00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə21/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   17   18   19   20   21   22   23   24   ...   61

68 
 
 
 
 Ü
ÇÖLÇÜLÜ QRAFİK MODELLƏR
 
 
 
 
OpenOffice.org Draw və SketchUp proqramlarının hansı ortaq cəhəti var? 
 
Kompüterdə hazırlanmış üçölçülü modellərə harada rast gəlmişsiniz? 
 
 
 
Münasib  bildiyiniz  qrafik  redaktor  proqramını  açın  və  əvvəlki  dərsdə  verilmiş  detalın 
üçölçülü modelini hazırlayın.  
− Hansı qrafik redaktordan istifadə etdiniz? 
− Həmin qrafik redaktorda obyektin ölçülərini dəqiq göstərmək mümkündürmü? 
 
Kompüter qrafikasında ən maraqlı və eyni zamanda mürəkkəb görüntü növlərindən 
biri üçölçülü görüntü və ya üçölçülü qrafikadır. Kompüter qrafikasının üçölçülü fəza-
da həcmli obyektlərin modelləşdirilməsi yolu ilə görüntülərin və ya videoların yara-
dılması  ilə  məşğul  olan  bölməsi  üçölçülü  qrafika  (3D-qrafika)  adlanır.  Obyektin 
üçölçülü modelinin yaradılması prosesinə isə 3D-modelləşdirmə deyilir. 3D-model-
ləşdirmənin başlıca məqsədi arzuedilən obyektin əyani (vizual) həcmli obrazının işlə-
nib-hazırlanmasıdır. Bu zaman model gerçək aləmdəki obyektlərə uyğun ola və ya ta-
mamilə mücərrəd ola bilər.   
Qeyd etmək lazımdır ki, üçölçülü qrafika-
nın vektor qrafikası ilə bir çox oxşar cəhət-
ləri  var.  Burada  da  istər  üçölçülü  səhnənin 
bütün elementlərini, istərsə də hər bir obyekti 
ayrı-ayrılıqda dəyişmək olur. Üçölçülü qrafi-
F Ə A L İ Y Y Ə T  
2.6 

Üçölçülü qrafika (3D-qrafika) 

3D-modelləşdirmə 

Vektor qrafikası 

Gerçəkləmə (renderinq) 

Şüa izləmə 

3D-printer 

AR

zl
ə
r
  LAYİHƏ


 
69 
 
 
 
Modelləş
d
irm
ə 

kadan interyer dizaynında, memarlıq obyektlərinin, reklamların, öyrədici kompüter 
proqramlarının,  kompüter  oyunlarının,  video-çarxların,  maşınqayırmada  detalların 
və məmulatların əyani təsvirinin hazırlanmasında və başqa sahələrdə istifadə olunur.
 
Üçölçülü kompüter qrafikasının yaradılması prosesini üç əsas mərhələyə ayırmaq 
olar: 
1.  3D-modelləşdirmə adlandırılan birinci mərhələdə obyektin modeli – forması 
yaradılır. 
2.  Tərtibat və animasiya adlandırılan ikinci mərhələdə obyektlərin hərəkəti və 
bir-birinə nəzərən yerləşməsi təsvir olunur. 
3.  Nəhayət, renderinq adlandırılan üçüncü mərhələdə obyektin yekun obrazı ya-
radılır. 
 
3D-modelləşdirmə  (3D  modeling)  obyektlərin  üçölçülü  formasının,  yaxud 
karkasının yaradılmasını nəzərdə tutur. Bunu müxtəlif üsullarla etmək olar: üçölçülü 
modelləşdirmə  proqramları  vasitəsilə  real  obyektin  formasını  skanerdən  keçirib 
kompüterə daxil etməklə; alqoritmlər toplusundan istifadə etməklə prosedur model-
ləşdirmə yoluyla; yaxud fiziki və ya dinamik simulyasiya vasitəsilə. 
Tərtibat və animasiya (layout and animation) mərhələsində obyektlərin bir-
birinə nəzərən yerləşdirilməsi nəzərdə tutulur. Burada obyektlərin yeri və ölçüləri 
müəyyən olunur.  
Həndəsi  modellərdən  ibarət  görüntüyə  reallıq  vermək  üçün  işıq  və  kölgədən 
istifadə olunur. Bu üsulla görüntünün yaradılmasına gerçəkləmə və ya renderinq 
(rendering)  deyilir.  Qrafik  proqramlarda  işıq  mənbəyinin  yerini  obyektə  nəzərən 
təsvir  etmək,  görüntünün  işıqlanmış  və  kölgələnmiş  sahələrini  hesablamaq  üçün 
riyazi düsturlardan istifadə olunur. 
 
 
Görüntünün  renderinq  olunmasının  iki  əsas  üsulundan  biri  şüa  izləmə  (ray 
tracing) adlanır. Şüa izləmə görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq 
3D-modelləşdirmə 
Üçölçülü model
  LAYİHƏ


70 
 
 
 
səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm-
dir.  Bu  atributlar  müəyyən  işıq  mənbəyindən  hər  bir  elementə  və  sonra  müşa-
hidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklə-
rin  izlənməsi  yolu  ilə  hesablanır.  Bundan  sonra  ekranda  görüntünü  əmələ  gətirən 
piksellərin  rəngini  və  intensivliyini  ölçmək  üçün  obyektin  atributlarından  istifadə 
olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, görüntünün element-
lərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. 
 
 
 
Eyni səhnəyə tətbiq olunmuş 
müxtəlif renderinq texnikaları
 
1951-ci ildə Massaçusets Texnologiya İnstitutunun mühəndisi Cey Forrester (Jay 
Wright Forrester) “Whirlwind I” (“Qasırğa-1”) adlı yeni kompüteri nümayiş etdirdi. 
Bu kompüterin çıxış qurğusu görüntünü elektron-şüa borusunun ekranında yaradırdı.  
Tari
x
  LAYİHƏ


 
71 
 
 
 
Modelləş
d
irm
ə 

 
 
Üçölçülü qrafika yaratmaq, yəni virtual reallıq obyektlərini modelləşdirmək və 
bu  modellər  əsasında  görüntülər  yaratmaq  üçün  cürbəcür  proqramlar  mövcuddur. 
Son  illər  bu  sahədə  Autodesk  3ds  Max,  Autodesk  Maya,  Autodesk  Softimage 
kimi ticari məhsullar liderlik etsə də, bu sıraya Rhinoceros 3DCinema 4DZBrush 
kimi  yeni  proqramlar  da  qoşulmuşdur.  Bundan  başqa,  Blender,  K-3D,  Wings3D 
kimi sərbəst yayılan proqram məhsulları da vardır. 
Bu  minillikdə  gündəlik  həyatımıza  daxil  olmuş  və  üçölçülü  modelləşdirmə  ilə 
bağlı olan "3D-printer" və "3D-çap" anlayışlarını xüsusi qeyd etmək lazımdır. 3D-
printer  virtual  üçölçülü  model  əsasında  həcmli  əşyalar  yaradan  qurğudur.  İnfor-
masiyanı kağız vərəqinə çıxardan adi printerdən fərqli olaraq, 3D-printer üçölçülü 
informasiyanı çıxarmağa, yəni müəyyən fiziki obyektlər yaratmağa imkan verir. 3D-
çapı  müxtəlif  üsullarla və çeşidli  materiallardan  istifadə  etməklə  həyata keçirmək 
olar, ancaq onların hamısının əsasında bərk modelin qat-qat yaradılması (fırlanması) 
prinsipi dayanır. 
3D-printerin iş prinsipi belədir: 
1.  Kompüterdə  xüsusi  proqram  vasitəsilə  3D-printerdə  çap  ediləcək 
obyektin üçölçülü modeli çəkilir. 
2.  Xüsusi proqram təminatı 3D-modeli emal edərək onu çoxlu sayda qatlara 
bölür. 
3.  Dozalara bölmə kamerası xüsusi kameranın dibinə qat-qat kompozit toz 
vurur. 
4.  Printerin mili tozu çox nazik qatlara paylayır. 
5.  Şırnaqlı çap başcığı növbəti qatın vurulacağı yerə rəngsiz yapışqan vurur. 
6.  Tozun  növbəti  qatı  əvvəlki  qata  yapışır  və  bu  proses  obyekt  tam  for-
malaşana kimi təkrarlanır.  
Fərqli  texnologiyalarda  yapışqanın  əvəzinə  əridib  bitişdirən  lazerdən  və  ya 
ultrabənövşəyi şüadan istifadə edilə bilər.  
Görüntü  ayrı-ayrı  işıqlı  nöqtələrdən  formalaşırdı.  Sonralar  hava  hücumun-
dan müdafiə komplekslərinin idarə olunması zamanı kompüteri operativ ida-
rə etmək üçün ilk interaktiv giriş qurğusu – işıq tapançası işlənib-hazırlandı.  
Beləliklə, informasiya texnologiyaları sahəsində yeni istiqamətin – kompü-
ter qrafikasının əsası qoyuldu.  
Bu istiqamətdə növbəti addım Ayven Sazerlend (Ivan Sutherland) tərəfindən 
cizgilər çəkmək üçün 1961– 62-ci illərdə Sketchpad (“Qeyd kitabçası”) adlı 
ilk interaktiv proqramın yaradılması oldu. Bu proqramda ilk dəfə olaraq ayrı-
ayrı  nöqtələrdən  ibarət  qrafik  primitivlərin  (parçaların  və  qövslərin) 
interaktiv  çəkilməsi  gerçəkləşdirildi.  Bunun  üçün  işıq-qələm  vasitəsilə  ek-
randa lazım olan koordinatlar göstərilirdi. 
 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə