Animasiya anlayışı. Turizmdə animasiya servisinin funksiyaları. Mehmanxana animasiyası



Yüklə 102,85 Kb.
səhifə2/3
tarix19.01.2022
ölçüsü102,85 Kb.
#82986
1   2   3
Mövzu 10. Turizm müəssisələrində animasiya

Mehmanxana animasiyası. Mehmanxana animasiyası qonaqları otelə cəlb etmək üçün effektiv vasitələrdən biridir. Bu, bütövlükdə mehmanxananın müsbət qiymətləndirilməsinə də təsir edir. Bunlar müştəriyə bir növ əlavə servislərdir və onların məqsədi qonaqlarda müsbət emosiyalar oyatmaq, istirahətdən məmnunluq hissi yaratmaq və onları təkrar bu mehmanxanaya cəlb etməkdir.

Turanimasiya məhsulu. Turanimasiya məhsulu (hadisə və animasiya turları) - Turistlərin turla bağlı tələbatlarının ödənilməsinə yönəldilmiş və turistlərə göstərilən servislərin (turistlərin yerləşdirilməsi, nəql edilməsi, əyləndirilməsi, qidalanması üzrə servislərin, habelə ekskursiya, bələdçi (bələdçi-tərcüməçi) servislərinin və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər servislərin), turla bağlı görülən işlərin və təqdim edilən malların (reklam məhsulu, turist yeməkləri və s.) məcmusunun turanimasiya fəaliyyəti çərçivəsində istehlakıdır. Hadisə və animasiya turları-səyahət şəklində, geniş məkanda bir animasiya servisindən digərinə keçməsi ilə, bir animasiya proqramı naminə, yaxud fasiləsiz animasiya prosesi məqsədiylə həyata keçirilən turizm səfərləridir.


Yüklə 102,85 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə