Animasiya anlayışı. Turizmdə animasiya servisinin funksiyaları. Mehmanxana animasiyası



Yüklə 102,85 Kb.
səhifə1/3
tarix19.01.2022
ölçüsü102,85 Kb.
#82986
  1   2   3
Mövzu 10. Turizm müəssisələrində animasiya


MÖVZU 10. TURİZM MÜƏSSİSƏLƏRİNDƏ ANİMASİYA SERVİSİ
PLAN


  1. Animasiya anlayışı.

  2. Turizmdə animasiya servisinin funksiyaları.

  3. Mehmanxana animasiyası

  4. Turanimasiya

Animasiya anlayışı. Turizm sənayesində istifadə edilən animasiya fəaliyyətinin məqsədlərini və bu istiqamətdə lazımlı bilikləri qazanmaq üçün bu fəaliyyət sahəsini nəinki turizm sənayesində, ayrı bir sahə kimi də araşdırmamıza ehtiyac var. Animasiya anlayışı dünya alimləri tərəfindən son yarım əsr ərzində araşdırılmağa başlanmışdır. O, ki qaldı milli animasiya sahəsinə, ümumiyyətlə bu sahə bizim üçün yenidir.

Animasiya, dilimizdə canlandırma mənasını daşımaqdadır. Animasiya latın mənşəli sözdür ([anima] – hava, külək, küləyin əsməsi, ruh, can,) və ([animus] – ruh, qəlb, can, istək, hiss).

Animasiya ümumi mənası ilə edilən bütün canlandırmaları əhatə edər. “Animasiya” termini nəinki turizmdə istifadə edilir, həm də kompüterdə edilən cizgi filmi, kukla teatrı və bənzər canlandırmalar da animasiya olaraq adlandırılmaqdadır. Müasir zamanda isə animasiya televiziya və kino üçün də istifadə edilməkdədir. Animasiya servisləri isə qonaqların xoş vaxt keçirmələrini təmin etmək və müəssisəyə olan tələbi artırmaq məqsədilə edilən bütün canlandırmaları əhatə edir. Bu mənada animasiya; canlandırma, əyləndirmə, bir fəaliyyəti təqdim etmə, qonaqları hərəkətə gətirmə və bütün bunların müəyyən bir quruluş, proqram, ssenari şəklində hazırlanması kimi xüsusiyyətlər daşıyan canlandırma fəaliyyətlərinin vəhdətidir. Animator isə tərtib olunan proqramlar və ssenarilər çərçivəsində məclisi idarə edən, hərəkətə gətirən insan mənasında istifadə edilməkdədir, yəni azərbaycanca izah etsək məclisin masabəyi, tamadasıdır.

Turizm sənayesi daxilində isə animasiyanın ortaya çıxış səbəbi; yerləşmə müəssisələrinin təqdim etdiyi yerləşmə, qida və içki kimi servislərin qonaqları təsisə bağlamada yetərsiz qalması meydana gəlmişdir. Bu mərhələdə qonaqlama yerini qonaqlara daha cazibədar edə biləcək, məmnuniyyəti artıracaq müxtəlifliklərin yaradılması zərurəti ortaya çıxmışdır. Bu məqsədlə onlara xoş zamanlar keçirəcək bəzi əyləncəli fəaliyyətlər ortaya çıxmışdır.

Animasiyanın turizmdəki yeri və əhəmiyyəti xüsusi ilə qeyd edilməlidir. Sənaye olaraq xarakterizə edilən turizm sektoru da digər sektorlarda olduğu kimi dəyişmə küləklərindən təsirlənməkdə və sürətli bir rəqabət mühitinə girməkdədir. Bütün dünyada turizm sənayesinin inkişaf etməsi ilə, turizm müəssisələrinin rəqabətdə qalib gəlməsi üçün tur məhsullara cazibə, qeyri-adilik, fərqlilik və özəllik qatmaq məcburiyyətindədir. Əyləncə servisləri turizm sektorunun bir parçası olaraq bu rəqabət mühitində əhəmiyyətli vəzifələri boynuna götürməkdədir.

Müasir "animasiya" termini üçün yaranmış təsəvvürlərin müəyyən edilməsi üçün bu terminin hansı sahələrdə işlədildiyini və hansı anlam daşıdığını araşdıraq. Bu məsələ ilə bağlı mövcud olan anlayışlardan bəzilərini nəzərdən keçirək.

Animasiya- (insanların əylənməsi, fərdin maraqlandırılması, cəlb və cəzb edilməsi, abu-havanın canlandırılması) – mehmanxanalarda, korporativ mərasimlərdə, asudə vaxtların təşkilində, uşaq düşərgələrində, uşaq bayramlarında istirahət və əyləncə məqsədi güdülən şəxslərin iştirakı nəzərdə tutulan mədəni-kütləvi istiqamətə yönəldilmiş tədbirlərdir. Rekreasiya məqsədi ilə insanların və ya fərdin harada olmalarına baxmayaraq həmin zaman dilimində maraq dairələrinə uyğun olaraq tələblərinə cavab verəcək şəkildə fərqli üsullarla cazibələndirilərək cəlb etmək, abı havanı canlandırmaq.

Animasiya - (kompüter və ya televiziya vasitəsi ilə canlandırılması-cizgi filmi) əsasən qərbdə, son illər isə bütün dünyada kompüter vasitəsi ilə ərsəyə gələn cizgi filmi və bənzəri canlandırmalar animasiya və ya kompüuter animasiyası adlandırılmaqdadır. Hal-hazırda bu cür animasiyalar televiziya və kino üçün də istifadə edilməkdədir. Cansız cisimlərə həyat verilməklə onları kino və ya cizgi filmində hərəkətə gətirmək, canlandırmaq.



Animasiya - (şəkil, oyuncaq, siluet) gerçək olmayan obyektlərin virtual həyatda ruhlandırılması, xəyalən yaradılan personajların duyum qabiliyyətlərinin verilməsi ilə gerçək olmayan aləmlərdə onları hərəkətləndirərək canlı obraz kimi bədii əsər formasında tamaşaçıya təqdim olunması.

Turizmdə animasiyan servisinin funksiyaları. Animasiya fəaliyyəti turizm məhsulunda yer alan mühüm servislərdən biridir və bir sıra çox mühüm funksiyaları yerinə yetirir. Animasiya proqramlarında məqsədyönlü tərtibatı üçün animasiya servisinin təcrübəsində turizm animasiyasının aşağıdakı funksiyalarını qeyd edə bilərik:

  • Adaptasiya funksiyası - Gündəlik mühitdən və asudə vaxta keçməyə imkan verir;

  • Kompensasiya funksiyası - İnsanı gündəlik həyatın fiziki və zehni yorğunluğundan azad edir;

  • Sabitləşdirmə funksiyası - müsbət emosiyalar yaradır, zehni sabitliyi stabilləşdirir;

  • Sağlamlaşdırıcı funksiyası - gündəlik iş həyatında zəifləmiş insanın gücünü bərpa etməyə və inkişaf etdirməyə kömək edir;

  • Məlumatlılıq funksiyası - Ölkə, region və insanlar haqqında yeni məlumatlar əldə etməyə imkan yaradır;

  • Maarifləndirici funksiyası - ətraf dünya haqqında yeni biliklər əldə etməyə və parlaq təəssüratlar yaratmağa imkan verir;

  • Reklam funksiyası - animasiya proqramları vasitəsilə turist ölkə, region, turizm kompleksi, otel və turfirma və s. haqqında məlumat alır.


Yüklə 102,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə