00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə54/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   50   51   52   53   54   55   56   57   ...   61

 
 
181 
 
 
 
Veb-layi

 

 
 
Bölümün  başlanğıcında  qeyd  edildiyi  kimi,  veb-saytlar  yaratmaq  və  onları 
İnternetdə  yerləşdirməyin  ən  sadə  yolu  sayt  qurucularından  və  ya  sayt 
konstruktorlarından (site builder) istifadə etməkdir. Sayt qurucuları istifadəçilərə 
xüsusi  şablonların  köməyi  ilə  heç  bir  ödəniş  etmədən  öz  veb-saytlarını  yaratmaq 
imkanı  verir.  Hazırda  veb-sayt  qurucuları  bazarında  Wix,  A5,  uKit,  Umi  kimi 
məhsullar daha populyardır.  
İndi gəlin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı veb-saytı 
Wix konstruktorunda hazırlayaq.
 
 
 
Wix konstruktorunda saytın yaradılması  
 
1.  Brauzer proqramında wix.com saytını açın. 
2.  Əgər ilk dəfə bu saytı ziyarət edirsinizsə, sağ yuxarı küncdəki Sign In düyməsini 
çıqqıldadıb qeydiyyat səhifəsinə daxil olun və saytda qeydiyyatdan keçin. 
 
 
3.  Create Your Website düyməsini çıqqıldadın. Yeni səhifə açılacaq və sizə seçmək 
üçün müxtəlif mövzular təklif olunacaq. 
 
 
 
A D D I M    
A D D I M –  
İlk  saytlar  1990-cı  illərin  başlanğıcında  yaradılıb.  Bu  saytlar  HTML  dilində  "əllə" 
yazılırdı. Sonradan saytlar hazırlamaq üçün xüsusi proqram təminatları yaradıldı və 
1998-ci  ilədək  belə  proqramların  içərisində  Dreamweaver  liderlik  edirdi.  1994-cü 
ildə meydana xüsusi proqramlaşdırma bacarığı tələb etməyən ilk sayt konstruktoru – 
Geocities çıxdı. Hazırda ən müxtəlif növ saytlar yaratmağa imkan verən çoxlu sayda 
sayt konstruktorları mövcuddur. 
Tari
x
 
  LAYİHƏ


182 
 
 
 
4.  Events  mövzusunu  çıqqıldadın.  Müxtəlif  şablonlar  açılacaq.  Onların  arasından 
mövzunuza uyğun birini tapıb (məsələn: Theater Company) seçin.  
5.  Seçdiyiniz  şablonu  redaktə  etmək  üçün  Edit  düyməsini  çıqqıldadın.  Şablonun 
redaktəsi pəncərəsi açılacaq. 
  
 
 
6.  Bu şablonu zövqünüzə uyğun istənilən kimi (menyu bəndlərinin adlarını, şrifti, hər 
bir səhifənin fon görüntüsünü, elementlərin yerlərini və s.) dəyişdirə bilərsiniz. 
7.  Tərtibat  və  dizayn  işlərini  bitirdikdən  sonra  Publish  düyməsini  çıqqıldadın. 
Layihəniz üçün domen seçmək təklif olunacaq. Wix xidməti bütün istifadəçilərə 
saytlarını saxlamaq üçün ödənişsiz "meydança" təqdim edir.       
 
 
8.  Ancaq  saytınızın  öz  ünvanının  olmasını  istəyirsinizsə,  Connect  your  own 
customized domain variantını seçin. Ancaq unutmayın ki, bu halda siz müəyyən 
ödəniş etməli olacaqsınız.
 
 
 
  LAYİHƏ


 
 
183 
 
 
 
Veb-layi

 

Sonda  hər  bir  İnternet  istifadəçisi  üçün 
çox faydalı olan bir məsələyə də nəzər salaq. 
İnternetdə  hər  kəs  informasiya  yerləşdirə 
bildiyindən  oradakı  informasiyalar  həmişə 
dəqiq  və  etibarlı  olmur.  Ona  görə  də  İnter-
netdən  əldə  olunan  informasiyadan  istifadə 
edən  hər  kəsin  onun  götürüldüyü  veb-saytı 
qiymətləndirə bilməsi çox vacibdir. 
Veb-də olan səhifələr müxtəlif görünüşlərə malikdir. Bəzi səhifələr şəkillər, səs-
lər, animasiyalar, istinadlar və müxtəlif informasiyalarla dolu olur. Onlardan bəziləri 
çox  cəlbedici,  digərləri  isə  çox  sadə  ola  bilər.  Sayt  çox  cəlbedici ola  bilər,  ancaq 
məzmunca  sizi  qane  etməyə  bilər.  Veb-səhifəni  açdıqda  ilk  olaraq  bəzi  amillərə 
diqqət yetirilməlidir: 
  Səhifənin yüklənməsi çox vaxt aparırmı? 
  Bu səhifədəki informasiyanı kim yazıb? 
  Müəlliflə necə əlaqə qurmaq olar? 
  Sayt sonuncu dəfə nə vaxt yenilənib? 
  Başqa veb-səhifələrə müvafiq istinadlar varmı? 
  İstinadları yerinə yetirmək asandırmı? 
  Səhifənin başlığına görə onun nə haqda olmasını demək olarmı? 
  Səhifədəki informasiya sizin üçün faydalıdırmı? 
  İnformasiya nə dərəcədə yenidir? 
  Buradakı informasiya başqa yerdən tapdığınız informasiyaya ziddirmi? 
 
Yüksək səviyyəli resurs öz müəllifini və ya naşirini tanıdır. Resursun yaradıcı-
sının  etibarlı  mənbə  olub-olmadığını  müəyyənləşdirmək  üçün  sizin  kifayət  qədər 
informasiya tapmaq imkanınız olmalıdır. Müəllif hansı bilik və bacarıqlara, yaxud 
nüfuza malik olmalıdır ki, bu ona informasiyanı yaymaq səlahiyyəti versin?
 
Əgər siz 
müəllifin adını tapa bilirsinizsə, ancaq onunla əlaqə məlumatı görünmürsə, axtarış 
sistemindən istifadə etməklə müəllifin adına görə axtarış apardıqda müəllif haqqında 
ətraflı məlumat tapmaq olar. Əgər veb-saytda müəllifin e-poçt ünvanı göstərilmişsə, 
məlumat üçün bilavasitə onun özünə müraciət edə bilərsiniz.
 
İnformasiyanın götürüldüyü mənbəyə etibar etmək olarmı? İstər orijinal olsun, 
istərsə də başqa mənbədən götürülsün, informasiyanın mənbəyi aydın göstərilməli-
dir. 
Səhifənin xarici görünüşünün də önəmi vardır. Səhifədə orfoqrafik və qrammatik 
səhvlər olmamalıdır. Səhifədə hətta dəyərli məlumatlar olsa belə, orfoqrafik səhvlər 
və düzgün olmayan qrammatika həmin məlumatların düzgünlüyünə şübhə yaradır.    
Sayt sahibinin məqsədlərini başa düşdüyünüzə əmin olun. O, mal və ya xidmətlər 
satmaq  istəyirmi?  O,  ictimai  rəyə  təsir  göstərməyə  cəhd  edirmi?  İnformasiyanın 
Netcraft şirkətinin dərc etdiyi 
analitik hesabata görə,  2017-ci 
ilin oktyabrında İnternetdəki 
saytların sayı 1 815 237 491 
olub. Şirkətin ilk hesabatı 
1995-ci ilin avqustunda elan 
edilmişdi. Onda şəbəkədə yal-
nız 18 957 sayt var idi.
  
 
Bu 
m
ar
aql
ıdır
 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə