarşısını almaq üçün mövcud olan tədbirlər haqqında məlumatların ictimaiyyət arasında geniş yayılmasını təmin edirlər.

Maddə 20 – Ümumi yardım xidmətləri


1. Tərəflər zorakılığa məruz qalmış şəxslərin zorakılığın doğurduğu fəsadlarından reabilitasiya olunmasını asanlaşdıran xidmətlərə çıxışını təmin etmək üçün zəruri qanunvericilik tədbirləri və ya digər tədbirlər görürlər. Bu tədbirlərə, tələb olunarsa, hüquqi və psixoloji məsləhətləşmə, maliyyə yardımı, sığınacaqla təmin olunma, təhsil, təlim və məşğulluq kimi xidmətlər daxil olmalıdır.
2. Tərəflər zorakılığa məruz qalmış şəxslərin səhiyyə və sosial xidmətlərə çıxışını və xidmətlərin lazımı resurslarla təmin olunmasını, mütəxəssislərin zorakılıqdan zərər çəkmiş şəxslərə yardım etmələri üçün təlim keçmələrini və müvafiq xidmətlərə yönləndirilməsini təmin etmək üçün zəruri qanunvericilik tədbirləri və ya digər tədbirlər görürlər.

Maddə 37 – Məcburi evlilik


1.Tərəflər, yetkinlik yaşına çatmayan şəxsin və ya uşağın nikaha girməyə məcbur edilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulmasını təmin etmək üçün zəruri qanunvericilik və ya digər tədbirləri görməlidir.
2.Tərəflər, nikaha girməyə məcbur etmək məqsədi ilə yetkinlik yaşına çatmayan şəxsin və ya uşağın onun istəyi və razılığı olmadan yaşadığı yerdən başqa bir Tərəfin ərazisinə və ya onun yaşadığı ölkədən digər bir ölkəyə bilərəkdən aldadılıb gətirilirsə (əgər qaçırılan şəxs həmin ölkədə yaşamırsa) hallarına qarşı cinayət təqibinin nəzərdə tutulmasının təmin edilməsi üçün zəruri qanunvericilik və ya digər tədbirləri görməlidir.


Yüklə 21,86 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə