00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə46/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   42   43   44   45   46   47   48   49   ...   61

 
151 
 
 
 
Kom
p
ü
ter
 

idarə  edilməsi  üzrə  müxtəlif  planlar  təqdim  olunub.  Əlavə  qidalanma  planlarına 
baxmaq üçün Show additional plans siyahısını açın. 
Hər  bir  plan  kompüterin  qidalanmasının
 
idarə  edilməsi  sxeminin  iki  kompo-
nentini idarə edir:
 
  monitorun avtomatik sönməsinədək Windows-un gözləmə müddəti
  Windows-un kompüteri uyuma rejiminə keçirdiyi anadək keçən gözləmə 
müddəti.  
Uyuma rejiminə keçənədək olan zaman intervalı sizin daxil etdiyiniz verilənlər 
əsasında hesablanır. Planı seçmək üçün onu qeyd edin. Power Saver planı istifa-
dəçilərin əksəriyyətini qane edir. Elektrik sərfiyyatı planını seçdikdən sonra Power 
Options pəncərəsini qapadın. 
İstənilən planı kökləyə və ya pəncərənin sol hissəsində yerləşən Create a power 
plan  istinadını  çıqqıldatmaqla  öz  planınızı  yarada  bilərsiniz.  Ekranda  əks  olunan 
göstərişlərə əməl edin və sonda elektrik sərfiyyatı planınıza anlamlı ad verin.       
 
 
"Qış yuxusu" rejiminin seçilməsi  
 
1.  İdarəetmə panelini açın.
 
2.  Hardware and Sound kateqoriyasını seçin.
 
3.  Power  Options  bölümündə  Choose  what  the  power  buttons  do  bəndini 
çıqqıldadın. 
 
 
 
 
4.  When I press the power button siyahısında Hibernate variantını seçin.
  
 
5.  Dəyişikliyi yadda saxlamaq üçün 
 düyməsini çıqqıldadın. 
6.  İdarəetmə panelinin pəncərəsini qapadın. 
  
A D D I M    
A D D I M –  
  LAYİHƏ


152 
 
 
 
Əgər siz noutbukda və ya kəsilməz enerji qaynağına (Uninterruptible Power 
Supply,  UPS)  bağlanmış  masaüstü  kompüterdə  işləyirsinizsə,  onda  elektrik 
sərfiyyatının  idarə  edilməsi  planının  uyğun  parametrləri  iki  sütunda  verilir  (bax
"Addım-addım" bölümdəki şəkil). Birinci sütun "batareyadan" (On battery), ikinci 
sütun isə "elektrik şəbəkəsindən" (Plugged in) adlanır.  
Aydındır ki, kompüter şəbəkədən deyil, akkumulyatordan qidalandıqda elektrik 
enerjisinə qənaət edilməsinə zərurət yaranır. Ona görə də noutbuklar üçün uyuma 
rejiminə  keçid  intervalının  daha  qısa  qoyulmasının  mənası  var  (1–2  dəqiqə 
kifayətdir). 
 
 
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının rəsmi saytından (www.tariffcouncil.gov.az
ölkəmizdə elektrik enerjisinin 1 kilovat-saatının qeyri-əhali sektoru üçün pərakəndə satış 
qiymətini öyrənin.
   
Məktəbinizdəki  kompüterlərin  sayı,  onların  gün  ərzində  təxminən  neçə  saat  işləməsi 
haqqında  araşdırma  aparın.  Bu  kompüterlərin  1  ay  ərzində  təxminən  nə  qədər  elektrik 
enerjisi sərf etdiyini hesablayın. Bu xərcləri necə azatmaq haqqında fikirlərinizi söyləyin. 
 
Özünüzü yoxlayın 
1. 
Kompüter sisteminin enerji sərfiyyatı nədən asılı olur? 
2. 
Kompüterin  bir  saatda  nə  qədər  elektrik  enerjisi  sərf  etdiyini  təxmini  olaraq  necə 
hesablamaq olar?
 
3. 
"Qış yuxusu" rejimi nədir və o, uyuma rejimindən nə ilə fərqlənir? 
4. 
Elektrik sərfiyyatının idarə edilməsi nə deməkdir? 
 
5. 
"Kəsilməz enerji qaynağı" nədir və ondan hansı məqsədlə istifadə olunur?
  
 
 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
  LAYİHƏ


 
153 
 
 
 
Kom
p
ü
ter
 

 
İ
STİFADƏÇİ HESABLARI VƏ AİLƏ TƏHLÜKƏSİZLİYİ 
 
Windows  çoxistifadəçili  əməliyyat  sistemi  olduğundan,  təbii  ki,  istifadəçiləri  bir-
birindən ayırmaq üçün onların hər birinin sistemdə ayrıca qeydiyyat yazısı – isti-
fadəçi  hesabı  (user  account)  olmalıdır.  İstifadəçi  öz  hesabı  ilə  sistemə  daxil 
olduqda əməliyyat sisteminin interfeysi həmin 
istifadəçiyə məxsus görünüş alır. Hər bir istifa-
dəçiyə uyğun Windows-un iş masası, baş men-
yusu açılır və yalnız onun üçün quraşdırılmış 
proqramlar,  yaradılmış  fayllar  əlçatan  olur. 
Qeydiyyatdan  keçmiş  istifadəçi  başqa  istifa-
dəçilərin yaratdıqları fayllara baxa bilmir.   
 
 
Reset  düyməsini  basmaqla  kompüterinizi  yenidən  yükləyin,  yaxud  onu  söndürüb-
yandırın. Ekranda açılan və sizin "işə qarışmağınızı" istəyən ilk forma istifadəçinin tanı-
dılması forması olacaq.  
– Neçə istifadəçi hesabı var və əgər bir neçə hesab varsa, sizcə, onlar arasında fərq nədədir?   
 
 Windows  əməliyyat  sistemi  üç  növ  istifadəçi  hesabı  yaratmağa  imkan  verir: 
inzibatçı və ya administrator (Administrator), adi istifadəçi (Standard) və qonaq 
(Guest). Kompüter işə salındıqdan sonra sizin müdaxilənizin tələb olunduğu forma 
– istifadəçinin tanıdılması forması açılır. Bu formada sistemin bütün istifadəçilərinin 
hesabları əks olunur.    
 
 
 
 
F Ə A L İ Y Y Ə T  
5.4 
Guest 
Guest account
HP 
Administrator
Adi 
Standard user 
  LAYİHƏ


154 
 
 
 
  Administrator  kompüteri  bütövlükdə  idarə  edir,  başqa  insanların  ondan 
istifadə  etməsinə  icazə  verir  və  ya  qadağa  qoyur.  Adətən,  kompüterin 
administratoru onun sahibi olur. Başqa istifadəçilərin qeydiyyat yazısını da 
o kökləyir.
 
  Adi istifadəçilər əməliyyat sisteminin imkanlarının əksəriyyətindən istifadə 
edə  bilər,  ancaq  ora  dəyişiklik  edə  bilməzlər;  məsələn,  onlar  proqramlar 
quraşdıra bilməsələr də, onları başlada bilirlər.
 
  Qonaqlara  da  kompüterdən  istifadə  etməyə  icazə  verilir,  ancaq  onların 
başqa qonaqlardan fərqli adı olmur. Başqa sözlə, bütün qonaq istifadəçilər 
eyni adla (Guest) sistemə daxil olurlar.         
 
 
Diqqət! 
Kompüterinizə  ziyanverici  proqram  düşmüş  ola  bilər  və  siz  administrator  kimi 
sistemə  daxil  olduqda  həmin  proqram  administrator  hüququndan  istifadə  edib 
sistemin işini poza və çox böyük ziyan vura bilər. Məhz buna görə məsləhət görülür 
ki, kompüterin sahibi özü üçün iki istifadəçi yazısı yaratsın: administrator və adi 
istifadəçi. Çox zaman gündəlik iş zamanı adi istifadəçinin səlahiyyətləri tamamilə 
yetərli olur.    
 
 
Administrator istifadəçi hesabının köklənməsi 
 
1.  İdarəetmə  panelini  açın  və  İstifadəçi  hesabları  və  ailə  təhlükəsizliyi  (User 
Accounts and Family Safety) kateqoriyasını seçin. 
2.  User Accounts bəndinin Add or remove user accounts altbəndini çıqqıldadın. 
Hesabların idarə edilməsi dialoq pəncərəsi açılacaq.  
 
 
 
3.  Pəncərənin aşağısındakı Create a new account istinadını çıqqıldadın.  
4.  İstifadəçi hesabının adını (məsələn: Ata) daxil edin. 
5. 
Administrator variantını qeyd edin.  
A D D I M   1  
A D D I M –
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə