00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə35/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   31   32   33   34   35   36   37   38   ...   61

 
115 
 
 
 
Şəbəkə te
xn
ologiyala

 

istifadə etmək olar, fiber-optik kabellərin tətbiqi isə şəbəkənin bir-birindən uzaqda 
yerləşmiş hissələrini birləşdirməyə imkan verir. Nəhayət, Ethernet-in müxtəlif vari-
antlarının uyğunluq dərəcəsi çox yüksəkdir ki, bu da şəbəkənin gücünü təkcə möv-
cud kabel infrastrukturundan istifadə etməklə artırmaq deyil, həm də şəbəkəyə daha 
sürətli seqmentlər qoşmaqla onu genişləndirməyə imkan verir. Ona görə də bu gün 
Ethernet arxitekturası lokal şəbəkələrdə üstünlük etməklə yanaşı, regional və qlobal 
şəbəkələrdə də başqa texnologiyaları sıxışdırır.   
Ethernet şəbəkələrinin başlıca çatışmazlığı onlarda mühitə erişim metodu olaraq 
CSMA/CD  (Carrier  Sense  Multiple  Access  with  Collision  Detection  – 
toqquş-
maların aşkarlanması ilə 
daşıyıcını dinləyən çoxlu 
erişim) protokolundan istifadə edilməsi ilə bağlı-
dır. Şəbəkədə iki və daha artıq bənd (stansiya) eyni 
anda  veriliş  aparmağa  cəhd  etdikdə  bu  protokol 
tətbiq olunur. CSMA/CD protokolunun köməyi ilə 
şəbəkənin hər bir bəndi xəttin durumunu izləyir və 
yalnız xətt boş olduqda verilişə başlayır. İki bənd 
eyni  anda  xətti  tutmağa  cəhd  etdikdə  yaranan 
toqquşmanı  aradan  qaldırmaq  üçün  hər  iki  bənd 
verilişi  dayandırır.  Yeni  toqquşmalardan  qaçmaq 
üçün  onların  hər  ikisi  təsadüfi  (fərqli)  zaman 
intervalı  müddətində  gözləyir,  sonra  isə  yenidən 
verilişə cəhd edir. Şəbəkədəki kompüterlərin sayı 
artdıqca  toqquşmaların  sayı  da  artır  ki,  bu  da 
şəbəkənin  buraxılış  imkanını  aşağı  salır  və 
kadrların çatdırılma müddətini uzadır.  
 
 
 
İnternetdən 10Base-2, 10Base-5, 10Base-T, 10Base-FL, Fast Ethernet, Gigabit Ethernet 
və 10 Gigabit Ethernet standartları haqqında məlumat toplayın. Onların uyğun parametr-
lərinin qiymətlərini müqayisə etmək üçün cədvəl hazırlayın.  
Daha  hansı  yeni  standartlar  var  və  onlar  10  Gigabit  Ethernet  ilə  müqayisədə  hansı  üs-
tünlüklərə malikdir?   
 
Özünüzü yoxlayın 
1. 
"Şəbəkə arxitekturası" nədir? 
2. 
Ethernet arxitekturasının hansı üstünlükləri var? 
3. 
Ethernet arxitekturasının əsas çatışmazlığı nə ilə bağlıdır? 
4. 
Fast Ethernet standartında verilənlərin ötürülmə sürəti nə qədərdir?  
5. 
CSMA/CD protokolu hansı funksiyanı yerinə yetirir? 
 
 
 
ö y r ə n ə k 
A R A Ş D I R A Q  –
1990-cı illərin şəbəkə 
interfeys kartında 
(network interface card
NIC) iki bağlayıcı – həm 
"incə" Ethernet (koaksial), 
həm də "qalın" Ethernet 
(sarınmış cütlük) kabelini 
qoşmaq üçün bağlayıcılar 
vardı. 
Bu 
m
ar
aql
ıdır
 
  LAYİHƏ


116 
 
 
 
 
S
İMSİZ ŞƏBƏKƏ TEXNOLOGİYALARI 
          
 
 
Verilənlərin ötürülmə mühitinə görə kompüter şəbəkələrinin hansı növləri var? 
 
Sizcə, hansı mühitdə verilənlərin ötürülmə sürəti böyük olar: naqilli, yoxsa 
naqilsiz?
 
 
 
Fizikada radiodalğalarla bağlı öyrəndiklərinizi yada salın və aşağıdakı cədvəli doldurun. 
Tezliyin adı 
Tezlik diapazonu 
Dalğanın adı 
Dalğa uzunluğu 
Aşağı 
 
 
 
Orta 
 
 
 
Yüksək 
 
 
 
Çox yüksək 
 
 
 
Ultra yüksək 
 
 
 
İfrat yüksək 
 
 
 
– Televiziya yayımı üçün bu radiodalğaların hansından istifadə olunur? Bəs naqilsiz 
kompüter şəbəkələrində? 

 
Nə üçün metallar radiodalğaları buraxmır?  
 
İnformasiya texnologiyalarının bir növü də naqilsiz və ya simsiz (
wireless
) tex-
nologiyalardır.  Bu  texnologiya  informasiyanın  bir-birindən  müəyyən  məsafədə 
yerləşmiş və aralarında naqilli bağlantı olmayan iki nöqtə arasında ötürülməsinə xid-
mət edir. İnformasiyanın ötürülməsi üçün radiodalğalardan, eləcə də infraqırmızı
optik və ya lazer şüalanmasından istifadə edilə bilər.  
Naqilsiz şəbəkələrdə iki iş rejimi nəzərdə tutulub: "ad hoc" və "infrastruktur". 
"Ad  hoc"  (latın  dilindən  tərcümədə  "xüsusi  olaraq  bunun  üçün",  "bu  hal  üçün" 
deməkdir) rejimində kompüterlər heç bir ümumi qurğu olmadan bir-birinə bağlanır. 
"İnfrastruktur" rejimində kompüterlər arasında əlaqə erişim nöqtəsi (access point
adlanan  xüsusi  proqram-aparat  qurğusu  vasitəsilə  həyata  keçirilir.  Erişim  nöqtəsi 
toparlayıcıya (yaxud naqilli yönləndiriciyə) qoşulur və siqnalları göndərir. Bu yolla 
kompüterlər və başqa qurğular simsiz olaraq naqilli şəbəkəyə qoşulmaq imkanı əldə 
edir.   
Simsiz şəbəkə texnologiyalarının ən məşhur və ən geniş yayıl-
mış  növü  Wi-Fi  standartı  ("Wireless  Fidelity"  –  "naqilsiz 
dəqiqlik" sözlərinin qısaltması olub "vay-fay" kimi tələffüz olunur)
 
və ya IEEE 802.11 standartıdır. Bu standartın aşağıdakı növləri 
vardır:  802.11a,  802.11b,  802.11g,  802.11n  və  s.  Bunlar  bir-
birindən tezlik diapazonuna və verilənlərin ötürülmə sürətinə görə fərqlənir. Mobil 
istifadəçilərin  lokal  şəbəkəyə  və  İnternetə  simsiz  bağlanması  üçün,  əsasən,  bu  
texnologiyadan  istifadə  edilir.  Wi-Fi  texnologiyası  1998-ci  ildə  Avstraliyanın 
Kanberra  şəhərində  yerləşən  CSIRO (Commonwealth  Scientific  and  Industrial 
F Ə A L İ Y Y Ə T  
4.3 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə