00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə20/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   16   17   18   19   20   21   22   23   ...   61

64 
 
 
 
 P
ROQRAMLAŞDIRMA DİLLƏRİNİN KÖMƏYİ İLƏ RİYAZİ 
MƏSƏLƏLƏRİN MODELLƏŞDİRİLMƏSİ 
 
 
 
ALPLogo və Python proqramlaşdırma mühitlərində hansı növ məsələlər 
həll etmişsiniz? 
 
Proqramlaşdırma dilindəki proqramı hansısa prosesin kompüter modeli 
hesab etmək olarmı?
 
 
 
 
Aşağıdakı  proqram  kodunu  təhlil  edin.  Onun  hansı  prosesi  modelləşdirdiyini 
müəyyənləşdirin. Bu proqramın kompüterdə icrasından sonra ekrana nə çıxarılacaq?
 
 
from
 math 
import
 sqrt 
from
 math 
import 
pi 
tip = str(input(
"Fiqurun adını daxil edin: "
)) 
if
 tip == 
"üçbucaq"

   a = float(input(
"a tərəfini daxil edin: "
)) 
   b = float(input(
"b tərəfini daxil edin: "
)) 
   c = float(input(
"c tərəfini daxil edin: "
)) 
   p = (a + b + c)/2 
   s = sqrt((p*(p-a)*(p-b)*(p-c))) 
elif
 tip == 
"düzbucaqlı"

   a = float(input(
"a tərəfini daxil edin: "
)) 
   b = float(input(
"b tərəfini daxil edin: "
)) 
   s = a * b 
elif
 tip == 
"dairə"

   r = float(input(
"r radiusunu daxil edin: "
)) 
   s = pi*(r**2) 
print(s)
 
 
Ötən  dərslərdə  elektron  cədvəl  proqramı  vasitəsilə  kompüter  modelinin  qurul-
ması  ilə  tanış  oldunuz.  Bu  məqsədlə  başqa  vasitələrdən  də  (məsələn:  proqram-
laşdırma dillərindən) istifadə etmək olar. 
 
F Ə A L İ Y Y Ə T  
2.5 
  LAYİHƏ


 
65 
 
 
 
Modelləş
d
irm
ə 

Nümunə. 
Verilmiş  detalın  öndən  görünüşünün  cizgisini  proqramlaşdırma  dilində 
(ALPLogo, Python) çəkən və onun sahəsini hesablayan proqram yazın. аbd 
giriş verilənlərinin qiymətləri klaviaturadan daxil edilir. Bir damanı 20 piksel 
götürün. Çıxışa detalın öndən görünüşünün cizgisi və onun sahəsi (S) verilir. 
 
 
 
 
Verilmiş üzün cizgisini 6 qrafik primitiv – AB, CD, AD, BK, NC parçaları və 
KMN qövsünün köməyi ilə çəkmək olar.  
Bu məsələni ALPLogo proqramlaşdırma mühitində yerinə yetirmək üçün öncə 
A, B, K, N, C, D nöqtələrinin ekran koordinatlarını müəyyənləşdiririk. Tutaq ki, A 
nöqtəsinin  koordinatları  (20,  20)-dir.  Onda  damaların  sayını  nəzərə  alsaq,  B 
nöqtəsinin koordinatları (20, 140), D − (260, 20), C − (260, 140), N − (200, 140), K 
− (80, 140) olacaq. KMN qövsünün radiusu isə 60-a bərabərdir. İndi üzün sahəsini 
tapmaq  üçün,  sadəcə,  ABCD  düzbucaqlısının  sahəsindən  diametri  d  olan  yarım-
dairənin sahəsini çıxmaq lazımdır.
 
Bu məsələnin həll proqramını Python proqramlaşdırma dilində də yazmaq olar. 
Bu məqsədlə sadə qrafik görüntülər yaratmaq üçün nəzərdə tutulmuş turtle və 
math kitabxanalarını (bir faylda saxlanılan funksiyalar – komandalar toplusunu) 
proqrama idxal etmək lazımdır. Daha mürəkkəb qrafikalar yaratmaq üçün tkinter 
kitabxanası  nəzərdə  tutulub.  Aşağıdakı  cədvəldə  turtle  kitabxanasının  əsas 
komandaları və onların qısa təsviri verilib. 
 
Komanda 
Təsviri 
turtle.color(c) 
c rəngli qələm götürmək 
turtle.up() 
Qələmi qaldırmaq (hərəkət etdikdə cizgi çəkilməsin) 
turtle.down() 
Qələmi endirmək (hərəkət etdikdə cizgi çəkilsin)
 
turtle.goto(x, y) 
Koordinatları x və y olan nöqtəyə getmək 
turtle.circle(r) 
Radiusu r olan dairə çəkmək 
turtle.circle(r,n) 
r radiusli və n dərəcəli qövs çəkmək
 
turtle.right(n) 
n dərəcə sağa dönmək
 
turtle.left(n) 
n dərəcə sola dönmək 
turtle.forward(l) 
l addım (piksel) irəli getmək 
turtle.write(s) 
s mətnini ekrana çıxartmaq  
turtle.reset()  
İlkin vəziyyətə qayıtmaq 
turtle.сlear()   
Ekranı silmək
 
turtle.width(n) 
Qələmin çəkdiyi cizginin enini n piksel etmək 










  LAYİHƏ


66 
 
 
 
Beləliklə,  qoyulmuş  məsələnin  kompüter  modelini  Python  proqramlaşdırma 
dilində aşağıdakı kimi yazmaq, sonra isə ab və d parametrlərinə müxtəlif qiymətlər 
verməklə kompüter eksperimenti aparmaq və alınan nəticələri müqayisə etmək olar.
 
 
import
 math 
a = float (input ("a = ")) 
b = float (input ("b = ")) 
d = float (input ("d = ")) 
S1 = a * b 
S2 = math.pi * d * d / 4 
S = S1 - S2 
print ("S = ", S) 
import
 turtle 
turtle.reset() 
turtle.up() 
turtle.width(5) 
turtle.goto(20, 20) 
turtle.down() 
turtle.goto(20, 140) 
turtle.goto(80, 140) 
turtle.right(90) 
turtle.circle(60,180) 
turtle.goto(260, 140) 
turtle.goto(260, 20) 
turtle.goto(20, 20) 
turtle.up()   
 
Əlbəttə, belə fiqurları istənilən qrafik redaktorda da çəkmək olar. Ancaq obyektin 
parametrlərini  dəyişməklə  riyazi  model  əsasında  müəyyən  hesablamalar  aparmaq 
tələb olunduqda proqramlaşdırma zəruri olur.
 
 
 
  LAYİHƏ


 
67 
 
 
 
Modelləş
d
irm
ə 

 
 
 
 
Konusun  kompüter  modelini  qurun.  Onun  səthinin 
sahəsini  və  həcmini  tapmaq  üçün  proqram  yazın.  Giriş 
verilənləri  olaraq  konusun  hündürlüyünü  (h)  və  otu-
racağının radiusunu (r) göstərin. Python proqramlaşdırma 
dilinin  qrafik  imkanlarından  istifadə  etməklə  ekranda 
konus şəkli çəkin. 
 
 
 
Özünüzü yoxlayın 
1. 
Proqramlaşdırma  dilindən  istifadə  edilməklə  kompüter  modelinin  qurulmasının  hansı 
üstünlüyü var?  
2. 
Python dilində turtle kitabxanasının təyinatı nədir? 
3. 
Python dilində mürəkkəb qrafikalar yaratmaq üçün hansı kitabxana nəzərdə tutulub? 
4. 
Python  dilində  mətni  ekrana  çıxarmaq  üçün  turtle  kitabxanasının  hansı  koman-
dasından istifadə olunur? 
5. 
Dərsdə verilmiş proqram kodunda S1 və S2 dəyişənləri nəyi bildirir? 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
Xüsusi  olaraq  riyazi  və  texniki  hesablamalarla  bağlı 
məsələlərin həlli üçün nəzərdə tutulmuş tətbiqi proq-
ramlar  paketi  və  proqramlaşdırma  dilləri  də  vardır. 
Belə alətlərdən biri MATLAB (“Matrix Laboratory” 
ifadəsinin  qısaltması)  paketi  və  eyniadlı  proqram-
laşdırma dilidir.  
MATLAB  proqramlaşdırma  dili  1970-ci  illərin  sonunda  Nyu-Meksiko  Univer-
sitetinin kompüter elmləri fakültəsinin dekanı Kliv Mouler (Cleve Moler) tərəfindən 
işlənib  hazırlanmışdır.  MATLAB  dilində  yazılmış  proqramlar  iki  növ  olur: 
funksiyalar  və  skriptlər.  Funksiyaların  giriş  və  çıxış  arqumentləri,  eləcə  də 
hesablamaların aralıq nəticələrini və dəyişənləri saxlamaq üçün özəl iş fəzası olur. 
Skriptlər isə ümumi iş fəzasından istifadə edir. İstər skriptlər, istərsə də funksiyalar 
maşın koduna kompilyasiya olunmur və mətn faylları şəklində saxlanılır. 
Tari
x
 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə