00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə45/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   41   42   43   44   45   46   47   48   ...   61

148 
 
 
 
 
 
 
 
1.  Kompüterin  səs  kartı  insan  səsini  yamsılaya  bilər.  Windows  əməliyyat  sisteminin 
özündə “danışan” proqram təminatı var. Onu dinləmək üçün Start menyusunu açın və 
All Programs  Accessories  Ease of Access  Narrator komandasını seçin. 
Proqram çalışmağa başlayan kimi açıldığı pəncərədəki yazıları oxuyacaq.  
Proqramı  sınaqdan  keçirin.  İnternetdən  bu  proqramla  bağlı  məlumat  toplayın.  Bu 
proqramın yaradılmasının əsas məqsədi nə olub? O hansı dilləri dəstəkləyir?  
 
2. “Dilmanc” layihəsi ilə tanış olun (dilmanc.az). Layihə çərçivəsində yaradılmış Azər-
baycan  dili  üçün  nitqin  tanınması  və  mətnin  səsləndirilməsi  sistemlərini  sınaqdan 
keçirin.  
 
Özünüzü yoxlayın 
1. 
Kompüterin səs informasiyası ilə işləyən qurğuları hansıdır?  
2. 
Mikrofonun köklənməsi komandası İdarəetmə panelinin hansı bölümündə yerləşir? 
 
3. 
Səs kartının funksiyası nədən ibarətdir?
 
4. 
Windows əməliyyat sistemində hadisələrə səs effektləri bağlamaq üçün nə etmək 
lazımdır?  
5. 
Nitqin tanınması sistemlərindən hansı məqsədlər üçün istifadə etmək olar? 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
  LAYİHƏ


 
149 
 
 
 
Kom
p
ü
ter
 

 
K
OMPÜTERİN ELEKTRİK ENERJİSİ SƏRFİYYATININ İDARƏ 
EDİLMƏSİ 
 
 
 
Kompüterin nə qədər elektrik enerjisi 
işlətdiyini necə bilmək olar?  
Gücü  100  vatt  olan  lampa 
aldıqda biz onun 1 saata nə qə-
dər  enerji  sərf  edəcəyini  qa-
baqcadan  bilirik.  Kompüterdə 
bu məsələ bir qədər "qəlizdir", 
çünki  enerji  sərfiyyatı  kom-
püter  sisteminin  konfiqura-
siyasından,  onun  qrafik  im-
kanlarından  və  hətta  görülən 
işdən asılı olur. 
 
 
Sizcə, masaüstü kompüterin hansı qurğusu – 
monitor, sistem bloku, printer, yoxsa skaner 
daha çox enerji işlədər? 
 
 
 
 
Tutaq  ki,  orta  güclü  kompüter  gün  ərzində  5  saat  işləyir  və  bu  müddətin  çox  hissəsi 
İnternetdə saytlara baxmağa, ünsiyyət proqramlarından istifadə etməyə, sadə oyunlara sərf 
olunur. Bu zaman sistem bloku 1 saatda təxminən 180 vatt, monitor isə 40 vatt sərf edir. 
Buna 19 saatlıq gözləmə rejimindəki sərfiyyatı da (1 saatda 4 vatt) əlavə etmək lazımdır, 
çünki işləmədiyiniz müddətdə kompüteri elektrik şəbəkəsindən ayırmırsınız.  
 
– Bir gün və bir ay ərzində kompüterinizin işlətdiyi elektrik enerjisi neçə kilovat olacaq? 
– Ölkəmizdə elektrik enerjisinin 1 kilovat-saatının əhaliyə pərakəndə satış qiymətinin 7 
qəpik  olduğunu  nəzərə  alsaq,  bir  ay  ərzində  bu  xərcin  manatla  ifadəsi  nəyə  bərabər 
olacaq?
 
 
Dərsin başlanğıcında qoyulmuş suala bir daha qayıdaq: kompüterin bir saatda nə 
qədər elektrik enerjisi sərf etdiyini necə bilmək olar? Bunu ən azı iki üsulla etmək 
mümkündür: dəqiq və təxmini. 
 Elektrik sərfiyyatını dəqiq ölçmək üçün xüsusi qurğudan – vattmetrdən istifadə 
olunur.  Sadə  vattmetri  istər  mağazalardan,  istərsə  də  İnternetdən  almaq  olar  (bu 
qurğuların qiyməti təxminən 15 ABŞ dollarıdır). 
Təxmini  hesablama  isə  belə  aparılır:  evdə 
bütün  elektrik  cihazları,  lampaları  söndürülür, 
yalnız  bir  100  vatlıq  lampa  yanılı  saxlanılır. 
Sayğacın,  məsələn,  30  saniyə  ərzində  dövrlə-
rinin miqdarı hesablanır. Sonra lampa söndürü-
F Ə A L İ Y Y Ə T  
5.3 

Uyuma rejimi 

"Qış yuxusu" rejimi 

Tam sönmə rejimi 

Elektrik sərfiyyatının idarə 
edilməsi 

Kəsilməz enerji qaynağı
 

AR

zl
ə
r
  LAYİHƏ


150 
 
 
 
lüb, kompüter yandırılır və hansısa "ağır" proqram başladılır. Yenə də dövrlərin sayı 
hesablanıb əvvəlki nəticə ilə müqayisə olunur. Əgər fərq çox olarsa, təcrübəni 200 
vatlıq lampa ilə təkrarlamaq olar. 
Müasir kompüterlərdə əvvəlkilərlə müqayisədə daha az enerji sərf edilir. Bununla 
yanaşı, indi kompüterlər enerjiyə qənaət baxımından bir neçə rejimdə işləyə bilir.   
Uyuma  rejimində  (sleep  mode)  kompüterin  istifadə  olunmayan  blokları 
söndürülür və qurğu az enerji sərfi rejiminə keçir. Bu rejimdə sərt disk söndürülsə 
də, proqramlar operativ yaddaşda qalır və kompüter işini ani olaraq bərpa edir. Bu 
rejimdə sistemin ümumi gücünün 7–10%-i istifadə olunur. 
"Qış yuxusu" rejimində (hibernate mode) verilənlər ayrıca faylda saxlanılır və 
kompüter  tamamilə  enerjidən  kəsilir.  Uyuma  rejimi  ilə  müqayisədə  bu  rejimdə 
kompüter işini daha yavaş bərpa edir. Enerji sərfi 5–10 vatt olur. 
Tam  sönmə  rejimində  (shutdown  mode)  sistem  tamamilə  söndürülür,  bütün 
saxlanmamış verilənlər itirilir. İşə başlamaq üçün sistem yenidən yüklənməlidir. Bu 
rejimdə enerji sərfi 4–5 vatt olur. 
Göründüyü kimi, kompüter istənilən rejimdə az da olsa elektrik enerjisi sərf edir. 
Ona  görə  də  elektrik  enerjisi  sərfiyyatının  düzgün  idarə  edilməsi  çox    önəmlidir. 
Elektrik  sərfiyyatının  idarə  edilməsi  dedikdə  kompüterin  və  başqa  cihazların 
(məsələn:  televizorun)  istifadə  etdiyi  elektrik  enerjisinin  səmərəli  idarə  olunması 
nəzərdə tutulur. Elektrik sərfiyyatı rejiminin idarə edilməsi kompüterə uyuma və ya 
yuxu vəziyyətinə keçməyə imkan verir. 
 
 
 
Windows  əməliyyat  sistemində  elektrik  enerjisi  sərfiyyatının  idarə  edilməsi 
parametrləri  Power  Options  pəncərəsində  saxlanılır.  Bu  pəncərəni  açmaq  üçün 
İdarəetmə  panelində  öncə Hardware  and  Sound bölümünün  başlığını,  sonra isə 
Power  Options  bəndini  çıqqıldadın.  Orada  kompüterinizin  elektrik  sərfiyyatının 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə