00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə28/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   24   25   26   27   28   29   30   31   ...   61

 
91 
 
 
 
Verilənlər bazas
ı 

   "
A
ZƏRBAYCAN KİNOSU" VERİLƏNLƏR BAZASI 
 
Bu  şəkil  "Azərbaycanfilm"  kinostudiyasında 
1975-ci  ildə  çəkilmiş  "Dədə  Qorqud"  filmin-
dəndir.  Filmin  ssenari  müəllifi  Anar,  quruluşçu 
rejissoru Tofiq Tağızadədir.
 
 
Şəkildə filmin hansı 
personajlarıdır? 
 
Dədə Qorqud oğuzların hansı 
boyundan idi? 
 
 
Mətn redaktorunda belə bir cədvəl hazırlayın və onun boş xanalarını doldurun. 
 
Azərbaycanın tarixi filmləri 
№ 
Filmin adı 
Tarixi dövr 
Baş qəhrəmanlar 

 
 
 

 
 
 

 
 
 

 
 
 

 
 
 
 
– Filmlər haqqında daha dolğun məlumat almaq üçün cədvələ daha hansı sütunları əlavə 
edərdiniz?  
 
Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər 
"Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq 
gəzintisi", "Qafqaz rəqsi" və başqa xronika süjetləri, eləcə də "İlişdin" bədii kino-
süjeti idi. Bu tarixdən 1935-ci ilədək Azərbaycanda çəkilmiş filmlər səssiz olmuşdur. 
1935-ci  ildə  "Azərfilm"in  Moskvanın  "Mejraypromfilm"  kinostudiyası  ilə  birgə 
yaratdığı "Mavi dənizin sahilində" bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin 
istehsalına başlanıldı.  
Bu dərsdə "Azərbaycan kinosu" adlı verilənlər bazası yaradacağıq. Öncə həmin 
bazada  hansı  cədvəllərin  olacağını  və  həmin  cədvəllərin  hansı  sahələrdən  ibarət 
olacağını müəyyənləşdirək. Birincisi, belə bir bazada əsas cədvəlin filmlər haqqında 
ümumi informasiyanı özündə saxlaması təbiidir. İkincisi, hər hansı film haqqında 
danışarkən, ilk növbədə, onun rejissorunun kim olması sualı yaranır. Nəhayət, hər 
bir filmin uğuru aktyorların oyunundan çox asılıdır. Əlbəttə, hər hansı filmin uğuru 
təkcə  rejissor  və  aktyorlarla  məhdudlaşmır.  Burada  filmin  ssenari  müəllifinin, 
F Ə A L İ Y Y Ə T  
3.4 
  LAYİHƏ


92 
 
 
 
operatorların,  rəssamın,  bəstəkarın,  səs  operatorunun  və  yaradıcı  heyətin  başqa 
üzvlərinin  də  peşəkarlığı  mühüm  rol  oynayır.  Ancaq  bizim  məqsədimiz  əhatəli 
verilənlər  bazası  deyil,  yalnız  sadə  bir  nümunə  yaratmaq  olduğundan  "Filmlər", 
"Rejissorlar", "Aktyorlar" adlı üç cədvəllə kifayətlənəcəyik. Göstərilən cədvəllərin 
strukturunu  ilkin  olaraq  aşağıdakı  kimi  təyin  edək.  Sonradan  ehtiyac  yaranarsa, 
onların strukturunda zəruri dəyişiklik ediləcək. 
 
"
Filmlər" cədvəlinin strukturu 
Açar sahə 
Sahənin adı 
Verilənin tipi 

FilminKodu 
FilminAdı 
İstehsalİli 
RejissorKodu 
Ssenarist 
AktyorKodu1 
AktyorKodu2 
AktyorKodu3 
AutoNumber 
Text 
Number 
Number 
Text 
Number 
Number 
Number 
 
"Rejissorlar" cədvəlinin strukturu 
Açar sahə 
Sahənin adı 
Verilənin tipi 

RejissorKodu 
Soyadı 
Adı 
AtasınınAdı 
DoğumTarixi 
ÖlümTarixi 
AutoNumber 
Text 
Text 
Text 
Date/Time 
Date/Time 
 
"Aktyorlar" cədvəlinin strukturu 
Açar sahə 
Sahənin adı 
Verilənin tipi 

AktyorKodu 
Soyadı 
Adı 
AtasınınAdı 
DoğumTarixi 
ÖlümTarixi 
AutoNumber 
Text 
Text 
Text 
Date/Time 
Date/Time 
 
"Kino"  verilənlər  bazasının
 
"Filmlər"  cədvəli  həm  "Rejissorlar",  həm  də 
"Aktyorlar" cədvəli ilə əlaqəlidir.
  
 
 
"Kino" verilənlər bazasının yaradılması 
 
1.  Microsoft Access 2007 proqramını başladın. 
2.  "Kino"  adlı  boş  verilənlər  bazası  faylını  yaradın.  Proqramın  baş  pəncərəsi  cədvəl 
rejimində  (Datasheet)  açılacaq  və  pəncərədə  Table1  adlı  yeni  boş  cədvəl  əks 
olunacaq. 
A D D I M 1  
A D D I M –
  LAYİHƏ


 
93 
 
 
 
Verilənlər bazas
ı 

3.  Cədvəlin  strukturunu  yaratmaq  üçün  View  düyməsini  çıqqıldadın  və  konstruktor 
rejimini (Design View) seçin. Save as dialoq pəncərəsi açılacaq.  
4.  Table Name sahəsinə Filmlər adını yazın və OK düyməsini çıqqıldadın. "Filmlər" 
cədvəli konstruktor rejimində açılacaq. 
5.  "Filmlər" cədvəlinin yuxarıda verilmiş strukturuna uyğun olaraq sahələrin adlarını və 
verilənlərin tiplərini bir-bir daxil edin. Text tipli sahələrin ölçülərini dəyişərək onlara 
müvafiq  qiymətlər  verin.  Bütün  sahələri  daxil  etdikdən  sonra  baş  pəncərənin 
yuxarısındakı Save düyməsini çıqqıldatmaqla dəyişiklikləri yadda saxlayın.
 
6.  Eyni qayda ilə "Rejissorlar" və "Aktyorlar" cədvəllərini yaradın. 
7.  Cədvəllər arasında əlaqələr yaratmaq üçün Database ToolsRelationships menyu 
komandasını  seçin.  Relationships  səhifəsi,  eyni  zamanda  Show  Table  dialoq 
pəncərəsi açılacaq. "Filmlər", "Rejissorlar" və "Aktyorlar" cədvəllərini ardıcıl seçərək 
pəncərəyə daxil edin.
 
 
8.  "Filmlər" cədvəlinin RejissorKodu sahəsini "Rejissorlar" cədvəlinin uyğun sahəsi ilə 
əlaqələndirin.  Eyni  qayda  ilə  "Filmlər"  cədvəlinin  AktyorKodu1,  AktyorKodu2
AktyorKodu3 sahələrini "Aktyorlar" cədvəlinin AktyorKodu sahəsi ilə əlaqələndirin. 
Hər şeyi düzgün etdinizsə, aşağıdakı mənzərə alınacaq. 
 
 
 
 
İndi  bazanın  doldurulmasına  başlamaq  olar.  Hər  bir  cədvələ  aşağıdakı  nümu-
nələrə uyğun olaraq bir neçə yazı əlavə edin. 
 
"Filmlər" cədvəli 
Filmin
Kodu 
Filmin 
Adı 
İstehsa
lİli 
Rejissor
Kodu 
Ssenarist Aktyor
Kodu1 
Aktyor
Kodu2 
Aktyor
Kodu3 

Dədə 
Qorqud 
1975 

Anar 
Rzayev 




Nəsimi 
1973 

İsa 
Hüseynov 



  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə