00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə37/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   33   34   35   36   37   38   39   40   ...   61

 
121 
 
 
 
Şəbəkə te
xn
ologiyala

 

ikincidərəcəli olur ki, verilənlərin mübadiləsi bu qurğularla birincidərəcəli arasında 
gedir.  
 
 
 
 
 
 
 
 
Wireless  USB,  ZigBee  texnologiyaları  haqqında  İnternetdən  məlumat  toplayın.  Bu 
texnologiyalar harada tətbiq olunur? Artıq öyrəndiyiniz texnologiyalardan onların hansı 
üstünlükləri və çatışmazlıqları var?    
 
 
Özünüzü yoxlayın 
1. 
Naqilsiz kompüter şəbəkələrinin hansı üstünlükləri var? 
2. 
Wi-Fi şəbəkəsinin çatışmazlıqları nədədir? 
3. 
Bluetooth texnologiyasının hansı üstünlükləri və çatışmazlıqları var?  
4. 
Li-Fi texnologiyasının mahiyyəti nədən ibarətdir? 
5. 
Naqilsiz cihazların şüalanmasının insan orqanizminə hansı zərərləri ola bilər? 
 
 
ö y r ə n ə k 
A R A Ş D I R A Q  –
Hab 
Bluetooth-PAN şəbəkəsi 
Naqilsiz  cihazların  şüalanmasının  sağlamlığa  təsiri  ilə  bağlı  çoxlu  elmi  araşdırmalar 
aparılmış və məqalələr nəşr olunmuşdur. Onların içərisində ən geniş əhatəlisi Ümum-
dünya  Səhiyyə  Təşkilatının  (World  Health  Organization, WHO)  himayəsi  altında 
aparılmış  INTERPHONE  (2002–2011)  tədqiqatıdır.  Bu  tədqiqatın  başlıca  məqsədi 
simsiz  rabitə  cihazlarının  geniş  istifadəsinin  onkoloji  xəstəliklərin  inkişafına  təsirinin 
olub-olmadığını  müəyyənləşdirmək  idi.  Araşdırmaların  nəticəsinə  görə,  həmin  cihaz-
lardan sürəkli (məsələn: mobil telefonla 7–10 il ərzində hər gün təxminən 30 dəqiqə) 
istifadə edilməsi göstərilən xəstəliklərə tutulma riskini əhəmiyyətli dərəcədə artıra bilər. 
Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin 
(The  International  Agency  for  Research  on  Cancer,  IARC)  31  may  2011-ci  il  tarixli 
qərarına görə, mobil telefonların şüalanması "insan üçün mümkün kanserogen (xərçəng 
əmələ  gətirən)"  amil  kimi  təsnif  edilmişdir.  2005-ci  ildə  Çin  alimləri  bu  nəticəyə 
gəlmişlər ki, mobil telefonların şüalanması DNT-lərin zədələnməsinə aparıb çıxarır.
   
 
Bu 
m
ar
aql
ıdır
 
  LAYİHƏ


122 
 
 
 
 TCP/IP
 MODELİ
 
 
 
 
IP abreviaturasının açılışı necədir?  
 
OSI modeli nədir və hansı səviyyələrdən ibarətdir?
  
 
 
Verilənlərin  bir  kompüter-
dən başqasına OSI modelinə 
uyğun  ötürülmə  sxemində 
ədədlərlə  göstərilmiş  səviy-
yələrin adlarını qeyd edin.  
 
– Sizcə, hansı səviyyələri 
bir səviyyədə birləşdirmək 
olar?
 
 
Bu  bölümün  birinci  dərsində  siz  OSI  modeli  ilə  tanış  oldunuz.  Orada  qeyd 
edildiyi kimi, OSI nəzəri modeldir. Bu dərsdə bir praktik model – TCP/IP haqqında 
danışılacaq. Bu gün çoxlu sayda müxtəlif praktik modellər olsa da, demək olar ki, 
hər yerdə – kiçikölçülü ev şəbəkələrindən tutmuş dünyanın ən böyük şəbəkəsi olan 
İnternetdə məhz TCP/IP istifadə olunur. 
TCP/IP  (Transmission  Control  Protocol  /  Internet  Protocol)  adı  iki  mühüm 
protokolun adından yaranıb və "ti-si-pi-ay-pi" kimi tələffüz olunur. TCP protokolu 
iki  kompüter  arasında  bağlantı  qurmağa  və  verilənləri  ötürməyə  imkan  verir.  IP 
protokolu isə ünvanlama sxemi ilə işləyir. O, ünvanı daxil etməyə və onu o biri kom-
püterə  göndərməyə  cavabdehdir;  bundan  sonra  TCP  protokolu  verilənlərin  daşın-
masını həyata keçirir. 
 
 
F Ə A L İ Y Y Ə T  
4.4 
1976-cı  ilin  iyulunda  Vint  Serf  və  Bob  Kan  ilk  dəfə  TCP  vasitəsilə  verilənlərin  üç 
müxtəlif şəbəkə boyunca ötürülməsini nümayiş etdirdilər. Paket San-Fransisko–London–
Cənubi Kaliforniya Universiteti marşrutu ilə hərəkət edirdi. Paket 150 min km məsafəni 
bir  bit  belə  itki  olmadan  qət edərək  son  məntəqəyə  çatdı. 1978-ci  ildə  Vint  Serf,  Con 
Postel və Deni Kohen TCP-də iki funksiyanı ayırmağı qərara aldılar: TCP və İnternet 
protokolu (Internet Protocol, IP). TCP məlumatı dataqramlara parçalamağa və son mən-
təqədə onları birləşdirməyə cavabdeh idi. IP isə ayrı-ayrı dataqramları ötürməyə (alın-
manı yoxlamaqla) cavabdeh idi. Müasir İnternet protokolu bax belə meydana çıxdı. 
Tari
x
7
6
5
4
3
2
1
7
6
5
4
3
2
1
Fiziki bağlantı
Alan
 
Göndərən
  LAYİHƏ


 
123 
 
 
 
Şəbəkə te
xn
ologiyala

 

TCP/IP dörd səviyyədən ibarətdir: tətbiqi proqram səviyyəsi (application layer), 
nəqliyyat  səviyyəsi (transport  layer),  İnternet  səviyyəsi  (Internet  layer),  kanal 
səviyyəsi (link layer). 
 
OSI və TCP/IP modellərinin müqayisəsi 
 
Səviyyə 
OSI modeli 
TCP/IP modeli 
Protokollar 

Tətbiqi 
proqram 
Tətbiqi 
proqram 
HTTP

RTSP

FTP

DNS ... 

Təqdimat 

Seans 

Kanal_Kanal_və_ya_fiziki'>Nəqliyyat 
Nəqliyyat 
TCP

UDP
 ...
 

Şəbəkə  
İnternet 
IP ... 

Kanal 
Kanal və ya 
fiziki 
Ethernet

IEEE 
802.11
 
WLAN

SLIP

Token 
Ring

ATM

MPLS 

Fiziki 
 
Cədvəldən  göründüyü  kimi,  OSI  modelinin  üç  yuxarı  səviyyəsi  TCP/IP  mo-
delində tətbiqi proqram adı ilə bir səviyyədə birləşdirilib. Nəqliyyat səviyyəsi olduğu 
kimi saxlanılıb. Şəbəkə səviyyəsi İnternet səviyyəsi olub, 1-ci və  2-ci səviyyələr isə 
birləşdirilərək kanal və ya fiziki səviyyə adlandırılıb. 
Kanal (yaxud fizikisəviyyəsində TCP/IP lokal şəbəkələrin əsas texnologiyaları – 
EthernetToken RingWi-FiBluetooth və başqa texnologiyalarla işi dəstəkləyir. 
İnternet (yaxud şəbəkə) səviyyəsinin funksiyalarını, əsasən, IP protokolu ye-
rinə yetirir. IP protokolu verilənlərin yönləndirilməsini həyata keçirir, belə ki, ötü-
rülmək  üçün  hissələrə  bölünmüş  verilənlər  eyni  bir  yolla  da,  müxtəlif  yollarla  da 
hərəkət edə bilər.   
Nəqliyyat səviyyəsində, əsasən, iki protokol işləyir: TCP və UDP.        
TCP protokolu belə işləyir: 
  kompüterlər arasında müəyyən portlar üzrə bağlantı qurur; 
  göndərənin kompüterində informasiyanı paketlərə ayırır, onları nömrələyir 
və IP protokolunun köməyi ilə alana ötürür; 
  alanın kompüterində bütün paketlərin çatıb-çatmadığını yoxlayır, əgər paket 
çatmayıbsa və ya zədələnibsə, göndərəndən həmin paketi yenidən göndər-
məsini istəyir; 
  bütün  paketlər  alındıqdan  sonra  bağ-
lantını  kəsir,  paketləri  lazım  olan  ar-
dıcıllıqla  yığır  və  alınmış  verilənləri 
daha  yüksək  səviyyəli  tətbiqi  proqra-
ma ötürür.  
Verilənlərin mübadiləsi ilə bağlı bəzi əmə-
liyyatlar  sistemlərin  daim  qarşılıqlı  əlaqədə 

TCP/IP modeli 

TCP protokolu 

IP protokolu 

Kanal səviyyəsi 

İnternet səviyyəsi 

Nəqliyyat səviyyəsi 

Tətbiqi proqram səviyyəsi 

AR

zl
ə
r
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə