00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə29/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   25   26   27   28   29   30   31   32   ...   61

94 
 
 
 
"Rejissorlar" cədvəli 
RejissorKodu 
 
Soyadı 
 
Adı 
 
AtasınınAdı 
 
DoğumTarixi 
 
ÖlümTarixi 
 

Tağızadə 
Tofiq 
Mehdiqulu 
07.02.1919 
27.08.1998 

Seyidbəyli 
Həsən 
Mehdi 
22.12.1920 
25.06.1980 
 
"Aktyorlar" cədvəli 
AktyorKodu Soyadı Adı AtasınınAdı DoğumTarixi ÖlümTarixi 

Məmmədov  Həsən 
Ağaməmməd  22.11.1938 
26.08.2003 

Qadoyev 
Həşim 
 
10.05.1937 
 

Balayev 
Rasim 
Əhməd 
08.08.1948 
 

Osmanlı 
İsmayıl 
Osman 
11.04.1902 
22.06.1978 
 
Siz  indiyədək  verilənlərin  mətn  (Text),  ədəd  (Number),  tarix  (Date/Time), 
sayğac (AutoNumber) kimi tipləri ilə işləmişsiniz. Ancaq bəzən cədvəlin yazılarına 
görüntü,  səs,  video  və  ya  başqa  növ  fayllar  yerləşdirmək  lazım  olur.  Bu  halda 
köməyə Attachment (Qoşma) verilənlər tipi gəlir. Bu tipdən istifadə etmək üçün 
öncə cədvəlin strukturuna qoşma tipli sahə əlavə etmək lazımdır. Cədvələ yeni sahə 
artırmağı istər cədvəl, istərsə də konstruktor rejimində etmək mümkündür. 
Növbəti "Addım-addım" bölümünü icra etməzdən öncə cədvəllərə əlavə etdiyiniz 
hər  yazıya  uyğun  bir  şəkil  tapın.  Həmin  faylları  verilənlər  bazasını  saxladığınız 
qovluğa köçürün.  
 
 
Cədvəlin strukturuna qoşma sahəsinin əlavə edilməsi 
 
1.  Verilənlər  bazasının  baş  pəncərəsində  "Filmlər"  cədvəlini  seçin,  sonra  isə  alətlər 
zolağındakı View düyməsini və açılan siyahıdan Design View bəndini çıqqıldadın. 
"Filmlər" cədvəli konstruktor rejimində açılacaq. 
 
2.  Cədvəlin sonuncu sahəsindən sonrakı boş sahəni çıqqıldadın. Bu sahə aktiv olacaq. 
 
3.  Field  Name  sütununda  yeni  sahənin  adını  (Foto)  daxil  edin  və  onun  tipini 
Attachment göstərin. 
 
4.  Baş pəncərənin yuxarısındakı Save düyməsini çıqqıldatmaqla dəyişiklikləri yadda 
saxlayın və cədvəli qapadın. 
 
5. 
Eyni qayda ilə "Rejissorlar" və "Aktyorlar" cədvəllərinin strukturuna da Foto sahəsi 
əlavə edin.
  
 
Cədvələ  qoşma  sahəsi  əlavə  edildikdən  sonra  faylları  bu  cədvəlin  yazılarına 
yerləşdirmək olar. Bu məqsədlə verilənləri daxil etmək üçün
 
xüsusi forma yaratmağa 
da gərək yoxdur. Bundan başqa, qoşmalara baxmaq üçün formadan istifadə etməmək 
A D D I M   2  
A D D I M –
  LAYİHƏ


 
95 
 
 
 
Verilənlər bazas
ı 

də olar. Ancaq unutmayın ki, qoşmaya birbaşa cədvəldən baxan zaman həmin faylın 
yaradıldığı, yaxud bu tip faylları dəstəkləyən proqramlardan istifadə olunur; məsə-
lən, cədvələ qoşulmuş Word sənədini açdıqda Word tətbiqi proqramı başladılır və 
sənədə baxış Access-də deyil, bu proqramda yerinə yetirilir. Əgər Word tətbiqi proq-
ramı  kompüterdə  quraşdırılmayıbsa,  onda  fayla  baxmaq  üçün  uyğun  proqramın 
seçilməsini təklif edən dialoq pəncərəsi açılır.   
   
 
Qoşmaların cədvələ əlavə edilməsi 
1.  Siçanın göstəricisini "Filmlər" cədvəlinin adının üzərinə aparın və onu ikiqat çıq-
qıldadın. "Filmlər" cədvəli cədvəl rejimində açılacaq. 
 
2.  Göstəricini  birinci  yazının  qoşma  sahəsinin  (qısqac  simgəsi  ilə  göstərilib)  üzərinə 
aparın və həmin sahəni ikiqat çıqqıldadın. Attachments dialoq pəncərəsi açılacaq.
 
 
3.  Add düyməsini çıqqıldadın. Choose File dialoq pəncərəsi açılacaq. Yazıya əlavə 
etmək istədiyiniz faylın olduğu yerə keçin, həmin faylı seçin və Open düyməsini 
çıqqıldadın. 
 
4.  OK  düyməsini  çıqqıldadın.  Fayl  cədvələ  əlavə  olunacaq  və  qoşmaların  sayını 
göstərən ədəd artacaq.  
 
 
A D D I M   3  
A D D I M –  
  LAYİHƏ


96 
 
 
 
 
 
 
"Filmlər" cədvəlində hər bir film üçün 3 aktyorun qeyd edilməsi məqsədilə sahələr nəzərə 
alınsa da, onların oynadığı rollara görə sahə ayrılmayıb. Bundan ötrü "Filmlər" cədvəlinin 
strukturunda müvafiq dəyişikliklər edin.  
"Kino" verilənlər bazasının strukturuna daha hansı cədvəlləri əlavə edərdiniz? Belə vacib 
cədvəllərdən ikisini bazanın strukturuna əlavə edin və həmin cədvəlləri "Filmlər" cədvəli 
ilə əlaqələndirin. Cədvəllərə bir neçə yazı daxil edin. 
Hər bir cədvəl üçün uyğun forma və hesabat faylı yaradın.  
 
Özünüzü yoxlayın 
1. 
Azərbaycan kinosunun tarixi nə vaxtdan başlayır?  
2. 
İlk səsli Azərbaycan filmi hansıdır? 
3. 
Qoşma sahəsi nədir? 
4. 
"Filmlər" cədvəlinin hər hansı yazısına uyğun filmdən bir parçanı (video faylı) necə 
əlavə etmək olar? 
5. 
Hansısa aktyorun (məsələn: İsmayıl Osmanlının) çəkildiyi filmlərin sayını tapmaq üçün 
"Kino" bazasında sorğunu necə verərdiniz? 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
İnsan fəaliyyətinin hərəkət edən görüntülərin yaradılması ilə məşğul olan sahəsi kine-
matoqraf adlanır. Bu termin yunan dilindən tərcümədə "hərəkəti yazan" mənasını verir. 
Bəzən "sinematoqraf" və ya "kinematoqrafiya" kimi də işlədilir. 
Dünya kinematoqrafında süjeti kompüter texnologiyaları ilə bağlı olan və baş qəhrə-
manları hakerlər və ya proqramçılar olan çoxlu sayda filmlər vardır: 

“Silikon vadisinin piratları” (Pirates of Silicon Valley). 1999 

“Sosial şəbəkə” (The Social Network). 2010 

“Avqust” (August). 2008 

“Startap” (startup.com). 2001 

“2001: kosmik Odissey” (2001: A Space Odyssey). 1968 
Bu maraqlıdı
r 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə