00i11az titul(1-7)


  Cədvəllərin strukturunun müəyyənləşdirilməsi



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə25/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   21   22   23   24   25   26   27   28   ...   61

82 
 
 
 
4.  Cədvəllərin strukturunun müəyyənləşdirilməsi. 
Hər bir cədvəldə hansı verilənlərin saxlanmalı olduğunu müəyyənləşdirin. 
Hər bir verilənlər elementi ayrıca sahəyə daxil ediləcək və cədvəlin sütunu 
olacaq; məsələn: "Əməkdaşlar" cədvəlinin "Soyad", "İşəgirmə tarixi" kimi 
sahələri ola bilər.
 
 
Diqqət! 
Cədvəl strukturuna hesablanılan verilənlər daxil etməyin.  
Hesablamaların  nəticələrini  cədvəllərdə  saxlamağa  gərək  yoxdur.  Bunun  əvəzinə 
hər dəfə zərurət yarandıqda hesablamaları proqramın özündə yerinə yetirin. 
İnformasiyanı mümkün qədər kiçik məntiqi komponentlərə ayırın. 
Müxtəlif  verilənlərin  bir  sahədə  birləşdirilməsi  onlardan  sonradan  istifadə 
edilməsini  çətinləşdirir.  İnformasiyanı  məntiqi  komponentlərə  ayırmaq  lazımdır; 
məsələn: ad və soyadın ayrıca sahələrdə saxlanması daha yaxşıdır.  
 
5.  Başlıca açar sahələrinin müəyyənləşdirilməsi. 
Cədvəllərin başlıca açarlarını müəyyən edin. Başlıca açar (primary key) 
hər bir yazını birqiymətli təyin edən sütundur; məsələn: kitabın kodu, sifa-
rişin nömrəsi. 
6.  Cədvəllərarası əlaqələrin yaradılması. 
Bütün cədvəlləri təhlil edin və bir cədvəlin verilənlərinin başqa cədvəllərin 
verilənləri ilə necə əlaqəli olduğunu müəyyənləşdirin. Zəruri əlaqələri qur-
maq üçün cədvəllərə sahələr əlavə edin, yaxud yeni cədvəllər yaradın. 
7.  Bazanın strukturunun təkmilləşdirilməsi. 
Bazanın  strukturunda  yanlışlıqların  olub-olmadığını  yoxlayın.  Cədvəllər 
yaradın və onlara nümunə olaraq bir neçə yazı əlavə edin. Alınan nəticələri 
təhlil edin. Strukturda zəruri dəyişikliklər aparın.
 
8.  Normallaşdırma qaydalarının tətbiqi.  
Cədvəllərin  strukturunun  düzgünlüyünü  yoxlamaq  üçün  normallaşdırma 
qaydalarını yoxlayın. Cədvəllərdə zəruri dəyişikliklər edin.
 
Bu  sonuncu  addım  üzərində  bir  az  ətraflı  dayanaq.  Normallaşdırma  qaydaları 
cədvəllərin  strukturlarının  düzgünlüyünü  yoxlamağa  imkan  verir.  Bu  qaydaların 
verilənlər bazasının strukturuna tətbiqi verilənlər bazasının normallaşdırılması və 
ya, sadəcə, normallaşdırma (normalize) adlanır. Normallaşdırma qaydalarının tət-
biqi ardıcıl yerinə yetirilir; hər bir mərhələdə verilənlər bazasının bir normal formaya 
uyğunluğu yoxlanılır. Beş normal forma olsa da, 
adətən, onların ilk üçündən istifadə olunur.  
Birinci  normal  formanın  (first  normal 
form,  1NF)  tələblərinə  görə,  cədvəlin  sətir  və 
sütununun kəsişməsindəki hər  bir xanada  yalnız 
bir  qiymət  olmalıdır;  məsələn:  "Kitabın  adı" 
sahəsində bir neçə kitabın deyil, yalnız bir kitabın 
adı olmalıdır. 
İkinci  normal  formada  (second  normal 
form2NF) açara daxil olmayan hər bir sahənin 

Verilənlər bazası 

Cədvəl 

Yazı 

Sahə 

Başlıca açar 

Normallaşdırma 

Birinci normal forma 

İkinci normal forma 

Üçüncü normal forma 

AR

zl
ə
r
  LAYİHƏ


 
83 
 
 
 
Verilənlər bazas
ı 

açar sahədən bütövlükdə (onun bir hissəsindən deyil) asılı olması  tələb edilir. Bu 
qayda başlıca açarın bir neçə sahədən təşkil olunduğu halda tətbiq edilir; məsələn, 
tutaq ki, cədvəlin başlıca açarı iki sahədən ibarətdir: 
 
  Sifarişin kodu (başlıca açar
  Kitabın kodu (başlıca açar
  Kitabın adı 
Belə  struktur  ikinci  normal  formanın  tələbinə  uyğun  deyil,  çünki  kitabın  adı 
kitabın kodundan asılıdır, sifarişin kodundan isə asılı deyil; deməli, bu sahə yalnız 
başlıca açarın bir hissəsindən asılıdır. Ona görə də "Kitabın adı" sahəsi cədvəldən 
silinib, başqa bir cədvələ ("Kitablar") daxil edilməlidir.  
Üçüncü  normal  formada  (third  normal  form,  3NF)  açar  olmayan  sahələrin 
başlıca  açardan  asılı  olması  ilə  yanaşı,  həm  də  bir-birindən  asılı  olmaması  tələb 
edilir. Başqa sözlə, açar olmayan hər bir sahə yalnız başlıca açardan asılı olmalıdır. 
Tutaq ki, cədvəl aşağıdakı sahələrdən ibarətdir:   
  Kitabın kodu (başlıca açar
  Kitabın adı 
  Satış qiyməti 
  Güzəşt 
Fərz edək ki, güzəşt satış qiymətindən asılıdır. Bu halda cədvəl üçüncü normal 
formanın tələbinə uyğun deyil, çünki açar olmayan "Güzəşt" sahəsi açar olmayan 
başqa bir sahədən – "Satış qiyməti" sahəsindən asılıdır. Sahələrin müstəqil olması 
tələbi onu bildirir ki, açar olmayan hər hansı sahənin dəyişməsi başqa sahələrə təsir 
etməməlidir.  Ancaq  "Satış  qiyməti"  sahəsindəki  qiymət  dəyişdikdə  "Güzəşt" 
sahəsindəki qiymət də qaydanın əksinə olaraq uyğun qaydada dəyişər. Ona görə də 
bu halda güzəşt sahəsini satış qiymətinin açar olduğu başqa bir cədvələ keçirmək 
lazımdır.     
 
 
"Fəaliyyət"  bölümündə  sxemi  verilmiş  "Kitabxana"  verilənlər  bazasını  normallaşdırma 
qaydaları baxımından təhlil edin. Hansı normal formanın tələbləri pozulub? Bu yanlışlığı 
necə aradan qaldırmaq olar?   
 
Özünüzü yoxlayın
 
1. 
Verilənlər bazasının yaradılması prosesi hansı mərhələlərdən ibarətdir? 
2. 
Verilənlər bazasının normallaşdırılması nəyə lazımdır? 
3. 
Birinci normal forma hansı tələbə cavab verməlidir?  
4. 
İkinci normal formada nə tələb olunur? 
5. 
Üçüncü normal forma hansı şərtin ödənilməsini tələb edir?
  
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə