00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə44/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   40   41   42   43   44   45   46   47   ...   61

144 
 
 
 
 
S
ƏSİN İDARƏ EDİLMƏSİ 
 
   
 
 
Bu qurğulardan hansı giriş, hansı çıxış kateqoriyasına aiddir?  
 
Kompüterdə səs fayllarının hansı növləri var? 
 
 
 
Kompüterdə geniş istifadə olunan səs faylları haqqında mətn redaktorunda belə bir cədvəl 
hazırlayın və onun boş xanalarını doldurun.   
 
Faylın növü 
İstifadə sahələri 
WAV 
 
MP3 
 
MIDI 
 
 
– Eyni informasiyanın yazıldığı bu fayllardan hansı kompüterin yaddaşında daha az yer 
tutar?  
– Səs informasiyası kompüterdə necə kodlaşdırılır? 
 
Kompüterin audio sisteminin üç mühüm komponenti var: səs kartı, səsucaldanlar 
və mikrofon. 
Səs kartı (sound card) ya birbaşa kompüterin sistem lövhəsində yerləşdirilir, ya 
da  elə  həmin  sistem  lövhəsinin  yuvasına  (slotuna)  taxılan  genişləndirmə  lövhəsi 
şəklində olur. Bir tərəfdən səs kartı sintezator kimi çıxış edir və yüksəkkeyfiyyətli 
rəqəmli stereosəsin çıxışını təmin edir, digər tərəfdən səsi yazan və rəqəmləşdirən 
qurğu kimi çıxış edir. 
Hər  bir  kompüterin  sistem  blokunda  daxili  dinamiki  olsa  da,  səs  kartının 
imkanlarından  istifadə  etmək  üçün  kompüterə  xarici  səsucaldanlar  (speakers
lazımdır. Səsucaldanlar, sadəcə, səsi yüksəldərək çıxışa verir, kompüterdəki verilən-
lərin ikilik koddan səsə çevrilməsini isə səs kartı yerinə yetirir. Səsucaldanlar  səs 
kartının çıxışına qoşulur.
 
Səs  informasiyasını kompüterə  daxil  etmək  üçün mikrofondan  (microphone
istifadə olunur və o, səs kartının girişinə taxılır. Mikrofon səs dalğalarını elektrik 
siqnalına  çevirir.  Kompüterlərdə  çox  zaman  qulaqlığa  (headphones)  bitişik 
mikrofonlardan istifadə olunur. 
 
F Ə A L İ Y Y Ə T  
5.2 
  LAYİHƏ


 
145 
 
 
 
Kom
p
ü
ter
 

Səsin mənbədən çıxaraq mikrofon, analoq-rəqəm çeviricisi, prosessor, rəqəm-analoq 
çeviricisi və səsucaldandan keçərək yenidən səsə çevrilməsi sxemi  
 
 
Bəzən  başqa  parametrlər  kimi,  kompüterin  səs  parametrlərini  də  kökləməyə 
zərurət  yaranır.  Bu  məqsədlə  İdarəetmə  panelinin  Hardware  and  Sound 
(Avadanlıq və Səs) bölümündə Sound bəndi nəzərdə tutulub. Burada səsucaldanları, 
mikrofonu, səs effektlərini və başqa parametrləri kökləmək olur. 
 
 
Səsucaldanların köklənməsi  
 
1.  Control  Panel  pəncərəsində  Sound  simgəsini  çıqqıldadın  və  açılan  dialoq 
pəncərəsinin Playback səhifəsinə keçin.
 
  
 
A D D I M   1  
A D D I M –  
Mikrofon
Akustik 
dalğalar 
Elektrik 
siqnalı 
Prosessor 
ADC 
(səs 
kartı) 
DAC (səs 
kartı) 
KOMPÜTER 
Yaddasaxlama 
qurğuları 
Səsucaldan
Elektrik 
siqnalı 
Akustik 
dalğalar
  LAYİHƏ


146 
 
 
 
2.  Siyahıdan səs qurğusunu, məsələn, səsucaldanları (Speakers and Headphones) 
seçin.
 
3. 
 
düyməsini çıqqıldadın. Yeni pəncərə açılacaq.
 
 
 
 
4. 
 düyməsini  çıqqıldatmaqla  səsucaldanların  işini  –  səslənmənin 
keyfiyyətini yoxlayın. 
5. 
 
düyməsini  iki  dəfə  ardıcıl  olaraq  çıqqıldadın,  sonda  isə 
düyməsini çıqqıldadın.
  
6.  OK düyməsini çıqqıldatmaqla Sound dialoq pəncərəsini qapadın. 
 
 
Kompüteri  səs  vasitəsilə  də  idarə  etmək  mümkündür.  Sizin  səsləndirdiyiniz 
komandalara o cavab verə və ya söylədiklərinizi mətn kimi yaza bilər. Windows-un 
nitqin tanınması (speech recognition) funksiyasından istifadəyə başlamazdan öncə 
onu öz kompüterinizdə kökləməlisiniz. Nitqin tanınması funksiyasının köklənməsi 
3  mərhələdən  ibarətdir.  Bunun  üçün  mikrofonu  kökləmək,  kompüterlə  düzgün 
danışmağı öyrənmək və kompüterə sizin nitqinizi anlamağı öyrətmək lazımdır. Bu 
işə başlamazdan öncə əmin olun ki, mikrofon kompüterə qoşulub. 
 
 
Mikrofonun köklənməsi  
 
1.  Control Panel pəncərəsini açın. 
2.  Ease of Access kateqoriyasını seçin.
 
3.  Speech  Recognition  bəndini  çıqqıldadın  və  açılan  yeni  siyahıdan  Set  up  
microphone variantını seçin.
 
4.  Mikrofonu  kökləmək  üçün  açılan  Microphone  Setup  Wizard  pəncərəsindəki 
göstərişləri yerinə yetirin. 
 
 
 
A D D I M   2  
A D D I M –
  LAYİHƏ


 
147 
 
 
 
Kom
p
ü
ter
 

Windows-un tərkibində nitqin tanınması proqramı ilə iş zamanı istifadə olunan 
komandaları asanca mənimsəməyə kömək edən xüsusi tədris kursu vardır. Onun tam 
keçilməsinə  təxminən  30  dəqiqə  tələb  olunur.  Bu  tədris  kursunu  başlatmaq  üçün 
Control  Panel    Ease  of  Access    Speech  Recognition    Start  Speech 
Recognition komandasını seçin və kursun təklif etdiyi təlimata uyğun hərəkət edin.  
Nitqin  tanınması  proqramı  istifadəçinin  səsini  və  tələffüz  etdiyi  komandaları 
tanımaq  üçün  bənzərsiz  danışıq  profilindən  istifadə  edir.  Nitqin  tanınmasından 
istifadə  etdikdə  sizin  danışıq  profiliniz  daha  əhatəli  olur  ki,  bu  da  kompüterə 
komandalarınızı  daha  yaxşı  yozmağa  (interpretasiya  etməyə)  kömək  edir.  Bu 
mərhələni  keçmək  üçün  Control  Panel    Ease  of  Access    Speech 
Recognition    Train  your  computer  to  better  understand  you  komandasını 
seçin  və  kursun  təklif  etdiyi  təlimata  uyğun  hərəkət  edin.  Nəzərə  alın  ki,  nitqin 
tanınması proqramından gerçək nəticə əldə etmək üçün onunla 9–12 saat məşq etmək 
lazımdır. 
Windows  müxtəlif  hadisələrə,  hərəkətlərə  müəyyən  səslər  bağlamağa  imkan 
verir.  
 
 
Hadisələrə səs effektlərinin bağlanması  
 
1.  Sound  dialoq  pəncərəsini  açın  və  Sounds  səhifəsinə  keçin.  Program  Events 
siyahısında  Windows-un  və  bəzi  proqramların  yerinə  yetirə  biləcəyi  müxtəlif 
əməliyyatlar verilib. Bu hadisələrin hər birini müəyyən səslərlə bağlamaq olar. 
 
2.  Səs  təyin  edəcəyiniz  hadisəni  seçin;  məsələn,  tutaq ki,  siz  poçt gələndə müəyyən 
siqnalın verilməsini istəyirsiniz. Bunun üçün New Mail Notification sətrini seçin. 
3.  Həmin hadisəyə bağlanmış səsi yoxlamaq üçün 
 düyməsini çıqqıldadın. 
 
4.  Bu hadisəyə yeni səs təyin etmək üçün pəncərinin aşağısındakı Sounds siyahısından 
başqa bir səs seçib yoxlayın.  
5.  Bu səslər sizi qane etmirsə, 
 düyməsindən istifadə edərək istədiyiniz səs 
faylının saxlandığı yeri göstərin. 
6.  OK düyməsini çıqqıldadın.  
 
7.  Windows-da bir neçə hazır səs sxemi müyyənləşdirilib ki, onları da pəncərənin yuxa-
rısındakı  Sound  Scheme  siyahısından  seçmək  olar.  Öz  sxeminizi  yaratmaq 
istəyirsinizsə,  xoşladığınız  səsləri  müəyyənləşdirdikdən  sonra 
 düymə-
sindən  istifadə  etməklə  onları  yeni  ad  altında  saxlayın.  Nəzərə  alın  ki,  hadisələrə 
MP3 və ya MIDI formatlı fayllar təyin etmək olmur. Buna görə də istədiyiniz səs 
həmin formatlardan birindədirsə, öncə həmin faylı WAV formatına çevirin, sonra 
ondan istifadə edin. 
 
A D D I M   3  
A D D I M –  
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə