00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə49/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   45   46   47   48   49   50   51   52   ...   61

162 
 
 
 
VEB-LAYİHƏ 
 
6.1. 
 Veb-sayt layihəsi  
6.2. 
 Word proqramında veb-səhifənin hazırlanması 
6.3. 
 Excel cədvəllərinin veb-səhifə kimi saxlanması 
6.4. 
 PowerPoint proqramında veb-təqdimat 
6.5. 
 
Saytların İnternetdə nəşri və onların qiymətləndirilməsi 
  LAYİHƏ


 
 
163 
 
 
 
Veb-layi

 

 
 
 
 
 
 
 
Veb-saytlar yaratmaq üçün çoxlu vasitələr vardır. Ən sadə üsul Wix, A5, uKit,
Umi kimi sayt konstruktorlarından istifadə etməkdir. İkinci və bir qədər mü-
rəkkəb üsul Adobe Dreamweaver, Microsoft SharePoint Designer kimi vizual
HTML-redaktorlardan yararlanmaqdır. Başqa bir  üsul WordPress,  Joomla!,
Drupal kimi
 
CMS (content management system) sistemlərinin tətbiqidir.  
Daha sadə işləri isə Microsoft Office proqramlarında da yerinə yetirmək olar.
Belə  ki,  veb-texnologiyalarla  işləmək  üçün  Microsoft  Office  paketinin  bütün
proqramlarında  çoxlu  faydalı  alətlər  vardır:  Word  proqramı  veb-səhifələrin
yaradılması  üçün  effektli  vasitədir;  Excel  proqramı  veb-səhifələrdən  alınmış
verilənləri elektron cədvəllərə daxil etməyə, eləcə də özündə hazırlanmış cəd-
vəlləri veb-səhifə kimi saxlamağa imkan verir; PowerPoint proqramı təqdimat-
ları İnternetdə yerləşdirmək imkanına malikdir; Access proqramı brauzerlərdən
birbaşa  verilənlər  bazasına  sorğu  göndərməyə  imkan  verir;  Office  proq-
ramlarının  hamısında  veb-alətləri  zolağı  vardır;  bütün  Office  proqramları
hiperistinadlarla işi dəstəkləyir.    
 
  LAYİHƏ


164 
 
 
 
 
 
 
İlkin yoxlama 
1. 
Məhdud zaman və resurs çərçivəsində bənzərsiz məhsul və ya xidmət yaratmaq 
üçün məqsədyönlü fəaliyyət necə adlanır? 
a) sistem 
 
 
 
 
b) alqoritm 
c) layihə 
 
 
 
 
d) plan 
 
2. 
Bu proqramlardan hansı Microsoft Office paketinə daxil deyil? 
a) OpenOffice Writer  
 
 
b) Excel 
c) PowerPoint 
 
 
 
d) Access 
 
3. 
"Dünya hörümçək toru"nun dili hansıdır? 
a) Python 
 
 
 
 
b) WWW
 
c) C++ 
 
 
 
 
d) HTML
 
 
4. 
İnternet xidmətləri göstərən şirkət necə adlanır? 
a) provayder
 
 
 
 
b) brauzer
 
c) haker 
 
 
 
 
d) veb-dizayner
 
 
5. 
informatika.edu.az domen adında birinci səviyyəli domen nədir? 
a) informatika. 
 
 
 
b) .edu 
c) .az 
 
 
 
 
d) edu.az 
 
6. 
Saytın veb-serverdə yerləşdirilməsi və ona xidmət göstərilməsi necə adlanır? 
a) monitorinq 
 
 
 
b) hostinq 
c) yerləşdirmə 
 
 
 
d) texniki xidmət 
 
7. 
Saytların yerləşdirildiyi kompüterə nə deyilir? 
a) server 
 
 
 
 
b) FTP-server 
c) DNS-server 
 
 
 
d) veb-server 
 
8. 
Bunlardan hansı protokol deyil?  
a) IP 
 
 
 
 
b) FTP 
c) PHP 
 
 
 
 
d) TCP 
 
9. 
FTP nədir? 
a) lokal şəbəkə 
 
 
 
b) internet protokolu
 
c) şəbəkə kabeli 
 
 
 
d) fayl köçürməsi protokolu
 
 
10. 
Bu qısaltmalardan hansı saytın İnternetdəki ünvanını göstərir? 
a) FTP 
 
 
 
 
b) WWW 
c) URL 
 
 
 
 
d) IP 
  LAYİHƏ


 
 
165 
 
 
 
Veb-layi

 

 V
EB-SAYT LAYİHƏSİ 
 
 
 
 
 
Sizcə, saytlar hansı məqsədlə yaradılır? 
 
 
 
Ötən tədris ilində veb-layihənin mərhələləri, bu il isə layihə və onun mərhələləri ilə tanış 
oldunuz. Hər iki bölgünü müqayisə edin. 
 
 
Layihənin mərhələləri 
Veb-layihənin mərhələləri 
Başlatma 
Layihələndirmə 
Planlaşdırma 
Dizaynın hazırlanması 
İcraetmə 
Səhifələrin maketlərinin qurulması 
Bitirmə 
Servislərin proqramlaşdırılması 
Nəzarət 
Saytın nəşri 
 
Layihənin müşayiəti 
 
– Soldakı sütunda verilmiş hər bir mərhələyə sağdakı hansı mərhələlər uyğundur? 
 
Ötən  il  siz  veb-saytların  hazırlanması  mərhələləri  ilə  qısaca  tanış  olmuşsunuz. 
Ancaq  nəzərə  almaq  lazımdır  ki,  başqa  layihələr  kimi  veb-layihələrin  də  bu  cür 
mərhələlərə bölgüsü şərtidir. Yəni mərhələləri başqa cür də müəyyənləşdirmək olar, 
məsələn:  
1.  Saytın mövzusunun, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi
2.  Saytın  strukturunun  layihələndirilməsi,  bölümlərin  və  səhifələrarası 
əlaqələrin müəyyənləşdirilməsi; 
3.  Saytın dizaynının, yəni səhifələrin tərtibat üslubunun işlənib-hazırlanması; 
4.  Veb-səhifələrdə  yerləşdiriləcək  materialların  (mətn  və  qrafikaların)  hazır-
lanması; 
5.  Saytın səhifələrinin qurulması, yəni HTML-kodunun yaradılması; 
6.  Saytın şəbəkədə yerləşdirilməsi (nəşri) və testlənməsi.  
 
F Ə A L İ Y Y Ə T  
6.1 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə