00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə43/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   39   40   41   42   43   44   45   46   ...   61

140 
 
 
 
Əməliyyat  sisteminin  müxtəlif  komponentlərini  kökləmək  üçün  İdarəetmə 
panelində çoxlu sayda simgələr vardır. İstifadənin rahatlığı məqsədilə Windows 7 
əməliyyat sistemində onlar 8 qrupda birləşdirilib: 
1.  Sistem və təhlükəsizlik  
2.  Şəbəkə və İnternet  
3.  Avadanlıqlar və səs  
4.  Proqramlar  
5.  İstifadəçi hesabları və ailə təhlükəsizliyi 
6.  Görünüş və fərdiləşdirmə 
7.  Saat, dil və bölgə 
8.  Erişim asanlığı (Ease of Access) 
 
1. Sistem və təhlükəsizlik (System and Security). Bu bölümdə kompüterinizin 
vəziyyətini  yoxlamaq  və  mümkün  problemləri  (məsələn:  hansısa  proqramın 
başladılması zamanı yaranan nazasızlıqları və ya virusa yoluxma şübhələrini) həll 
etmək  üçün  utilitlər  toplanıb.  Windows-un  təhlükəsizlik  və  yenilənmə  parametr-
lərinin  köklənməsini,  quraşdırılmış  sistem  haqqında  məlumatlara  baxılmasını, 
verilənlərin arxivləşdirilməsi və bərpasını, elektrik enerjisi ilə təchizat planının idarə 
edilməsini, eləcə də kompüterin idarəedilmə parametrlərinin dəyişdirilməsini də bu 
bölümdə etmək olar. 
 
 
 
Ümumiyyətlə,  bu  bölümdəki  dəyişikliklərə  çox  ehtiyatla  yanaşmaq  lazımdır, 
çünki  onların  bir  çoxu  əməliyyat  sisteminin  işləmək  qabiliyyətinə  və  pisniyyətli 
təsirlərdən qorunma dərəcəsinə birbaşa təsir göstərə bilər. 
2. Şəbəkə və İnternet (Network and Internet). Burada qlobal İnternet şəbəkə-
sinə  və  lokal  şəbəkəyə  girişi  idarə  etmək  və  onlara  qoşulma  parametrlərini 
  LAYİHƏ


 
141 
 
 
 
Kom
p
ü
ter
 

dəyişdirmək olar. Internet Explorer brauzerinin xassələrinə baxmağı və zəruri kök-
ləmələri yerinə yetirməyi (məsələn: başlanğıc səhifəni dəyişməyi) də bu bölümdə 
etmək olar. Bu işlərlə 10-cu sinifdə tanış olmusunuz. 
 
 
3.  Avadanlıq  və  səs  (Hardware  and  Sound).  Bu  bölümdə  kompüterin  siçan, 
printer, monitor, videokart və səs kartı da daxil olmaqla qurğularını gözdən keçirt-
mək  və  onların  parametrlərini  kökləmək  olar.  Sistemin  elektrik  enerjisinə  qənaət 
parametrlərinin  köklənməsi  və  optik  disklərin  avtomatik  başladılması  parametr-
lərinin dəyişdirilməsi də bu bölümə daxil edilib. 
 
 
 
4. Proqramlar (Programs). Bu bölümün köməyi ilə quraşdırılmış proqramları, 
eləcə  də  əməliyyat  sisteminin  özünün  bəzi  komponentlərini  uzaqlaşdırmaq  və  ya 
dəyişdirmək olar. Müəyyən məsələlər üçün hansı proqramların susqunluqla istifadə 
ediləcəyini burada seçmək və iş masasında qacetlərin (istifadəçiyə əlavə informa-
siya, məsələn, hava proqnozu və ya valyuta məzənnəsini verən kiçik tətbiqi proq-
ramları) əks etdirilməsini də burada kökləmək olar. 
 
 
  LAYİHƏ


142 
 
 
 
5.  İstifadəçi  hesabları  və  ailə  təhlükəsizliyi  (User  Accounts  and  Family 
Safety).  Burada  istifadəçilərin  hesablarının  köklənməsi,  onların  uzaqlaşdırılması, 
yeni hesabların əlavə edilməsi, eləcə də valideyn nəzarətinin quraşdırılması həyata 
keçirilir. 
 
 
 
6. Görünüş və fərdiləşdirmə (Appearance and Personalization). Bu bölümdə 
Start menyusunun və tapşırıqlar zolağının, iş masası və pəncərələrin elementlərinin 
xarici  görünüşünün  köklənməsi,  eləcə  də  sistemin  xarici  görünüşünün  mümkün 
köklənmələri həyata keçirilir. 
 
 
  
7. Saat, dil və bölgə (Clock, Language, and Region). Tarixin, zamanın, saat 
qurşağının,  eləcə  də  sistemdə  istifadə  olunan  dilin  və  regional  standartların 
quraşdırılması bu bölümdə aparılır.  
 
 
 
  LAYİHƏ


 
143 
 
 
 
Kom
p
ü
ter
 

8. Erişim asanlığı (Ease of Access). Bu bölüm görmə və eşitmə qüsuru olan, 
eləcə  də  hərəkət  imkanları  məhdud  olan  insanların  işləməsinə  yardım  məqsədilə 
sistemin köklənməsi üçün nəzərdə tutulub.  
 
 
 
İdarəetmə  panelinin  bütün  qruplarına  diqqətlə  baxılsa,  yəqin  ki,  bəzi  koman-
daların bir neçə fərqli bölümdə olduğunu görmək olar. Ona görə də kateqoriyalarla 
işləmək  həmişə  əlverişli  olmur,  çünki  hansısa  kökləmənin  məhz  hansı  bölümdə 
olacağını qabaqcadan sezmək asan olmur. Bu dolaşıqlıqdan çıxış İdarəetmə panelini 
başqa  bir  rejimdə  –  bütün  elementlərin  eyni  zamanda  bir  pəncərədə  göstərilməsi 
rejimində açmaqdar. Həmin rejimə keçmək üçün Control Panel pəncərəsinin sağ 
yuxarı hissəsindəki View by siyahısında Small icons və ya Large icons variantını 
seçmək lazımdır.    
 
 
 
 
 
 
İdarəetmə panelində bu dərsdə verilmiş şəkillərdə gördüyünüz standart simgələrdən fərqli 
başqa simgələr də ola bilər. Kompüterinizin İdarəetmə panelini diqqətlə gözdən keçirin. 
Orada əlavə simgələr tapdınızmı? Əgər tapdınızsa, həmin simgələrin hansı proqramlarla 
bağlı olduğunu aydınlaşdırın.  
 
Özünüzü yoxlayın 
1. 
"İdarəetmə paneli" nədir?  
2. 
İdarəetmə panelinin elementləri necə qruplaşdırılıb? 
3. 
Birgə  istifadəli  printerə  qoşulmaq  İdarəetmə  panelinin  hansı  bölümünə  daxil  olmaq 
lazımdır?  
4. 
İş masası və pəncərələrin elementlərinin xarici görünüşünü kökləmək üçün hansı bölüm 
nəzərdə tutulub? 
 
5. 
"Erişim asanlığı" qrupunda sistemin hansı parametrlərini kökləmək olur?
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə