00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə36/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   32   33   34   35   36   37   38   39   ...   61

 
117 
 
 
 
Şəbəkə te
xn
ologiyala

 

Research  Organisation)  radioastronomiya  laboratoriyasında  mühəndis  Con 
O’Sallivan (John O’Sullivan) tərəfindən yaradılıb. 
 
Wi-Fi şəbəkəsi 
 
 
Hazırda bir çox ictimai yerlərdə – hava limanlarında, mağazalarda, restoran və 
kafelərdə,  istirahət  yerlərində,  eləcə  də  evlərdə  İnternetə  çıxışı  olan  simsiz  lokal 
şəbəkələr fəaliyyət göstərir. Noutbukla və ya simsiz şəbəkə adapteri olan hər hansı 
başqa cihazla belə şəbəkələrin təsir zonasında olduqda çox asanlıqla həmin şəbəkə-
lərə qoşulmaq mümkündür.  
 
 
Kompüterin Wi-Fi şəbəkəsinə qoşulması 
 
1.  Start menyusunu açın və Control Panel bəndini seçin. 
A D D I M  
A D D I M –  
Wi-Fi adapteri 
(yerləşik)  
Müştəri 1
Müştəri 2 
Müştəri 3 
Wi-Fi adapteri 
(xarici) 
Wi-Fi adapteri 
(PCMCI) 
Server 
İnternet 
Wi-Fi erişim 
nöqtəsi + hab 
  LAYİHƏ


118 
 
 
 
2. 
Network and Internet bölümünə daxil olun.
 
 
3.  Network  and  Sharing  Center  bölümündə  Connect  to  a  network  bəndini  çıqqıl-
dadın. Ətrafda mövcud olan simsiz şəbəkələrin siyahısı açılacaq. 
 
4.  Siyahıdan uyğun şəbəkəni seçin və sonra Connect düyməsini çıqqıldadın. Tapşırıqlar 
zolağında 
 simgəsi yaranacaq. Bu isə seçdiyiniz şəbəkəyə qoşulmuş olduğunuzu 
göstərir.  
5.  Əgər başqa bir şəbəkəyə qoşulmaq istəsəniz, öncə cari şəbəkədən ayrılmaq lazımdır. 
Bunun  üçün  tapşırıqlar  zolağındakı 
  simgəsini  çıqqıldadın,  açılan  aktiv  simsiz 
şəbəkələrin siyahısından hazırda qoşulğunuz şəbəkəni seçin və Disconnect düyməsini 
çıqqıldadın. Siyahıdan başqa bir şəbəkəni seçib ona qoşulun. 
 
Diqqət! 
Simsiz lokal şəbəkələrin əksəriyyəti qapalı olur, yəni icazəsiz qoşulmadan qorunur. 
Belə şəbəkələrə qoşulmaq üçün, əlbəttə, uyğun parolu daxil etmək lazımdır. 
 
  LAYİHƏ


 
119 
 
 
 
Şəbəkə te
xn
ologiyala

 

 
 
Simsiz şəbəkənin ən vacib xarakteristika-
larından  biri  onun  təsir  məsafəsidir.  Maksi-
mal uzaqlıqdan artıq məsafədə yerləşən sim-
siz  qurğular  bir-biri  ilə  əlaqə yarada  bilmir; 
məsələn,  açıq  sahədə  olan  Wi-Fi  şəbəkələ-
rində  əksər  qurğuların  təsir  məsafəsi  təxmi-
nən 150 m (maksimum 300 m), qapalı yerdə 
isə 20–30 metrdir. Bu isə Wi-Fi şəbəkələrinin 
başlıca çatışmazlığıdır.  
Wi-Fi  şəbəkələrinin  bu  problemini  WiMAX  (Worldwide Interoperability 
for Microwave Access)  texnologiyası  həll  edir.  Bu  texnologiya  iş  stansiyaları  və 
daşınabilir kompüterlərdən tutmuş mobil telefonlaradək geniş spektrli qurğular üçün 
Qeyd  edildiyi  kimi,  bu  gün  evlərdə,  mağazalarda,  restoran  və  kafelərdə,  hava 
limanlarında  və  başqa  ictimai  yerlərdə  Wi-Fi  şəbəkəsindən  geniş  istifadə  olunur. 
Verilənlərin  naqilsiz  ötürülməsindən  istifadə  ilbəil  həndəsi  silsilə  ilə  artır,  ancaq 
mümkün tezliklər diapazonu hüdudsuz deyil və getdikcə daha da az olur. Bu məqsədlə 
daha yüksək tezliklərdən istifadə edilir, ancaq bununla yanaşı, radiotezlik maneələri 
də  artır.  Gələcəkdə  belə  problemdən  qaçmaq  üçün  2011-ci  ildə  Li-Fi  (Light 
Fidelity) texnologiyası  ixtira  olunub.  Bu  texnologiyada  siqnalları  daşımaq  üçün 
radiotezliklərdən deyil, yüksək parlaqlıqlı işıq diodundan (LED) istifadə edilir. İşıq 
diodlar ani yanıb-sönür, çünki işıq diodunun işçi sürəti 1 mikrosaniyədən azdır. Bunu 
isə  insan  gözü  hiss  etmir,  ona  görə  də  insana  elə  gəlir  ki,  işıq  daim  işləyir.  Bu 
gözəgörünməz  yanıb-sönmələr  verilənləri  ötürmək  üçün  ikilik  koddan  istifadəyə 
imkan verir. Yanma məntiqi "1"-ə, sönmə isə məntiqi "0"-a uyğundur. Bu prinsip işıq 
diodunun  yanıb-sönmə  sürətini  dəyişməklə  verilənləri  işıqla  kodlaşdırmağa  imkan 
verir. Li-Fi texnologiyasında verilənlərin ötürülmə sürəti 10 Mbit/san-dən yuxarı ola 
bilər. İşıq dalğaları divardan keçə bilmədiyindən bu texnologiyada əhatə dairəsi çox 
da böyük olmur. 
 
Bu 
m
ar
aql
ıdır
 

Simsiz texnologiyalar 

"Ad hoc" rejimi 

"İnfrastruktur" rejimi 

Wi-Fi 

Li-Fi 

WiMAX 

Bluetooth 

Simsiz fərdi şəbəkə (WPAN)
 

AR
 

zl
ə
r
  LAYİHƏ


120 
 
 
 
böyük  məsafələrə  naqilsiz  rabitəni  təmin  etmək  məqsədilə  yaradılmışdır.  IEEE 
802.16 standartına əsaslanır. Şəhər mühitində tikililər, ağaclar kimi maneələr, eləcə 
də hava şəraitindən asılı olmayaraq WiMAX verilənləri radio kanalı ilə ötürməyə 
imkan verir. Təsir məsafəsi 25–80 km, verilənlərin maksimal ötürülmə sürəti isə 75 
Mbit/san  qədərdir.  WiMAX  ötürücüləri  provayderlər  tərəfindən  şəhərin  müxtəlif 
rayonlarında quraşdırılır və onların əhatə dairəsində istifadəçilər bu texnologiyanı 
dəstəkləyən  kompüter  və  ya  mobil  telefon  vasitəsilə  İnternetə  qoşula  bilərlər. 
İnternetlə yanaşı, WiMAX-dan yüksəkkeyfiyyətli səs və videorabitə üçün də istifadə 
olunur. 
 
 
 
Son  zamanlar  geniş  yayılmış  simsiz  texnologiyalardan  biri  də 
Bluetooth  texnologiyasıdır ("blu-tuz" kimi tələffüz olunur). 1998-ci ildə 
işlənib-hazırlanmış  bu  texnologiya  ayrı-ayrı  qurğulara  avtomatik  olaraq 
"ad hoc" rejimində lokal şəbəkələr yaratmağa imkan verir.
 
Wi-Fi texno-
logiyasında olduğu kimi, Bluetooth-da da tezliyi 2.4 GHs olan radiosiq-
nallardan  istifadə  olunur,  ancaq  bu  iki  standart  bir-biri  ilə  uyuşmur.  Bluetooth-da 
elektrik sərfinin  yetərincə aşağı olması bu texnologiyanın daşınabilir qurğularda – 
noutbuk,  cib  kompüteri,  mobil  telefon,  rəqəmsal  fotoaparatlarda  tətbiqini  şərtlən-
dirir.  Bundan  başqa,  qurğular  arasında  Bluetooth  bağlantısını  tənzimləmək  üçün 
istifadəçinin hər hansı müdaxiləsinə, demək olar ki, ehtiyac qalmır. Digər tərəfdən 
bu  texnologiyada  ötürmə  məsafəsi  və  buraxılış imkanı  o  qədər  də  böyük  deyil  – 
uyğun olaraq 10 metr və 400–700 Kbit/san-dir. Bu isə Bluetooth texnologiyasından 
lokal şəbəkələrdə istifadə imkanını kəskin məhdudlaşdırır. 
 
 
 
Bluetooth  texnologiyasından  çox  zaman  simsiz  fərdi  şəbəkələrin  (wireless 
personal  area  network,  WPAN)  qurulmasında  istifadə  olunur.  Belə  şəbəkələrə 
Bluetooth-PAN və ya pikoşəbəkə (piconet) də deyilir ("piko" çox kiçik kəmiyyət olub 
"trilyonda bir"ə bərabərdir). Bu şəbəkə "aparıcı-asılı" rejimində işləyən 8-dək aktiv 
qurğudan  ibarət  olur.  Pikoşəbəkədə  bir  Bluetooth  qurğusu  birinci,  qalanlar  isə 
Elektrikin kəşfi və radionun ixtirası uzaqdan (məsafədən) 
idarə olunan maşınların meydana çıxmasına təkan verdi. 
1897-ci ildə britaniyalı Ernest Uilson dirijablın naqilsiz 
idarəolunması  sistemini  patentləşdirdi  (ancaq  belə  bir 
mexanizmin  qurulması  haqqında  məlumat  yoxdur). 
1898-ci ildə Nyu-Yorkda keçirilən sərgidə mühəndis və 
ixtiraçı Nikola Tesla (1856–1943) radio ilə idarə olunan 
gəmi modelini nümayiş etdirdi. 
Tari
x
 
"Bluetooth" ingilis dilindən tərcümədə “mavi diş” deməkdir. O, X əsrdə Danimarkada 
yaşamış vikinqlərin kralı Mavidişli Haraldın ləqəbi idi. Bu ləqəb ona qabaq dişlərindən 
birinin  tünd  rəngdə  olmasına  görə  verilmişdi.  Harald  bir-biri  ilə  düşmənçilik  edən 
qəbilələri bir dövlətdə birləşdirməyə nail olmuşdu. Hesab edilir ki, Bluetooth da rabitə 
protokollarını bir universal standartda birləşdirməklə eyni işi görür.      
Tari
x
 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə